Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-798/2022 21.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneələrin qadağan edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı2 və İddiaçı1 16.11.1961-ci il tarixdə vəfat etmiş babaları X1 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə dair vərəsəlik hüququnu həya keçirmələri üçün həmin daşınmaz əmlak obyektlərinin dövlət qeydiyyatına alınmasından ötrü Azərbayca Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərinin iştirakı ilə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılmasına cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən törədilən maneən aradan qaldırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların mərhum babaları X3 16.11.1961ci il tarixdə vəfat etmişdir. abalarının istifadəsində olmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə yeganə varisləri kimi nəvələri olan iddiaçıların vərəsəlik hüquqlarının tanınaraq əmlakın adlarına keçirilməsi üçün 7 saylı notariat ofisinə müraciət etmişlər və müraciətə əsasən vərəsəlik işi açılmışdır. Notariat ofisinin notariusu 02.11.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə 898 nömrəli məktub ünvanlayaraq, mərhumun vərəsələri İddiaçı2 və İddiaçı1 fərdi yaşayış evi və torpaq sahəsi barəsində daşınmaz əmlakın dövlət reyestrindən çıarış verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 01.12.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, fərdi yaşayış evinə texniki baxış keçirmək və invertarlaşdırma işlərinin aparılması üçün idarəsinin mütəxəssislərinə şərait yaradılmamışdır. Cavabdehlər onların əmisi uşaqlarıdı və miras əmlak olan fərdi yaşayış evində ailələri ilə birgə yaşayırlar. Cavabdehlər 1 saylı Ərazi idarəsinin mütəxəssilərinin işlərinə maneə törədərək onların işinə icazə verməmişlər. Məsələni danışıq yolu ilə həll etmək istəslərdə buna nail olmamışlar. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıların 16.11.1961ci il tarixdə vəfat etmiş babaları X1 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə dair vərəsəlik hüququnu həya keçirmələri üçün həmin daşınmaz əmlak obyektlərinin dövlət qeydiyyatına alınmasından ötrü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərinin iştirakı ilə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılmasına cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən törədilən maneən aradan qaldırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, iddiaçılar onların bibiləridir. Bibiləri mübahisəli evdə yaşamayıb, həmin ünvanda onlar yaşamışlar. Həmin ev onlara atalarından qalmışdır. İddia əsasız olduğundan rədd edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 digər cavabdehin izahatına uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı 02.11.2021-ci il tarixli 898 nömrəli məktubda qeyd edilmişdir ki, 16.11.1961-ci il tarixdə ölmüş Bağır-zadə Qurban Nəsirulla oğlunun istifadəsində olan sənədində (Texniki pasportda) X3, digər sənədlərdə isə Bağır-zadə Qurban Nəsirulla oğlu kimi qeyd edilmişdir. Apardığımız araşdırılmalar zamanı bizə məlum olmuşdur ki, X2 ilə Bağırzadə.Qurban Nəsir oğlu eyni şəxsdir və mərhumun varisləri nəvələri İddiaçı1 və İddiaçı2 olması barədə məlumat veririk. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair çıxarış verilməsi xahiş olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 01.12.2021-ci il tarixli, **********10 nömrəli məktubunda qeyd edilmişdir ki, fərdi yaşayış evinə texniki baxış keçirmək və invertarlaşdırma işlərinin aparılması üçün idarəsinin mütəxəssislərinə şərait yaradılmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 16.11.1961-ci il tarixdə ölmüş Bağır-zadə Qurban Nəsirulla oğlunun varisləri nəvələri İddiaçı1 və İddiaçı2dır. Fərdi yaşayış evinə çıxarş verilməsi üçün baxış keçrilməsi ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş, lakin fərdi yaşayış evinə texniki baxış keçirmək və invertarlaşdırma işlərinin aparılması üçün idarəsinin mütəxəssislərinə şərait yaradılmamışdır. İşin faktiki hallarından görünüdüyü kimi cavabdehlər 16.11.1961-ci il tarixdə ölmüş Bağır-zadə Qurban Nəsirulla oğlunun mövcud olmuş hüquqlarının qeydə alınması üçün mütəxəssisləri torpaq sahəsinə buraxmamaqla, buna dair dövlət reyestrindən arayışın verilməsini əngəl yaratmaqla iddiaçıların gələcəkdə vərəsəlik hüquqlarının tanınması üçün notariat orqanına müraciətinə süni məhduddiyət yaratmışlar. Məhkəmə qeyd edir ki, hazırda iddiaçılar Bağır-zadə Qurban Nəsirulla oğlundan qalan miras əmlaka dair vərəsəlik hüquqlarının tanınması üçün ilk növbədə torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun ölmüş Bağır-zadə Qurban Nəsirulla oğluna dair arayışın Daşınmaz Əmlakın Dövlər Reyestrindən alınmasını tələb edirlər. Nəzərə alınmalıdır ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, “Saghinadze və başqaları Gürcüstana qarşı”, № 18768/05, § 103, 27 may 2010-cu il) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 22.2.. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Həmin məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı hüquqların qeydə alınması üşüm əsaslardandır. Həmin məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı1 və İddiaçı2 gələcəkdə irsi transmisiya şəklində vərəslik hüquqlarının həyata keçirmələri üçün cavabdehlər tərəfindən yaradılmış maneələrini aradan qaldırılmasını tələb etmək hüquqları vardır. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdehlər tərəfindən yaradılmış manelərin aradan qaldırılması iddiaçıların miras əmlak üzərində vərəsə kimi mülkiyyət hüquqlarının tanınması anlamına gəlmir. Mübahisəli miras əmlak üzrəində mülkiyyət hüquqları vərəsəlik haqqında şəhadətnamə verildikdən sonra müəyyənləşəcək. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 16.11.1961-ci il tarixdə vəfat etmiş babaları X1 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə dair vərəsəlik hüququnu həya keçirmələri üçün həmin daşınmaz əmlak obyektlərinin dövlət qeydiyyatına alınmasından ötrü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərinin iştirakı ilə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılmasına cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən törədilən maneə aradan qaldırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 16.11.1961-ci il tarixdə vəfat etmiş babaları X1 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə dair vərəsəlik hüququnu həyata keçirmələri üçün həmin daşınmaz əmlak obyektlərinin dövlət qeydiyyatına alınmasından ötrü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərinin iştirakı ilə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılmasına cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən törədilən maneən aradan qaldırılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-798/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-798/2022
21.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver