Məhkəmə qərarları › İş №e-2(003)-952/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-952/2025

25.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-952/2025 25.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin fəaliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2006-cı il təvəllüdlü qızı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək işə onların iştirakı olmadan baxılmasını və ərizənin təmin olunmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil əvvəlki məhkəmə iclaslarında göstərmişdir ki, ərizəçinin qızı X4 xx.xx.2006-cı il tarixdə anadan olmuşdur. Uşağın doğulandan xəstə olmuş, özünü sərbəst idarə edə bilmir, digər şəxslərin köməyinə ehtiyacı var. X4 artıq yetkinlik yaşına çatdığına görə onu təmsil etmək üçün qəyyum təyin olunmalıdır. Ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işdə olan sənədləri araşdırmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AZ-İ seriyalı 901640 nömrəli doğum haqqında şəhadətnamə surətindən görünür ki, X4 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası isə X3r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 1623 saylı rəyinin nəticə hissəsindən görünür ki, X4 uşaq serebral iflicinin qalıq əlamətləri, əqli gerilik formasında psixi xəstəlikdən əziyyət çəkir və xəstəliyi ilə əlaqədar ona müddətsiz İ qrup əlillik təyin edilmişdir. X4 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Məhkəmə hesab edir ki, X4 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, habelə ərizəçi onun anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə müraciət etmək hüququ vardır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında müəyyən edildi ki, X4 uşaq serebral iflicinin qalıq əlamətləri, əqli gerilik formasında psixi xəstəlikdən əziyyət çəkir. Məhkəmə mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, X4 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək, xx.xx.2006-cı il təvəllüdlü qızı X4 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin olunsun. xx.xx.2006-cı il təvəllüdlü qızı X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar