Məhkəmə qərarları › İş №e-2(004)-1365/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1365/2022

04.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1365/2022 04.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 17.07.2019-cu il tarixli müqaviləyə əsasən, Sony Playstation üçün 325 (üç yüz iyirmi beş) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat cərimə; 17.07.2019-cu il tarixli müqaviləsinə əsasən, Lısa (derı) mebel üçün 55 (əlli beş) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, 13.10.2019-cu il tarixli müqaviləsinə əsasən, 2 ədəd İmmergas Kombi üçün 1460 (min dörd yüz altmış) manat ödənilməmiş hissə, 146 (yüz qırx altı) manat cərimə, 11.01.2020-ci il tarixli müqaviləsinə əsasən, 2 ədəd İmmergİmmergas Kombi üçün 1812,2 (min səkkiz yüz on iki manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 181,8 (yüz səksən bir manat səksən qəpik) manat cərimə, ümumilikdə 4017 manat borc, 60,17 manat dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 17.07.2019-cu il tarixli, 17.07.2019-cu il tarixli, 13.10.2019-cu il tarixli və 11.01.2020-ci il tarixli müqavilələrinə əsasən, Sony Playstation-4, Lısa (derı) mebel, 4 ədəd İmmergas Kombi almış və nəticədə 4017 (dörd min on yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 17.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1350 (min üç yüz əlli) manat (18 ay x 75 manat + 0 manat ilkin ödəniş) Sony Playstation-4 üçün ümumilikdə, 357 (üç yüz əlli yeddi) manat olmaqla ondan, 325 (üç yüz iyirmi beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32 (otuz iki) manat cərimə miqdarında borc yaranmışdır. 17.07.2019-cu il müqaviləsinə əsasən, alqısatqı qiyməti 120 (yüz iyirmi) manat (24 ay x 5 manat + 0 manat ilkin ödəniş) Lısa (derı) mebel üçün ümumilikdə, 60 (altmış) manat olmaqla ondan, 55 (əlli beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5 (beş) manat cərimə miqdarında borc yaranmışdır. 13.10.2019-cu il müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1368 (min üç yüz altmış səkkiz) manat (18 ay x 176 manat + 0 manat ilkin ödəniş) Lısa (derı) mebel üçün ümumilikdə, 60 (altmış) manat olmaqla ondan, 55 (əlli beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5 (beş) manat cərimə miqdarında borc yaranmışdır. 11.01.2020-ci il müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2827,2 (iki min səkkiz yüz iyirmi yeddi manat iyirmi qəpik) manat (24 ay x 117,8 manat + 0 manat ilkin ödəniş) 2 ədəd İmmergas Kombi üçün ümumilikdə, 1994 (min doqquz yüz doxsan dörd) manat olmaqla ondan, 1812,2 (min səkkiz yüz on iki manat iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 181,8 (yüz səksən bir manat səksən qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3813 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında 17.07.2019-cu il tarixdə ümumilikdə dəyəri 1350 manat təşkil edən Sony Playstation-4, 17.07.2019-cu il tarixdə ümumilikdə dəyəri 120 manat təşkil edən Lısa (derı) mebel, 13.10.2019-cu il tarixdə ümumilikdə dəyəri 3168 manat təşkil edən 2 ədəd İmmergas Kombi, 11.01.2020-ci il tarixdə ümumilikdə dəyəri 2827,2 manat təşkil edən 2 ədəd İmmergas Kombinin alqı-satqısına dair müqavilələr bağlanılmışdır. Tərəflər arasında bağlanmış 17.07.2019-cu il tarixli, 00789182 və 00789124 nömrəli, 13.10.2019-cu il tarixli 00977672 nömrəli, 11.01.2020-ci il tarixli 20082276 nömrəli əlavə ödəniş cədvəllərinin 2 bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ 17.07.2019-cu il tarixli, 00789182 saylı müqavilə üzrə 32 manat, 17.07.2019-cu il tarixli, 00789124 saylı müqavilə üzrə 5 manat, 13.10.2019-cu il tarixli 00977672 saylı müqavilə üzrə 146 manat, 11.01.2020-ci il tarixli 20082276 saylı müqavilə üzrə 181,8 manat təşkil edir. 17.07.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 00789182 nömrəli alqı-satqı müqaviləsi üzrə Playstation-4 Sony İTB PRO tam qüsursuz halda təhvil verilmişdir. 17.07.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 00789124 nömrəli alqı-satqı müqaviləsi üzrə Lısa (derı) mebel tam qüsursuz halda təhvil verilmişdir. 13.10.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 00977672 nömrəli alqı-satqı müqaviləsi üzrə 2 ədəd İmmergas Kombi tam qüsursuz halda təhvil verilmişdir. 11.01.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 20082276 nömrəli alqı-satqı müqaviləsi üzrə 2 ədəd İmmergas Kombi tam qüsursuz halda təhvil verilmişdir. 07.01.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№8********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 60,17 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və 19.01.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu 17.07.2019-cu il, 00789182 nömrəli müqavilə üzrə cavabdehə 325 manat əsas borc, 32 manat cərimə borcu, cəmi 357 manat; 17.07.2019-cu il tarixli, 00789124 nömrəli müqavilə üzrə cavabdehə 55 manat əsas borc, 5 manat cərimə borcu, cəmi 60 manat; 13.10.2019-cu il tarixli, 00977672 nömrəli müqavilə üzrə cavabdehə 1460 manat əsas borc, 146 manat cərimə borcu, cəmi 1606 manat; 11.01.2020-ci il tarixli 20082276 nömrəli müqavilə üzrə cavabdehə 1812,2 manat əsas borc, 181,8 manat cərimə borcu, cəmi 1904 manat olmaqla, ümumilikdə 4017 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyaların ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, 17.07.2019-cu il tarixli, 00789182 nömrəli müqavilə üzrə 32 manat, 17.07.2019-cu il tarixli, 00789124 nömrəli müqavilə üzrə 5 manat, 13.10.2019-cu il tarixli, 00977672 nömrəli müqavilə üzrə 146 manat, 11.01.2020-ci il tarixli, 20082276 nömrəli müqavilə üzrə 181,8 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 17.07.2019-cu il tarixli, 00789182 nömrəli müqavilə əsasında əsas borc üzrə 325 manat, cərimə borcu üzrə 32 manat; 17.07.2019-cu il tarixli, 00789124 nömrəli müqavilə əsasında əsas borc üzrə 55 manat, cərimə borcu üzrə 5 manat; 13.10.2019-cu il tarixli, 00977672 nömrəli müqavilə əsasında əsas borc üzrə 1460 manat, cərimə borcu üzrə 146 manat; 11.01.2020-ci il tarixli 20082276 nömrəli müqavilə əsasında əsas borc üzrə 1812,2 manat, cərimə borcu üzrə 181,8 manat ümumilikdə hər dörd müqavilə üzrə 4017 manat borc və dövlət rüsumu kimi ödənilmiş 60,17 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 17.07.2019-cu il tarixli, 00789182 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 325 (üç yüz iyirmi beş) manat, cərimə borcu üzrə 32 (otuz iki) manat; 17.07.2019-cu il tarixli, 00789124 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 55 (əlli beş) manat, cərimə borcu üzrə 5 (beş) manat; 13.10.2019-cu il tarixli, 00977672 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 1460 (bir min dörd yüz altmış) manat, cərimə borcu üzrə 146 (bir yüz qırx altı) manat; 11.01.2020-ci il tarixli, 20082276 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 1812,2 (bir min səkkiz yüz on iki manat iyirmi qəpik) manat, cərimə borcu üzrə 181,8 (bir yüz səksən bir manat səksən qəpik) manat olmaqla, cəmi 4017 (dörd min on yeddi) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 60,17 (altmış manat on yeddi qəpik) manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar