Məhkəmə qərarları › İş №e-2(004)-1125/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1125/2023

14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1125/2023 14.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrlə müvafiq olaraq LG kondisioner, XİAOMİ REDMİ NOTE 8 markalı mobil telefon və XİAOMİ REDMİ 9 markalı mobil telefon olmaqla 2107 (iki min yüz yeddi) manat öhdəliyi yaranmışdır. Cavabdeh tərəfindən müqavilənin şərtləri pozularaq xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1900,8 (min doqquz yüz manat səkkiz qəpik) manat olan LG markalı kondisioner üçün ümumilikdə 1458 ( min dörd yüz əlli səkkiz) manat olmaqla onun 1325,8 (min üç yüz iyirmi beş manat səksən qəpik) manat ödənilməmiş hissə, 132,2 (yüz otuz iki manat iyirmi qəpik) manat isə cərimə miqdarında borcu yaranmışdır. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 588,6 (beş yüz səksən səkkiz manat altmış qəpik) manat olan İMEİ kodu **********22726 olan XİAOMİ REDMİ NOTE 8 markalı mobil telefon üçün ümumilikdə 575 (beş yüz yetmiş beş) manat olmaqla onun 522,6 (beş yüz iyirmi iki manat altmış qəpik) manat ödənilməmiş hissə, 52,4 (əlli iki manat qırx qəpik) manat isə cərimə miqdarında borcu yaranmışdır. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 601,2 (altı yüz bir manat iyirmi qəpik) manat olan İMEİ kodu **********32803 olan XİAOMİ REDMİ 9 markalı markalı mobil telefon üçün ümumilikdə 74 (yetmiş dörd manat) manat olmaqla onun 67,2 (altmış yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 6,8 (altı manat səksən qəpik) manat isə cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1175 (min yüz yetmiş beş) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində Müştəri mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1900,8 (min doqquz yüz manat səkkiz qəpik) manat olan LG markalı kondisioner üçün ümumilikdə 1458 ( min dörd yüz əlli səkkiz) manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 588,6 (beş yüz səksən səkkiz manat altmış qəpik) manat olan İMEİ kodu **********22726 olan XİAOMİ REDMİ NOTE 8 markalı mobil telefon üçün ümumilikdə 575 (beş yüz yetmiş beş) manat ödənilməmiş hissə, xx.xx.2020ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 601,2 (altı yüz bir manat iyirmi qəpik) manat olan İMEİ kodu **********32803 olan XİAOMİ REDMİ 9 markalı markalı mobil telefon üçün ümumilikdə 74 (yetmiş dörd manat) ödənilməmiş hissə olmaqla, ümumilikdə 2107 (iki min yüz yeddi) manat məbləğində borc və 41,07 (qırx bir manat yeddi qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən cavabdehin ünvanına rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh tərəfindən 02 fevral 2023-cü il tarixdə bildiriş qəbul edilsə də, məhkəməyə hər hansı bir etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, LG markalı kondisioneri, xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, İMEİ kodu **********32803 olan XİAOMİ REDMİ 9 markalı markalı mobil telefonu və xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, XİAOMİ REDMİ NOTE 8 markalı mobil telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 1-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 0 manat ilkin ödəniş etməklə 18 ay müddətinə, hər ay 105,6 (yüz beş manat altmış qəpik) manat, 2-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 0 manat ilkin ödəniş etməklə 18 ay müddətinə, hər ay 32,7 (otuz iki manat yetmiş qəpik) manat, 3-cü müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 0 manat ilkin ödəniş etməklə 18 ay müddətinə, hər ay 33,40 (otuz üç manat qırx qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 16 yanvar 2023-cü il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli müqavilə üzrə ümumilikdə 1458 ( min dörd yüz əlli səkkiz) manat olmaqla onun 1325,8 (min üç yüz iyirmi beş manat səksən qəpik) manat ödənilməmiş hissə, 132,2 (yüz otuz iki manat iyirmi qəpik) manat isə cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə ümumilikdə 575 (beş yüz yetmiş beş) manat olmaqla onun 522,6 (beş yüz iyirmi iki manat altmış qəpik) manat ödənilməmiş hissə, 52,4 (əlli iki manat qırx qəpik) manat isə cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə ümumilikdə 74 (yetmiş dörd manat) manat olmaqla onun 67,2 (altmış yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 6,8 (altı manat səksən qəpik) manat isə cərimə olmaqla 2107 (iki min yüz yeddi) manat borcu vardır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki Cavabdeh İddiaçı MMC-dən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən LG markalı kondisioner almış və nəticədə 1458 ( min dörd yüz əlli səkkiz) manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, XİAOMİ REDMİ 9 markalı markalı mobil telefonu almış və nəticədə 575 (beş yüz yetmiş beş) manat məbləğində və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, XİAOMİ REDMİ NOTE 8 markalı mobil telefonu almış və nəticədə 74 (yetmiş dörd manat) manat məbləğində borcu yaranmışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilələrin şərtləri pozulmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqavilə üzrə ümumilikdə 1458 ( min dörd yüz əlli səkkiz) manat olmaqla onun 1325,8 (min üç yüz iyirmi beş manat səksən qəpik) manat ödənilməmiş hissə, 132,2 (yüz otuz iki manat iyirmi qəpik) manat isə cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə ümumilikdə 575 (beş yüz yetmiş beş) manat olmaqla onun 522,6 (beş yüz iyirmi iki manat altmış qəpik) manat ödənilməmiş hissə, 52,4 (əlli iki manat qırx qəpik) manat isə cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə ümumilikdə 74 (yetmiş dörd manat) manat olmaqla onun 67,2 (altmış yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 6,8 (altı manat səksən qəpik) manat isə cərimə olmaqla 2107 (iki min yüz yeddi) manat borcu yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cərimə öhdəliyinə münasibətdə) və 600.4-cü (əsas öhdəliyə münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, alıcı satıcı ilə bağladığı yuxarıda qeyd olunan xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqavilələri üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin faktiki və hüquqi halları ilə MM-in 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 41,07 (qırx bir manat yeddi qəpik) məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh,

1. xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1325,8 (min üç yüz iyirmi beş manat səksən qəpik) manat ödənilməmiş hissə, 132,2 (yüz otuz iki manat iyirmi qəpik) manat isə cərimə borcu olmaqla ümumilikdə 1458 ( min dörd yüz əlli səkkiz) manat məbləğində,

2. xx.xx.2021-ci il tarixli müqavilə üzrə 522,6 (beş yüz iyirmi iki manat altmış qəpik) manat ödənilməmiş hissə, 52,4 (əlli iki manat qırx qəpik) manat isə cərimə borcu olmaqla ümumilikdə 575 (beş yüz yetmiş beş) manat məbləğində,

3. xx.xx.2020-ci il tarixli müqavilə üzrə 67,2 (altmış yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 6,8 (altı manat səksən qəpik) manat isə cərimə olmaqla ümumilikdə 74 (yetmiş dörd manat) manat olmaqla 2107 (iki min yüz yeddi) manat borc və 41,07 (qırx bir manat yeddi qəpik) ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh,

1. xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1325,8 (min üç yüz iyirmi beş manat səksən qəpik) manat ödənilməmiş hissə, 132,2 (yüz otuz iki manat iyirmi qəpik) manat isə cərimə borcu olmaqla ümumilikdə 1458 ( min dörd yüz əlli səkkiz) manat məbləğində,

2. xx.xx.2021-ci il tarixli müqavilə üzrə 522,6 (beş yüz iyirmi iki manat altmış qəpik) manat ödənilməmiş hissə, 52,4 (əlli iki manat qırx qəpik) manat isə cərimə borcu olmaqla ümumilikdə 575 (beş yüz yetmiş beş) manat məbləğində,

3. xx.xx.2020-ci il tarixli müqavilə üzrə 67,2 (altmış yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 6,8 (altı manat səksən qəpik) manat isə cərimə olmaqla ümumilikdə 74 (yetmiş dörd manat) manat olmaqla 2107 (iki min yüz yeddi) manat borc və 41,07 (qırx bir manat yeddi qəpik) ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar