Məhkəmə qərarları › İş №e-2(003)-84/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-84/2024

15.02.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-84/2024 15.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçının nümayəndəsi X5 Cavabdeh, onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı “mühafizə zonasında qanunsuz inşa olunmuş tikilinin sökülməsi haqqında” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsi cavabdeh X10 qarşı “mühafizə zonasında qanunsuz inşa olunmuş tikilinin sökülməsi haqqında” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X15 tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X16 balans və istismarında olan 530 mm diametrli “Zabrat-Buzovna-Türkan” yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin 15.6-cı km-də ünvan 1 ünvanından keçən hissəsində, 39 T 424127.02; 4483380.26 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında, daha dəqiqliklə qaz kəmərindən “1” metr məsafədə qanunsuz olaraq daş hasar və yaşayış evi eləcə də 39 T 424136.67; 4483364.71 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında, daha dəqiqliklə qaz kəmərindən “1” metr məsafədə qanunsuz olaraq daş hasar və kəmərin “3” metrliyində yaşayış evi inşa edilmişdir. Tikintilərin qarşısının alınması və 39 T 424127.02; 4483380.26 koordinatı üzrə mühafizə zonasında yerləşən tikililərin sökülərək ləğv edilməsi istiqamətində müvafiq tədbirlər görülməsi üçün xx.xx.2023-cü il tarixli, MV- 01/115 saylı məktubla Maraqlı şəxs2 başçısına, xx.xx.2023-cü il tarixli, MV-01/113 saylı məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və xx.xx.2023-cü il tarixli, MV-01/114 saylı məktubla Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, eləcə də 39 T 424136.67; 4483364.71 koordinatı üzrə mühafizə zonasında yerləşən tikililərin sökülərək ləğv edilməsi istiqamətində müvafiq tədbirlər görülməsi üçün tərəfimizdən xx.xx.2023-cü il tarixli, MV- 01/184 saylı məktubla Maraqlı şəxs2 başçısına, xx.xx.2023-cü il tarixli, MV-01/186 saylı məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, xx.xx.2023-cü il tarixli, MV-01/185 saylı məktubla Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, xx.xx.2023-cü il tarixli, MV- 01/187 saylı məktubla Xəzər rayon Polis İdarəsinə “yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yaranmış təhlükəli vəziyyət barədə” rəsmi məlumat verilmişdir. xx.xx.2023-cü il tarixində ünvan 2 ünvanında 39 T 424127.02; 4483380.26 koordinatı üzrə 530 mm diametrli “Zabrat-Buzovna-Türkan” yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında vət., X15 tərəfindən, qaz kəmərindən 1 (bir) metr məsafədə daş hasar və yaşayış evi inşa edilməsi barədə 3 saylı Xətti İstismar Xidmətinin əməkdaşları tərəfindən AKT tərtib edilmişdir. xx.xx.2023-cü il tarixində ünvan 2 ünvanında 39 T 424136.67; 4483364.71 koordinatı üzrə 530 mm diametrli «Zabrat- Buzovna-Türkan» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında vət., X15 tərəfindən, qaz kəmərindən 1 (bir) metr məsafədə daş hasar və kəmərdən 3 (üç) metr məsafədə yaşayış evi inşa edilməsi barədə 3 saylı Xətti İstismar Xidmətinin əməkdaşları tərəfindən AKT tərtib edilmişdir. ünvan 2 ünvanında, 39 T 424127.02; 4483380.26 koordinatı və 39 T 424136.67; 4483364.71 koordinatı üzrə magistral qaz kəmərinin mühafizə zonasında qanunsuz olaraq daş hasarlar və yaşayış evləri inşa edən cavabdeh X10 onun tərəfindən inşa edilən daş hasarların və yaşayış evlərinin sökülərək magistral qaz kəmərindən 50 metr məsafədə kənarlaşdırılması barədə xəbərdarlıq məktubu təqdim edilsə də o xəbərdarlıq məktublarını qəbul etməmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən, X17nin mühafizə zonalarında hər hansı bir tikinti quraşdırma işlərinin aparılması qəti qadağandır. Beləliklə, yuxarıda sözügedən tikili birbaşa kəmərin mühafizə zonasında yerləşir və həmin magistral qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan partlayışa, yanğına və digər növ qəzalara, habelə kütləvi insan tələfatına səbəb ola bilər. Cavabdeh X8 mühafizə zonasında inşa etdiyi tikililər həm özünün, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən (özünün kobud ehtiyatsızlığı nəticəsində) yüksək təhlükə mənbəyi hesab olunmaqla, həm özü tərəfindən həm də digərləri tərəfindən ala bilinən zərərlərə görə məsuliyyət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1108-ci maddələrinə əsasən təqsirli şəxs kimi özünün üzərinə düşür. Bu səbəbdən də, cavabdeh həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etməmişdir. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi hazırda iddiaçının qanuni istifadəsindədir. Buradan da müəyyən olunur ki, cavabdehin buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikili onun öz hesabına sökülməlidir. Odur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X16 balans və istismarında olan 530 mm diametrli “Zabrat- Buzovna-Türkan” yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin (15.6-cı km-də) ünvan 1 ünvanından keçən hissəsində 39 T 424127.02; 4483380.26 koordinatı və 39 T 424136.67; 4483364.71 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında cavabdeh X15 tərəfindən qeyri qanuni inşa edilmiş daş hasarların və yaşayış evlərinin boşaldılaraq onun hesabına sökülməsi, tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdeh X7 tutularaq iddiaçı “Qaz İxrac” İdarəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin nümayəndəsi X11 əsl olmayan tərəfin əvəz edilməsi barədə ərizə ilə müraciət edərək göstərmişdir ki, 003)-1416/2023 nömrəli mülki iş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X16 balans və istismarında olan 530 mm diametrli «Zabrat-Buzovna-Türkan» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin (15.6 cı km-də) ünvan 1 ünvanından keçən hissəsində 39 T 424127.02 mB; 4483380.26 mC və 39T 424136.67 mB; 4483364.71 mC koordinatları üzrə qaz kəmərinin mühafizə zonasında cavabdeh X15 tərəfindən qeyri qanuni inşa edilmiş daş hasarların və yaşayış evlərinin boşaldılaraq onun hesabına sökülməsi, tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdeh X7 tutularaq iddiaçı "Qaz İxrac” İdarəsinə ödənilməsi barədə iddia qaldırılmışdır. Lakin sonradan məlum olmuşdur ki, həmin ünvanda qanunsuz tikinti işləri aparan X15 deyil, Cavabdehdur. ( Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Hacı İsgəndər küçəsi 6-cı Döngə, ev 35. ŞV: AA*******, FİN xxxxxxx. Mobil nömrə 077-677-41 -77). Belə ki, “Abşeron” Magistral X16 əməkdaşları tərəfindən dəfələrlə həmin qanunsuz tikilən fərdi yaşayış yerlərinə baxış keçirilən zaman Cavabdeh heç bir rəsmi sənəd təqdim etmədən özünü X4 təqdim edərək evləri onun tərəfindən tikdirdiyini bildirmişdir. 2(003)-1416/2023 saylı mülki iş üzrə iddia ərizəsinin tələb hissəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X16 balans və istismarında olan 530 mm diametrli «Zabrat-Buzovna-Türkan» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin (15.6 cı km-də) Xəzər rayonu, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsidöngə 8 ünvanından keçən hissəsində 39 T 424127.02 mB; 4483380.26 mC və 39T 424136.67 mB; 4483364.71 mC koordinatları üzrə qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən qeyri qanuni inşa edilmiş daş hasarların və yaşayış evlərinin boşaldılaraq onun hesabına sökülməsi, tikinti mal- materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "Qaz İxrac” İdarəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçının yazılı razılığına əsasən Cavabdeh əsl olmayan cavabdeh X15 ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin nümayəndəsi X12 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə verdiyi izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsini o, Rəşiddən alıb, lakin sənədləşmə işləri aparmayıb, həmin torpaq sahəsini alanda orada hazır ev olub. Torpağa dair sərəncamı və harda yerləşməsinə dair bələdiyyənin sxemi var. Mübahisəli evdə hasar uçduğundan həmin ərazidə hasar tikintisi aparmış, tikinti apararkən hasarın əvvəlki yerindən təxminən 40 sam qabağa hörgü işləri aparmışdır. Həmin torpaq sahəsində tikili 18 il bundan qabaq tikilmişdir. Torpağ sahəsi bələdiyyə tərəfindən ayrılmışdır. O, həmin hasarı əvvəlki yerinə qaytarmağa etiraz etmir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh vəkili Vəkil məhkəmə iclasında çıxışda, iddianın əsassız olmasını, hazırda həmin evin Cavabdeh tərəfindən alınması, həmin qaz kəmərinə heç bir maneçiliyin yaranmamasını nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin və cavabdehin vəkilinin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21,06.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “ Qaz təhcizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın və Azərbaycan Dövlət Tikinti Normativləri 2.9-2 X13 Layihələndirmə Normalarının tələbləri pozularaq Xəzər rayonu, Buzovna qəsəbəsi 39 T 424127.02 m B, 44B3380.26mC yaşayan X15 (Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 85, mənzil 249) tərəfindən DN530 mm-lik 12 baz təzyiqli “Zabrat-Buzovna-Türkan” yerüstü magistiral qaz kəmərinin mühafizə zonasında, kəmərdən 1 metr məsafədə mişar daşından hasar və naməlum obyekt inşa olunmuşdur. Heç bir qanuni sənəd təqdim etmədi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə qaz kəmərindən 30 metr aralı inşa edilmiş tikilinin qanunazidd olması barədə xəbərdar edilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs1 ilə X15 arasında bağlanmış torpaqların alqı-satqsına dair aktın surətindən görünür ki, Buzovna Bələdiyyəsi ərazisində 600 m2 torpaq sahəsinin ******* manat müqabilində X1. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs1 xx.xx.2005-ci il tarixli sərəncamının surətindən görünür ki, Buzovna qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikilməsi üçün 600 m2 torpaq sahəsini “Torpaq Məcəlləsi”-nin 59-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq baza qiyməti ilə vətəndaş X10 (ünvan: Bakı şəhəri, C.Məmmədquluzadə küç, ev 85, mən 249, xx.xx.2005-ci il tarixli ərizəsi) satılması, vətəndaş ilə torpağın satın alınmasına dair müvafiq qaydada alqı-satqı aktı tərtib edilməsinə, vətəndaş AR Torpaq Məcəlləsinin 66, 67-ci maddələrinə və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməsinin 24-cü maddəsinə riayət etməklə tikinti işlərini aparılması, bağ evinin layihəsi və tikinti işləri müvafiq qanunvericiliyin tələblərinə uyğun aparılması, komunal xidmətlərin təşkili və icrası məqsədilə vətəndaş aidiyyəti təşkilatlar ilə ikitərəfli müqavilə bağlanılması, vətəndaşın torpaq və əmlak hüququ əldə etdikdən sonra bələdiyyə vergi orqanına qeydiyyata düşməsinə, ayrılmış torpaq sahəsinin naturada vətəndaşa təhvil verilməsinə, sahədə tikintinin layihə üzrə aparılmasına və torpağın təyinata görə istifadə olunmasına nəzarət bələiyyənin “Ərazi idarəetmə və planlaşdırma” şöbəsinə tapşırılmasına sərəncam verilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs1 xx.xx.2020-ci il tarixli, 62/84 saylı məktubundan görünür ki, vətəndaş X10 xx.xx.2005-ci il tarixli 187 saylı Buzovna Bələdiyyəsi sədrinin sərəncamına əsasən alqı-satqı yolu ilə 600m2 torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi Bələdiyyə hüdudları daxilində yerləşir. İş materiallarında olan X15 ilə Cavabdeh arasında bağlanmış ilkin alqı-satqı müqaviləsinin surətindən görünür ki, X15 Azərbaycan Respublikası Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 187 nömrəli “Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” Sərəncamına əsasən X8 istifadəsinə verilmiş ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 600 kvm olan torpaq sahəsindən 200 kv.m-i və üzərində yerləşən iki mərtəbəli fərdi yaşayış evini 45000 manata Cavabdeh satmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli 2(003)-65/2022 qətnaməsi ilə, SOCAR «Qaz İxrac» İdarəsi Abşeron Magistral X16 balans və istismarında olan 530 mm diametrli «Zabrat-Buzovna-Türkan» yüksək təzyiqli (12 atm) yerüstü magistral qaz kəmərinin Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsi döngə 8 ərazisindən keçən hissəsində, kəmərin mühafizə zonasında cavabdeh X6 tərəfindən inşa olunmuş daş hasarın onun hesabına sökülməsi, tikinti materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin xeyrinə, cavabdeh X2 ödənilmiş dövlət rüsumuna görə 10 (on) manat məbləğində pul vəsaiti tutulması, X2 ekspertiza tədqiqatının dəyəri 102 (bir yüz iki) manat tutularaq, X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16- 16/2-10/5792 №-li məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Baxış zamanı təqdim olunan, ünvan 6 ünvanında Cavabdeh tərəfindən tikinti işlərinin aparıldığı iddia olunan torpaq sahəsinin arxa tərəfindən diametri 530mm olan dəmir boru kəmərinin keçdiyi müəyyən olunmuşdur. Baxış zamanı iddiaçının nümayəndəsi həmin borunun 530mm diametrli “Zabrat-Buzovna-Türkan” yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəməri olduğunu bildirdi. Azerbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının 2.7. bəndinin tələblərinə əsasən Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsinin (kənd təsərrüfatına yararlı ərazilərdə 25 metr) mühafizə zonası üçün ayrıldığını və ünvan 1 ünvanında təqdim olunan hasar tikilisinin kəmərdən 0,9 metr, yaşayış evinin 2,9- 3,1 metr aralıda inşa edilməsini nəzərə alaraq, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən torpaq sahəsində aparıldığı iddia olunan tikintilərin (hasar və tikililər) SOCAR-ın “Qaz İxrac” İdarəsinin istismarında olan 530mm diametrli “Zabrat-Buzovna-Türkan” yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Buzovna bələdiyyəsinin X9 adına verdiyi sxemdə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, miqyas, istinad nöqtələrindən məsafələr qeyd olunmadığından sxemdə göstərilən torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də üçüncü sual üzrə tədqiqat aparmaq mümkün olmamışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında 530 mm diametrli «Zabrat-Buzovna-Türkan» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında vət., X15 tərəfindən, qaz kəmərindən 1 (bir) metr məsafədə daş hasar və kəmərdən 3 (üç) metr məsafədə yaşayış evi inşa etmiş, sonradan torpaq sahəsini 45000 manata Cavabdeh satmışdır. hal-hazırda mübahisəli ev Cavabdeh sahibliyində olmaqla , cavabdeh ailə üzvləri ilə birlikdə mübahisəli evdə yaşayır. Məhkəmə yuxarıda göstərilən işin faktiki hallarına istinad edərək, belə hüquqi nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslıdır və bu səbəbdən də, iddia tələbi təmin edilməlidir. Ona görə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən, sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci bəndinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihətexniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Həmin Məcəllənin 22-ci maddəsinin 3-cü bəndinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi haqqında qaydaların 4.1-ci maddəsinə əsasən İNBK-nın istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə İNBK-nin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası-boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. Çoxxətli İNBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. Həmin Qaydaların 6.1-ci maddəsinə əsasən "Mühafizə Zonası"nda Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan bina və qurğuların tikintisi, ağac və kolların əkilməsi, quru otların və küləşin tayalanması, at bağlanan yerlərin təşkil edilməsi, mal-qara saxlanması, balıq saxlamaq üçün sahələrin ayrılması, balıq ovu və eləcə də başqa su heyvanlarının və bitkilərinin yetişdirilib istehsalının həyata keçirilməsi, heyvanların suvarılma yerlərinin təşkil edilməsi, buzun parçalanması işlərinin həyata keçirilməsi, boru kəmərləri marşrutu üzərində keçidlərin tikilməsi, yolların salınması, avtomobil nəqliyyatı vasitələri, traktorlar və mexanizmlər üçün dayanacaqların təşkil edilməsi, meliorasiya məqsədləri üçün torpaq işlərinin həyata keçirilməsi, suvarma və qurutma sistemlərinin tikintisi, hər cür mədən, tikinti-quraşdırma, geoloji çəkiliş, axtarış, geodeziya və quyuların, şurfların qazılması, qrunt nümunələrinin (torpaq nümunələrindən başqa) götürülməsi ilə əlaqədar digər tədqiqat işlərinin həyata keçirilməsi qadağandır. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrindən keçən çox saylı qarışıq boru kəmərləri xətti boyunca, onun kənar kəmərlərinin orta oxundan hər tərəfə, şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin Qaydaların 6.4-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasına daxil olan, torpaq sahəsi, torpaq istifadəçilərindən, mülkiyyətçilərdən və icraçılardan alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirini Qaydaları”nın 2.7-ci bəndinə əsasən, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrindən keçən çoxsaylı qarışıq boru kəmərləri xətti boyunca, onun kənar kəmərinin orta oxundan hər tərəfə, şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; boru kəmərlərinin sualtı keçidləri xətti boyunca su səthindən onun dibinə qədər olan məkanda, paralel müstəvilər arasında, kənar xəttin orta oxundan hər tərəfə 100 m mühafizə zonası ayrılır; kondensatın saxlanması, qazdan ayrılması üçün tutumların, neft və neft məhsullarının, kondensatlarının, sıxılmış qarışıqların qəza vəziyyətində axıdılması üçün torpaq anbarlarının əhatəsində göstərilən obyektlərin ərazisinin sərhədlərindən hər tərəfə 50 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır; baş və aralıq sorulub vurulma və doldurma nasos stansiyalarının, çən parklarının, kompressor və qazpaylayıcı stansiyaların, qaz məsrəflərinin ölçüldüyü qovşaqların, doldurma və qəbuletmə körpülərinin, yeraltı qazsaxlama stansiyalarının neft və neft məhsullarının qızdırılması məntəqələrinin əhatəsində göstərilən obyektlərin sərhədlərindən hər tərəfə 100 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır. Qeyd olunan qanunvericilik normaları aktlarının tələblərindən görünür ki, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. İstismar olunan ixrac neft boru kəmərlərinin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə “Magistral neft boru kəmərlərinin təhlükəsizlik qaydaları”nın tələblərinə cavab verən mühafizə zonası təyin edilir. "Mühafizə Zonası"nda Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan bina və qurğuların tikintisi və s. işlərin aparılması qadağandır. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Qeyd olunan qanunvericilik normaları aktlarının tələblərini və iş üzrə müəyyən edilmiş halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh istifadəsində olan torpaq sahəsində müvafiq razılıq olmadan neft boru kəmərinin mühafizə zonasında hər hansı bir tikinti işlərinin aparması mühafizə zonalar üçün təsdiq edilmiş qaydalara uyğun deyildir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatı, ekspert rəyi, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq edildiki, Cavabdeh faktiki istifadəsində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş hasar tikilisinin kəmərdən 0,9 metr, yaşayış evinin 2,9-3,1 metr aralıda inşa edilməsi nəzərə aldıqda, həmin tikililərin 530 mmlik magistral qaz kəmərinin mühafizə zonasına düşür. Məhkəmə iclasında cavabdehin bələdiyyə tərəfindən verilmiş məktuba əsasən torpaq sahəsinin mühafizə zonasına düşməməsi barədə dəlillərini işin halları ilə uyğun gəlmədiyi və həmin torpaq sahəsinin ekspert rəyinə əsasən mühafizə zonasına düşməsi müəyyən edilmişdir. Ekspert rəyinə əsasən, ünvan 1 ünvanında təqdim olunan hasar tikilisinin kəmərdən 0,9 metr, yaşayış evinin 2,9- 3,1 metr aralıda inşa edilməsini nəzərə alaraq, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən torpaq sahəsində aparıldığı iddia olunan tikintilərin (hasar və tikililər) SOCAR-ın “Qaz İxrac” İdarəsinin istismarında olan 530mm diametrli “Zabrat-Buzovna-Türkan” yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Məhkəmə Cavabdeh məxsus tikililər yüksək təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasında inşa edildiyini və bu tikililərin inşası üçün müvafiq icazənin olmadığını nəzərə alaraq hesab edir ki, SOCAR-ın “Qaz İxrac” İdarəsinin istismarında olan 530 mm diametrli “Zabrat-Buzovna-Türkan” yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında, ünvan 7 ünvanında Cavabdeh məxsus həmin ünvanda yerləşən daş hasar və yaşayış evi cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması iləəlaqədar olan məsrəflərdən ibarətdir (maddə 107). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir” (119.1). İşə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən aydın olur ki, ekspertiza tədqiqatının dəyəri 50,0 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50,0 manat cavabdehdən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə köçürülməlidir. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinəəsasən məhkəmə öz qətnaməsini yalnız məhkəməiclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X16 balans və istismarında olan 530 mm diametrli “Zabrat-Buzovna-Türkan” yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin (15.6-cı km-də) ünvan 1 ünvanından keçən hissəsində (39 T 424127.02; 4483380.26 koordinatı və 39 T 424136.67; 4483364.71 koordinatı üzrə) qaz kəmərinin mühafizə zonasında, Cavabdeh məxsus həmin ünvanda yerləşən daş hasar və yaşayış evi cavabdehin hesabına sökülsün, tikinti materialları qaz kəmərinin mühafizə zonasından çıxarılsın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutulub iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinə qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 50,0 (əlli) manat Cavabdeh tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar