Məhkəmə qərarları › İş №e-2(003)-974/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-974/2024

06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-974/2024 06.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlu, İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC il1ə6.10.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrinə əsasən, LOFT - GENC - CALİSMA MASASİ, EPİLYATOR BRAUN, DÖŞƏK - TEKSTİL, İmei kod **********58725 BQ-7036L markalı telefon, NAQİLSİZ TOZSORAN, İmei kod **********01578 SAMSUNG GALAXYA13 markalı telefon, VİNİL ŞƏFFAF, VİNİL MAT, MATRAS – GOLDLİNE, LENOVO kompüter, MOUSE TRUST, WİNDOWS10 DVD almış və nəticədə 1734 manat borc yaranmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 294,96 manat (24 ay x 12.29 manat + 0 manat ilkin ödəniş) olan LOFT - GENC – CALİSMAMASASİ üçün ümumilikdə 52 manat olmaqla, ondan, 47,93 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4,07 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1000,8 manat (18 ay x 55.6 manat + 0 manat ilkin ödəniş) olan EPİLYATOR BRAUN üçün ümumilikdə 120 manat olmaqla, ondan, 109,76 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10,24 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqısatqı qiyməti 289,08 manat (18 ay x 16.06 manat + 0 manat ilkin ödəniş) olan DÖŞƏK – TEKSTİL üçün ümumilikdə 140 manat olmaqla, ondan, 127,59 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 12,41 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 614,16 manat (18 ay x 34.12 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********58725 BQ-7036L markalı telefon, NAQİLSİZ TOZSORAN üçün ümumilikdə 390 manat olmaqla, ondan, 354,03 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 35,97 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 563,88 manat (12 ay x 46.99 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********01578 SAMSUNG GALAXYA13 markalı telefon, VİNİL ŞƏFFAF, VİNİL MAT üçün ümumilikdə 155 manat olmaqla, ondan, 140,91 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14,09 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 660 manat (24 ay x 27.5 manat + 0 manat ilkin ödəniş) olan MATRAS – GOLDLİNE üçün ümumilikdə 392 manat olmaqla, ondan, 356,07 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 35,93 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1133,1 manat (18 ay x 62.95 manat + 0 manat ilkin ödəniş) olan LENOVO kompüter, MOUSE TRUST, WİNDOWS 10 DVüDçün ümumilikdə 485 manat olmaqla, ondan 440,25 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 44,75 manat cərimə borcu yaranmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2022-ci il tarixində İmei kod **********58725 BQ-7036L markalı telefon, QİZİL ZƏMANƏT ULTRA2 İL, PAKET M-dən imtina etmiş və məhsul 123,91 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 136.22 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 123,91 manat təşkil edir. Cavabdehin cəmi ödədiyi məbləğ 2979,44 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 47,93 manat ödənilməmiş hissə, 4,07 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 109,76 manat ödənilməmiş hissə, 10,24 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 127,59 manat ödənilməmiş hissə, 12,41 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 354,03 manat ödənilməmiş hissə, 35,97 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 140,91 manat ödənilməmiş hissə, 14,09 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 356,07 manat ödənilməmiş hissə, 35,93 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 440,25 manat ödənilməmiş hissə, 44,75 manat, ümumilikdə 1734 manat borc, 37,34 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilədən aydın olur ki, LOFT - GENC - CALİSMA MASASİ-ML üçün hər ay nağd qaydada 12,29 manat ödəməklə, 24 ay müddətinə 294,96 manata Cavabdeh satılmışdır. “Müştəri” Ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir (Müqavilə 2.6). İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh LOFT - GENC - CALİSMA MASASİ-ML tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı MMC–yə hər ay 12,29 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022ci il tarixli, ******* saylı müqavilədən aydın olur ki, EPİLYATOR BRAUN PL3132 üçün hər ay nağd qaydada 55,6 manat ödəməklə, 18 ay müddətinə 1000,8 manata Cavabdeh satılmışdır. “Müştəri” Ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir (Müqavilə 2.6). İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh EPİLYATOR BRAUN PL3132 tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı MMC–yə hər ay 55,6 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022ci il tarixli, 04082294 saylı müqavilədən aydın olur ki, DÖŞƏK - TEKSTİL - SG – SARVAGELLİ DÖŞƏK (BAMBU SİNTİFON TƏRKİBLİ) 160 X 200 SM üçün hər ay nağd qaydada 16,06 manat ödəməklə, 18 ay müddətinə 289,08 manata Cavabdeh satılmışdır. “Müştəri” Ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir (Müqavilə 2.6). İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh DÖŞƏK - TEKSTİL - SG – SARVAGELLİ DÖŞƏK (BAMBU SİNTİFON TƏRKİBLİ) 160 X 200 SM tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 04082294 saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2024cü il tarixədək İddiaçı MMC–yə hər ay 16,6 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022ci il tarixli, 03212422 saylı müqavilədən aydın olur ki, İmei kod **********01578 SAMSUNG GALAXYA13 DS (SM-A135) 128 GB – BLUE, ESET NOD32 MOBİLE SECURİTY 1Y/1P, VİNİL ŞƏFFAF, VİNİL MAT, REKLAM BLOKLAYİCİ AWAX 12 AY, PAKET M, AKKAUNT YARADİLMASİ, PLYONKA İSTEHSALİ, ANTİVİRUSUN QURAŞDİRİLMASİ, MOBİL TƏTBİQİN YÜKLƏNİLMƏSİ (1 ƏDƏD), PLYONKA İSTEHSALİ üçün hər ay nağd qaydada 46,99 manat ödəməklə, 18 ay müddətinə 563,93 manata Cavabdeh satılmışdır. “Müştəri” Ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir (Müqavilə 2.6). İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İmei kod **********01578 SAMSUNG GALAXYA13 DS (SM-A135) 128 GB – BLUE, ESET NOD32 MOBİLE SECURİTY 1Y/1P, VİNİL ŞƏFFAF, VİNİL MAT, REKLAM BLOKLAYİCİ AWAX 12 AY, PAKET M, AKKAUNT YARADİLMASİ, PLYONKA İSTEHSALİ, ANTİVİRUSUN QURAŞDİRİLMASİ, MOBİL TƏTBİQİN YÜKLƏNİLMƏSİ (1 ƏDƏD), PLYONKA İSTEHSALİ tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 03212422 saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixədək İddiaçı MMC–yə hər ay 46,99 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022ci il tarixli, 03692556 saylı müqavilədən aydın olur ki, MATRAS – GOLDLİNE – 160X200X26 - KY üçün hər ay nağd qaydada 27,05 manat ödəməklə, 24 ay müddətinə 660 manata Cavabdeh satılmışdır. “Müştəri” Ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir (Müqavilə 2.6). İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh MATRAS – GOLDLİNE – 160X200X26 - KY tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 03692556 saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2024cü il tarixədək İddiaçı MMC–yə hər ay 27,5 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022ci il tarixli, 10722336 saylı müqavilədən aydın olur ki, MOUSE TRUST MYDO SİLENT BLUE / 21870, LONOVO V14-İGL (82C2000YRU), WİNDOWS 10 OEM DVD üçün hər ay nağd qaydada 62,95 manat ödəməklə, 18 ay müddətinə 1133,03 manata Cavabdeh satılmışdır. “Müştəri” Ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir (Müqavilə 2.6). İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh MOUSE TRUST MYDO SİLENT BLUE / 21870, LONOVO V14-İGL (82C2000YRU), WİNDOWS 10 OEM DVD tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 10722336 saylı müqavilə üzrə xx.xx.2023-cÜ il tarixdən xx.xx.2024cü il tarixədək İddiaçı MMC–yə hər ay 62,95 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022ci il tarixli, 03243932 saylı müqavilədən aydın olur ki, NAQİLSİZ TOZSORAN BLACK&DECKER BHFEV182C-QW, BQ-7036L 16GB – BLACK, KASPERSKY İNTERNET SECURİTY FOR ANDROİD 1Y/1P, REKLAM BLOKLAYİCİ AWAX 12 AY, PAKET M, AKKAUNT YARADİLMASİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL (SİĞORTA), MOBİL TƏTBİQİN YÜKLƏNİLMƏSİ (1 ƏDƏD), ANTİVİRUSUN QURAŞDİRİLMASİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL (SİĞORTA) üçün hər ay nağd qaydada 34,12 manat ödəməklə, 18 ay müddətinə 614,13 manata Cavabdeh satılmışdır. “Müştəri” Ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir (Müqavilə 2.6). İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh NAQİLSİZ TOZSORAN BLACK&DECKER BHFEV182C-QW, BQ-7036L 16GB – BLACK, KASPERSKY İNTERNET SECURİTY FOR ANDROİD 1Y/1P, REKLAM BLOKLAYİCİ AWAX 12 AY, PAKET M, AKKAUNT YARADİLMASİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL (SİĞORTA), MOBİL TƏTBİQİN YÜKLƏNİLMƏSİ (1 ƏDƏD), ANTİVİRUSUN QURAŞDİRİLMASİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL (SİĞORTA) tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 03243932 saylı müqavilə üzrə xx.xx.2023-cÜ il tarixdən xx.xx.2024cü il tarixədək İddiaçı MMC–yə hər ay 34,12 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 47,93 manat ödənilməmiş hissə, 4,07 manat cərimə pulu, xx.xx.2022ci il tarixli müqavilə üzrə 109,76 manat ödənilməmiş hissə, 10,24 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 127,59 manat ödənilməmiş hissə, 12,41 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 354,03 manat ödənilməmiş hissə, 35,97 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 140,91 manat ödənilməmiş hissə, 14,09 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 356,07 manat ödənilməmiş hissə, 35,93 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 440,25 manat ödənilməmiş hissə, 44,75 manat borcu yaranmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə cavabdehin borcu yaranmışdır. İş üzrə İddiaçı MMC həmin telefonu Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyini lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilə üzrə öhdəliyini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatandan xeyli dərəcədə məhrum olmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında aldığı mobil telefonun dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan avadanlıq almasına dair hüququndan istifadə etmiş, həmin avadanlığın dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 47,93 manat məbləğində əsas borca münasibətdə 4,07 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 109,76 manat məbləğində əsas borca münasibətdə 10,24 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 127,59 manat məbləğində əsas borca münasibətdə 12,41 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 354,03 manat məbləğində əsas borca münasibətdə 35,97 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 140,91 manat məbləğində əsas borca münasibətdə 14,09 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 356,07 manat məbləğində əsas borca münasibətdə, 35,93 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 440,25 manat məbləğində əsas borca münasibətdə, 44,75 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edirki, qeyd olunan müqavilələr üzrə cərimə məbləğləri azaldılaraq xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2,00 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 5,0 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 5,0 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 15,0 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 6,0 manat, xx.xx.2022-ci il tarixli, 03692556 saylı müqavilə üzrə 14,0 manat, xx.xx.2022-ci il tarixli, 10722336 saylı müqavilə üzrə 18,0 manat məbləğində müəyyən edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edildiyindən 30,0 manat məbləğində dövlət rüsumunun 32,01 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 5,33 manat dövlət rüsumu isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsaəsn işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı MMCnin xeyrinə Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 47,93 manat məbləğində əsas borc, 2,00 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 109,76 manat məbləğində əsas borc, 5,0 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 127,59 manat məbləğində əsas borc, 5,0 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 354,03 manat məbləğində əsas borc, 15,0 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 140,91 manat məbləğində əsas borc, 6,0 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli, 03692556 saylı müqavilə üzrə 356,07 manat məbləğində əsas borc, 14,0 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli, 10722336 saylı müqavilə üzrə 440,25 manat məbləğində əsas borc, 18,0 manat cərimə və 32,01 manat dövlət rüsumu olmaqla, cəmi 1673,55 manat məbləğində pul vəsaiti tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 2938, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 47,93 manat məbləğində əsas borc, 2,00 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 109,76 manat məbləğində əsas borc, 5,0 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 127,59 manat məbləğində əsas borc, 5,0 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 354,03 manat məbləğində əsas borc, 15,0 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 140,91 manat məbləğində əsas borc, 6,0 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli, 03692556 saylı müqavilə üzrə 356,07 manat məbləğində əsas borc, 14,0 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli, 10722336 saylı müqavilə üzrə 440,25 manat məbləğində əsas borc, 18,0 manat cərimə və 32,01 manat dövlət rüsumu olmaqla, cəmi 1673,55 manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. 37,34 manat dövlət rüsumunun 5,33 manatı iddiaçıya aid edil Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar