Məhkəmə qərarları › İş №e-2(003)-785/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-785/2025

23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-785/2025 23.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3210 manat pul vəsaitinin və 52 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il, saat 02:30-da Bakı şəhəri, Şüvəlan qəsəbəsində iddiaçı tərəfindən sığortalanmış “Renault Megane” minik markalı, ** VB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh tərəfindən idarə edilərkən yolnəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də sığortalanmış “Toyota Prius” minik markalı, ** BS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. DYPŞ tərəfindən tərtib edilmiş protokola əsasən cavabdeh Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsinə (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Qüsur aktında göstərilmişdir ki, “X3” markalı, ** HJ *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 3210 manat təşkil edir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə zərərçəkmiş şəxsə 3210 manat pul ödənilmişdir. İşin baxılması zamanı iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində qüsur aktının təsviri hissəsində zərər dəymiş avtonəqliyyat vasitəsi "X3” markalı, 10-НЈ-999 dövlət nömrə nişanlı avtomobil olaraq göstərilmişdir. Əslində isə dəymiş zərərin hesablanmasına dair aktda “Toyota Prius minik” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 3210 manat zərər dəydiyi qeyd olunmuş və zərərçəkənə sonuncu məbləğ sığorta ödənişi olaraq ödənilmişdir. İddianın təmin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinin surətindən görünür ki, “Renault Megane” minik markalı, ** VB *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də “Standart” növündə sığortalanmışdır. Sığorta məbləği- əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərər görə 1 şəxs üçün 5000 manat, bir hadisə üzrə 50000 manatdır. Müqavilənin müddəti xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədəkdir. İş materiallarına əlavə olunan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə arayışın surətindən görünür ki, yol nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan şəxs “Renault Megane” minik markalı, ** VB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh olmuş, sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Hadisə zamanı X1 məxsus “Toyota Prius” minik markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Rəhim Allahverdiyevin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, material üzrə cinayət işinn başlanmasının rədd edilməsi, “Renault Megane” minik markalı, ** VB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh əməlində AR İXM 332.1 və 332.4-cü maddəsinin tərkibi yarandığı üçün barəsində inzibati təsir tədbirlərinin görülməsi məqsədilə materialın Xəzər DYPŞ-nin vasitəsilə Xəzər rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunan Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(003)-1105/2023 saylı qərarının surətindən görünür ki, Cavabdeh AR İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsinə 400 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə olunmuş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, “Toyota Prius” minik markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 3210 manat təşkil edir. İş materiallarına əlavə olmuş xx.xx.2023-cü il tarixli sığorta aktının surətindən görünür ki, 3210 manat məbləğində pul “Toyota Prius” minik markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1 ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələbinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə görə faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində yaranır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh sürücülük vəsiqəsi olmadan “Renault Megane” minik markalı, ** VB *** dövlət qeydiyyat avtomobili idarə edərək onun təqsiri nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş və “Toyota Prius” minik markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Dəymiş zərərə görə iddiaçı sığorta şirkəti tərəfindən avtomobilin sahibinə 3210 manat pul ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş iddiaçının cavabdehə qarşı subroqasiya tələbini irəli sürmək hüququ yaranmışdır. Odur ki, iddia tələbi təmin edilərək sığorta ödənişinin məbləğinin əvəzi olaraq cavabdehdən 3210 manat məbləğində pul iddiaçnın xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan **********93 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 52 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə, iddia tələbinin ödənilmiş 52 manat dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə pul tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 3210 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 52 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar