Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-692/2025 06.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Hüseynli Hüseyn İnanc oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə əsasən mülki işə baxaraq, MÜƏYYƏN ETDİM İddiaçı "xxxx" MMC borclu Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən cəmi 1319 manat məbləğində borcun və 33,19 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh Playstation 5 oyun konsolu və PS5 oyun pultu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh İmei kodu **********62806 Blackview A95 markalı telefon və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh İmei kod **********94205 Honor X8A markalı telefon almış və nəticədə 1319 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə alqısatqı qiyməti 1673 manat (18 ay x 86,64 + 113,48 manat ilkin ödəniş) olan Playstation 5 oyun konsolu və PS5 oyun pultu üçün ümumilikdə 763 manat olmaqla, ondan 693,12 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 69,88 manat cərimə borcu, alqı-satqı qiyməti 735,48 (18 ay x 40,86 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********62806 Blackview A95 markalı telefon üçün ümumilikdə 79 manat olmaqla, ondan 71,02 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7,98 manat cərimə borcu, həmçinin alqı-satqı qiyməti 720,56 (18 ay x 33,92 manat + 110 manat ilkin ödəniş) İmei kod **********94205 Honor X8A markalı telefon üçün ümumilikdə 79 manat olmaqla, ondan 71,02 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7,98 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1930,02 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddiaçı "xxxx" MMC-nin xeyrinə Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 693,12 manat ödənilməmiş hissə, 69,88 cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 434,88 manat ödənilməmiş hissə, 42,12 manat məbləğində cərimə borcu və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 71,02 manat ödənilməmiş hissə, 71,02 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1319 manat məbləğində pul vəsitinin və 33,19 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh xx.xx.2024-cü il tarixdə həmin bildirişi qəbul etmiş, lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, kiçik mübahisələr üzrə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 03453288 saylı müqavilədən aydın olur ki, Playstation 5 oyun konsolu və PS5 oyun pultu üçün ilkin ödəniş 113,48 manat olmaqla, hər ay nağd qaydada 86,64 ödəməklə, 18 ay müddətinə 1673 manata Cavabdeh satılmışdır. “Müştəri” ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir (Müqavilə 2.6). İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 09412684 saylı müqavilədən aydın olur ki, İmei kodu **********62806 Blackview A95 markalı telefon üçün ilkin ödəniş olmadan, hər ay nağd qaydada 40,86 ödəməklə, 18 ay müddətinə 735,48 manata Cavabdeh satılmışdır. “Müştəri” ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir (Müqavilə 2.6). İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03284081 saylı müqavilədən aydın olur ki, İmei kod **********94205 Honor X8A markalı telefon üçün ilkin ödəniş 110 manat olmaqla, hər ay nağd qaydada 33,92 manat ödəməklə, 18 ay müddətinə 720,56 manata Cavabdeh satılmışdır. “Müştəri” ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir (Müqavilə 2.6). İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Babayev X1 5 oyun konsolu və PS5 oyun pultunu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, Babayev X2 **********62806 Blackview A95 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, Babayev X3 **********94205 Honor X8A markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 03453288 saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" MMC-yə hər ay 86,64 ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 09412684 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024cü il tarixədək "xxxx" MMC-yə hər ay 40,86 ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 03284081 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024cü il tarixədək "xxxx" MMC-yə hər ay 33,92 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdehnın xx.xx.2022-ci il tarixli, 03453288 saylı müqaviləyə əsasən 693,12 manat əsas, 69,88 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli, 09412684 saylı müqaviləyə əsasən 434,88 manat məbləğində əsas, 42,12 manat cərimə borcu və xx.xx.2023-cü il tarixli, 03284081 saylı müqaviləyə əsasən 71,02 manat məbləğində əsas, 7,98 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan 14 noyabr 2024-cü il tarixli, ********** saylı qəbzin surətindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 33,19 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 03453288 saylı, xx.xx.2023-cü il tarixli, 09412684 saylı və xx.xx.2023-cü il tarixli, 03284081 saylı müqavilələrə əsasən Cavabdeh üzərinə düşdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə onun cəmiyyətə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Beləliklə işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilə üzrə öhdəliyini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatandan xeyli dərəcədə məhrum olmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələrə əsasında aldığı mobil telefonların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan avadanlıq almasına dair hüququndan istifadə etmiş, həmin avadanlığın dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Qeyd edilməlidir ki, cərimə borcu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla belə qənaətə gəlirəm ki, 693,12 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 69,88 manat cərimə pulunun, 434,88 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 42,12 manat cərimə pulunun və 71,02 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 7,98 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə müvafiq olaraq 30 manat, 20 manat və 4 manat cərimə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, cavabdeh xx.xx.2022-ci il tarixli, 03453288 saylı, xx.xx.2023-cü il tarixli, 09412684 saylı və xx.xx.2023-cü il tarixli, 03284081 saylı alqısatqı müqavilələrindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən həmin müqavilələr üzrə yaranmış, (xx.xx.2022-ci il tarixli, 03453288 saylı müqavilə üzrə) 693,12 manat məbləğində əsas, 30 manat cərimə borcu olmaqla, 723,12 manat məbləğində pul vəsaiti, (xx.xx.2023-cü il tarixli, 09412684 saylı müqavilə üzrə) 434,88 manat məbləğində əsas, 20 manat cərimə borcu olmaqla, 454,88 manat məbləğində pul vəsaiti və (xx.xx.2023-cü il tarixli, 03284081 saylı müqavilə üzrə) 71,02 manat məbləğində əsas, 4 manat cərimə borcu olmaqla, 75,02 manat məbləğində pul vəsaiti və ödənilmiş 33,19 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİM İddia qismən təmin edilsin Cavabdeh xx.xx.2022-ci il tarixli, 03453288 saylı müqavilə üzrə 693,12 (altı yüz doxsan üç manat on iki qəpik) manat məbləğində əsas, 30 (otuz) manat cərimə borcu olmaqla, 723,12 (yeddi yüz iyirmi üç manat on iki qəpik) manat məbləğində pul vəsaiti, xx.xx.2023-cü il tarixli, 09412684 saylı müqavilə üzrə 434,88 (dörd yüz otuz dörd manat səksən səkkiz qəpik) manat məbləğində əsas, 20 (iyirmi) manat cərimə borcu olmaqla, 454,88 (dörd yüz əlli dörd manat səksən səkkiz qəpik) manat məbləğində pul vəsaiti və xx.xx.2023-cü il tarixli, 03284081 saylı müqavilə üzrə 71,02 (yetmiş bir manat iki qəpik) manat məbləğində əsas, 4 (dörd) manat cərimə borcu olmaqla, 75,02 (yetmiş beş manat iki qəpik) manat məbləğində pul vəsaiti, cəmi 1253,02 (bir min iki yüz əlli üç manat iki qəpik) manat məbləğində pul vəsaiti və 33,19 (otuz üç manat on doqquz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №e-2(003)-692/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-692/2025
06.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver