Məhkəmə qərarları › İş №e-2(004)-1272/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1272/2025

06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1272/2025 06.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10 600 manat məbləğində sığorta ödənişi, 121.8 manat dövlət rüsumu və 0.4 manat xidmət haqqının, cəmi 10 721.80 manat pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" ASC (bundan sonra – Cəmiyyət və ya İddiaçı) ilə sığortalı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında bağlanmış xx.xx.2020-ci il tarixli AS-H 004/20_4 nömrəli sığorta müqaviləsinə əsasən Cəmiyyət tərəfindən sığortalanmış “Hyundai Accent” markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığorta müddətində xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan “Daewoo Gentra” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə toqquşaraq zədələnmişdir. Sözügedən yolnəqliyyat hadisəsi nəticəsində “Hyundai Accent” markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 15 600 (on beş min altı yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “Daewoo Gentra” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci və 327.2-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktında, yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Accent” markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 20 146,58 (iyirmi min bir yüz qırx altı manat 58 qəpik) manat müəyyən edilmişdir. Sığorta şəhadətnaməsinə əsasən sığorta məbləği 25 200 (iyirmi beş min iki yüz) manat təşkil edir, hadisə nəticəsi olaraq avtonəqliyyat vasitəsi tam zərərə uğradığından, sığortalının avtomobilin qalıq hissəsini özündə saxlamaq istəyi nəzərə alınaraq 9 500 (doqquz min beş yüz) manat və şərtsiz azadolma məbləği 100 (bir yüz) manat çıxılaraq, yekunda zərər məbləği 15 600 (on beş min altı yüz) təşkil edilmişdir. İddia ərizəsinə əlavə edilmiş subroqasiya tələblərinin reyestrindən çıxarışdan görünür ki, “Daewoo Gentra” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 5 000 (beş min) manat məbləğində sığorta ödənişi Cəmiyyətin hesabına ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 928/24 nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Hyundai Accent” markalı ** PX *** dövlət nişanlı avtonəqliyyat vasitsəinə dəymiş zərərin qalıq hissəsinə görə ödənilməli olan 10 600 (on min altı yüz) manat məbləğində pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək, məhkəmə iclasına onların iştirakı olmadan baxaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli sığortaçı "xxxx" ASC ilə sığortalı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında bağlanmış AS-H 004/20 nömrəli nəqliyyat vasitələrinin sığorta şəhadətnaməsinə əsasən “Hyundai Accent” markalı 99PX368 dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmışdır və ümumi sığorta haqqı 9 501.36 manat təşkil etmişdir. İş materiallarında olan AS-H 004/20 nömrəli nəqliyyat vasitələrinin sığorta şəhadətnaməsinə 2 saylı Qoşmaya əsasən “Hyundai Accent” markalı 99PX368 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sığortalanmışdır. Sığorta dəyəri 25 200.00 manat, şərtsiz azadolma məbləği 100.00 manat, sığorta haqqı 680.40 manat təşkil edir. İş materiallarında olan "xxxx" şirkəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AA041/1045 nömrəli akta əsasən “Hyundai Accent” markalı 99PX368 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 20146.58 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş A-AS-041/22 nömrəli sığorta aktına əsasən hazırki dəyəri 25.200,00 manat olan “Hyundai Accent” markalı 99PX368 dövlət qeydiyyat nişanlı avtomobil sığortalı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən AS-H 004/20_4 nömrəli sığorta şəhadətnaməsi əsasında xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək avtomobillərin kompleks sığortası növündə sığortalanmışdır. xx.xx.2021-ci il saat 16:00 radələrində Azərbaycan Respublikası Bakı şəhəri, Ə.Haqverdiyev küçəsi ilə H.B.Zərdabi küçəsinin kəsişməsində sığortalı avtomobil işıqforda dayanarkən digər avtomobil qırmızı işığın tələbini pozaraq zəncirvari qəza törətmiş, nəticədə sığortalı avtomobilə maddi ziyan dəymişdir. Sığortalanmış nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği xx.xx.2021-ci il tarixli "xxxx" MMC-nin “Qüsur aktı”na əsasən 20 146.58 manat təşkil etmişdir. "xxxx" ASC tərəfindən 15 600.00 manat sığorta ödənişi həyata keçirilmişdir. Sığortalanmış avtomobilə dəymiş zərərin məbləği avtomobilin bazar dəyərinin 75%-i keçdiyi üçün tam məhv hesab edilir. Sığorta ödənişi bu qaydada hesablanır: Sığorta məbləği 25200 manatdan çıxılır razılaşdırılmış şərtsiz azadolma məbləği 100 manat və avtomobilin qalıq hissəsi məbləği 9500 manat 2500-9500-100=15 600. Sığorta ödənişi həyata keçirildikdən sonra sığortalı subroqasiya tələbi hüququnun sığorta ödənişi məbləği həddində "xxxx" ASC-yə keçməsini təsdiq edir. İş materiallarında olan “Access Bank” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə 15600.00 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 091.7993.1222 nömrəli Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən xx.xx.2021-ci il tarixdə 15:30-da Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində Cavabdeh idarə etdiyi Daewoo Gentra” markalı **-PC- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma yol-nəqliyyat hadisəsi baş vermişdir və X8 yüngül xəsarət almışdır. İş materiallarında olan yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs barədə məlumata əsasən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin mülkiyyətində olan və hadisə zamanı X3 idarə etdiyi “Hyundai Accent” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İş materiallarında olan yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs barədə məlumata əsasən X4 mülkiyyətində olan və hadisə zamanı X4 idarə etdiyi Nissan Patrol **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İş materiallarında olan yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs barədə məlumata əsasən X5 mülkiyyətində olan və hadisə zamanı X6 idarə etdiyi X13 Prado **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İş materiallarında olan yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs barədə məlumata əsasən X9 mülkiyyətində olan və hadisə zamanı X9 idarə etdiyi Hyundai Santa FE **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Yasamal rayon polis idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X2 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmiş, Daevo Gentra markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh işıqforun qırmızı işığından keçməklə Azərbaycan Respublikası İXM-nin 327.2ci maddəsinin tələblərini pozaraq inzibati xəta törətmişdir. İş materiallarında olan hesabdan çıxarışa əsasən Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkəti tərəfindən 5 000 manat məbləğində sığorta ödəniş "xxxx" ASC-nin hesabına ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 928/24 nömrəli geriyə tələb (subroqasiya) məktubuna əsasən iddiaçı cavabdehə "xxxx" ASC tərəfindən həyata keçirilən 10600 manat sığorta ödənişini 7 gün müddətində ödəməyi təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 25.1.2-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında yaranır. 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ - icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, sığortaçı "xxxx" ASC ilə sığortalı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında sığorta müqaviləsi bağlanmışdır və “Hyundai Accent” markalı 99PX368 dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmışdır. xx.xx.2021-ci il saat 16:00 radələrində Azərbaycan Respublikası Bakı şəhəri, Ə.Haqverdiyev küçəsi ilə H.B.Zərdabi küçəsinin kəsişməsində sığortalı avtomobil işıqforda dayanarkən Cavabdeh idarə etdiyi “Daewoo Gentra” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobil qırmızı işığın tələbini pozaraq zəncirvari qəza törətmiş, nəticədə “Hyundai Accent” markalı 99PX368 dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymiş və hadisə zamanı həmin avtomobilin sürücüsü X8 yüngül xəsarət almışdır. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “Daewoo Gentra” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci və 327.2-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. "xxxx" şirkəti tərəfindən verilmiş akta əsasən “Hyundai Accent” markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 20146,58 manat müəyyən edilmişdir. Sığorta şəhadətnaməsinə əsasən sığorta məbləği 25 200 manat təşkil edir, hadisə nəticəsi olaraq avtonəqliyyat vasitəsi tam zərərə uğradığından, sığortalının avtomobilin qalıq hissəsini özündə saxlamaq istəyi nəzərə alınaraq 9 500 manat və şərtsiz azadolma məbləği 100 manat çıxılaraq, yekunda zərər məbləği 15 600 təşkil etmişdir. "xxxx" ASC tərəfindən “Hyundai Accent” markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 15 600 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. “Daewoo Gentra” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" Dövlət Sığorta Kommersiya Şirkətində sığortalandığından 15 600 manat məbləğində olan sığorta ödənişinin 5 000 manat hissəsi "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödənilmişdir. Beləliklə, cavabdehə qarşı subroqasiya tələbi 10 600 manat təşkil edir. Hazırda iddiaçı "xxxx" ASC Cavabdeh 10600 manat məbləğində həyata keçirdiyi sığorta ödənişini subroqasiya qaydasında tələb edir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC tərəfindən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə məxsus “Hyundai Accent” markalı 99PX368 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 10600 manat sığorta ödənişi həyata keçirildiyinə görə, 10600 manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 121.8 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Hyundai Accent” markalı 99PX368 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 10600 (on min altı yüz) manat məbləğində sığorta ödənişi və dövlət rüsumu və bank xidmət haqqı olaraq ödənilmiş 122.2 (yüz iyirmi iki manat iyirmi qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar