Məhkəmə qərarları › İş №e-2(004)-1327/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1327/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1327/2023 04.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin ("xxxx" Lizinq Şirkəti QSC-nin hüquqi varisi) cavabdehlər Cavabdeh və Zamin qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin ("xxxx" Lizinq Şirkəti QSC-nin hüquqi varisi) cavabdehlər Cavabdeh və Zamin qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 01 fevral 2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada öhdəliklərin yerinə yetirilməməsi nəticəsindən yaranmış 2190,52 ABŞ dolları əsas, 717,66 ABŞ dolları lizinq mükafatı olmaqla, cəmi 2908,18 ABŞ dolları borcu və 70 manat məbləöində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətmamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1758/13xx-xx/2012 saylı X4 Müqaviləsinə əsasən "xxxx" Lizinq Şirkəti təsviri bu müqavilədə göstərilən Mercedes Benz GL450 markalı avtomobili öz mülkiyyətinə əldə edərək, onu lizinq alanın istifadəsinə vermişdir. Bununla da, Cavabdeh öz növbəsində 47000 ABŞ dolları məbləğində borcu illik 19% olmaqla, 60 ay müddətində "xxxx" Lizinq Şirkəti QSC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda X4 müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Zamin ilə Şirkəti ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin lizinq alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzrərinə götürüb. xx.xx.2012-ci il tarixli təhvil-təslim aktı ilə lizinq obyekti olan Mercedes Benz GL450 markalı avtomobili Cavabdeh təhvil verilmişdir. Cavabdehlər Lizinq Müqaviləsinə 1 saylı Əlavədə (lizinq ödənişəri qrafiki) göstərildiyi kimi, mütəmadi olaraq hər ay ödəniş etməli olduğu müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu məbləği ödəməmiş və bununla da öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Bundan sonra xx.xx.2016-cı il tarixdə lizinq obyekti "xxxx" Lizinq Şirkəti QSC-yə təhvil verilmişdir. Nəticədə cavabdehlərin X4 Müqaviləsi üzrə lizinq obyekti təhvil verilən tarixə kimi öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyinə görə xx.xx.2016-cı il tarixə 2190,52 ABŞ dolları əsas, 717,66 ABŞ dolları lizinq mükafatı, cəmi 2908,18 ABŞ dolları borcaları yaranmışdır. Cavabdehlər öhdəliklərini tam və vaxtında yerinə yetirmədiyi üçün şirkət tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yaranmış borcu ödəməmişdir. Müqavilənin 14.1-ci maddəsinə əsasən lizinq alan lizinq ödənişlərini müqaviləyə əlavə edilmiş 2 saylı Əlavə ilə müəyyən edilən müddətdə həyata keçirmirsə, lizinq alan lizinq verənə hər gecikdirilmiş təqvim günü üçün vaxtında ödənilməmiş məbləğdən 0.6% miqdarında dəbbə pulu ödəyir. Müqavilənin 14.2-ci maddəsinə əsasən müqavilənin şərtləri pozulduqda, Lizinq alan müqavilənin pozulması ilə bağlı yaranmış zərərin əvəzini (birbaşa zərər və əldən çıxmış fayda qismində) Lizinq verənə ödəməlidir. Lizinq alan ona zərərin əvəzinin ödənilməsi barədə tələbin irəli sürüldüyü gündın 5 gün müddətində tələb olunan məbləği Lizinq verənə ödəməlidir. X5 Müqaviləsinin 6.2-ci maddəsinə qeyd edilir ki, lizinq alan sığorta ödənilşlərini lizinq verənin hesabına ödəməyi öz öhdəsinə götürür. İddiaçı MMC-nin ("xxxx" Lizinq Şirkəti QSC-nin hüquqi varisi) nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək “borcun tutulması” tələbinə dair iddia ərizələrini müdafiə etdiyini, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, cavabdeh tərəfindən Lizinq şirkətinə ödənişlər edilmişdir, şirkətə borcları yoxdur. Həmçinin, iddia müddəti ötürüldüyündən iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və bu barədə Cavabdeh ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materallarında olan iddiaçının istinad etdiyi "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1758/13xx-xx/2012 saylı X4 Müqaviləsinə əsasən "xxxx" Lizinq Şirkəti təsviri bu müqavilədə göstərilən Mercedes Benz GL450 markalı avtomobili öz mülkiyyətinə əldə edərək, onu lizinq alanın istifadəsinə vermişdir. Bununla da, Cavabdeh öz növbəsində 47000 ABŞ dolları məbləğində borcu illik 19% olmaqla, 60 ay müddətində "xxxx" Lizinq Şirkəti QSC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh lizinq müqaviləsi üzrə 2190.52 USD əsas, 717.66 USD lizinq mükafatı, cəmi 2908.18 USD borcu yaranmışdır. İş materiallarında olan "xxxx" Lizinq Şirkəti QSC ilə Zamin arasında bağlanmış 1758/13xx-xx/2012 saylı X4 Müqaviləsinə zaminlik müqaviləsinin surətindən görünür ki, bu müqavilə üzrə zamin lizinq alanın - Cavabdeh X4 müqaviləsinə əlavə olan xx.xx.2012-ci il tarixli razılaşmadan irəli gələn öhdəlikləri icra etmədiyi təqdirdə, həmin müqavilədə qeyd olunmuş öhdəliklərin tamamilə icrasını öz üzərinə götürür. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən bu müqavilə 1758/13xx-xx/2012 saylı X4 Müqaviləsinə zaminlik müqaviləsi üzrə Lizinq alanın Lizinq verən qarşısında olan bütün öhdəlikləri tam icra edilənədək qüvvədədir. İş materiallarında olan Cavabdeh “iddia müddətinin tətbiq edilməsi barədə” xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, 04 may 2012-ci il tarixli müqavilə üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsinin icra müddəti 04 may 2015-ci il tarixdə bitmişdir, habelə cavabdeh tərəfindən müqavilə üzrə sonuncu ödəniş 2016-cı ildə edilmişdir. İddiaçı tərəfindən hazırkı iddia tələbi il məhkəməyə 2023-cü ildə müraciət olunmuşdur. Göründüyü kimi, qanunla nəzərdə tutulmuş 3 illik iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Göstərilənlərə əsasən iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, iddiaçı ilə Cavabdeh arasında lizinq müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı Mercedes Benz GL450 markalı avtomobili öz mülkiyyətinə əldə edərək, onu lizinq alanın istifadəsinə verməyi, Cavabdeh isə öz növbəsində 47000 ABŞ dolları məbləğində borcu illik 19% olmaqla, 60 ay müddətində ödəməyi öz öhdəsinə götürmüşdür. Həmçinin iddiaçı ilə cavabdeh Zamin arasında zaminlik müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, zamin lizinq alanın müqavilə üzrə öhdəliklərini icra etmədiyi təqdirdə, həmin müqavilədə qeyd olunmuş öhdəliklərin tamamilə icrasını öz üzərinə götürmüşdür. Məhkəmə qeyd edir ki, iddiaçı iddia qaldırmaq üçün iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı "xxxx" Lizinq Şirkəti QSC (İddiaçı MMC) ilə Cavabdeh arasında X4 Müqaviləsi xx.xx.2012-ci il tarixdə bağlanmışdır. Müqavilə müddəti xx.xx.2017-ci ildə bitmişdir. İddiaçı xx.xx.2023-cü ildə iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı MMC-nin ("xxxx" lizinq şirkətinin hüquqi varisi) cavabdehlər Cavabdeh və Zamin xx.xx.2012-ci il tarixli, 1758/13xx-xx/2012 saylı X4 müqaviləsinə 2190.52 ABŞ dolları əsas, 717,66 ABŞ dolları lizinq mükafatı olmaqla, cəmi 2908.18 ABŞ dolları borcun və ödənilmiş 70 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair iddia ərizəsi təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı MMC-nin ("xxxx" lizinq şirkətinin hüquqi varisi) cavabdehlər Cavabdeh və Zamin xx.xx.2012-ci il tarixli, 1758/13xx-xx/2012 saylı X4 müqaviləsinə 2190.52 ABŞ dolları əsas, 717,66 ABŞ dolları lizinq mükafatı olmaqla, cəmi 2908.18 ABŞ dolları borcun tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar