Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1119/2022 30.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "qanunsuz tikilinin sökülməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 6 ilə Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava, 58B ünvanında yerləşən evin arasında Cavabdeh tərəfindən tikilmiş divarın cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Zəngilan rayonundan məcburi köçkündür. 1993cü ildən 2004-cü ilə qədər Azərbaycan Neft Akademiyasının Tələbə şəhərciyində yaşamışdırlar, daha sonra 2004-cü ildə qardaşı Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava, 58F ünvanında yerləşən evi alaraq onları köçürtmüşdür. Dünyada və ölkədə başlamış koronavirus xəstəliyi ilə əlaqədar oğlunun yanına köçmüşdürlər. Sonradan mənzilə gələndə qonşusu Cavabdeh onun evinin pəncərələrinin qarşısına məsafə gözləmədən qanunsuz olaraq divar çəkdiyini görmüşdür. Cavabdeh onunla qonşuluqda yerləşən evini 2015-ci qanunsuz olaraq tikmiş, cavabdehin evi ilə onun evinin arasındakı məsafə təxminən 15 metrdir. Cavabdehə dəfələrlə məsafə gözləmədən tikdiyi divarın qanunsuz olduğunu bildirmiş və divarı sökərək ən azı bir metr məsafə saxlayaraq yenidən tikməsini xahiş etsə də, cavabdeh buna əhəmiyyət verməmişdir. Hal-hazırda iddiaçıya məxsus kondisinerin mator hissəsinə, qaz xəttinə əlçatanlığı, həmçinin evinin havalanması məhdudlaşdırılmışdır. Bununla əlaqədar Bakı şəhəri İcra Hakimiyyətinə və Yasamal rayon 56 saylı MKİS-ə müraciət etmiş, həmin orqanlar məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddiaçının evinin üç pəncərəsi var və ikisinin qarşısında onun tərəfindən normal məsafədə hasar tikilib. İddiaçının evindən onun evinin içərisi görünür. Onlar uzun müddətdir ki, orada yaşayır, iddiaçı isə 2006-cı ildən ora köçmüşdür. Hesab edir ki, iddia tələbi əsassızdır. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul eidlməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin P-19-075 nömrəli, xx.xx.2021-ci il tarixli və Yasamal rayon 56 saylı MKİS-in 114 nömrəli, xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı müraciətinə əsasən ona yaranmış mübahisənin üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/1347 saylı rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, 58F ünvanında yerləşən evin pəncərəsinin qarşısında 0,60 m ara məsafəsində hasarın inşa olunduğunu nəzərə alaraq hasarın günəş işığının düşməsinə qismən maneçilik törətdiyi, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, 58F ünvanında yerləşən ev ilə Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, 58B ünvanında yerləşən evin arasında inşa olunmuş hasarın hündürlüyünün 2.20 metrdən çox (3,0 m) olmasını nəzərə alaraq, həmin hasarın Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun olmadığı və Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, 58F ünvanında iddiaçıya məxsus fərdi yaşayış evi ilə cavabdehə məxsus hasarın hündürlüyünə görə zəruri olan 1,0 metr məsafə əvəzinə 0,60 m saxlanıldığını nəzərə alaraq Məcəllənin 69.5.2-1-ci maddəsinin tələbinə uyğun inşa edilmədiyi müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət X4 Xidməti 2-ci ərazi X4 İdarəsi Yasamal Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, 58F ünvanında yaşayan İddiaçı tərəfindən Fövqəladə Hallar Nazirliyinə ünvanlanmış və X4 Xidmətində qeydiyyata alınmış 30.03 2022-ci il tarixli, P-0002 saylı qrumun əməkdaşları tərəfindən araşdırılmışdır. Araşdırma zamanı Yasamal rayonu, 2-ci Alatava 58 F ünvanında yaşayan İddiaçı qeydiyyatda olduğu fərdi yaşayış evi ilə sahibi müəyyən olunmayan qonşu fərdi yaşayış evi ilə yanğına qarşı ara məsafələrin gözlənilmədiyi müəyyən edilmişdir.Tikinti işlərinin müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış layihə əsasında həyata keçirilməsi, tikinti-quraşdırma işlərinin təsdiq edilmiş layihəyə uyğun aparılması eləcə də yanğın və partlayışa qarşı tələblər nəzərə alınmaqla nəzarətdə saxlanılması məqsədi ilə müvafiq sənədlər təqdim edilməmişdir. Bununla yanaşı bildirişmişdir ki, tikililər arası yanğına qarşı ara məsafələrinin saxlanılmaması yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə riayət edilməməsi gələcəkdə yanğın və digər fövqəladə hadisələrin baş verməsinə, insanların həyal və sağlamlıqların təhlükə qarşısında qalmasına şərait yaradır. Qeyd olunanları nəzərə alaraq yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeyd olunan ü vanda komissiya tərəfindən araşdırma aparılaraq müvafiq tədbirlərin görülməsinə göstəriş verilməsi və 2-ci ərazi X4 İdarəsinin məlumatlandırılması xahiş edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən olunmuşdur k, iddiaçı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyatda olmaqla, ailə üzvləri ilə birlikdə yaşayır. Bakı şəhəri Yasamal rayonu, 2-ci Alatava, 58F ünvanında yerləşən ev ilə Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava, 58B ünvanında yerləşən evin arasında Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava, 58B ünvanında yerləşən evin sahibi Cavabdeh tərəfindən hasar inşa edilmişdir. İş materialarında olan ekspert rəyinə əsasən, hasarın şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilməsi və iddiaçının yaşadığı Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, 58F ünvanında yerləşən fərdi yaşayış evinə günəş işığının düşməsinə qismən maneçilik törətdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.3-cü maddəsinə əsasən hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla) mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, 58F ünvanında yerləşən evin pəncərəsinin qarşısında düzgün ara məsafəsi saxlanılmadan və müvafiq icra hakimiyyəti orqanından icazə almadan qanunla müəyyən edilmiş normadan artıq hündürlükdə hasar inşa olunduğundan həmin hasar iddiaçıya məxsus mənzilin havalandırmasına, işıqlanmasına, rütubətin tənzimlənməsinə mənfi təsir göstərmiş, qeyd olunan hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1347 saylı ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Belə olduğu təqdirdə də məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən tikilmiş qanunsuz tikilinin mövcudluğu İddiaçı maraqlarına toxunur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, İddiaçı istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava 58 F ünvanında yerləşən ev ilə Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava 58 B ünvanında yerləşən evin arasında Cavabdeh tərəfindən tikilmiş divar cavabdehin hesabına sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edilməli olduğundan iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava 58 F ünvanında yerləşən ev ilə Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava 58 B ünvanında yerləşən evin arasında Cavabdeh tərəfindən tikilmiş divar cavabdehin hesabına sökülsün. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-1119/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1119/2022
30.06.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver