Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1276/2023 27.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə İddiaçı QSC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı QSC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, X1 ilə Cavabdeh arasında bağlanmış CXL000400 nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sonuncu 358 (üç yüz əlli səkkiz) manat məbləğində malın dəyərini 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə X1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli faktorinq müqaviləsinə əsasən E.M.Quliyevanın Cavabdeh qarşı tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə Cavabdeh bildiriş təqdim edilmişdir. Lakin Cavabdeh öhdəliklərini icra etməmiş və nəticədə 278 (iki yüz yetmiş səkkiz) manat əsas, 41,7 (qırx bir manat yetmiş qəpik) manat cərimə borcu yaranmışdır. Göstərilənlərə əsasən, Cavabdeh 278 (iki yüz yetmiş səkkiz) manat əsas, 41,7 (qırx bir manat yetmiş qəpik) manat cərimə borcu, 30,40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarında olan X1 ilə Cavabdeh arasında bağlanmış CXL000400 nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sonuncu 358 (üç yüz əlli səkkiz) manat məbləğində malın dəyərini 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə X1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli faktorinq müqaviləsinə əsasən E.M.Quliyevanın Cavabdeh qarşı tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı QSC-yə bağlanmış CXL000400 nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 278 (iki yüz yetmiş səkkiz) manat əsas, 41,7 (qırx bir manat yetmiş qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 319,7 ( üç yüz on doqquz manat yetmiş qəpik) manat borcu vardır. İş materiallarında olan İddiaçı QSC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, X1 ilə Cavabdeh arasında bağlanmış CXL000400 nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sonuncu 358 (üç yüz əlli səkkiz) manat məbləğində malın dəyərini 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə X1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli faktorinq müqaviləsinə əsasən E.M.Quliyevanın Cavabdeh qarşı tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə Cavabdeh bildiriş təqdim edilmişdir. Lakin Cavabdeh öhdəliklərini icra etməmiş və nəticədə 278 (iki yüz yetmiş səkkiz) manat əsas, 41,7 (qırx bir manat yetmiş qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 319,7 (üç yüz on doqquz manat yetmiş qəpik) manat yaranmışdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (dəbbə puluna münasibətdə), 467 (dəbbə pulunun məbləğinin məhkəmə tərəfindən azaldılmasına münasibətdə) 600.4 (əsas öhdəliyə münasibətdə) və 655.1-ci (əsas öhdəliyə münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 655.1-ci maddəsinə əsasən, faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. İddia tələbinin faktiki və hüquqi halları ilə MM-in 462, 467, 600.4 və 655.1-ci maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. İş materiallarından görünür ki, X1 ilə Cavabdeh arasında CXL000400 nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı QSC ilə X1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli faktorinq müqaviləsinə əsasən E.M.Quliyevanın Cavabdeh qarşı tələb hüququ İddiaçı QSC-yə güzəşt edilmişdir. Cavabdeh İddiaçı QSC qarşısında öhdəliklərini icra etməmişdir. Belə olan halda, İddiaçı QSC-nin Cavabdeh müqafiq pul məbləğinin ödənilməsini tələb etmək hüququ əsaslı və qanunidir. Məhkəmə MM-in 467-ci maddəsinə əsasən, cərimə pulunu 41,7 (qırx bir manat yetmiş qəpik) manat məbləğində deyil, 27 (iyirmi yeddi) manat məbləğində tutmağı məqsədə müvafiq hesab edir. Belə ki, ümumi əsas borcun (358 manat) təxminən 75%-i Cavabdeh tərəfindən icra edilməmişdir. Məhkəmə mülki münasibətlərin sabitliyinin, inkişafının təmin edilməsi məqsədilə mülki hüquq subyektlərinin qanunvericiliyə, iradə sərbəstliyi əsasında bağladıqları müqavilə öhdəliklərinə hörmət ruhunda tərbiyələndirilməsini zəruri hesab edir. Cərimə pulunun 27 (iyirmi yeddi) manatdan aşağı məbləğdə müəyyən edilməsi bazar iqtisadiyyatının təşviq edilməsi, mövcud iqtisadi şərtlər, biznes maraqları nəzərə alınmaqla iddiaçı nöqteyi-nəzərdən, 27 (iyirmi yeddi) manatdan yuxarı məbləğdə müəyyənləşdirilməsi isə ümumi öhdəliyin həcmi, əhəmiyyəti nəzərə alınmaqla cavabdeh nöqteyi-nəzərdən məqsədə müvafiq hesab edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30,40 (otuz manat qırx qəpik) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 278 (iki yüz yetmiş səkkiz) manat əsas, 27 (iyirmi yeddi) manat cərimə borcu olmaqla ümumilikdə 305 (üç yüz beş) manat məbləğində pul və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat manat dövlət rüsumu alınaraq İddiaçı QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı QSC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 278 (iki yüz yetmiş səkkiz) manat əsas, 27 (iyirmi yeddi) manat cərimə borcu olmaqla ümumilikdə 305 (üç yüz beş) manat məbləğində pul və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-1276/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1276/2023
27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver