Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1343/2025 09.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi, avtomobilin geri qaytarılması və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki iş (açar sözlər: maddi və mənəvi zərər) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X8 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi, avtomobilin geri qaytarılması və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilin alışı üçün ödədiyi cəmi 24500 manatın, mənəvi ziyan olaraq 10000 manatın və ödənilmiş 195 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətdən xx.xx.2024-cü il tarixdə rəsmi müqavilə bağlamaqla, LAC JS8 minik markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini satın almışdır. Aralarında imzalanmış avtomobilin müddətli satşı üzrə K-819-A-PCC-24 nömrəli müqaviləyə əsasən, 8.780 AZN ilkin ödəniş etmişdir və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan 2 nömrəli əlavə ilə müəyyən edilmiş şərtlərlə və qaydada dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə imzaladıqdan sonra cavabdeh müqavilədə göstərilən avtomobili ona təhvil vermiş və o həmin avtomobilə görə, ödəniş cədvəlinə uyğun olaraq hər ay nəzərdə tutulmuş qaydada ödəniş etmişdir. xx.xx.2024-cü il tarixdə cədvəl üzrə növbəti ödənişi etdikdən sonra cavabdeh müxtəlif bəhanələr gətirməklə, aldığı avtomobili idarə etmək üçün etibarnamə verməkdən əsassız olaraq imtina etmişdir. Məcburiyyət qarşısında qalaraq cavabdehin bu qanunsuz hərəkəti barədə Yasamal rayon prokurorluğuna müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və həmin qərara əsasən mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəmyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, cavabdeh ona satmış olduğu avtomobilə dair etibarnamə verməməsi və avtomobili özünün nəzarətində olan dayanacaqda saxlaması qanunsuzdur və cavabdehin bu hərəkəti ilə onun mənafeyinə ziyan vurmuşdur. İş yoldaşlarının, dostlarının və ailəsinin yanında pis vəziyyətdədir. Camaat elə bilir ki, o ödəniş edə bilmədiyi üçün maşını əlindən alıblar. Başına gələnləri hər kəsə izah etmək olmur. Pulunu ödədiyi halda avtomobili əlindən alınmışdır.
3. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi, avtomobilin geri qaytarılması və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və İddiaçı arasında bağlanmış K-819-A-PCC-24 nömrəli xx.xx.2024-cü il tarixli nəqliyyat vasitələrinin müddətli satışı üzrə müqavilənin etibarsız hesab edilməsi, JAC JS8 minik markalı **-YX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin İddiaçı alınaraq Cavabdeh MMC-yə verilməsi, JAC JS8 minik markalı **-YX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəyərini itirməsi nəticəsində vurduğu zərərə görə 17958 manat məbləğində pul, JAC JS8 minik markalı **- YX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən qanunsuz olaraq istifadə etdiyinə görə əldən çıxmış fayda kimi 16110 manat məbləğində pul, 193 manat məbləğində dövlət rüsumunun əvəzinin İddiaçı alınaraq Cavabdeh MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, JAC JS8 minik markalı **-YX- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satılması ilə bağlı Cavabdeh MMC və İddiaçı arasında xx.xx.2024-cü il tarixli K-819-A-PCC-24 nömrəli nəqliyyat vasitəsininmüddətli satışı üzrə müqavilə bağlanmışdır. Nəqliyyat vasitəsi Cavabdeh MMCnin Babək Filialından alınmışdır. Həmin müqavilənin şərtlərinə əsasən satılan nəqliyyat vasitəsinin dəyəri 48458 manat məbləğində razılaşdırılmışdır. Cavabdeh 8780 manat məbləğində ilkin ödəniş etdikdən sonra qalan 39678 manat məbləğində pulun 24 ay müddətində hər 1653 manat olmaqla, hissə-hissə ödənilməsi barədə razılıq əldə edilmişdir. Cavabdeh həmçinin xalası oğlanları kimi qələmə verdiyi X16 və onun qardaşı X9 qeyd edilən nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnamə verilməsini xahiş etmişdir. Cavabdehin xahişi əsasında xalası oğlanları kimi qələmə verdiyi X16 və onun qardaşı X13 da etibarnamə verilmişdir. Yuxarıda qeyd edilən bütün sənədləşmə işləri Cavabdeh MMC-nin Babək Filialında icra edilmişdir. 8 ay müddətində müqaviləyə əsasən ödənişlər icra edilmiş və bu müddət ərzində hər üç şəxsə qeyd edilən nəqliyyat vasitəsini idarə etməsi üçün müxtəlif vaxtlarda etibarnamələr verilmişdir. Cavabdeh MMC-nin Babək X1 tanıyan işçi yoxdur. Bu səbəbdən də heç kim ona əhəmiyyət verməmişdir. Lakin sonradan təsadüf nəticəsində bu fakt onlara məlum olmuşdur. Belə ki, X16 2016-cı ildə onlarla sıx əməkdaşlıq edən tərəfdaşları “X23” MMC-dən Chevrolet Cruze minik markalı **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi almış və həmin nəqliyyat vasitəsinin dəyərini ödəmədiyi üçün tərəflər arasında məhkəmə mübahisəsi olmuşdur. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-566/2022 nömrəli iş üzrə 17 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən Chevrolet Cruze minik markalı **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin X4 alınaraq “X23” MMC-yə verilməsi qət edilmişdir. Lakin həmin qətnamənin qanuni qüvvəyə minməsindən sonra da X16 qeyd edilən nəqliyyat vasitəsini gizlədərək istifadə etməyə davam etmiş və həmin nəqiyyat vasitəsi ilə çoxsaylı inzibati xətalar törətmişdir. Bu səbəbdən də həm nəqliyyat vasitəsi həm də onun özü ilə bağlı axarış elan edilmişdir. Uzun müddət davam edən məcburi icra tədbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsi X4 alınaraq “X23” MMC-yə təhvil verilmişdir. Cavabdeh MMC və “X23” MMC-yə təhvil verilmişdir. Cavabdeh MMC və “X23” MMC hər ikisi nəqliyyat vasitələrinin satışı və onlara texniki xidmət sahəsində fəaliyyət göstərdikləri, eyni bir istehsalat sahəsində fəaliyyət göstərdikləri, bir-biri ilə əməkdaşlıq etdikləri, Cavabdeh MMC-nin bir çox işçilərinin əvvəllər “X23” MMC-də işləməsi səbəbindən Cavabdeh MMCnin bir çox işçiləri əvvəllər “X23” MMC-də problemli müştərilər barədə məlumata sahibdirlər. X10 da məhz həmin işçilər tanımış və bu barədə cəmiyyətin rəhbərliyinə məlumat vermişdir. Bundan sonra məlum səbəbdən X16 və onun qardaşı X14 etibarnamə verilməsinə icazə verilməmişdir. Bu barədə cavabdehə də məlumat verilmişdir. Lakin buna baxmayaraq cavabdeh yenə də JAC JS8 minik markalı **-YX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməsi üçün X11 vermişdir. X2 xx.xx.2024cü il tarixində yol polisi əməkdaşları tərəfindən saxlanılmış və etibarnaməsi olmadığı üçün nəqliyyat vasitəsi ondan alınaraq müvəqqəti duracağa yerləşdirilmişdir. Bütün qeyd edilənlərdən aydın görünür ki, cavabdehlə bağlanmış xx.xx.2024-cü il tarixli K-819-A-PCC- 24 nömrəli nəqliyyat vasitələrinin müddətli satışı üzrə müqavilə uydurma əqddən başqa bir şey deyil. Belə ki, həmin əqdin əsl tərəfi əsilndə cavabdeh deyildir. Cavabdeh sadəcə onunla əqd bağlanması görünüşü yaratmaq üçün həmin əqdin tərəfi olaraq müqavilənin bağlanmasında iştirak etmişdir. Əslində isə qeyd edilən nəqliyyat vasitəsini alan məhz X12r. Belə ki, X16 problemli müştəri olduğu üçün onların ona nəqliyyat vasitəsi satmaqdan imtina edəcəklərini bilirdi. Bu səbəbdən də görünüş yaratmaq üçün müqavilənin bağlanması üçün cavabdehi müqavilənin tərəfi kimi təqdim etmək məcburiyyətində qalmışdır. Əslində isə nəqliyyat vasitəsini özü və qardaşının istifadəsini üçün almışdır. Qeyd edilən səbəblərdən əqd etibarsız hesab edilməlidir. Nəqliyyat vasitəsinin cavabdehin istifadəsində olduğu müddət ərzində qeyd edilən nəqliyyat vasitəsi bazar dəyərini xeyli itirmişdir. Belə ki, hazırda bazarda olan analoji nəqliyyat vasitələrinin orta satış qiyməti 30500 manatdır. Beləliklə də cavabdehin nəqliyyat vasitəsini istismar etməsi nəticəsində nəqliyyat vasitəsinin bazar dəyəri 17958 manat məbləğində azalmış və nəqliyyat vasitəsinin öz dəyərini itirməsi nəticəsində külli miqdarda zərər dəymişdir. Əqd etibarsız olduğu üçün cavabdeh nəqliyyat vasitəsi üçün 2024-cü ildə bir aylıq kirayə haqqının məbləği 1800 manat təşkil edir. Beləliklə də cavabdeh nəqliyyat vasitəsindən əsassız olaraq istifadəyə görə əldən çıxmış fayda kimi 16100 manat məbləğində zərər vurmuşdur.
İİ. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili qarşılıqlı iddia tələbini qəbul etməyərək ilkin iddia tələbini müdafiə etdiyini və təmin olunması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etdiyini bildirmişdir.
6. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi ilkin iddia tələbini qəbul etməyək qarşılıqlı iddia tələbini müdafiə etdiyini və təmin olunması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etdiyini bildirmişdir.
İİİ Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli Avtomobilin müddətli satışı üzrə K-819-A-PCC-24 №-li müqaviləyə əsasən müəyyən olunur ki, Cavabdeh MMC texniki spesifikasiyaya uyğun olan JAC JS8 minik markalı, **- YX-*** dövlət qeydiyyat nişanlı ban LJ166A253P4034021 nəqliyyat nasitəsini texniki saz halda İddiaçı satmağı, İddiaçı isə həmin nəqliyyat vasitəsini qəbul edib hazırki müqavilənin ayrılmaz tərkib hissəsi olan 2 №-li Əlavə ilə müəyyən edilmiş şərtlərlə və qaydada dəyərini Cavabdeh MMC-yə ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən nəqliyyat vasitəsinin tam sığortası üçün ödənilməli olan sığorta haqqının məbləği nəqliyyat vasitəsinin satış qiymətinə daxildir.
9. K-819A-PCC-24 saylı xx.xx.2024-cü il tarixli avtomobilin müddətli satışı üzrə Müqaviləyə 02 saylı xx.xx.2024-cü il tarixli əlavəyə əsasən aylar üzrə müvafiq olaraq ödənişlərin məbləği göstərilmişdir.
10. Avonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsinə əsasən müəyyən olunur ki, JAC JS8 minik markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı ban LJ166A253P4034021 nəqliyyat vasitəsi üzrə sığorta haqqı 2502 manat təşkil edir.
11. İddiaçı Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixdə ərizə ünvanlayaraq Cavabdeh MMC şirkətlərindən aldığı JAC JS8 markalı, **-YX-*** dövlət qeydiyyat nömrəli avtomobili idarə etmək üçün xalası oğlu X11 daxili qaydalara uyğun olaraq etibarnamə verilməsinə icazə verilməsini xahiş etmişdir.
12. Cavabdeh MMC tərəfindən İddiaçı verilmiş xx.xx.2024-cü il tarixli etibarnaməyə əsasən **-YX-*** dövlət qeydiyyat nişanlı JAC JS8 markalı avtomobilin idarə edilməsi xx.xx.2024-cü il tarixədək İddiaçı etibar edilmişdir.
13. Cavabdeh MMC tərəfindən X14 verilmiş xx.xx.2024-cü il tarixli etibarnaməyə əsasən **-YX-*** dövlət qeydiyyat nişanlı JAC JS8 markalı avtomobilin idarə edilməsi xx.xx.2024-cü il tarixədək X14 etibar edilmişdir.
14. Cavabdeh MMC tərəfindən X11 verilmiş xx.xx.2024-cü il tarixli etibarnaməyə əsasən **-YX-*** dövlət qeydiyyat nişanlı JAC JS8 markalı avtomobilin idarə edilməsi xx.xx.2024-cü il tarixədək X11 etibar edilmişdir.
15. Cavabdeh MMC tərəfindən X14 verilmiş xx.xx.2024-cü il tarixli etibarnaməyə əsasən **-YX-*** dövlət qeydiyyat nişanlı JAC JS8 markalı avtomobilin idarə edilməsi xx.xx.2024-cü il tarixədək X14 etibar edilmişdir.
16. Cavabdeh MMC tərəfindən X11 verilmiş xx.xx.2024-cü il tarixli etibarnaməyə əsasən **-YX-*** dövlət qeydiyyat nişanlı JAC JS8 markalı avtomobilin idarə edilməsi xx.xx.2024-cü il tarixədək X11 etibar edilmişdir.
17. Cavabdeh MMC tərəfindən X14 verilmiş xx.xx.2024-cü il tarixli etibarnaməyə əsasən **-YX-*** dövlət qeydiyyat nişanlı JAC JS8 markalı avtomobilin idarə edilməsi xx.xx.2024-cü il tarixədək X14 etibar edilmişdir.
18. Cavabdeh MMC tərəfindən X11 verilmiş xx.xx.2024-cü il tarixli etibarnaməyə əsasən **-YX-*** dövlət qeydiyyat nişanlı JAC JS8 markalı avtomobilin idarə edilməsi xx.xx.2024-cü il tarixədək X11 etibar edilmişdir.
19. Cavabdeh MMC tərəfindən X14 verilmiş xx.xx.2024-cü il tarixli etibarnaməyə əsasən **-YX-*** dövlət qeydiyyat nişanlı JAC JS8 markalı avtomobilin idarə edilməsi xx.xx.2024-cü il tarixədək X14 etibar edilmişdir.
20. Cavabdeh MMC tərəfindən X11 verilmiş xx.xx.2024-cü il tarixli etibarnaməyə əsasən **-YX-*** dövlət qeydiyyat nişanlı JAC JS8 markalı avtomobilin idarə edilməsi xx.xx.2024-cü il tarixədək X11 etibar edilmişdir.
21. Cavabdeh MMC tərəfindən X14 verilmiş xx.xx.2024-cü il tarixli etibarnaməyə əsasən **-YX-*** dövlət qeydiyyat nişanlı JAC JS8 markalı avtomobilin idarə edilməsi xx.xx.2024-cü il tarixədək X14 etibar edilmişdir.
22. Cavabdeh MMC tərəfindən X11 verilmiş xx.xx.2024-cü il tarixli etibarnaməyə əsasən **-YX-*** dövlət qeydiyyat nişanlı JAC JS8 markalı avtomobilin idarə edilməsi xx.xx.2024-cü il tarixədək X11 etibar edilmişdir.
23. Cavabdeh MMC tərəfindən X14 verilmiş xx.xx.2024-cü il tarixli etibarnaməyə əsasən **-YX-*** dövlət qeydiyyat nişanlı JAC JS8 markalı avtomobilin idarə edilməsi xx.xx.2024-cü il tarixədək X14 etibar edilmişdir.
24. Cavabdeh MMC tərəfindən X11 verilmiş xx.xx.2024-cü il tarixli etibarnaməyə əsasən **-YX-*** dövlət qeydiyyat nişanlı JAC JS8 markalı avtomobilin idarə edilməsi xx.xx.2024-cü il tarixədək X11 etibar edilmişdir.
25. Cavabdeh MMC tərəfindən X14 verilmiş xx.xx.2024-cü il tarixli etibarnaməyə əsasən **-YX-*** dövlət qeydiyyat nişanlı JAC JS8 markalı avtomobilin idarə edilməsi xx.xx.2024-cü il tarixədək X14 etibar edilmişdir.
26. Cavabdeh MMC tərəfindən X11 verilmiş xx.xx.2024-cü il tarixli etibarnaməyə əsasən **-YX-*** dövlət qeydiyyat nişanlı JAC JS8 markalı avtomobilin idarə edilməsi xx.xx.2024-cü il tarixədək X11 etibar edilmişdir.
27. Cavabdeh MMC tərəfindən İddiaçı verilmiş xx.xx.2024-cü il tarixli etibarnaməyə əsasən **-YX-*** dövlət qeydiyyat nişanlı JAC JS8 markalı avtomobilin idarə edilməsi xx.xx.2024-cü il tarixədək İddiaçı etibar edilmişdir.
28. Cavabdeh MMC tərəfindən X11 verilmiş xx.xx.2024-cü il tarixli etibarnaməyə əsasən **-YX-*** dövlət qeydiyyat nişanlı JAC JS8 markalı avtomobilin idarə edilməsi xx.xx.2024-cü il tarixədək X11 etibar edilmişdir.
29. xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən olunur ki, X16 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.
30. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış məktuba əsasən xx.xx.2024cü il tarixli müqavilə üzrə ödədiyi 24500 manatın geri qaytarılması barədə göstəriş verilməsi xahiş edilmişdir.
31. “Qiymətləndirmə və Consulting Mərkəzi”nin xx.xx.2025-ci il tarixli, QCM/Y 05- 005/25 nömrəli avtonəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə hesabata əsasən müəyyən olunur ki, Cavabdeh MMC-yə məxsus “JAC JS8 S5541” minik markalı **-YX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin bazar dəyəri 30500 manat, 1 aylıq icarə haqqı 1800 manat təşkil edir.
32. Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstitaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X3 xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir.
33. xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024cü il tarixli mədaxil qəbzlərinə əsasən müəyyən olunur ki, həmin tarixlərdə müvafiq olaraq 1653 manat ödənilmişdir.
34. Məhkəmə qarşılıqlı iddia ərizəsinin bir hissəsinin tərəflər arasında bağlanmış müqavilənin etibarsızlığı ilə bağlı olmasını nəzərə alaraq ilk növbədə həmin hissə ilə bağlı dəyərləndirmə aparır.
35. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir.
36. Həmin Məcəllənin 337.1-ci maddəsində əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
37. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
38. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
39. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
40. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
41. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir
42. Məhkəmə ilk növbədə qeyd edir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması zəruridir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr baş verir. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.
43. Əqdin etibarsızlığı dedikdə isə- tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda, əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətdir ki, bu hərəkət əqdin etibarlı olması şərtlərindən, heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticə baş vermir. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitamına səbəb olmur.
44. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında xx.xx.2024-cü il tarixli avtomobilin müddətli satışı üzrə K-819-A-PCC-24 №-li müqavilə bağlanmışdır. İlkin iddia üzrə cavabdeh müqavilənin etibarsız olmasını iddia edərək qeyd edir ki, müqavilə iddiaçı və cavabdeh arasında bağlansa da, lakin sonradan onlara məlum olmuşdur ki, müqavilənin əsl tərəfi hazırda iddiaçı olan İddiaçı deyil, X12r. Belə ki, X16 onlarla təsisçilərinin eyni olduğu digər şirkət “X23” MMC-də problemli müştərilər sırasındadır və onunla uzun müddət davam edən məhkəmə çəkişməsi olmuşdur. Sonuncu hazırda cavabdeh olan Cavabdeh MMC tərəfindən onunla avtomobilin alqı-satqısı barədə müqavilənin bağlanmayacağına əmin olduğu üçün İddiaçı istifadə edərək onun vasitəsi ilə avtomobilin alqı-satqı müqaviləsi bağlamışdır. Qeyd olunanları nəzərə alaraq qarşılıqlı iddia üzrə iddiaçı müqavilənin uydurma əqd olmasına istinad edərək müqavilənin əhəmiyyətsiz olduğundan etibarsız hesab olunmasını tələb edir.
45. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının dəlilləri ilə bağlı qeyd edir ki, uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətirmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır. Məhkəmə qeyd edir ki, sübutetmə yükü baxımından qeyd olunan müqavilələrin yalnız görünüşdə bağlandığını, yəni uydurma əqd olmasını sübuta yetirmək vəzifəsi qarşılıqlı iddia üzrə iddiaçının üzərinə düşür. Çünki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Məhkəmə qeyd edir ki, iddiaçının göstərdiyi xüsusatlar hər bir halda müqavilənin əhəmiyyətsiz hesab olunması üçün əsas ola bilməz. Belə ki, qarşılıqlı iddiaçının iddiasına görə cavabdehin məqsədi özünə avtomobil almaq deyil, öz adına avtomobili rəsmiləşdirməklə əslində X11 avtomobili vermək olmuşdur. Lakin, iddiaçı cavabdehin dəlillərinə etiraz edərək müqavilənin tərəfinin özü olduğunu, müqavilənin onunla bağlandığını, müqavilə üzrə ödənişlərin özü tərəfindən icra edildiyini, həmçinin X11 məhz cavabdeh tərəfindən avtomobili idarə etmək üçün etibarnamənin verildiyini bildirmişdir. Məhkəmə hesab edir ki, avtomobilin müqavilə tərəfi olan şəxs tərəfindən digər şəxsin istifadəsinə verilməsi müqavilənin əhəmiyyətsiz sayılması üçün əsas deyil. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ haqqında etibarnamədən görünür ki, cavabdeh özü X11 belə hüquq vermişdir. Həmçinin, X5 problemli müştəri hesab olunduğu şirkət hazırda cavabdeh olan şirkət deyil, digər şirkətdir. Cavabdeh MMC-nin təsisçiləri X17 və X6 olduğu halda, digər şirkət olan “X23” MMC-nin təsisçiləri X7 və X18r. Göründüyü kimi şirkətin təsisçiləri eyni şəxslər deyildir. Hətta şirkətin təsisçiləri eyni şəxslər olsa belə, hazırki halda avtomobilin X16 tərəfindən idarə edilməsi iddianın əhəmiyyətsiz hesab olunması üçün əsas deyil.
47. Belə ki, nisyə alqı-satqı müqaviləsi üzrə avtomobili əldə edən şəxsin vəzifəsi müqavilə üzrə nəzərdə tutulmuş ödənişləri vaxtlı-vaxtında icra etmək və müqavilədə nəzərdə tutulan digər vəzifələri icra etməkdir. Müqavilənin qüvvədə olduğu müddət ərzində iddiaçı tərəfindən müqavilə üzrə öhdəlikləri vaxtında icra edilmiş, bu hal işin mübahisəsiz halıdır. Müqavilə 24 ay müddətinə bağlanmış, müqavilə üzrə 8780 manat məbləğində ilkin ödəniş və 8 ay ərzində 1653 manat olmaqla aylıq ödənişlər icra edilmişdir. Belə olan halda məhkəmə cavabdehin İddiaçı avtomobili idarə etmək üçün digər şəxsə, hazırki halda X11 idarə etmək üçün verməsi əsasından çıxış edərək müqaviləni uydurma əqd kimi qiymətləndirməsini əsaslı hesab etmir. Görünür ki, tərəflərin əvvəlcədən üçüncü şəxsləri aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək kimi niyyətləri olmamışdır.
48. Belə olan halda məhkəmə cavabdehin müqavilənin uydurma əqd olması dəlilini əsassız hesab edir və qeyd olunanları və əqdlərin etibarlılıq şərtləri ilə bağlı mülki qanunvericilikdəki şərtləri nəzərə alaraq hesab edir ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli avtomobilin müddətli satışı üzrə K-819-A-PCC-24 №-li müqavilə hüquqi müstəvidə keçərli əqddir.
49. Məhkəmə qarşılıqlı iddia üzrə digər tələblərin müqavilənin etibarsızlığından irəli gələn tələblər olmasını və müqavilənin etibarsızlığı hissəsində qarşılıqlı iddianın təmin edilmədiyini nəzərə alaraq, həmin hissələr üzrə qiymətləndirmənin aparılmasını zəruri hesab etmir.
50. Məhkəmə ilkin iddia ilə bağlı aşağıdakıları qeyd edir.
51. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
52. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
53. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
54. Həmin Məcəllənin 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır.
55. Həmin Məcəllənin 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
56. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
57. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
58. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
59. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
60. Həmin Məcəllənin 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir.
61. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə Avtomobilin müddətli satışı üzrə K-819-A-PCC-24 №-li müqavilə bağlanmış və Cavabdeh MMC texniki spesifikasiyaya uyğun olan JAC JS8 minik markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı ban LJ166A253P4034021 nəqliyyat nasitəsini texniki saz halda İddiaçı satmağı, İddiaçı isə həmin nəqliyyat vasitəsini qəbul edib hazırki müqavilənin ayrılmaz tərkib hissəsi olan 2 №-li Əlavə ilə müəyyən edilmiş şərtlərlə və qaydada dəyərini Cavabdeh MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin İddiaçı müqavilə öhdəlikləri üzrə aylıq 1653 manat olmaqla, 8 ay müddətində ümumilikdə 13224 manat ödəniş edilmişdir.
62. Eyni zamanda, ilkin iddia üzrə iddiaçı tərəfindən 8780 manat ilkin ödəniş edilməsi və 2502 manat sığorta haqqının ödənilməsi iş materialları və ilkin iddia üzrə cavabdehin nümayəndəsinin izahatı ilə təsdiq olunmuşdur.
63. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ilkin iddia tələbi üzrə iddiaçı tərəfindən Cavabdeh MMC-yə müqavilə üzrə müvafiq ödənişlər edilməsinə baxmayaraq, ilkin iddia üzrə Cavabdeh MMC müqavilə üzrə öhdəliyini əsassız olaraq yerinə yetirməmiş, **-YX-*** dövlət qeydiyyat nişanlı JAC JS8 markalı avtomobili cavabdehə təhvil verməkdən və ona etibarnamə verməkdən imtina etmişdir.Belə ki, işin mübahisəsiz hallarından biri də odur ki, müqavilə üzrə avtomobil hazırda ilkin iddia üzrə cavabdehdədir. Odur ki, məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçının ödəmiş olduğu 24500 manat pulun tutulması hissəsində iddiası təmin edilməlidir.
64. Həmçinin iddiaçı mənəvi zərərin əvəzi olaraq 10000 manat məbləğində pulun ilkin iddia üzrə cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi bu hissədə əsaslı olmadığı üçün təmin edilməməlidir.
65. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”
66. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, “mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər”.
67. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”.
68. Məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdeh tərəfindən ona mənəvi zərər dəyməsi ilə bağlı hər hansı sübut təqdim etmədiyindən həmin hissədə ilkin iddia tələbi təmin oluna bilməz.
69. Odur ki, ilkin iddia qismən təmin edilməli, ilkin iddia üzrə Cavabdeh MMC-dən 24500 manat pul tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməli, ilkin iddia qalan hissədə təmin edilməməlidir.
70. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
71. Məhkəmə həmçinin qeyd edir ki, ilkin iddia üzrə iddia qismən təmin edildiyindən dövlət rüsumu iddianın təmin olunan hissəsinə müvafiq olaraq 163 manat məbləğində ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməli, qalan hissədə ilkin iddia üzrə iddiaçının özünə aid edilməlidir. Qarşılıqlı iddia üzrə isə iddia təmin edilmədiyindən ödənilmiş 193 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir.
V. Nəticə:
72. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh MMC-dən 24500 (iyirmi dörd min beş yüz) manat pul və 163 (bir yüz altmış üç) manat dövlət rüsumu tutularaq ilkin iddia üzrə İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə ilkin iddia üzrə İddiaçı özünə aid edilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil