Məhkəmə qərarları › İş №e-2(004)-1156/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1156/2024

06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1156/2024 06.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə bağlamaqla İphone 11 markalı mobil telefon alaraq 408 (dörd yüz səkkiz) manat öhdəliyi yaranmışdır. Cavabdeh tərəfindən müqavilənin şərtləri pozularaq alqı-satqı qiyməti 1830,3 (bir min səkkiz yüz otuz manat otuz qəpik) manat olan İphone 11 markalı mobil telefon üçün ümumilikdə 408 (dörd yüz səkkiz) manat olmaqla 370,3 (üç yüz yetmiş manat otuz qəpik) əsas, 37,7 (otuz yeddi manat yetmiş qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1460 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində Müştəri mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, xx.xx.2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 1830,3 (bir min səkkiz yüz otuz manat otuz qəpik) manat olan İphone 11 markalı mobil telefon üçün 370,3 (üç yüz yetmiş manat otuz qəpik) əsas, 37,7 (otuz yeddi manat yetmiş qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 408 (dörd yüz səkkiz) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilədən görünür ki, İphone 11 markalı mobil telefonu iddiaçı "xxxx" MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 1-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 370,3 (üç yüz yetmiş manat otuz qəpik) manat əsas, 37,7 (otuz yeddi manat yetmiş qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 408 (dörd yüz səkkiz) manat borcu vardır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli yazılı bildiriş göndərilməklə cavabdehə pul məbləğinin ödənilməsi təklif edilmiş, lakin, müsbət nəticə əldə olunmamışdır. Məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC-dən xx.xx.2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən Samsung İphone 11 markalı mobil telefon almış və nəticədə müqavilə öhdəliklərinə əməl etməyərək 370,3 (üç yüz yetmiş manat otuz qəpik) əsas, 37,7 (otuz yeddi manat yetmiş qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 408 (dörd yüz səkkiz) manat məbləğində borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, Alıcı Cavabdeh Satıcı ilə bağladığı yuxarıda qeyd olunan xx.xx.2021-ci il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsinin şərtləri və MM-in 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 370,3 (üç yüz yetmiş manat otuz qəpik) əsas, 37,7 (otuz yeddi manat yetmiş qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 408 (dörd yüz səkkiz) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 370,3 (üç yüz yetmiş manat otuz qəpik) əsas, 37,7 (otuz yeddi manat yetmiş qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 408 (dörd yüz səkkiz) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə İş № 2(004)-1156/2024 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Yasamal Rayon Məhkəməsi 06 fevral 2024-cü il Bakı şəhəri Hakim Əlizadə Fariz Ariz oğlu İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, iddianın təmin olunması barədə qətnamə qəbul etdi. Prosessual hərəkət saat 12:30-da başladı. Prosessual hərəkət saat 12:40-da başa çatdı. Protokol xx.xx.2024-cü il tarixdə tərtib olunmuşdur. Sədrlik edən Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar