Məhkəmə qərarları › İş №e-2(004)-1109/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1109/2024

22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1109/2024 22.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlu, İddiaçı oglunun Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı oglu Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2019-cü il tarixli ******* nömrəli müqaviləyə əsasən nisyə aldığı 1 ədəd “Samsung Galaxy A10 SM-A105 RED” markalı və 1 ədəd “Samsung Galaxy A20S 32GB MS-207 Blue/QZT” markalı mobil telefonların dəyərindən ödənilməmiş qalan 675 manat əsas borc və hesablanmış 202 manat cərimə; xx.xx.2019-cü il tarixli ******* nömrəli müqaviləyə əsasən nisyə aldığı 1 ədəd “Riffel” markalı televizor və 1 ədəd “Beko” markalı ütünün dəyərindən ödənilməmiş qalan 234 manat əsas borc, hesablanmış 70 manat cərimə və ödənilmiş 33 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Lakin cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçı (VÖEN **********) xx.xx.2019-cu il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən dəyəri 1032 manat olan 1 ədəd “Samsung Galaxy A10 SM-A105 RED” markalı və 1 ədəd “Samsung Galaxy A20S 32GB MS-207 Blue/QZT” markalı mobil telefonları 60 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə ayda 81 manat ödənilməsi şərti Cavabdeh nisyə satmışdır. İddiaçı xx.xx.2019-cu il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən dəyəri 452 manat olan 1 ədəd “Riffel” markalı televizor və 1 ədəd “Beko” markalı ütünü 20 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə ayda 36 manat ödənilməsi şərti Cavabdeh nisyə satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh İddiaçı xx.xx.2019-ci il tarixli ******* nömrəli müqavilə üzrə 675 manat əsas borcu və hesablanmış 202 manat cərimə olmaqla, cəmi 877 manat; xx.xx.2019-ci il tarixli ******* nömrəli müqavilə üzrə 234 manat əsas borcu, hesablanmış 70 manat cərimə olmaqla, cəmi 337 manat borcu yaranmışdır. İddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 33 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, tənasübsüz surətdə yüksək hesablanmış 202 manat cərimə azaldılaraq 50 manat müəyyən edilməlidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, sadələşdirilmiş icraat üzrə iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cü il tarixli ******* nömrəli müqaviləyə əsasən nisyə aldığı 1 ədəd “Samsung Galaxy A10 SM-A105 RED” markalı və 1 ədəd “Samsung Galaxy A20S 32GB MS-207 Blue/QZT” markalı mobil telefonların dəyərindən ödənilməmiş qalan 675 manat əsas borc və hesablanmış 50 manat cərimə; xx.xx.2019-cü il tarixli ******* nömrəli müqaviləyə əsasən nisyə aldığı 1 ədəd “Riffel” markalı televizor və 1 ədəd “Beko” markalı ütünün dəyərindən ödənilməmiş qalan 234 manat əsas borc, hesablanmış 70 manat cərimə və ödənilmiş 33 manat dövlət rüsumu olmaqla, cəmi 1.127 manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi - xx.xx.2019-cü il tarixli ******* nömrəli müqavilə üzrə hesablanmış 152 manat dəbbə pulunun tutulması hissəsində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cü il tarixli ******* nömrəli müqaviləyə əsasən nisyə aldığı 1 ədəd “Samsung Galaxy A10 SM-A105 RED” markalı və 1 ədəd “Samsung Galaxy A20S 32GB MS-207 Blue/QZT” markalı mobil telefonların dəyərindən ödənilməmiş qalan 675 manat əsas borc və hesablanmış 50 manat cərimə; xx.xx.2019-cü il tarixli ******* nömrəli müqaviləyə əsasən nisyə aldığı 1 ədəd “Riffel” markalı televizor və 1 ədəd “Beko” markalı ütünün dəyərindən ödənilməmiş qalan 234 manat əsas borc, hesablanmış 70 manat cərimə və ödənilmiş 33 manat dövlət rüsumu olmaqla, cəmi 1.127 (min yüz iyirmi yeddi) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi xx.xx.2019-cü il tarixli ******* nömrəli müqavilə üzrə hesablanmış 152 manat dəbbə pulunun tutulması hissəsində rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar