Məhkəmə qərarları › İş №e-2(004)-1461/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1461/2024

01.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1461/2024 01.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "mənzilin təhvil verilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC ilə bağlanmış 28 may 2017-ci il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok 8-ci mərtəbəsində yerləşən 1 otaqlı ümumi sahəsi 59,8 kv.m olan 106 nömrəli mənzili 71760 manata alınmışdır. Qeyd olunan mənzilin dəyəri olan 71760 manat məbləğində pul vəsaiti "xxxx" MMC-nin hesabına ödənilmiş və bu barədə iddiaçıya xx.xx.2017-ci il tarixli maliyyə arayışı verilmişdir. "xxxx" MMC ilə bağlanmış 28 may 2017-ci il tarixli müqavilənin 8.1-ci bəndinə əsasən tikinti işləri başa çatdıqdan sonra müqavilənin əsas predmeti kimi “İcraçı” təhvil verir, “Payçı” isə mənzili qəbul edir. İddiaçı "xxxx" MMC ilə bağlanmış 28 may 2017-ci il tarixli müqavilə üzrə müəyyən olunmuş öhdəliklər tam yerinə yetirilsədə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilməmiş, mənzil təhvil verilməmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, cavabdeh "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 2 iclasında iştirak etməmişlər. Məhkəmə hesab edir ki, aşağıdakı hüquq normalarına əsaslanmaqla mülki iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmədə aidiyyət məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməli, mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Qeyd olunan prosessual hüquq normasının məzmunundan göründüyü kimi, daşınmaz əşyalarla bağlı istənilən tələblər deyil, yalnız Mülki Məcəllənin 157.1-ci, 157.2-ci və 157.4-cü maddələrinə istinadən irəli sürülən tələblər müstəsna aidiyyət qaydasına tabedir, hansı ki, həmin maddi hüquq normalarında mülkiyyət hüququnun müdafıəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. İddia tələblərindən və onun əsaslandırıldığı hallardan görünür ki, hazırki iddia tələbinin predmeti dolayısı ilə daşınmaz əmlakla bağlı olsa da, tələb iddiaçı ilə cavabdeh MTK arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icra edilməsi ilə əlaqədardır. Başqa sözlə, iddia tələbləri mülkiyyət hüququnun subyektiv hüquq kimi müdafiəsinə deyil, MTK-nın iddiaçı qarşısında götürdüyü öhdəliklərin icrasının təmin edilməsinə istiqamətlənib. Belə olan halda məhkəmə hesab edir ki, hazırda tələbə münasibətdə prossesual qanunvericiliyin müstəsna aidiyyat qaydaları tətbiq edilə bilməz və iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. Mülki iş üzrə mübahisənin kökündə mülkiyyətlə bağlı məsələ olsa da, məhkəmə mahiyyəti üzrə dərinliyə enməyi zəruri hesab etmir (əks halda hüquqi məsələlər barədə geniş müzakirələr açılmaqla hüquqi sabitliyi təmin etmək çətin olar). Nəzərə almaq lazımdır ki, məhkəmə hazırki qərardadla mübahisənin mahiyyəti üzrə həll etmir, sadəcə ərazi aidiyyəti məsələsinə hüquqi qiymət verir. Məhkəmə qərar qəbul edərkən apellyasiya instansiyası məhkəməsinin formalaşdırdığı hüquqi mövqeni əsas götürür. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 35-ci və 45ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar