Məhkəmə qərarları › İş №e-2(003)-694/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-694/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-694/2025 23.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlu iddiaçı "xxxx" MMC-nin cavabdeh X4 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC cavabdeh X4 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli müqavilə üzrə 503,7 manat əsas borc, 151,11 manat cərimə borcu və İnnovativ Layihələr Mərkəzi rüsumu 23,6 manat olmaqla cəmi 678,41 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh X2 alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “ABC-Telecom’’ MMC ilə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********74067 BLACKVİEW A96 markalı telefon almış və nəticədə 678,41 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 650,34 manat olan əsasən İmei kod **********74067 BLACKVİEW A96 markalı telefon üçün ümumilikdə 678,41 manat olmaqla ondan 503,7 manat ödənilməmiş hissə, 151,11 manat cərimə və İnnovativ Layihələr Mərkəzi Rüsumu 23,6 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 146,64 manat təşkil edir.Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödənilir. Təhvil təslim aktından görünür ki, cavabdeh əşyanı tam və qüsursuz şəkildə almışdır. Cavabdehlə aralarında olan telefon danışığı və xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, üzərinə düşən öhdəlikləri lazımincə icra etməli olduğu rəsmi qaydada bildirilsə də, cavabdehlər öhdəliklərini yerinə yetirməmişdir. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə X5 arasında bağlanmış xx.xx.2024cü il tarixli 03756927 saylı müqavilədən görünür ki, İmei kod **********74067 BLACKVİEW A96 markalı telefon üçün hər ay nağd qaydada 36,13 manat ödəməklə, 18 ay müddətinə 650,39 manat qiymətə X1. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, X5 xx.xx.2024-cü il tarixli 03756927 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək "xxxx" MMC–yə hər ay 36,13 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X3 "xxxx" MMC–yə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 503,7 manat əsas borc, 151,11 manat cərimə və İnnovativ Layihələr Mərkəzi Rüsumu 23,6 manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən X4 ünvanlanmış xx.xx.2024cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmədə müəyyən olundu ki, cavabdeh xx.xx.2024-cü il tarixli 03756927 saylı müqavilədən görünür ki, İmei kod **********74067 BLACKVİEW A96 markalı telefon üçün hər hər ay nağd qaydada 36,13 manat ödəməklə, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmiş, bu səbəbdən xx.xx.2024-cü il tarixli müqavilə üzrə 503,7 manat borcu qalmaqdadır. Bu səbəbdən, məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2024-cü il tarixli müqavilə üzrə 503,7 manat pul tutulmalıdır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin məcəllənin 467-ci maddəsinə əsasən “məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər”. Məhkəmədə müəyyən olundu ki, cavabdeh ödənişi vaxtında ödəmədikdə penya ödənilməsini öhdəliyinə götürmüşdür. Lakin 503,7 manat əsas borc üçün 151,11 qəpik məbləğində borc tənasübsüz surətdə yüksəkdir.Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2024-cü il tarixli müqavilə 151,11 manat yox, 40 manat məbləğində cərimə borcu tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000,0 manatdək olduqda 30,0 (otuz) manat məbləğində dövlət rüsumu tutulur. İş materiallarına əlavə olunmuş ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin məhkəmədə müəyyən olundu ki, qanunvericilikdə “İnnovativ Layihələr Mərkəzi rüsumu” adlı rüsum nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia cavabdehdən İnnovativ Layihələr Mərkəzi rüsumu 23,6 manat tutulması hissəsində rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" MMC-nin xeyrinə cavabdeh X2 xx.xx.2024-cü il tarixli müqavilə üzrə 503,7 manat əsas borc, 40 manat cərimə borcu olmaqla cəmi 543,7 (beş yüz qırx üç manat yetmiş qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar