Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1088/2023 14.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrlə İMEİ kod **********45195 Samsung Galaxy A11 markalı mobil telefon, Mİ qulaqlıq, İMEİ kod **********90607 Samsung Galaxy A10S markalı mobil telefon və İMEİ kod **********37584 Blackview Tab 8 markalı planşet olmaqla 832 (səkkiz yüz otuz iki) manat öhdəliyi yaranmışdır. Cavabdeh tərəfindən müqavilənin şərtləri pozularaq xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 554,4 (beş yüz əlli dörd manat qırx qəpik) manat olan İMEİ kod **********45195 Samsung Galaxy A11 markalı mobil telefon üçün ümumilikdə 265,3 ( iki yüz altmış beş manat otuz qəpik) manat olmaqla onun 241,3 (iki yüz qırx bir manat otuz qəpik) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat isə cərimə miqdarında borcu yaranmışdır. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 359,6 (üç yüz əlli doqquz manat altmış qəpik) manat olan Mİ qulaqlıq, İMEİ kod **********90607 Samsung Galaxy A10S markalı mobil telefon üçün ümumilikdə 119 (yüz on doqquz) manat olmaqla onun 108,1 (bir yüz səkkiz manat on qəpik) manat ödənilməmiş hissə, 10,9 (on manat doxsan qəpik) manat isə cərimə miqdarında borcu yaranmışdır. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 489,96 (dörd yüz səksən doqquz manat doxsan altı qəpik) manat olan İMEİ kod **********37584 Blackview Tab 8 markalı planşet üçün ümumilikdə 447,7 (dörd yüz qırx yeddi manat yetmiş qəpik) manat olmaqla onun 407,7 ( dörd yüz qırx yeddi manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 40 (qırx) manat isə cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 646,86 (altı yüz qırx altın manat səksən altı qəpik) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində Müştəri mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 554,4 (beş yüz əlli dörd manat qırx qəpik) manat olan İMEİ kod **********45195 Samsung Galaxy A11 markalı mobil telefon üçün ümumilikdə 265,3 ( iki yüz altmış beş manat otuz qəpik) manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 359,6 (üç yüz əlli doqquz manat altmış qəpik) manat olan Mİ qulaqlıq, İMEİ kod **********90607 Samsung Galaxy A10S markalı mobil telefon üçün ümumilikdə 119 (yüz on doqquz) manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 489,96 (dörd yüz səksən doqquz manat doxsan altı qəpik) manat olan İMEİ kod **********37584 Blackview Tab 8 markalı planşet üçün ümumilikdə 447,7 (dörd yüz qırx yeddi manat yetmiş qəpik) manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 832 (səkkiz yüz otuz iki) manat məbləğində borc və 30 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, İMEİ kod **********45195 Samsung Galaxy A11 markalı mobil telefonu, xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Mİ qulaqlıq, İMEİ kod **********90607 Samsung Galaxy A10S markalı mobil telefonu və xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, İMEİ kod **********37584 Blackview Tab 8 markalı planşeti Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 1-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 0 manat ilkin ödəniş etməklə 24 ay müddətinə, hər ay 23,1 (iyirmi üç manat on qəpik) manat, 2-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 32 (otuz iki) manat ilkin ödəniş etməklə 12 ay müddətinə, hər ay 27,3 (iyirmi yeddi manat otuz qəpik) manat, 3-cü müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 0 manat ilkin ödəniş etməklə 24 ay müddətinə, hər ay 27,22 (iyirmi yeddi manat iyirmi iki qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 16 yanvar 2023-cü il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 241,3 (iki yüz qırx bir manat otuz qəpik) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə pulu, ümumilikdə 265,3 ( iki yüz altmış beş manat otuz qəpik) manat məbləğində borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 108,1 (yüz səkkiz manat on qəpik) ödənilməmiş hissə, 10,9 (on manat doxsan qəpik) manat cərimə pulu, ümumilikdə 119 (yüz on doqquz) məbləğində, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 407,7 (dörd yüz yeddi manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə pulu, ümumilikdə 447,7 (dörd yüz qırx yeddi manat qırx qəpik) manat məbləğində olmaqla 832 (səkkiz yüz otuz iki) manat borcu vardır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki Cavabdeh İddiaçı MMC-dən xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Samsung Galaxy A11 markalı mobil telefonu almış və nəticədə 265,3 ( iki yüz altmış beş manat otuz qəpik) manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Samsung Galaxy A10S markalı mobil telefonu almış və nəticədə 119 (yüz on doqquz) manat məbləğində və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Blackview Tab 8 markalı planşeti almış və nəticədə 407,7 (dörd yüz yeddi manat yetmiş qəpik) manat məbləğində borcu yaranmışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilələrin şərtləri pozulmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 241,3 (iki yüz qırx bir manat otuz qəpik) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə pulu, ümumilikdə 265,3 ( iki yüz altmış beş manat otuz qəpik) manat məbləğində borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 108,1 (yüz səkkiz manat on qəpik) ödənilməmiş hissə, 10,9 (on manat doxsan qəpik) manat cərimə pulu, ümumilikdə 119 (yüz on doqquz) məbləğində, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 407,7 (dörd yüz yeddi manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə pulu, ümumilikdə 447,7 (dörd yüz qırx yeddi manat qırx qəpik) manat məbləğində olmaqla 832 (səkkiz yüz otuz iki) manat məbləğində borcu yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Məhkəmə hesab edir ki, sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cərimə öhdəliyinə münasibətdə) və 600.4-cü (əsas öhdəliyə münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, alıcı satıcı ilə bağladığı yuxarıda qeyd olunan xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqavilələri üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin faktiki və hüquqi halları ilə MM-in 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 AZN məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh
1. xx.xx.2020-ci il tarixli müqavilə üzrə 241,3 (iki yüz qırx bir manat otuz qəpik) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə pulu, ümumilikdə 265,3 ( iki yüz altmış beş manat otuz qəpik) manat məbləğində,
2. xx.xx.2021-ci il tarixli müqavilə üzrə 108,1 (yüz səkkiz manat on qəpik) ödənilməmiş hissə, 10,9 (on manat doxsan qəpik) manat cərimə pulu, ümumilikdə 119 (yüz on doqquz) məbləğində,
3. xx.xx.2021-ci il tarixli müqavilə üzrə 407,7 (dörd yüz yeddi manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə pulu, ümumilikdə 447,7 (dörd yüz qırx yeddi manat qırx qəpik) manat məbləğində olmaqla 832 (səkkiz yüz otuz iki) manat məbləğində borc və 30 AZN (otuz manat) ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh,
1. xx.xx.2020-ci il tarixli müqavilə üzrə 241,3 (iki yüz qırx bir manat otuz qəpik) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə pulu, ümumilikdə 265,3 ( iki yüz altmış beş manat otuz qəpik) manat məbləğində,
2. xx.xx.2021-ci il tarixli müqavilə üzrə 108,1 (yüz səkkiz manat on qəpik) ödənilməmiş hissə, 10,9 (on manat doxsan qəpik) manat cərimə pulu, ümumilikdə 119 (yüz on doqquz) məbləğində,
3. xx.xx.2021-ci il tarixli müqavilə üzrə 407,7 (dörd yüz yeddi manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə pulu, ümumilikdə 447,7 (dörd yüz qırx yeddi manat qırx qəpik) manat məbləğində olmaqla 832 (səkkiz yüz otuz iki) manat məbləğində borc və 30 AZN (otuz manat) ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Fariz Əlizadə