Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-813/2024 24.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 1 948,43 manat ödənilməmiş hissə, 194,57 manat məbləğində cərimə olmaqla, cəmi 2143 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasının xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il tarixlərindəki müqavilələrinə əsasən İMEİ KODU **********89920 XİAOMİ REDMİ NOTE 11 markalı telefon, İMEİ KODU **********66666 XİAOMİ REDMİ NOTE 11 markalı telefon, HUAWEİ WATCH GT 3 ACTİVE saat, AİWAAT-X80A qulaqlıq 2 ədəd, PALTARYUYAN TOSHİBA, MİKRODALĞALİ SOBAHOFFMANN, HOFFMANN SİAC kondisioner almış və nəticədə 2143 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1422,9 manat (18 ay x 79.05 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********89920 XİAOMİ REDMİ NOTE 11 markalı telefon, İMEİ KODU **********66666 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün ümumilikdə 1313 manat olmaqla ondan, 1193,8 manat ödənilməmiş hissə, 119,2 manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 993,78 manat (18 ay x 55.21 manat + 0 manat ilkin ödəniş) olan HUAWEİ WATCH GT 3ACTİVE saat, AİWAAT-X80Aqulaqlıq 2 ədəüdçün 552 manat olmaqla ondan, 501,57 manat ödənilməmiş hissə, 50,43 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1110,06 manat (18 ay x 61.67 manat + 0 manat ilkin ödəniş) olan PALTARYUYAN TOSHİBA, MİKRODALĞALİ SOBAHOFFMAüNçNün 205 manat olmaqla ondan 186,06 manat ödənilməmiş hissə, 18,94 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 794 manat (24 ay x 33 manat + 2 manat ilkin ödəniş) HOFFMANN SİAC kondisioner üçün 73 manat olmaqla ondan 67 manat ödənilməmiş hissə, 6 manat cərimə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2372,31 manat təşkil edir. Cavabdehlə aramızda xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, poçt vasitəsi ilə verilmiş zərflərin üzərinə “ünvan tam deyildir” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. İddia ərizəsi, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23173601 saylı müqavilədən aydın olur ki, HOFFMANN SİAC kondisioner üçün hər ay nağd qaydada 33 manat ödəməklə, 24 ay müddətinə 794 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 12081539 saylı müqavilədən aydın olur ki, PALTARYUYAN TOSHİBA, MİKRODALĞALİ SOBAHOFFMANN üçün hər ay nağd qaydada 61,67 manat ödəməklə, 18 ay müddətinə 1110,06 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 03011403 saylı müqavilədən aydın olur ki, İMEİ KODU **********89920 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün hər ay nağd qaydada 79,05 manat ödəməklə, 18 ay müddətinə 1422,84 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 12081843 saylı müqavilədən aydın olur ki, HUAWEİ WATCH GT 3 ACTİVE saat, AİWAAT-X80A qulaqlıq 2 ədəd üçün hər ay nağd qaydada 55,21 manat ödəməklə, 18 ay müddətinə 993,84 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 23173601 saylı müqavilə üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-ci il tarixədək İddiaçı MMC–yə hər ay 33 manat, xx.xx.2022-ci il tarixli, 03011403 saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixədək İddiaçı MMC–yə hər ay 79,05 manat, xx.xx.2022-ci il tarixli, 12081539 saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixədək İddiaçı MMC–yə hər ay 61,67 manat, xx.xx.2022-ci il tarixli, 12081843 saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixədək İddiaçı MMC–yə hər ay 61,67 manat, ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 23173601 saylı müqaviləyə əsasən 67 manat əsas, 6 manat dəbbə (cərimə), xx.xx.2022-ci il tarixli, 03011403 saylı müqaviləyə əsasən 1193,8 manat əsas, 119,2 manat dəbbə (cərimə), xx.xx.2022-ci il tarixli, 12081843 saylı müqaviləyə əsasən 501,57 manat əsas, 50,43 manat dəbbə (cərimə) və xx.xx.2022-ci il tarixli, 12081539 saylı müqaviləyə əsasən 186,06 manat əsas, 18,94 manat dəbbə (cərimə) borcu yaranmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 41,43 manat dövlət rüsumu ödənilmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh İddiaçı MMC ilə aralarında alqı-satqı müqaviləsi bağlamışdırlar. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilələrin şərtlərini pozmuşdur ki, nəticədə cavabdehin borcu yaranmışdır. İş üzrə İddiaçı MMC göstərilən malları Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilələr üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 411-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh nisyə alqı-satqı müqavilələri üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilələr bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilələr bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında aldığı avadanlıqların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilələr əsasında iddiaçıdan avadanlıqlar almasına dair hüququndan istifadə etmiş, həmin avadanlıqların dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1193,8 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 119,2 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 501,57 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 50,43 manat, xx.xx.2022-ci il tarixli, 12081539 saylı müqavilə üzrə 186,06 manat əsas borc münasibətdə, 18,94 manat, xx.xx.2021-ci il tarixli, 23173601 saylı müqavilə üzrə 67 manat əsas borca münaibətdə 6,0 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 45,0 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 20,0 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 7,0 manat və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 3,0 manat, cərimə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 41,43 manat məbləğində dövlət rüsumunun, 39,2 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 2,23 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsaəsn işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2021-ci il tarixli, 23173601 saylı müqaviləyə əsasən 67,0 manat əsas, 3,0 manat cərimə, xx.xx.2022-ci il tarixli, 03011403 saylı müqaviləyə əsasən 1193,8 manat əsas, 45,0 manat cərimə, xx.xx.2022-ci il tarixli, 12081843 saylı müqaviləyə əsasən 501,57 manat əsas, 20,0 manat cərimə və xx.xx.2022-ci il tarixli, 12081539 saylı müqaviləyə əsasən 186,06 manat əsas, 8,0 manat cərimə borcu və 39,2 manat dövlət rüsumu olmaqla, cəmi 2063,63 manat məbləğində pul vəsaiti tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 121, 2938, 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i m: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2021-ci il tarixli, 23173601 saylı müqaviləyə əsasən 67,0 manat əsas, 3,0 manat cərimə, xx.xx.2022-ci il tarixli, 03011403 saylı müqaviləyə əsasən 1193,8 manat əsas, 45,0 manat cərimə, xx.xx.2022-ci il tarixli, 12081843 saylı müqaviləyə əsasən 501,57 manat əsas, 20,0 manat cərimə və xx.xx.2022ci il tarixli, 12081539 saylı müqaviləyə əsasən 186,06 manat əsas, 8,0 manat cərimə borcu və 39,2 manat dövlət rüsumu olmaqla, cəmi 2063,63 manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 41,43 manat dövlət rüsumunun 2,23 manatı iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-813/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-813/2024
24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver