Məhkəmə qərarları › İş №e-2(004)-1383/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1383/2025

21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1383/2025 21.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-X1, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********79186 olan X3 12 markalı telefon üçün 150,70 (yüz əlli manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 45,21 (qırx beş manat iyirmi bir qəpik) cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********84285 olan X3 12 markalı telefon üçün 153,70 (yüz əlli üç manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 45,11 (qırx beş manat on bir qəpik) cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən olan Huawei Band 8 qol saatı üçün 60,50 (altmış manat əlli qəpik) manat ödənilməmiş hissə, 18,15 (on səkkiz manat on beş qəpik) cərimə, ümumilikdə 474,37 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “ABC TELECOM’' Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə xx.xx.2023-cü il müqaviləsinə əsasən İMEİ kodu **********79186 olan X3 12 markalı telefon almış və nəticədə alqı-satqı qiyməti 665 (altı yüz altmış beş) manat (12 ay x 51,25 manat + 50 manat ilkin ödəniş), ümumilikdə 195,91 (yüz doxsan beş manat doxsan bir qəpik) manat olmaqla ondan, 150,70 (yüz əlli manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 45,21 (qırx beş manat iyirmi bir qəpik) cərimə, xx.xx.2023-cü il müqaviləsinə əsasən İMEİ kodu **********84285 olan X3 12 markalı telefon almış və nəticədə alqı-satqı qiyməti 665 (altı yüz altmış beş) manat (12 ay x 51,25 manat + 50 manat ilkin ödəniş), ümumilikdə 199,81 (yüz doxsan doqquz manat səksən bir qəpik) manat olmaqla ondan, 153,70 (yüz əlli üç manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 45,11 (qırx beş manat on bir qəpik) cərimə, xx.xx.2023-cü il müqaviləsinə əsasən Huawei Band 8 qol saatı almış və nəticədə alqı-satqı qiyməti 128,04 (yüz iyirmi səkkiz manat dörd qəpik) manat (12 ay x 10,67 manat + ilkin ödənişsiz), ümumilikdə 78,65 (yetmiş səkkiz manat altmış beş qəpik) manat olmaqla ondan, 60,50 (altmış manat əlli qəpik) manat ödənilməmiş hissə, 18,15 (on səkkiz manat on beş qəpik) cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixində Paket M xidmətindən imtina etmiş və məhsul 29,99 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixində Paket M xidmətindən imtina etmiş və məhsul 29,99 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 484,31 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 29.99 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 481.31 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 29,99 manat digər müqavilə üzrə cəmi ödədiyi məbləğ 67,54 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir və bu barədə cavabdehə bildiriş göndərilmiş. Müvafiq bildiriş cavabdehə göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixli, 169575 nömrəli müqavilədən və müqavilənin tərkib hissəsi olan Əlavədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında ümumilikdə dəyəri 665 manat təşkil edən X3 12 markalı telefon alğı-satqısına dair müqavilə bağlamışdırlar. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən 169575 nömrəli alqı-satqı müqaviləsi üzrə X3 12 markalı telefon tam qüsursuz halda alıcıya təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli, 169576 nömrəli müqavilədən və müqavilənin tərkib hissəsi olan Əlavədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında ümumilikdə dəyəri 665 manat təşkil edən X3 12 markalı telefon alğı-satqısına dair müqavilə bağlamışdırlar. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən 169576 nömrəli alqı-satqı müqaviləsi üzrə X3 12 markalı telefon tam qüsursuz halda alıcıya təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli, 08922711 nömrəli müqavilədən və müqavilənin tərkib hissəsi olan Əlavədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında ümumilikdə dəyəri 128,04 manat təşkil edən Huawei Band 8 qol saatı alğı-satqısına dair müqavilə bağlamışdırlar. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən 08922711 nömrəli alqı-satqı müqaviləsi üzrə Huawei Band 8 qol saatı tam qüsursuz halda alıcıya təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 169575 saylı müqavilə üzrə ödənilməmiş borcu 150,70 manat, xx.xx.2023-cü il tarixli, 169576 saylı 2-ci müqavilə üzrə ödənilməmiş borcu 153,70 manat, xx.xx.2023-cü il tarixli, 08922711 saylı müqavilə üzrə ödənilməmiş borcu 60,50 manat təşkil edir. Cavabdehə ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə hər üç müqavilənin ödəniş cədvəlinin 2-ci bəndinə uyğun olaraq müddəti keçmiş məbləğ üzrə formalaşmış toplam cərimə məbləğinin 1-ci müqavilə üzrə, 105,49 manat, 2-ci müqavilə üzrə 107,59 manat, 3-cü müqavilə üzrə 42, 35 manat müştəriyə güzəşt edildi. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyaların ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də əsaslıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, 169575 nömrəli müqavilə üzrə 150,70 manat əsas borc, 45,21 manat cərimə borcu; xx.xx.2023-cü il tarixli, 169576 nömrəli müqavilə üzrə 153,70 manat əsas borc, 46,11 manat cərimə borcu; xx.xx.2023-cü il tarixli, 08922711 nömrəli müqavilə üzrə 60,50 manat əsas borc, 18,15 manat cərimə borcu, ümumilikdə hər üç müqavilə üzrə 474,37 manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 169575 nömrəli müqavilə üzrə 150,70 (bir yüz əlli manat yetmiş qəpik) manat əsas borc, 45,21 (qırx beş manat iyirmi bir qəpik) manat cərimə borcu; xx.xx.2023-cü il tarixli, 169576 nömrəli müqavilə üzrə 153,70 (bir yüz əlli üç manat yetmiş qəpik) manat əsas borc, 46,11 (qırx altı manat on bir qəpik) manat cərimə borcu; xx.xx.2023-cü il tarixli, 08922711 nömrəli müqavilə üzrə 60,50 (altmış manat əlli qəpik) manat əsas borc, 18,15 (on səkkiz manat on beş qəpik) manat cərimə borcu, ümumilikdə hər üç müqavilə üzrə 474,37 (dörd yüz yetmiş dörd manat otuz yeddi qəpik) manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar