Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1335/2023 19.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Müstaqim oğlunun, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə əsassız olaraq borc kimi yazılmış 2580,07 (iki min beş yüz səksən manat yeddi qəpik) manat borcun silinməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının yaşayış yeri üzrə mənzildə bir neçə il yaşayış olmamışdır. Bu hal müvafiq aktla da öz təsdiqini tapır. Müvafiq borcun hesablanması əsası kimi xx.xx.2022-ci il tarixli 32260/0230196 nömrəli rəyə əsasən müəyyən edilir ki, sözügedən ünvan üzrə suölçən cihaz istismara yararsız olması çıxış edir. Həmin sayğac mənzildə xeyli kənarda, küçədə quraşdırılmışdır, sayğaca hər hansı müdaxilə olmuşdursa da, həmin müdaxiləni ev sahibi və ya evdəki sakinlər etməmişdir. Bir neçə il yaşayış olmayan mənzildə göstərilən miqdarda sudan istifadə olunması absurd və əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayədəsi və vəkili Nümayəndə Müstaqim oğlu iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan abonent kartına əsasən müəyyən edilir ki, Tərəflər arasındakı 30616236 nömrəli xx.xx.2012-ci il müqaviləyə əsasən abonent kodu **********310 nömrəli olan abonentin 2016-2022-ci illər üzrə Cavabdeh ASC-yə yekun borcu 2580,07 (iki min beş yüz səksən manat yeddi qəpik) manat təşkil edir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 436 nömrəli arayışına əsasən müəyyən olunur ki, hazırda İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildə ailə üzvü X1 ilə birlikdə yaşayır. Sözügedən ünvanda xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək yaşayış olmamış, mənzildə heç kim yaşamamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 32260/0230196 nömrəli rəyə əsasən müəyyən edilir ki, sözügedən ünvan üzrə suölçən cihaz istismara yararsızdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasındakı münasibətlər müqavilə üzrə öhdəlik münasibətləridir və mübahisənin hüquqi əsasını məhz 30616236 nömrəli xx.xx.2012-ci il müqavilə üzrə münasibətlər təşkil edir. Müqavilə münasibətləri üzrə abonent istifadə etdiyi suyun ödənişini müqavilədə nəzərdə tutulmuş şərtlər çərçivəsində Cavabdeh ASC-yə ödəməlidir. xx.xx.2022-ci il tarixli 32260/0230196 nömrəli rəyə əsasən ünvan üzrə suölçən cihazın (sayğac) istismara yararsız olması müəyyən edilir. Lakin, sözügedən rəydə sayğacın konkret olaraq hansı tarixdən etibarən yararsız olmasını müəyyən etmək mümkün olmamışdır. Beləliklə, sayğacın yararsızlığı rəyin qəbul edilmə tarixindən hesablanmalıdır. xx.xx.2022-ci il tarixdə tərtib edilmiş rəyin 7 il əvvələ, yəni 2016-cı ildən etibarən tətbiq olunaraq əsaslı hesab edilməsi xüsusatını məhkəmə əsaslı hesab etmir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 436 nömrəli arayışına əsasən müəyyən edilir ki, sözügedən mənzildə 2021-2022-ci illər üzrə heç kim yaşamamışdır. İş materiallarına əsasən müəyyən edilir ki, 2021-ci il üzrə ümumi borc 411,81 (dörd yüz on bir manat səksən bir qəpik) manat, 2022-ci il üzrə 649 (altı yüz qırx doqquz) manat təşkil edir. Nəzərə almaq lazımdır ki, rəyin tərtib edilmə tarixi xx.xx.2022-ci ildir, borc məbləği isə 2016-2022-ci illəri əhatə edir. Beləliklə, məhkəmə hesab edir ki, 2021 və 2022-ci illər üzrə sözügedən mənzildə yaşayış olmadığından mənzil üzrə su sayğacı tərəfindən hesablanmış ümumilikdə 1060,81 (411,81+649) ( min altmış manat səksən bir qəpik) manat borc silinməlidir. Göstərilən xüsusatlarla bağlı 2021-2022-ci illər üzrə borcun silinməsinə münasibətdə təkzibetmə yükü cavabdehin üzərində olsa da, həmin funksiya cavabdeh tərəfindən yerinə yetirilməmiş, müvafiq sübutlar məhkəməyə təqdim edilməmişdir. Lakin, 2016-2020-ci illər üzrə hesablanmış borcun silinməsini məhkəmə məqsədə müvafiq hesab etmir. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsi qanuni və əsaslı olmalı, sübutlara əsaslanmalıdır. Belə ki, sözügedən mənzil üzrə sayğacın hansı tarixdən etibarən yararsız olması faktını müəyyən etmək mümkün olmamışdır. Lakin, 2016-2020-ci illər üzrə həmin mənzil üzrə sudan istifadə olunması mübahisəsiz haldır. Bu səbəbdən, 2016-2020-ci illər üzrə hansı məbləğdə sudan faktiki olaraq istifadə olunması və sayğac tərəfindən hansı məbləğdə artıq borcun hesablanmasını müəyyən etmək mümkün olmamış, qeyd olunan xüsusatlar iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, iş materiallarına və sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası qismən təmin edilməli və 2021 və 2022-ci illər üzrə əsassız hesablanmış 1060,81 ( min altmış manat səksən bir qəpik) manat borcun silinməsi vəzifəsi Cavabdeh ASC-yə həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzilə 2021 və 2022-ci illər üzrə hesablanmış 1060,81 ( min altmış manat səksən bir qəpik) manat məbləğində borcun abonentin hesabından silinməsi vəzifəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-1335/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1335/2023
19.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver