Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-705/2024 19.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1) xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, ŞƏBƏKƏ - YUMSAQ - KUNC SOL UZUN - XM, 6 ədəd LUZZİ - QONAQ - STUL - GL üçün 993,4 (doqquz yüz doxsan üç manat, dörd qəpik) manat ödənilməmiş hissə, 99,96 (doxsan doqquz manat, doxsan altı qəpik) manat cərimə pulu; 2) xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, QABYUYAN HOFFMANN, İmei kodu **********11089 SAMSUNG GALAXY A13 markalı telefon üçün 819,68 (səkkiz yüz on doqquz manat, altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, 81,32 (səksən bir manat, otuz iki qəpik) manat cərimə pulu; 3) xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********36531 SAMSUNG GALAXY A53 markalı telefon, SAMSUNG 25W CHARGERüçün 666,72 (altı yüz altmış altı manat, yetmiş iki qəpik) manat ödənilməmiş hissə, 66,28 (altmış altı manat, iyirmi səkkiz qəpik) manat cərimə pulu; 4) xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, olan PALTARYUYAN TOSHİBAüçün 256,28 (iki yüz əlli altı manat, iyirmi səkkiz qəpik) manat ödənilməmiş hissə, 25,72 (iyirmi beş manat, yetmiş iki qəpik) manat cərimə miqdarında borc olmaqla, ümumilikdə 3009 manat borc və 50,09 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdehlə "xxxx" MMC arasında xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərindəki müqavilələrinə əsasən, ŞƏBƏKƏ - YUMSAQ - KUNC SOL UZUN - XM, 6 ədəd LUZZİ - QONAQ - STUL – GL, QABYUYAN HOFFMANN, İmei kodu **********11089 SAMSUNG GALAXY A13 markalı telefon, İmei kodu **********36531 SAMSUNG GALAXY A53 markalı telefon, SAMSUNG 25W CHARGER, PALTARYUYAN TOSHaİlBmAış və nəticədə 3009 (üç min doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3336,48 (üç min üç yüz otuz altı manat, qırx səkkiz qəpik) manat (24 ay x 139,02 manat + 0 manat ilkin ödəniş) olan ŞƏBƏKƏ - YUMSAQ - KUNC SOL UZUN - XM, 6 ədəd LUZZİ - QONAQ - STUL - GüçLün 1093 (bir min doxsan üç) manat olmaqla ondan, 993,4 (doqquz yüz doxsan üç manat, dörd qəpik) manat ödənilməmiş hissə, 99,96 (doxsan doqquz manat, doxsan altı qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 1146,06 (bir min yüz qırx altı manat, altı qəpik) manat (18 ay x 63,67 manat + 0 manat ilkin ödəniş) olan QABYUYAN HOFFMANN, İmei kodu **********11089 SAMSUNG GALAXY A13 markalı telefon üçün 901 (doqquz yüz bir) manat olmaqla ondan 819,68 (səkkiz yüz on doqquz manat, altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, 81,32 (səksən bir manat, otuz iki qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1351,98 (bir min üç yüz əlli bir manat, doxsan səkkiz qəpik) manat (18 ay x 75,11 manat + 0 manat ilkin ödəniş)olan İmei kodu **********36531 SAMSUNG GALAXY A53 markalı telefon, SAMSUNG 25W CHARGERüçün 733 (yeddi yüz otuz üç) manat olmaqla ondan 666,72 (altı yüz altmış altı manat, yetmiş iki qəpik) manat ödənilməmiş hissə, 66,28 (altmış altı manat, iyirmi səkkiz qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1008 (bir min səkkiz) manat (18 ay x 56 manat + 0 manat ilkin ödəniş) olan PALTARYUYAN TOSHİBAüçün 282 (iki yüz səksən iki) manat olmaqla ondan 256,28 (iki yüz əlli altı manat, iyirmi səkkiz qəpik) manat ödənilməmiş hissə, 25,72 (iyirmi beş manat, yetmiş iki qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4106.44 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə ******* saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 3336,48 manat olan ŞƏBƏKƏ - YUMSAQ - KUNC SOL UZUN - XM, 6 ədəd LUZZİ - QONAQ - STUL mebel dəsti Cavabdeh nisyə satılmış və cavabdeh 24 ay müddətində ödəniş cədvəli üzrə hər ay 139.02 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 10763133 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti ümumilikdə 1146,06 manat olan ( qabyuyan Hoffmann- 700.02 manat, SAMSUNG GALAXY A13 markalı telefon – 446.04 manat) qabyuyan HOFFMANN və İmei kodu **********11089 olan SAMSUNG GALAXY A13 markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 63.67 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə ******* saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti ümumilikdə 1351,98 manat olan (SAMSUNG GALAXY A53 markalı telefon- 1294.92 manat, SAMSUNG 25W CHARGER- 57.06 manat) İmei kodu **********36531 SAMSUNG GALAXY A53 markalı telefon, SAMSUNG 25W CHARGER Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 75.11 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 03711649 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 1008 manat olan PALTARYUYAN TOSHİBA Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 56 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə 993.40 manat ödənilməmiş hissə və 99.60 manat dəbbə borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 819.68 manat ödənilməmiş hissə, 81.32 manat dəbbə borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 666.72 manat ödənilməmiş hissə, 66.28 manat dəbbə borcu , xx.xx.2022-ci il tarixli müqavilə üçün 256.28 manat ödənilməmiş hissə, 25.72 dəbbə borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdehə məişət əşyalar satılmış və xidmətlərin göstərilməsi nəzərdə tutulmuş, cavabdeh həmin müqavilə üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 993.40 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 819.68 manat, xx.xx.2022-ci tarixli müqaviləyə əsasən 666.72 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 256.28 manat əsas borcun cavabdehdən tutulması hissəsində iddia tələbi təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 993.40 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 99.96 manat dəbbə (cərimə) pulunun, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 819.68 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 81.32 manat dəbbə (cərimə) pulunun, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 666.72 manat əsas borca münasibətdə cavabdehdən 66.28 manat dəbbə (cərimə) pulunun, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 256.28 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 25.72 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 10 manat dəbbə (cərimə) pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 8 manat dəbbə (cərimə) pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 7 manat dəbbə (cərimə) pulu , xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 3 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən dövlət rüsumunun 40 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 10.09 manat isə iddiaçının özünə aid edilməlidir.. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 993.40 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 819.68 manat ödənilməmiş hissə, 8 manat cərimə, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 666.72 manat ödənilməmiş hissə, 7 manat cərimə, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 256.28 manat ödənilməmiş hissə, 3 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 40 manat iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 993.40 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 819.68 manat ödənilməmiş hissə, 8 manat cərimə, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 666.72 manat ödənilməmiş hissə, 7 manat cərimə, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 256.28 manat ödənilməmiş hissə, 3 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 40 manat ümumilikdə 2804.08 (iki min səkkiz yüz dörd manat səkkiz qəpik ) manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun 10.09 manatı iddiaçı "xxxx" MMC -nın özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-705/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-705/2024
19.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver