Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1242/2023 14.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2021-ci il tarixli 2 (iki) müqavilə ilə müvafiq olaraq Philips markalı ütü, Samsung Led TV markalı televizor, Gorenje markalı tozsoran, Panasonic markalı ətçəkən maşın 1233 (min iki yüz otuz üç) manat öhdəliyi yaranmışdır. Cavabdeh tərəfindən müqavilənin şərtləri pozularaq alqı-satqı qiyməti 940,08 (doqquz yüz qırx manat səkkiz qəpik) manat olan Philips markalı ütü, Samsung Led TV markalı televizor üçün ümumilikdə 771,7 (yeddi yüz yetmiş bir manat yetmiş qəpik) manat olmaqla onun 701,7 (yeddi yüz bir manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 70 (yetmiş manat ) manat isə cərimə miqdarında borcu yaranmışdır. Həmin tarixli digər müqaviləyə əsasən alqı-satqı qiyməti 550,8 (beş yüz əlli manat səksən qəpik) manat olan Gorenje markalı tozsoran, Panasonic markalı ətçəkən maşın üçün ümumilikdə 461,3 (dörd yüz altmış bir manat otuz qəpik) manat olmaqla onun 419,5 (dörd yüz on doqquz manat əlli qəpik) manat ödənilməmiş hissə, 41,8 (qırx bir manat səksən qəpik) manat isə cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 368,96 (üz yüz altmış səkkiz manat doxsan altı qəpik) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində Müştəri mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, xx.xx.2021-ci il tarixli 2 (iki) müqaviləyə əsasən alqı-satqı qiyməti alqı-satqı qiyməti 940,08 (doqquz yüz qırx manat səkkiz qəpik) manat olan Philips markalı ütü, Samsung Led TV markalı televizor üçün ümumilikdə 771,7 (yeddi yüz yetmiş bir manat yetmiş qəpik) ödənilməmiş hissə və alqı-satqı qiyməti 550,8 (beş yüz əlli manat səksən qəpik) manat olan Gorenje markalı tozsoran, Panasonic markalı ətçəkən maşın üçün ümumilikdə 461,3 (dörd yüz altmış bir manat otuz qəpik) manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 1233 (min iki yüz otuz üç) manat məbləğində borc və 32,33 (otuz iki manat otuz üç qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən cavabdehin ünvanına rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh tərəfindən 02 fevral 2023-cü il tarixdə bildiriş qəbul edilsədə, məhkəməyə hər hansı bir etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 2 (iki) müqavilədən görünür ki, Philips markalı ütü, Samsung Led TV markalı televizor və Gorenje markalı tozsoran, Panasonic markalı ətçəkən maşını Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 1-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 0 manat ilkin ödəniş etməklə 12 ay müddətinə, hər ay 78,34 (yetmiş səkkiz manat otuz dörd qəpik) manat, eyni tarixli 2-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 0 manat ilkin ödəniş etməklə 18 ay müddətinə, hər ay 30,56 (otuz manat əlli altı qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 20 yanvar 2023-cü il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli müqavilə üzrə ümumilikdə 771,7 (yeddi yüz yetmiş bir manat yetmiş qəpik) manat olmaqla onun 701,7 (yeddi yüz bir manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 70 (yetmiş manat) manat isə cərimə borcu, həmin tarixli müqavilə üzrə ümumilikdə 461,3 (dörd yüz altmış bir manat otuz qəpik) manat olmaqla onun 419,5 (dörd yüz on doqquz manat əlli qəpik) manat ödənilməmiş hissə, 41,8 (qırx bir manat səksən qəpik) manat isə cərimə olmaqla 1233 (min iki yüz otuz üç) manat borcu vardır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC-dən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Philips markalı ütü, Samsung Led TV markalı televizor almış və nəticədə 771,7 (yeddi yüz yetmiş bir manat yetmiş qəpik) manat, həmin tarixli digər müqavilə üzrə Gorenje markalı tozsoran, Panasonic markalı ətçəkən maşın almış və nəticədə 461,3 (dörd yüz altmış bir manat otuz qəpik) manat məbləğində borcu yaranmışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilələrin şərtləri pozulmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqavilə üzrə ümumilikdə 771,7 (yeddi yüz yetmiş bir manat yetmiş qəpik) manat olmaqla onun 701,7 (yeddi yüz bir manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 70 (yetmiş manat ) manat isə cərimə borcu, həmin tarixli digər müqavilə üzrə 461,3 (dörd yüz altmış bir manat otuz qəpik) manat olmaqla onun 419,5 (dörd yüz on doqquz manat əlli qəpik) manat ödənilməmiş hissə, 41,8 (qırx bir manat səksən qəpik) manat isə cərimə olmaqla 1233 (min iki yüz otuz üç) manat borcu yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 və 600.4-cü maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, alıcı satıcı ilə bağladığı yuxarıda qeyd olunan xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqavilələri üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin faktiki və hüquqi halları ilə MM-in 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 32,33 (otuz iki manat otuz üç qəpik) məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh,
1. xx.xx.2021-ci il tarixli müqavilə üzrə 701,7 (yeddi yüz bir manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 70 (yetmiş manat ) manat isə cərimə borcu olmaqla ümumilikdə 771,7 (yeddi yüz yetmiş bir manat yetmiş qəpik) manat məbləğində,
2. xx.xx.2021-ci il digər müqavilə üzrə 419,5 (dörd yüz on doqquz manat əlli qəpik) manat ödənilməmiş hissə, 41,8 (qırx bir manat səksən qəpik) manat isə cərimə cərimə borcu olmaqla ümumilikdə 461,3 (dörd yüz altmış bir manat otuz qəpik) manat olmaqla 1233 (min iki yüz otuz üç) manat borc və 32,33 (otuz iki manat otuz üç qəpik) ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh,
1. xx.xx.2021-ci il tarixli müqavilə üzrə 701,7 (yeddi yüz bir manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 70 (yetmiş manat ) manat isə cərimə borcu olmaqla ümumilikdə 771,7 (yeddi yüz yetmiş bir manat yetmiş qəpik) manat məbləğində,
2. 2. xx.xx.2021-ci il digər müqavilə üzrə 419,5 (dörd yüz on doqquz manat əlli qəpik) manat ödənilməmiş hissə, 41,8 (qırx bir manat səksən qəpik) manat isə cərimə cərimə borcu olmaqla ümumilikdə 461,3 (dörd yüz altmış bir manat otuz qəpik) manat olmaqla 1233 (min iki yüz otuz üç) manat borc və 32,33 (otuz iki manat otuz üç qəpik) ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Fariz Əlizadə