Məhkəmə qərarları › İş №e-2(004)-1367/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1367/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1367/2023 27.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə R0031128 nömrəli xx.xx.2022-ci il tarixli müqavilə ilə 14 ay müddətinə 839 (səkkiz yüz otuz doqquz) manat dəyərində olan Samsung A 525 128 DS, Al-dəyiş Plus 701-800 markalı əşyanı almışdır. Cavabdeh aldığı əşyaya görə ilkin ödəniş etməmiş və borclu olduğu qalıq 839 (səkkiz yüz otuz doqquz) manat ödənişi hissə-hissə ödəməyi öhdəsinə götürsə də, cəmi 180 (yüz səksən) manat ödəniş etməklə öhdəliklərini qismən yerinə yetirmişdir. Borcun ödənilməsi ilə bağlı yazılı xəbərdarlıq edilsə də, müsbət nəticə əldə olunmamışdır. Göstərilənlərə əsasən, R0031128 nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə Cavabdeh 659 (altı yüz əlli doqquz) manat məbləğində əsas, 66 (altmış altı) manat məbləğində cərimə və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 755 (yeddi yüz əlli beş) manat pulun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh arasında bağlanmış R0031128 nömrəli xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən “Satıcı” ilə 14 ay müddətinə 839 (səkkiz yüz otuz doqquz) manat dəyərində olan Samsung A 525 128 DS, Al-dəyiş Plus 701-800 markalı əşyanı “Alıcı”ya satmışdır. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh R0031128 nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 659 (altı yüz əlli doqquz) manat məbləğində əsas, 66 (altmış altı) manat məbləğində cərimə borcu vardır. İş materiallarında olan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, sonuncuya borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış R0031128 nömrəli xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Samsung A 525 128 DS, Al-dəyiş Plus 701- 800 markalı əşyanı Cavabdeh satmış, cavabdeh əşyaya görə ilkin ödəniş etməmiş və borclu olduğu qalıq 839 (səkkiz yüz otuz doqquz) manat ödənişi hissə-hissə ödəməyi öhdəsinə götürsə də, cəmi 180 (yüz səksən) manat ödəniş etməklə öhdəliklərini qismən yerinə yetirmişdir. Nəticə etibarilə Cavabdehin 659 (altı yüz əlli doqquz) manat məbləğində əsas, 66 (altmış altı) manat məbləğində cərimə borcu yaranmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh "xxxx" MMC-dən R0031128 nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, Samsung A 525 128 DS, Aldəyiş Plus 701-800 markalı əşyanı almış, lakin müqavilə öhdəliklərinə əməl etmədiyindən 659 (altı yüz əlli doqquz) manat məbləğində əsas, 66 (altmış altı) manat məbləğində cərimə borcu yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Məhkəmə hesab edir ki, sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cərimə öhdəliyinə münasibətdə) və 600.4-cü (əsas öhdəliyə münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, alıcı satıcı ilə bağladığı yuxarıda qeyd olunan R0031128 nömrəli xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqavilələri üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin faktiki və hüquqi halları ilə MM-in 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Həmçinin, məhkəmə hesab edir ki, tərəflər arasında R0031128 nömrəli xx.xx.2022ci il tarixli müqavilə ilə yaranmış öhdəlik münasibətlərinə xitam verilməlidir. Belə ki, müqavilə əsasında yaranmış münasibətlərə məhkəmənin qətnaməsi ilə hüquqi qiymət verildiyindən və qətnamənin icrası öhdəlik münasibətlərinə xitam üçün yeganə hüquqi əsas olduğundan müqavilə münasibətlərinin davam etməsinin hüquqi cəhətdən hər hansı əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış R0031128 nömrəli xx.xx.2022-ci il tarixli müqavilə ləğv edilməklə iddia tələbi təmin edilməli, Cavabdeh R0031128 nömrəli xx.xx.2022-ci il tarixli müqavilə üzrə 659 (altı yüz əlli doqquz) manat məbləğində əsas, 66 (altmış altı) manat cərimə pulu, 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 755 (yeddi yüz əlli beş) manat məbləğində pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbi dair iddiası təmin edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış R0031128 nömrəli xx.xx.2022-ci il tarixli müqavilə ləğv edilsin. Cavabdeh R0031128 nömrəli xx.xx.2022-ci il tarixli müqavilə üzrə 659 (altı yüz əlli doqquz) manat məbləğində əsas, 66 (altmış altı) manat cərimə pulu, 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 755 (yeddi yüz əlli beş) manat məbləğində pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar