Məhkəmə qərarları › İş №e-2(004)-1340/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1340/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1340/2025 08.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inziabti binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********68855 İPHONE 13 markalı telefon üçün 1786,1 (bir min yeddi yüz səksən altı manat, on qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat, altmış qəpik) rüsum, 535,83 (beş yüz otuz beş manat, səksən üç qəpik) manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5 üçün 1168,2 (bir min yüz altmış səkkiz manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 350,46 (üç yüz əlli manat qırx altı qəpik) manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5 üçün 1090 (bir min doxsan) manat ödənilməmiş hissə, 327 (üç yüz iyirmi yeddi) manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5 üçün 1029,06 (bir min iyirmi doqquz manat, altı qəpik) manat ödənilməmiş hissə, 308,72 (üç yüz səkkiz manat, yetmiş iki qəpik) manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod 55758/04QN00348 XİAOMİ PAD 6S PRO markalı planşet üçün 988 (doqquz yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 296,4 (iki yüz doxsan altı manat, qırx qəpik) manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5 üçün 979,92 (doqquz yüz yetmiş doqquz manat, doxsan iki qəpik) manat ödənilməmiş hissə, 293,98 (iki yüz doxsan üç manat, doxsan səkkiz qəpik) manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod 47859/K3Y301169 XİAOMİ PAD 6 markalı planşet üçün 914,4 (doqquz yüz on dörd manat, qırx qəpik) manat ödənilməmiş hissə, 274,32 (iki yüz yetmiş dörd manat, otuz iki qəpik) manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5 üçün 818,96 (səkkiz yüz on səkkiz manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, 245,69 (iki yüz qırx beş manat, atlmış doqquz qəpik) manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5 üçün 788,4 (yeddi yüz səksən səkkiz manat, qırx qəpik) manat ödənilməmiş hissə, 236,52 (iki yüz otuz altı manat, əlli iki qəpik) manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********56734 SAMSUNG GALAXY A24 markalı telefonüçün 401.4 (dörd yüz bir manat, qırx qəpik) manat ödənilməmiş hissə, 120,42 (yüz iyirmi manat, qırx iki qəpik) manat dəbbə pulu, ümumilikdə 12.977,37 manat borc və 128,93 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, "xxxx" MMC ilə xx.xx.2024-cü il müqaviləsinə əsasən İMEİ kodu **********68855 olan İphone 13 markalı telefon almış və nəticədə alqı-satqı qiyməti 2.143,98 (iki min yüz qırx üç manat doxsan səkkiz qəpik) manat (18 ay x 119,11 manat + ilkin ödənişsiz), ümumilikdə 2.345,53 (iki min üç yüz qırx beş manat əlli üç qəpik) manat olmaqla ondan, 1.786,10 (min yeddi yüz səksən altı manat on qəpik) manat ödənilməmiş hissə, 530,83 (beş yüz otuz manat səksən üç qəpik) cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat altmış qəpik), xx.xx.2024cü il müqaviləsinə əsasən Playstation 5 almış və nəticədə alqı-satqı qiyməti 1.528,20 (min beş yüz iyirmi səkkiz manat iyirmi qəpik) manat (18 ay x 64,90 manat + 360 manat ilkin ödəniş), ümumilikdə 1.518,66 (min beş yüz on səkkiz manat altmış altı qəpik) manat olmaqla ondan, 1.168,20 (bir min yüz altmış səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 350,46 (üç yüz əlli manat qırx altı qəpik) cərimə, xx.xx.2024-cü il müqaviləsinə əsasən Playstation 5 almış və nəticədə alqı-satqı qiyməti 1.555,06 (min beş yüz əlli beş manat altı qəpik) manat (18 ay x 64,17 manat + 400 manat ilkin ödəniş), ümumilikdə 1.417 (min dörd yüz on yeddi manat) manat olmaqla ondan, 1.090 (min doxsan) manat ödənilməmiş hissə, 327 (üç yüz iyirmi yeddi) cərimə, xx.xx.2024-cü il müqaviləsinə əsasən Playstation 5 almış və nəticədə alqı-satqı qiyməti 1.389,06 (min üç yüz səksən doqquz manat altı qəpik) manat (18 ay x 57,17 manat + 360 manat ilkin ödəniş), ümumilikdə 1.337,78 (min üç yüz otuz yeddi manat yetmiş səkkiz qəpik) manat olmaqla ondan, 1.029,06 (bir min iyirmi doqquz manat altı qəpik) manat ödənilməmiş hissə, 308,72 (üç yüz səkkiz manat yetmiş iki) cərimə, xx.xx.2024-cü il müqaviləsinə əsasən İMEİ kodu 55758/04QN00348 olan Xiaomi Pad 6S PRO markalı planşet almış və nəticədə alqı-satqı qiyməti 1.645,20 (min altı yüz qırx beş manat iyirmi qəpik) manat (18 ay x 65,90 manat + 459 manat ilkin ödəniş), ümumilikdə 1.284,40 (min iki yüz səksən dörd manat qırx qəpik) manat olmaqla ondan, 988 (doqquz yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 296,40 (iki yüz doxsan altı manat qırx qəpik) cərimə, xx.xx.2024-cü il müqaviləsinə əsasən Playstation 5 almış və nəticədə alqı-satqı qiyməti 1.379,82 (min üç yüz yetmiş doqquz manat səksən iki qəpik) manat (18 ay x 54,44 manat + 400 manat ilkin ödəniş), ümumilikdə 1.273,90 (min iki yüz yetmiş üç manat doxsan qəpik) manat olmaqla ondan, 979,92 (doqquz yüz doxsan doqquz manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 293,98 (iki yüz doxsan üç manat doxsan səkkiz qəpik) cərimə, xx.xx.2024-cü il müqaviləsinə əsasən İMEİ kodu 47859/K3Y301169 olan Xiaomi Pad 6 markalı planşet almış və nəticədə alqı-satqı qiyməti 988,40 (doqquz yüz səksən səkkiz manat qırx qəpik) manat (18 ay x 53,80 manat + 20 manat ilkin ödəniş), ümumilikdə 1.188,72 (bir min səkkiz yüz səkkiz manat yetmiş iki qəpik) manat olmaqla ondan, 914,40 (doqquz yüz on dörd manat qırx qəpik) manat ödənilməmiş hissə, 274,32 (iki yüz yetmiş dörd manat otuz iki qəpik) cərimə, xx.xx.2024-cü il müqaviləsinə əsasən Playstation 5 almış və nəticədə alqısatqı qiyməti 1.417,96 (min dörd yüz on yeddi manat doxsan altı qəpik) manat (18 ay x 53,80 manat + 550 manat ilkin ödəniş), ümumilikdə 1.064,65 (bir min altmış dörd manat altmış beş qəpik) manat olmaqla ondan, 818,96 (səkkiz yüz on səkkiz manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 245,69 (iki yüz qırx beş manat altmış doqquz qəpik) cərimə, xx.xx.2024-cü il müqaviləsinə əsasən Playstation 5 almış və nəticədə alqı-satqı qiyməti 1.412,40 (min dörd yüz on iki manat qırx qəpik) manat (18 ay x 43,80 manat + 624 manat ilkin ödəniş), ümumilikdə 1.024,92 (bir min iyirmi dörd manat doxsan iki qəpik) manat olmaqla ondan, 788,40 (yeddi yüz səksən səkkiz manat qırx qəpik) manat ödənilməmiş hissə, 236,52 (iki yüz otuz altı manat əlli iki qəpik) cərimə, xx.xx.2024-cü il müqaviləsinə əsasən İMEİ kodu **********56734 olan Samsung Galaxy A24 markalı telefon almış və nəticədə alqı-satqı qiyməti 501,40 (beş yüz bir manat qırx qəpik) manat (18 ay x 22,30 manat + 100 manat ilkin ödəniş), ümumilikdə 521,82 (beş yüz iyirmi bir manat səksən iki qəpik) manat olmaqla ondan, 401,40 (dörd yüz bir manat qırx qəpik) manat ödənilməmiş hissə, 120,42 (yüz iyirmi manat qırx iki qəpik) cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3.997,14 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: Tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrinin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh (“Müştəri”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 08923843 saylı nisyə alğı-satqı müqaviləsi və müqaviləyə əlavədən görünür ki, "xxxx" MMC İmei kod **********68855 İPHONE 13 markalı telefon alıcıya verməyi, alıcı isə ilkin ödənişsiz hər ay 119,11 manat olmaqla 18 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 08923843 nömrəli alqı-satqı müqaviləsi üzrə İphone 13 markalı telefon tam qüsursuz halda alıcıya təhvil verilmişdir. "xxxx" MMC ilə Cavabdeh (“Müştəri”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 04156494 saylı nisyə alğı-satqı müqaviləsi və müqaviləyə əlavədən görünür ki, "xxxx" MMC PLAYSTATİON 5-i alıcıya verməyi, alıcı isə ilkin ödəniş 360 manat, hər ay 64,9 manat olmaqla 18 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 04156494 nömrəli alqı-satqı müqaviləsi üzrə PLAYSTATİON 5 tam qüsursuz halda alıcıya təhvil verilmişdir. "xxxx" MMC ilə Cavabdeh (“Müştəri”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 03929540 saylı nisyə alğı-satqı müqaviləsi və müqaviləyə əlavədən görünür ki, "xxxx" MMC PLAYSTATİON 5-i alıcıya verməyi, alıcı isə ilkin ödəniş 400 manat, hər ay 64,17 manat olmaqla 18 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 03929540 nömrəli alqı-satqı müqaviləsi üzrə PLAYSTATİON 5 tam qüsursuz halda alıcıya təhvil verilmişdir. "xxxx" MMC ilə Cavabdeh (“Müştəri”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 07201259 saylı nisyə alğı-satqı müqaviləsi və müqaviləyə əlavədən görünür ki, "xxxx" MMC PLAYSTATİON 5-i alıcıya verməyi, alıcı isə ilkin ödəniş 360 manat, hər ay 57,17 manat olmaqla 18 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 07201259 nömrəli alqı-satqı müqaviləsi üzrə PLAYSTATİON 5 tam qüsursuz halda alıcıya təhvil verilmişdir. "xxxx" MMC ilə Cavabdeh (“Müştəri”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 04141460 saylı nisyə alğı-satqı müqaviləsi və müqaviləyə əlavədən görünür ki, "xxxx" MMC İmei kod 55758/04QN00348 XİAOMİ PAD 6S PRO markalı planşeti alıcıya verməyi, alıcı isə ilkin ödəniş 459 manat, hər ay 65,9 manat olmaqla 18 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 04141460 nömrəli alqı-satqı müqaviləsi üzrə İmei kod 55758/04QN00348 XİAOMİ PAD 6S PRO markalı planşet tam qüsursuz halda alıcıya təhvil verilmişdir. "xxxx" MMC ilə Cavabdeh (“Müştəri”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 03938308 saylı nisyə alğı-satqı müqaviləsi və müqaviləyə əlavədən görünür ki, "xxxx" MMC PLAYSTATİON 5-i alıcıya verməyi, alıcı isə ilkin ödəniş 400 manat, hər ay 54,44 manat olmaqla 18 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 03938308 nömrəli alqı-satqı müqaviləsi üzrə PLAYSTATİON 5 tam qüsursuz halda alıcıya təhvil verilmişdir. "xxxx" MMC ilə Cavabdeh (“Müştəri”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 03677734 saylı nisyə alğı-satqı müqaviləsi və müqaviləyə əlavədən görünür ki, "xxxx" MMC İmei kod 47859/K3Y301169 XİAOMİ PAD 6 markalı planşeti alıcıya verməyi, alıcı isə ilkin ödəniş 20 manat, hər ay 53,8 manat olmaqla 18 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 03677734 nömrəli alqı-satqı müqaviləsi üzrə İmei kod 47859/K3Y301169 XİAOMİ PAD 6 markalı planşet tam qüsursuz halda alıcıya təhvil verilmişdir. "xxxx" MMC ilə Cavabdeh (“Müştəri”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 15952343 saylı nisyə alğı-satqı müqaviləsi və müqaviləyə əlavədən görünür ki, "xxxx" MMC PLAYSTATİON 5-i alıcıya verməyi, alıcı isə ilkin ödəniş 550 manat, hər ay 48,22 manat olmaqla 18 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 15952343 nömrəli alqı-satqı müqaviləsi üzrə PLAYSTATİON 5 tam qüsursuz halda alıcıya təhvil verilmişdir. "xxxx" MMC ilə Cavabdeh (“Müştəri”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 13688205 saylı nisyə alğı-satqı müqaviləsi və müqaviləyə əlavədən görünür ki, "xxxx" MMC PLAYSTATİON 5-i alıcıya verməyi, alıcı isə ilkin ödəniş 624 manat, hər ay 43,8 manat olmaqla 18 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 13688205 nömrəli alqı-satqı müqaviləsi üzrə PLAYSTATİON 5 tam qüsursuz halda alıcıya təhvil verilmişdir. "xxxx" MMC ilə Cavabdeh (“Müştəri”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 03288399 saylı nisyə alğı-satqı müqaviləsi və müqaviləyə əlavədən görünür ki, "xxxx" MMC İmei kod **********56734 SAMSUNG GALAXY A24 markalı telefonu alıcıya verməyi, alıcı isə ilkin ödəniş 100 manat, hər ay 22,3 manat olmaqla 18 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 03288399 nömrəli alqı-satqı müqaviləsi üzrə İmei kod **********56734 SAMSUNG GALAXY A24 markalı telefon tam qüsursuz halda alıcıya təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli bildiriş məktubundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilmiş məbləğ 357,88 manat, əsas borc üzrə ödənilməmiş məbləğ 1.786,10 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilməli rüsum 23,60 manat, dəbbə pulu 535,83 manat; xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilmiş məbləğ 360 manat, əsas borc üzrə ödənilməmiş məbləğ 1.168,20 manat, dəbbə pulu 350,46 manat; xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilmiş məbləğ 465,06 manat, əsas borc üzrə ödənilməmiş məbləğ 1.090 manat, dəbbə pulu 327 manat; xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilmiş məbləğ 360 manat, əsas borc üzrə ödənilməmiş məbləğ 1.029,06 manat, dəbbə pulu 308,72 manat; xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilmiş məbləğ 657,20 manat, əsas borc üzrə ödənilməmiş məbləğ 988 manat, dəbbə pulu 296,40 manat; xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilmiş məbləğ 400 manat, əsas borc üzrə ödənilməmiş məbləğ 979,92 manat, dəbbə pulu 293,98 manat; xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilmiş məbləğ 74 manat, əsas borc üzrə ödənilməmiş məbləğ 914,40 manat, dəbbə pulu 274,32 manat; xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilmiş məbləğ 599 manat, əsas borc üzrə ödənilməmiş məbləğ 818,96 manat, dəbbə pulu 245,69 manat; xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilmiş məbləğ 624 manat, əsas borc üzrə ödənilməmiş məbləğ 788,40 manat, dəbbə pulu 236,52 manat; xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilmiş məbləğ 100 manat, əsas borc üzrə ödənilməmiş məbləğ 401,40 manat, dəbbə pulu 120,42 manat təşkil edir. Cavabdehə ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə hər müqavilənin ödəniş cədvəlinin 2-ci bəndinə uyğun olaraq müddəti keçmiş məbləğ üzrə formalaşmış toplam cərimə məbləğinin 1-ci müqavilə üzrə 1.250,27 manat, 2-ci müqavilə üzrə 817,74 manat, 3-cü müqavilə üzrə 763 manat, 4-cü müqavilə üzrə 720,34 manat, 5-ci müqavilə üzrə 691,60 manat, 6-ci müqavilə üzrə 685,94 manat, 7-ci müqavilə üzrə 640,08 manat, 8-ci müqavilə üzrə 573,27 manat,9-cu müqavilə üzrə 551,80 manat, 10-cu müqavilə üzrə 280,98 manat müştəriyə güzəşt edilmişdir. Ödəniş qəbzindən (№ **********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 128,93 (yüz iyirmi səkkiz manat doxsan üç qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 589.3-cü maddəsinə əsasən əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 623.1-ci maddəsinə əsasən əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-qida məhsulunun ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 531.1-ci maddəsinə əsasən öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir. 531.3-cü maddəsinə əsasən əgər ayrı qayda nəzərdə tutulmayıbsa, novasiya ilkin öhdəliklə bağlı olan əlavə öhdəliklərə xitam verir. 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. "xxxx" MMC ilə Cavabdeh (“Müştəri”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsinə əlavədən görünür ki, İmei kod **********68855 İPHONE 13 markalı telefonun dəyəri 2143,98 manatdır. Müştəri xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə qədər aylıq 119,11 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. 10 dekabr 2024-cü il tarixli maliyyə arayışına əsasən həmin müqavilə üzrə Cavabdeh tərəfindən 357,88 manat məbləğində ödəniş edilmişdir. Müqavilə üzrə ödənilməmiş məbləğ 1786,1 manat təşkil edir. İddiaçı həmin məbləğdə pulun ödənilməsini tələb etməkdə haqlıdır. "xxxx" MMC ilə Cavabdeh (“Müştəri”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsinə əlavədən görünür ki, PLAYSTATİON 5-in dəyəri 1528,2 manatdır. Müştəri xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixə qədər aylıq 64,9 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. 10 dekabr 2024-cü il tarixli maliyyə arayışına əsasən həmin müqavilə üzrə Cavabdeh tərəfindən 360 manat məbləğində ödəniş edilmişdir. Müqavilə üzrə ödənilməmiş məbləğ 1168,2 manat təşkil edir. İddiaçı həmin məbləğdə pulun ödənilməsini tələb etməkdə haqlıdır. "xxxx" MMC ilə Cavabdeh (“Müştəri”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsinə əlavədən görünür ki, PLAYSTATİON 5-in dəyəri 1555,06 manatdır. Müştəri xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixə qədər aylıq 64,17 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. 10 dekabr 2024-cü il tarixli maliyyə arayışına əsasən həmin müqavilə üzrə Cavabdeh tərəfindən 465,06 manat məbləğində ödəniş edilmişdir. Müqavilə üzrə ödənilməmiş məbləğ 1090 manat təşkil edir. İddiaçı həmin məbləğdə pulun ödənilməsini tələb etməkdə haqlıdır. "xxxx" MMC ilə Cavabdeh (“Müştəri”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsinə əlavədən görünür ki, PLAYSTATİON 5-in dəyəri 1389,06 manatdır. Müştəri xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixə qədər aylıq 57,17 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. 10 dekabr 2024-cü il tarixli maliyyə arayışına əsasən həmin müqavilə üzrə Cavabdeh tərəfindən 360 manat məbləğində ödəniş edilmişdir. Müqavilə üzrə ödənilməmiş məbləğ 1029,06 manat təşkil edir. İddiaçı həmin məbləğdə pulun ödənilməsini tələb etməkdə haqlıdır. "xxxx" MMC ilə Cavabdeh (“Müştəri”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsinə əlavədən görünür ki, İmei kod 55758/04QN00348 XİAOMİ PAD 6S PRO markalı planşetin dəyəri 1645,2 manatdır. Müştəri xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə qədər aylıq 65,9 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. 10 dekabr 2024-cü il tarixli maliyyə arayışına əsasən həmin müqavilə üzrə Cavabdeh tərəfindən 657.2 manat məbləğində ödəniş edilmişdir. Müqavilə üzrə ödənilməmiş məbləğ 988 manat təşkil edir. İddiaçı həmin məbləğdə pulun ödənilməsini tələb etməkdə haqlıdır. "xxxx" MMC ilə Cavabdeh (“Müştəri”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsinə əlavədən görünür ki, PLAYSTATİON 5-in dəyəri 1379,92 manatdır. Müştəri xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixə qədər aylıq 54,44 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. 10 dekabr 2024-cü il tarixli maliyyə arayışına əsasən həmin müqavilə üzrə Cavabdeh tərəfindən 400 manat məbləğində ödəniş edilmişdir. Müqavilə üzrə ödənilməmiş məbləğ 979,92 manat təşkil edir. İddiaçı həmin məbləğdə pulun ödənilməsini tələb etməkdə haqlıdır. "xxxx" MMC ilə Cavabdeh (“Müştəri”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsinə əlavədən görünür ki, n İmei kod 47859/K3Y301169 XİAOMİ PAD 6 markalı planşein dəyəri 988,4 manatdır. Müştəri xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixə qədər aylıq 53.8 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. 10 dekabr 2024-cü il tarixli maliyyə arayışına əsasən həmin müqavilə üzrə Cavabdeh tərəfindən 74 manat məbləğində ödəniş edilmişdir. Müqavilə üzrə ödənilməmiş məbləğ 914,4 manat təşkil edir. İddiaçı həmin məbləğdə pulun ödənilməsini tələb etməkdə haqlıdır. "xxxx" MMC ilə Cavabdeh (“Müştəri”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsinə əlavədən görünür ki, PLAYSTATİON 5-in dəyəri 1345,96 manatdır. Müştəri xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixə qədər aylıq 48,22 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. 10 dekabr 2024-cü il tarixli maliyyə arayışına əsasən həmin müqavilə üzrə Cavabdeh tərəfindən 599 manat məbləğində ödəniş edilmişdir. Müqavilə üzrə ödənilməmiş məbləğ 818,96 manat təşkil edir. İddiaçı həmin məbləğdə pulun ödənilməsini tələb etməkdə haqlıdır. "xxxx" MMC ilə Cavabdeh (“Müştəri”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsinə əlavədən görünür ki, PLAYSTATİON 5-in dəyəri 1412,4 manatdır. Müştəri xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixə qədər aylıq 43,8 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. 10 dekabr 2024-cü il tarixli maliyyə arayışına əsasən həmin müqavilə üzrə Cavabdeh tərəfindən 624 manat məbləğində ödəniş edilmişdir. Müqavilə üzrə ödənilməmiş məbləğ 788,4 manat təşkil edir. İddiaçı həmin məbləğdə pulun ödənilməsini tələb etməkdə haqlıdır. "xxxx" MMC ilə Cavabdeh (“Müştəri”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsinə əlavədən görünür ki, İmei kod **********56734 SAMSUNG GALAXY A24 markalı telefonun dəyəri 501,4 manatdır. Müştəri xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixə qədər aylıq 22,3 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. 10 dekabr 2024-cü il tarixli maliyyə arayışına əsasən həmin müqavilə üzrə Cavabdeh tərəfindən 100 manat məbləğində ödəniş edilmişdir. Müqavilə üzrə ödənilməmiş məbləğ 401,4 manat təşkil edir. İddiaçı həmin məbləğdə pulun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 4911,55-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddianın müqavilələr üzrə cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilələr üzrə hesablanmış 2989,33 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilələr üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və xx.xx.2024-cü il tarixli müqavlə üzrə 20 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2024cü il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 10 manat olmaqla, cəmi 150 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 9964,44 (doqquz min doqquz yüz altmış dörd manat qırx dörd qəpik) manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum və 150 (bir yüz əlli) manat dəbbə pulu olmaqla, cəmi 10.138,04 manat (on min bir yüz otuz səkkiz manat dörd qəpik) pul və 120,41 (bir yüz iyirmi manat qırx bir qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 9964,44 (doqquz min doqquz yüz altmış dörd manat qırx dörd qəpik) manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum və 150 (bir yüz əlli) manat dəbbə pulu olmaqla, cəmi 10.138,04 manat (on min bir yüz otuz səkkiz manat dörd qəpik) pul və 120,41 (bir yüz iyirmi manat qırx bir qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar