Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1349/2023 07.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X22 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 7 saylı Notariat Ofisinə qarşı "qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsızlığı və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 7 saylı Notariat Ofisinə qarşı "qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsızlığı, miras əmlaka münasibətdə iddiaçının payının müəyyən edilməsi, ödənilmiş dövlət rüsumunun cavabdeh X6 tutularaq iddiaçıya ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi daha sonra məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbinin dəqiqləşdirmiş və tələbi "qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsızlığı və çıxarışın ləğv edilməsi” kimi müəyyən etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının atası X9 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. F.Ə.Təvəkgülov ünvan 1 ünvanında qeydiyyatda olmuş və həmin ünvanda da vəfat etmişdir. F.Ə.Təvəkgülovun miras əmlakına Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 41 saylı fərdi evin 1/4 hissəsi də daxil olsa da, Cavabdeh1 sözügedən miras əmlaka münasibətdə qanunsuz olaraq vərəsəlik şəhadətnaməsi almış və nəticədə iddiaçının vərəsəlik hüquqları pozulmuşdur. Bu səbəbdən, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan 278839 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, X8 xx.xx.1973-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan 059152 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, X9 xx.xx.1950-ci il tarixdə anadan olmuş və xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan 641203 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, Təvəkülova Xırda xanım Əbdül Rəhman qızı xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan V-06/2020 nömrəli xx.xx.2020-ci il tarixli ərizəyə əsasən müəyyən olunur ki, İddiaçı digər vərəsələr Cavabdeh1 və X10 barədə məlumatları bəyan etməklə xx.xx.2019-cu ildə vəfat etmiş atası X4 mirasını qəbul etmək barədə Bakı şəhəri 13 saylı Notariat Ofisinə ərizə ilə müraciət etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizəyə əsasən müəyyən olunur ki, İddiaçı Bakı şəhəri 7 saylı Notariat ofisinə müraciət edərək mübahisə predmeti üzrə miras payının müəyyən edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli məktuba əsasən müəyyən olunur ki, İddiaçı Bakı şəhəri 7 saylı Notariat Ofisinə müraciəti üzrə imtina qərarı qəbul edilmişdir. İş materiallarında olan 2V-105 nömrəli vərəsəlik işinə əsasən müəyyən olunur ki, mərhum X3 vərəsəlik işi xx.xx.2022-ci il tarixdə açılmışdır. Vərəsəlik işi materiallarında olan **********528 nömrəli ərizəyə əsasən müəyyən olunur ki, Cavabdeh1 Bakı şəhəri 7 saylı Notariat Ofisinə ərizə ilə müraciət etmişdir, lakin ərizədə digər vərəsələr barədə məlumat qeyd edilməmişdir. Vərəsəlik işi materiallarında olan **********618 nömrəli ərizəyə əsasən müəyyən olunur ki, X11 mərhum X3 miras əmlakın olan payından imtina etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, mərhum X3 miras əmlakı Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 85 nömrəli fərdi yaşayış evinin 12/24 hissəsindən ibarətdir. X3 oğlu X2 xx.xx.2019-cu il tarixdə ölməsi ilə əlaqədar vərəsəsi nəvəsi Cavabdeh1dır və sonuncu miras əmlakdan 1/4 hissədə pay almışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, mübahisə predmeti olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1/4 hissəsi ünvan 4ən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 2V-105 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan çıxarışa əsasən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyətdir və 3/24 hissədə xx.xx.2022-ci il tarixli, ********** nömrəli qeyd üzrə Cavabdeh1 mülkiyyətindədir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. MM-in 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-in 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-in 1252-ci maddəsinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. MM-in 1253.1-ci maddəsinə əsasən, mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. MM-in 1253.2-ci maddəsinə əsasən, əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. MM-in 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. MM-in 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü il redaksiya) 528-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Azərbaycan SSR Mülki Məcəlləsinin 530-cu maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə — miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən, Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur.Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir.Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan SSR MM-in 556-cı maddəsinə əsasən, qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər.Vərəsə tərəfindən mirasdan imtina etməyin kimi xeyrinə olduğu göstərilməməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur.Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Nəzərə almaq lazımdır ki, X1 1973-cü ildə vəfat etməsi nəzərə alınmaqla vərəsəlik hüquq münasibətinin 1973-cü ildə yaranması əsası ilə həmin dövrdə qüvvədə olan maddi hüquq normalarının mübahisəyə tətbiq edilməsi zəruridir. Deməli, Azərbaycan SSR Mülki Məcəlləsinin vərəsəlik hüququ ilə bağlı normalarını mübahisəyə tətbiq etməliyik. Məhkəmə qeyd edir ki, iş materiallarına əsasən müəyyən olunur ki, X8 xx.xx.1973cü il tarixdə, X9 isə 46 il sonra, yəni xx.xx.2019-cu il tarixdə mübahisə predmeti olan ünvan 1 ünvanında vəfat etmiş, vəfat edənə qədər həmin mənzildə yaşamışdır. Beləliklə, X9 mərhum atası X1 miras əmlakını (aktiv və passiv) öz payına müvafiq hissədə Azərbaycan SSR MM-in 552-ci maddəsinə əsasən faktiki olaraq qəbul etmişdir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat mülkiyyət mənsubluğunu müəyyən etməməklə hüququn formal qeydiyyat əsası qismində çıxış edir. Nəzərə almaq lazımdır ki, mübahisə predmeti olan daşınmaz əmlak X1 adına qeydiyyatda olsa da, X9 həmin əmlakı miras əmlak qismində qəbul etmiş və Azərbaycan SSR MM-in 528-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən X4 mülkiyyəti sayılmalıdır. Məhkəmə qeyd edir ki, irsi transmissiya institutuna əsasən, vərəsə mirası qəbul etmədən öldükdə miras payın ölmüş vərəsənin vərəsələrinə keçir. Lakin, hazırki iş üzrə vərəsə X9 miras predmeti olan əmlakda 46 il yaşamaqla öz payına müvafiq olaraq miras əmlakı artıq qəbul etmişdir. Beləliklə, hazırki situasiyaya irsi transmissiya hüquq institutunun tətbiq olunması yolverilməzdir. Çünki, irsi transmissiya hüquq institunun dispozitiv şərtləri ilə hazırki mülki işin faktiki və hüquqi halları uyğun deyildir. Hüquq normasının aydın, müəyyən ifadə edilmiş şərtləri hər hansı mülahizəyə yol verilməməklə hüquq münasibətinə birbaşa tətbiq edilməlidir. Daşınmaz əmlakın dövlət reyestri xidmətində hüququn qeydiyyata alınmaması mirasın qəbul edilməməsinə, mülkiyyət hüququnun yaranmamasına dəlalət edə bilməz. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlakın dövlət reyestrin olan qeydlər hüquq münasibətlərinin obyekti qismində daşınmaz əmlakların və mülkiyyətçilərin müəyyənliyini qorumaq məqsədilə tərtib edilir. Formal əsaslardan yanaşaraq sırf formal qeydiyyat əsası ilə faktiki mülkiyyət hüququ məsələlərini görməzdən gəlmək yolverilməzdir. Nəticə etibarilə, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyətdə olmaqla 3/24 hissədə X7 məxsus hesab edilməklə sözügedən 3/24 hissədə olan pay sonuncunun vərəsələri arasında bölünməlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan SSR MM-in 556-cı maddəsinə əsasən, mirasdan imtinanın prosedurası imperativ qaydada müəyyən edilsə də, X4 mirasdan imtina barədə iradə ifadəsi və ya müraciəti qeydə alınmamışdır. Mirasdan imtina edilməmişdirsə, miras açıldığı andan qəbul edilmiş hesab olunur. Yuxarıda qeyd olunan hüquqi mövqe nəzərə alınmaqla, məhkəmə miras predmetinin X5 mənsub olması fikri ilə razı deyil. Məhkəmə qeyd edir ki, Bakı şəhəri 7 saylı Notariat Ofisinin qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsinə əsasən X3 isri transmissiya üzrə vərəsələri Cavabdeh1 və X11 vərəsə kimi prosesə cəlb edilsə də, digər vərəsə İddiaçı vərəsəlik işinə cəlb edilməmiş, nəticədə sonuncunun mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə hesab edir ki, X4 vərəsəlik işin digər notariusda açılması nəzərə alınmaqla Bakı şəhəri 7 saylı Notariat Ofisi səlahiyyət hədlərindən kənara çıxmaqla mülki qanunvericiliyin normalarını pozaraq irsi transmissiya qaydasında X3 vərəsəsi qismində Cavabdeh1 qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vermişdir. Belə ki, müvafiq miras payı mərhum X4 vərəsəlik işi üzrə sonuncunun vərəsələri arasında bölünməli və paylarına müvafiq olaraq vərəsələrə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməlidir. Nəzərə almaq lazımdır ki, İddiaçı xx.xx.2020-ci il tarixdə, yəni qanunla müəyyən edilmiş 3 ay müddətində xx.xx.2019-cu ildə vəfat etmiş atası X4 mirasını qəbul etmək barədə Bakı şəhəri 13 saylı Notariat Ofisinə ərizə ilə müraciət etmişdir və vicdanlı davranaraq ərizədə digər vərəsələrin adlarını da qeyd etmişdir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 7 saylı Notariat Ofisinə qarşı "qanun üzrə vərəsəlik haqqında şəhadətnaməin etibarsızlığı və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməli, Cavabdeh1 verilmiş Bakı şəhəri 7 saylı Notariat Ofisinin xx.xx.2022ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi ləğv edilməli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 3/24 hissədə Cavabdeh1 mülkiyyətdə olmasına dair xx.xx.2022-ci il tarixli, ********** nömrəli qeyd ləğv edilməlidir. İddiaçı ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun Cavabdeh1 tutulmasını xahiş etmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məhkəmə xərci də Cavabdeh1 aid edilməlidir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 7 saylı Notariat Ofisinə qarşı "qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsızlığı və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh1 verilmiş Bakı şəhəri 7 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Çıxarış üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 3/24 hissədə Cavabdeh1 mülkiyyətdə olmasına dair xx.xx.2022-ci il tarixli, ********** nömrəli qeyd ləğv edilsin. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi 3/24 hissədə mərhum X4 miras əmlakı hesab edilməklə V-06/2020 nömrəli vərəsəlik işi üzrə X4 vərəsələri arasında miras paylarına müvafiq hissədə bölünsün. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-1349/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1349/2023
07.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver