Məhkəmə qərarları › İş №e-2(003)-815/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-815/2024

24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-815/2024 24.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlu, İddiaçıin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********73197 İPHONE 11 PRO markalı telefon, İmei kod **********97801 İPHONE XS markalı telefon, PANASONİC səsucaldıcı, İmei kod **********86748 XİAOMİ REDMİ NOTE 8 markalı telefon, İmei kod **********96108 HOFFMANN X GO markalı telefon, İmei kod **********56365 SAMSUNG GALAXY 10 markalı telefon, İmei kod **********40688 HOFFMAN X ULTRA markalı telefon almış və nəticədə 4686 (dörd min altı yüz səksən altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 4302 manat (18 ay x 239 manat + 0 manat ilkin ödəniş) İmei kod **********73197 İPHONE 11 PRO markalı telefon üçün ümumilikdə, 2451 manat olmaqla ondan, 2228,52 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 222,48 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2706 manat (12 ay x 225,5 manat + 0 manat ilkin ödəniş) İmei kod **********97801 İPHONE XS markalı telefon üçün ümumilikdə 1736 manat olmaqla ondan, 1578,73 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 157,27 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 494,4 manat (12 ay x 41,2 manat + 0 manat ilkin ödəniş PANASONİC səsucaldıcı üçün ümumilikdə, 181 manat olmaqla ondan, 164,21 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 16,79 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 528 manat (12 ay x 44 manat + 0 manat ilkin ödəniş) İmei kod **********86748 XİAOMİ REDMİ NOTE 8 markalı telefon üçün ümumilikdə, 176 manat olmaqla ondan, 160 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 16 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 842,4 manat (12 ay x 70,2 manat + 0 manat ilkin ödəniş) İmei kod **********96108 HOFFMANN X GO markalı telefon, İmei kod **********56365 SAMSUNG GALAXY 10 markalı telefon, İmei kod **********40688 HOFFMAN X ULTRA üçün ümumilikdə, 142 manat olmaqla ondan, 129,27 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 12,73 manat cərimə borcu yaranmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2020-ci il tarixində İmei kod **********40688 HOFFMAN X ULTRA markalı telefon, YENİ QİZİL ZƏMANƏT (REQEMSAL) 2 il və TELEFON QURAŞDİRMA XİDMƏTİ-ndən imtina etmiş və məhsul 321,6 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 391,53 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 321,6 manat, digər 4 müqavilə üzrə cəmi ödədiyi məbləğ 3898,94 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Yuxarıda göstərilənlərə əsasən ümumilikdə 4686 (dörd min altı yüz səksən altı) manat borc, 66,86 (altmış altı manat səksən altı qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, poçt vasitəsi ilə verilmiş zərfin üzərinə “ünvan tam deyil” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli, 01000528 saylı müqavilədən aydın olur ki, İmei kod **********73197 İPHONE 11 PRO markalı telefon üçün hər ay nəğd qaydada 239 manat ödəməklə 18 ay müddətinə 4302 manata Cavabdeh satılmışdır. “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qeyd olunan müqaviləyə əsasən telefon tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən xx.xx.2019-u il tarixdən xx.xx.2021-ci il tarixədək İddiaçı MMC-yə hər ay 239 (iki yüz otuz doqquz) manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20081239 saylı müqavilədən aydın olur ki, imei kod **********96108 HOFFMANN X GO markalı telefon, İmei kod **********56365 SAMSUNG GALAXY 10 markalı telefon, İmei kod **********40688 HOFFMAN X ULTRA markalı telefon üçün hər ay 70,2 manat ödəməklə 12 ay müddətinə 842,40 manata Cavabdeh satılmışdır. “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qeyd olunan müqaviləyə əsasən telefonları qüsursuz halda təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək İddiaçı MMC-yə hər ay 70,2 (yetmiş manat iyirmi qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20083550 saylı müqavilədən aydın olur ki, imei kod **********86748 XİAOMİ REDMİ NOTE 8 markalı telefon üçün hər ay nəğd qaydada 44 manat ödəməklə 12 ay müddətinə 528 manata Cavabdeh satılmışdır. “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qeyd olunan müqaviləyə əsasən telefonları tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 44 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20157684 saylı müqavilədən aydın olur ki, PANASONİC səsucaldıcı üçün hər ay nəğd qaydada 41,2 manat ödəməklə 12 ay müddətinə 494,4 manata Cavabdeh satılmışdır. “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qeyd olunan müqaviləyə əsasən avadanlığı tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 41,20 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20295937 saylı müqavilədən aydın olur ki, imei kod **********97801 İPHONE XS markalı telefon üçün hər ay nəğd qaydada 225,5 manat ödəməklə 12 ay müddətinə 2706 manata Cavabdeh satılmışdır. “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qeyd olunan müqaviləyə əsasən telefonu tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 225,5 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 2228,52 manat əsas borc, 222,48 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 129,27 manat əsas borc, 12,73 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 160 manat əsas borc, 16 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 164,21 manat əsas borc, 16,79 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1578,73 manat əsas borc, 157,27 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 66,86 manat dövlət rüsumu ödənilmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, imei kod **********73197 İPHONE 11 PRO, imei kod **********96108 HOFFMANN X GO, imei kod **********56365 SAMSUNG GALAXY 10, imei kod **********40688 HOFFMAN X ULTRA, imei kod **********86748 XİAOMİ REDMİ NOTE 8, imei kod **********97801 İPHONE XS markalı telefonları və PANASONİC səsucaldıcı avadanlığı almış almış və nəticədə borc yaranmışdır. O, müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə cavabdehin borcu yaranmışdır. İş üzrə İddiaçı MMC həmin telefonları və səsucaldıcını Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Beləliklə, işin müəyyən miedilən hallarına əsasən cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqavilələri əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında aldığı avadanlıqların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilələr əsasında iddiaçıdan avadanlıqlar almasına dair hüququndan istifadə etmiş, həmin avadanlıqların dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 2228,52 manat əsas borca 222,48 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 129,27 manat əsas borca 12,73 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 160 manat əsas borca 16 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 164,21 manat əsas borca 16,79 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1578,73 manat əsas borca 157,27 manat cərimə borcu tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edirki, qeyd olunan müqavilələr üzrə cərimə məbləğləri azaldılaraq xx.xx.2019-cu il tarixli müqavilə üzrə 89,0 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 5,0 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 6,0 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 6,0 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 63,0 manat cərimə borcu məbləğində müəyyən edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 66,86 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 2228,52 manat əsas borc, 89,0 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 129,27 manat əsas borc, 5,0 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 160 manat əsas borc, 6,0 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 164,21 manat əsas borc, 6,0 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1578,73 manat əsas borc, 63,0 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 66,86 manat məbləğində olmaqla, ümumilikdə 4.496,59 (dörd min dörd yüz doxsan altı manat əlli doqquz qəpik) manat məbləğində pul vəsaiti tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 2228,52 manat əsas borc, 89,0 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 129,27 manat əsas borc, 5,0 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 160 manat əsas borc, 6,0 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 164,21 manat əsas borc, 6,0 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1578,73 manat əsas borc, 63,0 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 66,86 manat məbləğində olmaqla, ümumilikdə 4.496,59 (dörd min dörd yüz doxsan altı manat əlli doqquz qəpik) manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar