Məhkəmə qərarları › İş №e-2(004)-1364/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1364/2025

04.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1364/2025 04.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İlkin iddia üzrə cavabdehin qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası, Cavabdeh İddiaçınə qarşı “müqavilə bağlanması vəzifəsinin qoyulması və mənəvi zərər” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1222,74 ( bir min iki yüz iyirmi iki manat yetmiş dörd qəpik) manat əsas borc məbləğinin, vəkil xidməti olaraq ödənilmiş 400 (dörd yüz) manat məbləğindəki pul vəsaitinin və 32 (otuz iki) manat məbləğindəki dövlət rüsumunun əvəzinin tutularaq İddiaçınə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçınə qarşı “müqavilə bağlanması vəzifəsinin qoyulması və mənəvi zərər” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsinin təmin olunması, Cavabdeh ilə “mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının mütləq ödənişlərin və haqların miqdarının müəyyən edilməsi” haqqında qərarı ilə müəyyən edilmiş ödəniş və haqqlarla çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri haqqında müqavilə bağlanması vəzifəsinin İddiaçı MMMC-nin üzərinə qoyulmasına dair, mənəvi zərərə görə 5000 manatın, hüquqi yardıma görə ödənilmiş 320 manatın və dövlət rüsumu kimi ödənilmiş 74 manatın, ümumilikdə 5394 manat pulun cavabdeh İddiaçı MMMC-dən alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMMC-nin nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, 2(004)-1364/2025 nömrəli mülki iş üzrə iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizələri nəzərdən keçirərək hesab edir ki, ilkin iddia ərizəsi, qarşılıqlı iddia ərizəsi və onlara əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına əsasən, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə hesab edir ki, işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili tərəfindən iddia ərizəsinin qaytarılması və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili tərəfindən qarşılıqlı iddia ərizəsinin qaytarılması barədə vəsatət verildiyindən iddia ərizəsi, qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “müqavilə bağlanması vəzifəsinin qoyulması və mənəvi zərər” tələbinə dair qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 32.30 (otuz iki manat otuz qəpik) manat məbləğində dövlət rüsumu ilkin iddia üzrə İddiaçı MMMC-yə qaytarılsın. xx.xx.2025-ci il tarixli, **********30 nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 74 (yetmiş dörd) manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar