Məhkəmə qərarları › İş №e-2(003)-768/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-768/2022

11.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-768/2022 11.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3, İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Hüseynova (Adıgözəlova) Sevil Teyyub qızı, Kazımova (Adıgözəlova) Səfurə Teyyub qızı və Əliyeva (Adıgözəlova) İntizar Teyyub qızının iştirakı ilə İddiaçılar İddiaçı və Həsənova (Adıgözəlova) Solmaz Elşən qızının cavabdehlər Bakı şəhəri 7 saylı Notariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh3 və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1, X1, Hüseynova (Adıgözəlova) Sevil Teyyub qızı, Kazımova (Adıgözəlova) Səfurə Teyyub qızı və Əliyeva (Adıgözəlova) İntizar Teyyub qızına qarşı vərəsəlik şəhadətnaməsinin və çıxarışın ləğv edilməsi, vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı və Həsənova (Adıgözəlova) Solmaz Elşən qızı cavabdehlər Bakı şəhəri 7 saylı Notariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh3 və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1, X1, Hüseynova (Adıgözəlova) Sevil Teyyub qızı, Kazımova (Adıgözəlova) Səfurə Teyyub qızı və Əliyeva (Adıgözəlova) İntizar Teyyub qızına qarşı vərəsəlik şəhadətnaməsinin və çıxarışın ləğv edilməsi, vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməmiş, eyni zamanda bildirmişdir ki, iddiaçılar mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət etməmişlər. Odur ki, iddia tələbinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Hüseynova (Adıgözəlova) Sevil Teyyub qızı, Kazımova (Adıgözəlova) Səfurə Teyyub qızı və Əliyeva (Adıgözəlova) İntizar Teyyub qızı iddia tələbinin təmin edilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə, proses iştirakçılarını dinləyib, vəsatəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalı və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, qeyd olunan maddədə göstərilir ki, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, mübahisənin məhkəməyədək həlli qaydasına əməl edilməmiş və iş materiallarına bu barədə sübut əlavə edilməmişdir. Eyni zamanda, ərizəçinin nəzərinə çatdırılır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1, 260.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçılar İddiaçı və Həsənova (Adıgözəlova) Solmaz Elşən qızının cavabdehlər Bakı şəhəri 7 saylı Notariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh3 və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1, X1, Hüseynova (Adıgözəlova) Sevil Teyyub qızı, Kazımova (Adıgözəlova) Səfurə Teyyub qızı və Əliyeva (Adıgözəlova) İntizar Teyyub qızına qarşı vərəsəlik şəhadətnaməsinin və çıxarışın ləğv edilməsi, vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar