Məhkəmə qərarları › İş №e-2(004)-1382/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1382/2024

01.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1382/2024 01.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh X6 qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X6 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, X7 İddiaçı MMC ilə xx.xx.2019-cu il tarixli 00950544 nömrəli müqavilə bağlamaqla Anhel markalı yumsaq kunc son uzun sungerli buhara 07 əşya alaraq 1857 (min səkkiz yüz əlli yeddi) manat, xx.xx.2019-cu il tarixli 01102991 nömrəli müqavilə bağlamaqla Mi markalı wireless mouse white, Dell inspiron 15 P75F 3583-2945 (3583-2945) bag sumdex toploader black 15,6 / pon-111bk markalı əşya alaraq 1024 (min iyirmi dörd) manat öhdəliyi yaranmışdır. Cavabdeh tərəfindən müqavilənin şərtləri pozularaq alqı-satqı qiyməti 2000 (iki min) manat olan Anhel markalı yumsaq kunc son uzun sungerli buhara 07 əşya üçün ümumilikdə 1857 (min səkkiz yüz əlli yeddi) manat olmaqla onun 1688,86 (min altı yüz səksən səkkiz manat səksən altı qəpik) manat əsas, 168,14 (yüz altmış səkkiz manat on dörd qəpik) manat cərimə borcu, alqı-satqı qiyməti 1661,04 (min altı yüz altmış bir manat dörd qəpik) manat olan Mi markalı wireless mouse white, Dell inspiron 15 P75F3583-2945 (3583-2945), bag sumdex toploader black 15,6/ pon-111bk markalı əşya üçün ümumilikdə 1024 (min iyirmi dörd) manat olmaqla onun 1013,7 (min on üç manat yetmiş qəpik) manat əsas, 10,3 (on manat otuz qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 958,48 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində Müştəri mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, xx.xx.2019-cu il tarixli 00950544 nömrəli müqaviləyə əsasən alqısatqı qiyməti 2000 (iki min) manat olan Anhel markalı yumsaq kunc son uzun sungerli buhara 07 əşya üçün ümumilikdə 1857 (min səkkiz yüz əlli yeddi) olmaqla onun 1688,86 (min altı yüz səksən səkkiz manat səksən altı qəpik) manat əsas, 168,14 (yüz altmış səkkiz manat on dörd qəpik) manat cərimə borcu, xx.xx.2019-cu il tarixli 01102991 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 1661,04 (min altı yüz altmış bir manat dörd qəpik) manat olan Mi markalı wireless mouse white, Dell inspiron 15 P75F 3583-2945 (3583- 2945), bag sumdex toploader black 15,6 / pon-111bk markalı əşya üçün ümumilikdə 1024 (min iyirmi dörd) manat olmaqla onun 1013,7 (min on üç manat yetmiş qəpik) manat əsas, 10,3 (on manat otuz qəpik) manat cərimə borcu və ödənilmiş 48,81 (qırx səkkiz manat səksən bir qəpik) manat dövlət rüsumu cavabdeh X4 alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC ilə X7 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 00950544 nömrəli müqavilədən görünür ki, Anhel markalı yumsaq kunc son uzun sungerli buhara 07 əşyanı İddiaçı MMC cavabdeh X1, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 1-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə X7 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 01102991 nömrəli müqavilədən görünür ki, Mi markalı wireless mouse white, Dell inspiron 15 P75F3583- 2945(3583-2945), bag sumdex toploader black 15,6/ pon-111bk markalı əşyanı İddiaçı MMC cavabdeh X1, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 2-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə cədvəlindən görünür ki, cavabdeh X5 İddiaçı MMC-yə xx.xx.2019-cu il tarixli 00950544 nömrəli müqavilə üzrə 1688,86 (min altı yüz səksən səkkiz manat səksən altı qəpik) manat əsas, 168,14 (yüz altmış səkkiz manat on dörd qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 1857 (min səkkiz yüz əlli yeddi) manat, xx.xx.2019-cu il tarixli 01102991 nömrəli müqavilə üzrə 1013,7 (min on üç manat yetmiş qəpik) manat əsas,10,3 (on manat otuz qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 1024 (min iyirmi dörd) manat borcu vardır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli yazılı bildiriş göndərilməklə cavabdehə pul məbləğinin ödənilməsi təklif edilmiş, lakin, müsbət nəticə əldə olunmamışdır. Məhkəmə tərəfindən müəyyən olundu ki, X7 İddiaçı MMC ilə xx.xx.2019-cu il tarixli 00950544 nömrəli müqavilə bağlamaqla Anhel markalı yumsaq kunc son uzun sungerli buhara 07 əşya alaraq 1688,86 (min altı yüz səksən səkkiz manat səksən altı qəpik) manat əsas, 168,14 (yüz altmış səkkiz manat on dörd qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 1857 (min səkkiz yüz əlli yeddi) manat,xx.xx.2022-ci il tarixli 13981132 nömrəli müqavilə bağlamaqla Mi markalı wireless mouse white, Dell inspiron 15 P75F3583-2945 (3583-2945), bag sumdex toploader black 15,6/ pon-111bk markalı əşya alaraq 1013,7 (min on üç manat yetmiş qəpik) manat əsas,10,3 (on manat otuz qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 1024 (min iyirmi dörd) manat öhdəliyi yaranmışdır. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, Alıcı X2 ilə bağladığı yuxarıda qeyd olunan xx.xx.2019-cu il tarixli 00950544 nömrəli, xx.xx.2019-cu il tarixli 01102991 nisyə alqı-satqı müqavilələri üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış nisyə alqısatqı müqavilələrinin şərtləri və MM-in 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 48,81 (qırx səkkiz manat səksən bir qəpik) manatməhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh X4 xx.xx.2019-cu il tarixli 00950544 nömrəli müqavilə üzrə 1688,86 (min altı yüz səksən səkkiz manat səksən altı qəpik) manat əsas, 168,14 (yüz altmış səkkiz manat on dörd qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 1857 (min səkkiz yüz əlli yeddi) manat, xx.xx.2019-cu il tarixli 01102991 nömrəli müqavilə üzrə 1013,7 (min on üç manat yetmiş qəpik) manat əsas,10,3 (on manat otuz qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 1024 (min iyirmi dörd) manat məbləğində olmaqla yekun olaraq 2881 ( iki min səkkiz yüz səksən bir) manat məbləğində borc və 48,81 (qırx səkkiz manat səksən bir qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdeh X6 qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh X4 xx.xx.2019-cu il tarixli 00950544 nömrəli müqavilə üzrə 1688,86 (min altı yüz səksən səkkiz manat səksən altı qəpik) manat əsas, 168,14 (yüz altmış səkkiz manat on dörd qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 1857 (min səkkiz yüz əlli yeddi) manat, xx.xx.2019-cu il tarixli 01102991 nömrəli müqavilə üzrə 1013,7 (min on üç manat yetmiş qəpik) manat əsas,10,3 (on manat otuz qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 1024 (min iyirmi dörd) manat məbləğində olmaqla yekun olaraq 2881 (iki min səkkiz yüz səksən bir) manat məbləğində borc və 48,81 (qırx səkkiz manat səksən bir qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar