Məhkəmə qərarları › İş №e-2(003)-817/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-817/2021

06.09.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-817/2021 06.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında qanunsuz inşa olunmuş tikilinin sökülməsi haqqında” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında qanunsuz inşa olunmuş tikilinin sökülməsi haqqında” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, SOCAR-ın "Neft Kəmərləri İdarəsinin istismarında olan Dübəndi-Suraxanı Dş 300 mm-lik magistral neft kəmərinin 23.3-ci km-də, kəmərdən 30 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Bakı Şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yaşayan Cavabdeh tərəfindən elə həmin ünvanda 26.10.2020-ci il tarixdə qanunsuz tikinti işlərinin aparılması iddiaçının əməkdaşları tərəfindən aşkar edilmişdir. Neft boru Kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neftqaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. SOCAR İddiaçı istismarında olan Dübəndi-Suraxanı Dş 300 mmlik magistral neft kəmərinin 23.3-ci km-də, kəmərdən 30 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Bakı Şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yaşayan Cavabdeh tərəfindən həmin ünvanda aparılan bütün qanunsuz tikinti işlərinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 26.10.2020-ci il tarixli aktdan müəyyən edilirki, Xəzər rayonu Yeni Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində Cavabdeh tərəfindən İddiaçı istismarında olan Dübəndi-Suraxanı Dş 300 mm-lik magistral neft kəmərinin 23.3-ci km-də, kəmərdən 30 metr aralı məsafədə kəmərin mühafizə zonasında, köhnədən inşa edilmiş və hal hazırda yaşayış olan evin həyətyani sahəsində ev heyvanlarının saxlanması üçün köhnədən tikilmiş tövlənin natamam olan hissəsinin üzərinə təqribən 6,5 metr uzunluğunda, 1,8 metr hündürlüyündə hörgü işlərinin əlavə edilməsi halı iddiaçının əməkdaşları tərəfindən aşkar edilmişdir. Tikinti həyətyani sahənin içərisində olduğundan görülməsi mümkün olmamışdır. Ev sahibi ilə münaqişə yarandığı üçün qanunsuz tikiliyə müdaxilə etmək mümkün olmamışdır. Vətəndaş Cavabdeh mühafizə zonası daxilində aparılan işlərin qanunazidd olduğu iddiaçının əməkdaşları tərəfindən bildirilmiş və qeyd olunan şəxs şəxsiyyətini təsdiq edən sənədi təqdim etməkdən imtina etməsinə baxmayaraq yazılı xəbərdarlıq verilmişdir. İş materiallarında olan 26.10.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə neft kəmərindən 30 metr aralı inşa edilmiş tikilinin qanunazidd olması barədə xəbərdar edilmişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 14 iyun 2021-ci il tarixli 10/1823 №-li məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh faktiki istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş tikilinin neft kəmərinden 30,2 metr məsafədə yerləşdiyini nəzərə aldıqda, həmin tikilinin "Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarının 6.3 bəndinə əsasən Dş-300 mm-lik magistral neft kəmərinin mühafizə zonasına düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. “Qaz Təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin 2-ci bəndinə əsasən mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Buqaydanı pozaraq aparılan hərcür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Həmin Qanunun 22-ci maddəsinə əsasən bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş“Qaztəchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın 2.11cibəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərininaparılması, boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması qadağandır. Beləliklə, məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı, ekspert rəyi, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq edildiki, Cavabdeh faktiki istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş tikilinin (hasarin) neft kəmərinden 30,2 metr məsafədə yerləşdiyini nəzərə aldıqda, həmin tikili Dş-300 mm-lik magistral neft kəmərinin mühafizə zonasına düşür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinəəsasən məhkəmə öz qətnaməsini yalnız məhkəməiclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Cavabdeh oğluna məxsus tikili yüksək təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasında inşa edildiyini və bu tikililərin inşası üçün müvafiq icazənin olmadığını nəzərə alaraq hesab edir ki, İddiaçı istismarında olan Dübəndi-Suraxanı Dş 300 mm-lik magistral neft kəmərinin 23.3-ci km-də, kəmərdən 30,2 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Binə atçılıq Badam bağları ünvanında yaşayan Cavabdeh tərəfindən həmin ünvanda aparılan bütün qanunsuz tikinti işləri cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalı və həmin ərazidə tikinti quraşdırma işlərinin aparılması cavabdehə qadağan edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması iləəlaqədar olan məsrəflərdən ibarətdir (maddə 107). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir” (119.1). İşə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən aydın olur ki, ekspertiza tədqiqatının dəyəri 100,0 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100,0 manat cavabdehdən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə köçürülməlidir. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 10 (on) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı istismarında olan Dübəndi- Suraxanı Dş 300 mm-lik magistral neft kəmərinin 23.3-ci km-də, kəmərdən 30 metr aralı məsafədə, kəmərin mühafizə zonasında (boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədə), Binə qəsəbəsi Südçülük sovxozu ünvanında yaşayan Cavabdeh tərəfindən həmin ünvanda aparılan bütün qanunsuz tikinti işləri cavabdehin hesabına sökülsün, tikinti materialları qaz kəmərinin mühafizə zonasından çıxarılsın və həmin ərazidə tikinti quraşdırma işlərinin aparılması cavabdehə qadağan edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh tutulub iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçınə qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri - 100 (bir yüz) manat Cavabdeh tutulub Azərbaycan Respublikası Dövlət Büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar