Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1530/2022 29.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.05.2020-ci il tarixli müqaviləsinə əsasən, X7, X6 üçün 1123 (min yüz iyirmi üç) manat ödənilməmiş hissə, 337 (üç yüz otuz yeddi) manat dəbbə pulu; 15.08.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********80315 X5 9 Pro markalı telefon, Apple Watch 5 üçün 1495 (min dörd yüz doxsan beş) manat ödənilməmiş hissə, 409 (dörd yüz doqquz) manat dəbbə; 31.12.2020-ci il tarixli müqaviləsinə əsasən, Apple Watch 6, İMEİ Kodu **********51634 iPhone 12 Pro Max markalı telefon üçün 2773 (iki min yeddi yüz yetmiş üç) manat ödənilməmiş hissə, 913 (doqquz yüz on üç) manat dəbbə; 11.02.2021-ci il tarixli müqaviləsinə əsasən, X6, İMEİ Kodu **********56512 iPhone 12 Pro Max markalı telefon üçün 4029 (dörd min mi doqquz) manat ödənilməmiş hissə, 1208 (min iki yüz səkkiz) manat dəbbə olmaqla ümumilikdə, 12287 manat borc, 126,87 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “"xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 15.05.2020-ci il, 15.08.2020-ci il, 31.12.2020-ci il, 11.02.2021-ci il tarixli müqavilələrinə əsasən, X7, X6, İMEİ Kodu **********80315 X5 9 Pro markalı telefon, Apple Watch 5, Apple Watch 6, İMEİ Kodu **********51634 iPhone 12 Pro Max markalı telefon, X6, İMEİ Kodu **********56512 iPhone 12 Pro Max markalı telefon almış və nəticədə 12287 (on iki min iki yüz səksən yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 15.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2446,8 (iki min dörd yüz səkkiz) manat (18 ay x 125,1 manat + 195 manat ilkin ödəniş) olan X7, X6 üçün ümumilikdə 1460 (min dörd yüz altmış) manat olmaqla ondan 1123 (min yüz iyirmi üç doxsan altı) manat ödənilməmiş hissə, 337 (üç yüz otuz yeddi) manat dəbbə pulu; 15.08.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2296,4 (iki min iki yüz doxsan altı manat qırx qəpik) manat (18 ay x 124,8 manat + 50 manat ilkin ödəniş) olan İMEİ Kodu **********80315 X5 9 Pro markalı telefon , Apple Watch 5 üçün ümumilikdə 1904 (doqquz yüz səksən beş) manat olmaqla ondan 1495 (min dörd yüz doxsan beş) manat ödənilməmiş hissə, 409 (dörd yüz doqquz) manat dəbbə pulu; 31.12.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4708,2 (dörd min yeddi yüz səkkiz manat iyirmi qəpik) manat (3 ay x 1523,4 manat + 138 manat ilkin ödəniş) olan Apple Watch 6, İMEİ Kodu **********51634 iPhone 12 Pro Max markalı telefon üçün ümumilikdə 3686 (üç min altı yüz səksən altı) manat olmaqla ondan 2773 (iki min yeddi yüz yetmiş üç) manat ödənilməmiş hissə, 913 (doqquz yüz on üç) manat dəbbə pulu; 11.02.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4429 (dörd min dörd yüz iyirmi doqquz) manat (3 ay x 1343 manat + 400 manat ilkin ödəniş) olan X6, İMEİ Kodu **********56512 iPhone 12 Pro Max markalı telefon üçün ümumilikdə 5237 (beş min iki yüz otuz yeddi) manat olmaqla ondan 4029 (dörd min iyirmi doqquz) manat ödənilməmiş hissə, 1208 (min iki yüz səkkiz) manat dəbbə pulu hesablanmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 4460,4 manat təşkil edir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X3 iddia tələbinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. (Cavabdeh xəbərnaməyə imza etməklə bildirişi qəbul etmişdir) Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 15.05.2020-ci il tarixli, 20281654 №-li alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünə məxsus 2446,8 (iki min dörd dörd yüz qırx altı manat səksən qəpik) manat (18 ay x 125,1 manat + 195 manat ilkin ödəniş) dəyərində əşyanı (X7, X6) hər ay 125,1 manat olmaqla 18 ay müddətinə ödəmək şərti ilə Cavabdeh satmışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya ödəyir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay ərzində hər ay 125,1 manat ödəniş edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 15.08.2020-ci il tarixli, 21078494 №-li alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünə məxsus 2296,4 (min iki yüz qırx səkkiz) manat (18 ay x 124,8 manat + 50 manat ilkin ödəniş) dəyərində əşyanı (İMEİ Kodu **********80315 X5 9 Pro markalı telefon, Apple Watch 5) hər ay 124,8 manat olmaqla 18 ay müddətinə ödəmək şərti ilə Cavabdeh satmışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya ödəyir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay ərzində hər ay 124,8 manat ödəniş edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 31.12.2020-ci il tarixli, 22178192 №-li alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünə məxsus 4708,2 (dörd min yeddi yüz səkkiz manat iyirmi qəpik) manat (3 ay x 1523,4 manat + 138 manat ilkin ödəniş) dəyərində əşyanı (Apple Watch6 6, İMEİ Kodu **********51634 iPhone 12 Pro Max markalı telefon) hər ay 1523,4 manat olmaqla 3 ay müddətinə ödəmək şərti ilə Cavabdeh satmışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya ödəyir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən cavabdeh 3 ay ərzində hər ay 1523,4 manat ödəniş edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 11.02.2021-ci il tarixli, 22278655 №-li alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünə məxsus 4429 (üç min yeddi yüz səksən) manat (3 ay x 1343 manat + 400 manat ilkin ödəniş) dəyərində əşyanı (X6, İMEİ Kodu **********56512 iPhone 12 Pro Max markalı telefon) hər ay 1343 manat olmaqla 3 ay müddətinə ödəmək şərti ilə Cavabdeh satmışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya ödəyir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən cavabdeh 3 ay ərzində hər ay 1343 manat ödəniş edilməlidir. İş materiallarında olan 15.05.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 15.05.2020-ci il tarixli, 20281654 nömrəli alqı-satqı müqaviləsi üzrə X7, X6 tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 15.08.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 15.08.2020-ci il tarixli, 21078494 nömrəli alqı-satqı müqaviləsi üzrə İMEİ Kodu **********80315 X5 9 Pro markalı telefon, Apple Watch 5 tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 31.12.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 31.12.2020-ci il tarixli, 22178192 nömrəli alqı-satqı müqaviləsi üzrə Apple Watch 6, İMEİ Kodu **********51634 iPhone 12 Pro Max markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 11.02.2021-ci il tarixli təhvil-təslim aktına əsasən 11.02.2021-ci il tarixli, 22278655 nömrəli alqı-satqı müqaviləsi üzrə X6, İMEİ Kodu **********56512 iPhone 12 Pro Max markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan ödəniş qəbzindən (№8********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 126,87 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan 25 yanvar 2022-ci il tarixli X2 əsasən Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 15.05.2020-ci il tarixli müqavilə üzrə alıcı Cavabdeh həmin müqavilə üzrə 1123 manat ödənilməmiş borcu qalmış və ödənişləri gecikdirdiyinə görə ona 337 manat cərimə hesablanmışdır. Cəmi ödənilmiş məbləğ 1323,8 manat olmuşdur, ödənilməmiş məbləğ isə 1123 manat, dəbbə pulu 337 manat; 15.08.2020-ci il tarixli müqavilə üzrə alıcı Cavabdeh həmin müqavilə üzrə 1495 manat ödənilməmiş borcu qalmış və ödənişləri gecikdirdiyinə görə ona 409 manat cərimə hesablanmışdır. Cəmi ödənilmiş məbləğ 804,4 manat olmuşdur, ödənilməmiş məbləğ isə 1495 manat, dəbbə pulu 409 manat; 31.12.2020-ci il tarixli müqavilə üzrə alıcı Cavabdeh həmin müqavilə üzrə 2773 manat ödənilməmiş borcu qalmış və ödənişləri gecikdirdiyinə görə ona 913 manat cərimə hesablanmışdır. Cəmi ödənilmiş məbləğ 1935,2 manat olmuşdur, ödənilməmiş məbləğ isə 2773 manat, dəbbə pulu 913 manat; 11.02.2021-ci il tarixli müqavilə üzrə alıcı Cavabdeh həmin müqavilə üzrə 4029 manat ödənilməmiş borcu qalmış və ödənişləri gecikdirdiyinə görə ona 1208 manat cərimə hesablanmışdır. Cəmi ödənilmiş məbləğ 400 manat olmuşdur, ödənilməmiş məbləğ isə 1208 manat, dəbbə pulu 1208 manat olmaqla, ümumilikdə Cavabdeh 12287 manat borcu vardır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubları göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. Mülki Məcəllənin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında əşyaların nisyə alqısatqısı müqavilələri bağlanmışdır. Müqavilələr üzrə iddiaçı (satıcı) əşyaları alıcıya vermiş, lakin cavabdeh (alıcı) nisyə alqı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun satıcı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 442, 448 və 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi əşyaların dəyərinin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, həmçinin iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış 15.05.2020-ci il, 15.08.2020-ci il, 31.12.2020-ci il, 11.02.2021-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəllərində göstərilmişdir ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. Məhkəmə, tərəflər arasında bağlanmış 15.05.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 337 manat cərimənin, 15.08.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 409 manat cərimənin, 31.12.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 913 manat cərimənin, 11.02.2021-ci il tarixli müqavilə üzrə hesablanmış 1208 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, 15.05.2020-ci il tarixli müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 70 manat, 15.08.2020-ci il tarixli müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 80 manat, 31.12.2020-ci il tarixli müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 150 manat, 11.02.2021-ci il tarixli müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 200 manat məbləğində müəyyən edilməsini, ədalətli və məqsədə müvafiq sayır. Beləliklə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15.05.2020-ci il tarixli 20281654 nömrəli müqavilə üzrə 1123 manat borc və 70 manat dəbbə pulu; 15.08.2020-ci il tarixli 21078494 nömrəli müqavilə üzrə 1495 manat borc və 80 manat dəbbə pulu; 31.12.2020-ci il tarixli 22178192 nömrəli müqavilə üzrə 2773 manat borc və 150 manat dəbbə pulu; 11.02.2021-ci il tarixli 22278655 nömrəli müqavilə üzrə 4029 manat borc və 200 manat dəbbə pulu olmaqla, ümumilikdə 9920 (doqquz min doqquz yüz iyirmi) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 126,87 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 15.05.2020-ci il tarixli 20281654 nömrəli müqavilə üzrə 1123 (bir min yüz iyirmi üç) manat borc və 70 (yetmiş) manat dəbbə pulu; 15.08.2020-ci il tarixli 21078494 nömrəli müqavilə üzrə 1495 (bir min dörd yüz doxsan beş) manat borc və 80 (səksən) manat dəbbə pulu; 31.12.2020-ci il tarixli 22178192 nömrəli müqavilə üzrə 2773 (iki min yeddi yüz yetmiş üç) manat borc və 150 (bir yüz əlli) manat dəbbə pulu; 11.02.2021-ci il tarixli 22278655 nömrəli müqavilə üzrə 4029 (dörd min iyirmi doqquz) manat borc və 200 (iki yüz) manat dəbbə pulu olmaqla, ümumilikdə 9920 (doqquz min doqquz yüz iyirmi) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 126,87 (bir yüz iyirmi altı manat səksən yeddi qəpik) manat pul alınaraq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-1530/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1530/2022
29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver