Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-762/2025 28.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı MMC-nin xeyrinə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********75314 SAMSUNG GALAXY A24 markalı telefon üçün 560.34 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu üçün ödənilən 23.6 manat rüsum, 168.1 manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********90163 SAMSUNG GALAXY A24 markalı telefon üçün 412.1 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu üçün ödənilən 23.6 manat rüsum, 123.63 manat cərimə olmaqla ümumilikdə 1.311,37 manat borc 33.12 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən İMEİ KODU **********75314 SAMSUNG GALAXY A24 markalı telefon, İMEİ KODU **********90163 SAMSUNG GALAXY A24 markalı telefon almış və nəticədə 1.311,37 manat borc yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 560.34 manat olan İMEİ KODU**********75314 SAMSUNG GALAXY A24 markalı telefon üçün ümumilikdə, 752.04 manat olmaqla ondan, 560.34 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu üçün ödənilən 23.6 manat rüsum, güzəşt olunaraq 168.1 manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 713.12 manat olan İMEİ KODU **********90163 SAMSUNG GALAXY A24 markalı telefon üçün ümumilikdə, 559.33 manat olmaqla ondan, 412.1 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu üçün ödənilən 23.6 manat rüsum, güzəşt olunaraq 123.63 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 301.02 manat təşkil edir Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanan xx.xx.2024-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrin tərkib hissəsi olan Əşyaların təhvil aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə İddiaçı MMC arasında olan telefon danışığı və göndərilən xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənarda həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımincə icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri yerinə yetirməmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ******* saylı nisyə satış müqaviləsindən görünür ki, İddiaçı MMC dəyəri 713,12 manat olan İMEİ KODU **********90163 SAMSUNG GALAXY A24 markalı telefonu cavabdehə nisyə satmağı, alıcı isə 4,1 manat ilkin ödənişlə onları qəbul etməyi və məbləğ ödəniş cədvəlinə əsasən ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh İMEİ KODU **********90163 SAMSUNG GALAXY A24 markalı telefon üçün 18 ay olmaqla ayda 39,38 manat ödəməyi öhdəsinə götümüşdür. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 05077272 saylı nisyə satış müqaviləsindən görünür ki, İddiaçı MMC dəyəri 560,34 manat olan İMEİ KODU **********75314 SAMSUNG GALAXY A24 markalı telefonu cavabdehə nisyə satmağı, alıcı isə ilkin ödənişsiz onları qəbul etməyi və ödəniş cədvəlinə əsasən ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh İMEİ KODU **********75314 SAMSUNG GALAXY A24 markalı telefon üçün 18 ay olmaqla ayda 31,13 manat ödəməyi öhdəsinə götümüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 560.34 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu üçün ödənilən 23.6 manat rüsum, 168.1 manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, 412.1 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu üçün ödənilən 23.6 manat rüsum, 123.63 manat cərimə olmaqla ümumilikdə borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə cavabdehin barəsində müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh müqavilələr üzrə ödəniş etməmişdir. xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 560.34 manat, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, 412.1 manat ödənilməmiş borc qalmaqdadır. Cavabdeh İddiaçı MMC ilə müqavilələrə əsasən İMEİ KODU **********75314 SAMSUNG GALAXY A24 markalı telefon, İMEİ KODU **********90163 SAMSUNG GALAXY A24 markalı telefon qəbul etmiş, lakin müqavilə üzrə iddiaçıya olan borc öhdəliyini yerinə yetirməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 560.34 manat, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 412.1 manat məbləğində əsas borcun Cavabdeh tutulması hissəsində təmin edilməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 467-ci maddəsinə əsasən “məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər”. Məhkəmədə müəyyən olundu ki, cavabdeh ödənişi vaxtında ödəmədikdə penya ödənilməsini öhdəliyinə götürmüşdür. Lakin 560,34 manat əsas borc üçün 168,1 manat, 412,1 manat əsas borc üçün 123,63 manat cərimə tənasübsüz surətdə yüksəkdir.Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2024-cü il tarixli müqavilə 168,1 manat yox, 50 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 123,63 manat yox 30 məbləğində cərimə borcu tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İş materiallarına əlavə olunmuş ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 33,12 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmədə iddia qismən təmin olunmuş, cavabdehdən ümumilikdə 1.052,44 manat məbləğində pulun tutulması qət olunmuşdur.Belə olan halda cavabdehdən tutulmalı dövlət rüsumunun məbləği 30,52 manat təşkil edəcəkdir.Məhkəmə hesab edir ki, 30,52 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin məhkəmədə müəyyən olundu ki, qanunvericilikdə “İnnovativ Layihələr Mərkəzi rüsumu” adlı rüsum nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia cavabdehdən müqavilələr üzrə İnnovativ Layihələr Mərkəzi rüsumu 23,6 manat tutulması hissəsində rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 560,34 manat əsas borc, 50 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 412,1 manat əsas borc, 30 manat cərimə borcu olmaqla cəmi 1.052,44 (min əlli iki manat qırx dörd qəpik) manat və ödənilmiş 30,52 (otuz manat əlli iki qəpik) manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə əsassız olduğundan rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-762/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-762/2025
28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver