Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-777/2022 12.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Tağıyev Zaur Müzəffər oğlu, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sadələşdirilmiş icraat qaydasında istehlakçı hüquqlarının müdafiəsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sadələşdirilmiş icraat qaydasında istehlakçı hüquqlarının müdafiəsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarş iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, iddia tələbi əsaslandırılmamış və cavabdehə qarşı yönələn tələbin nədən ibarət olduğu qeyd edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin analogiya üzrə tətbiqinin mümkünlüyünü nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, Mülki Prosessual qanunvericiliyin tələblərinə əsasən iddia ərizəsi verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədiyi üçün onun məhkəmə icraatı qeyri-mümkündür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin müəyyən edilmiş tələblərə riayət etməklə məhkəməyə verilmədiyindən iddiaçının ərizəsinin qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sadələşdirilmiş icraat qaydasında istehlakçı hüquqlarının müdafiəsi tələbinə dair iddia ərizəsinin qəbulundan imtina olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-777/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-777/2022
12.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver