Məhkəmə qərarları › İş №e-2(004)-1298/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1298/2023

22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1298/2023 22.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********46633 İPHONE 11 markalı telefon üçün 189.2(bir yüz səksən doqquz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 18.6(on səkkiz manat altmış qəpik)manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, X2 3 üçün 766.2(yeddi yüz altmış altı manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 76(yetmiş altı) manat cərimə,xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********24603 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün 664(altı yüz altmış dörd) manat ödənilməmiş hissə, 66(altmış altı) manat cərimə,ümumilikdə, 1780(min yeddi yüz səksən) manat borc, 37.80(otuz yeddi manat səksən qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Cavabdeh məhkəmə bildirişi və ona əlavə edilmiş sənədlər lazımı qaydada göndərilmiş, lakin o, qanunla nəzərdə tutulmuş vaxt ərzində hər hansı əsaslandırılmış etirazın dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, 22258192 saylı alğı-satqı müqaviləsinə əsasən satıcı ("xxxx" MMC) əmlakı alıcıya verməyi, alıcı isə onu qəbul edib İMEİ KOD **********46633 İPHONE 11 markalı telefonun dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 22258192 saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən Cavabdeh İMEİ KOD **********46633 İPHONE 11 markalı telefon üçün ilkin ödənişsiz, 12 ay ərzində hər ay 210.7 manat olmaqla cəmi 2528,4 manat ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 24040273 saylı alğı-satqı müqaviləsinə əsasən satıcı ("xxxx" MMC) əmlakı alıcıya verməyi, alıcı isə onu qəbul edib “X2 3 dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 24040273 saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən Cavabdeh X2 3 üçün ilkin ödənişsiz, 18 ay ərzində hər ay 128,7 manat olmaqla cəmi 2316,6 manat ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 04801403 saylı alğı-satqı müqaviləsinə əsasən satıcı ("xxxx" MMC) əmlakı alıcıya verməyi, alıcı isə onu qəbul edib İMEİ KOD **********24603 XİAOMİ REDMİ NOTE 11 PRO 5GB markalı telefonun dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 04801403 saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən Cavabdeh İMEİ KOD **********24603 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün ilkin ödənişsiz, 12 ay ərzində hər ay 74 manat olmaqla cəmi 888 manat ödəməyi öz öhdəsinə götürmüşdür İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli, 22258192 saylı alğı-satqı müqaviləsi üzrə 189.2 (bir yüz səksən doqquz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 18.6(on səkkiz manat altmış qəpik) manat cərimə olmaqla, cəmi 207.8 (iki yüz yeddi manat səksən qəpik) manat, xx.xx.2021ci il tarixli, 24040273 saylı alğı-satqı müqaviləsi üzrə 766.2 (yeddi yüz altmış altı manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 76(yetmiş altı) manat cərimə olmaqla, cəmi 842.2 (səkkiz yüz qırx iki manat iyirmi qəpik) manat, xx.xx.2022-ci il tarixli, 04801403 saylı alğısatqı müqaviləsi üzrə 664 (altı yüz altmış dörd) manat ödənilməmiş hissə, 66 (altmış altı) manat cərimə olmaqla, cəmi 730(yeddi yüz otuz) manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satğı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satğı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası , müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satğı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Göründüyü kimi, tərəflər arasında nisyə alğı-satğı müqavilələri bağlanmaqla həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərini icra etmiş, lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmiş, nisyə aldığı malların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iddia təmin edilməli, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 189.2 manat ödənilməmiş hissə, 18.6 manat manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 766.2 manat ödənilməmiş hissə, 76 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 664 manat ödənilməmiş hissə, 66 manat olmaqla, ümumilikdə 1780 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 37.80 (otuz yeddi manat səksən qəpik) manat olmaqla, cəmi 1817,80 (min səkkiz yüz on yeddi manat səksən qəpik) manat pul tutulmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 22258192 saylı alğı-satqı müqaviləsi üzrə 189.2 (bir yüz səksən doqquz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 18.6 (on səkkiz manat altmış qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli, 24040273 saylı müqavilə üzrə 766.2 (yeddi yüz altmış altı manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 76 (yetmiş altı) manat cərimə, xx.xx.2022-ci il tarixli, 04801403 saylı alğı-satqı müqaviləsi üzrə 664 (altı yüz altmış dörd) manat ödənilməmiş hissə, 66(altmış altı) manat cərimə olmaqla, ümumilikdə 1780 (min yeddi yüz səksən) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 37.80 (otuz yeddi manat səksən qəpik) manat olmaqla, cəmi 1817,80 (min səkkiz yüz on yeddi manat səksən qəpik) manat pul iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar