Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1534/2025 18.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Zhukova Tatiananın cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontoruna qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində X32 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “vərəsəlik hüququ haqqında şəhadətnamələr və onlar əsasında verilmiş çıxarışların ləğvi və miras əmlakda payların müəyyən olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Zhukova Tatiana cavabdehlər Cavabdeh2, Cavabdeh3, X17 və Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontoruna qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “vərəsəlik hüququ haqqında şəhadətnamələr və onlar əsasında verilmiş çıxarışların ləğvi və miras əmlakda payların müəyyən olunması” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, 1. ünvan 1 ünvanında yerləşən mənzilə dair ünvan 2ş 24-159, 2V-160, 2V-161 və 2V-162 reyestr nömrəli xx.xx.2018-ci il tarixli X38 haqqında şəhadətnamələr etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında dövlət reyesterindən verilmiş çıxarışlar ləğv edilməsi; 2. Nikah dövründə əldə olunmuş əmlak kimi ünvan 1 ünvanında yerləşən mənzil üzərində iddiaçı-Zhukova Tatiananın ½ hissədə pay hüququ müəyyən edilsin; 3. ünvan 1 ünvanında yerləşən mənzilin qalan ½ hissəsi üzərində iddiaçı- Zhukova Tatiananın 1/8, Cavabdeh2nın 1/8, Cavabdeh3 1/8 və digər cavabdeh X8 1/8 hissədə miras payları müəyyən edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı-Zhukova Tatiana ilə mərhum X28 xx.xx.1989-cu ildə nikaha daxil olublar. X28 xx.xx.2018-ci ildə vəfat edib. İddiaçı-Zhukova Tatiana və cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X17 mərhum X2 üzrə birinci dərəcəli vərəsələridir. İddiaçı və cavabdehlər miras qalmış əmlakları qəbul etmək üçün Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontoruna müraciət ediblər. Mərhum X18 vəfatından sonra aşağıdakı siyahıda qeyd onun əmlaklar ondan miras qalıb. 1. Hyundai Tucson markalı **- XA-*** dövlət qeydiyyat nişanlı avtomobil (2013-cü ildə əldə olunub.), 2. Paşabank ASC, Atabank ASC və Unibank ASC-də bank hesablarında olan pul vəsaitləri, 3. ünvan 3 ünvanında yerləşən mənzil, 4. ünvan 4ında yerləşən mənzil. Yuxarıda qeyd olunan bütün əmlaklar iddiaçı Zhukova Tatiana ilə mərhum X18 nikahı dövründə əldə olunub. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci bəndinə əsasən, nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1162-ci bəndinə əsasən, sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Miras qalmış Hyundai Tucson markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobil və bank hesabında olan pul vəsaitlərinin ½ hissəsinə dair Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontoru tərəfindən iddiaçı-Zhukova Tatianaya ər (arvadın) ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə verilib. Həmin avtomobil və bank hesablarında olan pul vəsaitləsinin qalan ½ hissəsi iddiaçı və cavabdehlər arasında bərabər paylarda bölünüb və müvafiq olaraq hər birinə X38 şəhadnamələri verilib. Lakin Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontoru iddiaçı-X23 Federasiyasının vətəndaşı olmağından və Azərbaycan dilini bilməməyindən istifadə edərək nikah dövründə əldə olunmuş ünvan 4ında yerləşən mənzil dair arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə verməyib. Qanunsuz olaraq həmin mənzil vərəsələr arasında bərabər paylara bölünüb. Belə ki, mirasın predmenti olmuş ünvan 1 ünvanında yerləşən mənzilə dair ünvan 2ş 24-159, 2V-160, 2V-161 və 2V-162 reyester nömrəli xx.xx.2018-ci il tarixli X38 haqqında şəhadətnamələrlə iddiaçı və cavabdehlərin hər birinə həmin mənzildən ¼ hissədə pay verilib. İddiaçı-Zhukova Tatiana 2024-cü ilin dekabr ayında hüquqi yardım almaq üçün “Kredo” vəkil bürosuna müraciət edib. Verilmiş vəkil sorğusu nəticəsində məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən mənzil nikah dövründə alqı-satqı yolu ilə əldə olunub. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2006-ci il tarixli) alqı-satqı müqaviləsi əsasında Jukov Vitaliynin adına qeydiyyata alınıb. İşin hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin nikah dövründə X28 tərəfindən əldə olunub və iddiaçı-Zhukova Tatiananın həmin mənzil üzərində ½ hissədə mülkiyyət hüququ olub. Həmin mənzil Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontoru tərəfindən miras əmlak kimi bölünməmişdən öncə İddiaçı-Zhukova Tatiananın sağ qalmış arvad kimi payı müəyyən edilməli ümumi mülkiyyətdə olan əmlaka payının müəyyən edilməsi barədə şəhadətnamə verilməli idi. Yalnız bundan sonra mənzilin qalan hissələri vərəsələr arasında bölüşdürülməli idi. İşin hallarından göründüyü kimi iddiaçı-Zhukova Tatianaya məxsus olan əmlakdakı paylar hazırda digər vərəsələrin qanunsuz sahibliyindədir. Nəticə etibarilə Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontoru tərəfindən mənzilə dair verilmiş qanun üzrə vərəsələlik haqqında şəhadətnamələr etibarsız hesab edilməlidir. İddiaçı-Zhukova Tatiananın nikah dövründə əldə olunmuş əmlak kimi həmin mənzil üzərində payı müəyyən edildikdən sonra, qalan hissə miras əmlak kimi vərəsələr arasında bərabər hissələrdə bölünməlidir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında X32 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X19 nümayəndəsi və vəkili Nümayəndə2 elekton kabinet vasitəsilə məhkəməyə etiraz verərək, iddiaçı X12 cavabdehlər X17, Bakı şəhəri 38 saylı notariat kontoruna və digərlərinə qarşı “ünvan 5 ünvanda yerləşən mənzilə dair ünvan 6-159, 2V-160, 2V-162 reyestr nömrəli xx.xx.2018-ci il tarixli X38 haqqında şəhadətnamələr etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında dövlət reyestrindən verilmiş çıxarışlar ləğv edilməsi, nikah dövründə əldə olunmuş əmlak kimi ünvan 7 ünvanda yerləşən mənzil üzərində iddiaçı Jukova Tatyananın ½ hissədə pay hüququ müəyyən edilməsi və payların yenidən müəyyən edilməsi barədə” iddia ərizəsi təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında iddiaçı X12 cavabdehlər X17, Bakı şəhəri 38 saylı notariat kontoruna və digərlərinə qarşı “X38 haqqında şəhadətnamənin və əsasında vərilmiş çıxarışın ləğv edilməsi, payların müəyyən edilməsi barədə” iddia ərizəsi vardır. İddiaçı Tatyana Jukova iddia ərizəsini bununla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 38 saylı notariat kontoru tərəfindən 24-159, 2V-160, 2V-161 və 2V-162 reyestr nömrəli X38 haqqında şəhadətnamələrində payları düzgün müəyyən edilməmişdir. Bununla əlaqədar qeyd edilən şəhadətnamələri etibarsız hesab edərək əsasında verilmiş çıxarışların ləğv edilməsini xahiş edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X32 iddiaçı X12 iddia ərizəsi qəbul etmir, hesab edir ki, iddia ərizəsi tamamilə əsassızdır, qanunsuzdur, məhkəmə tərəfindən rədd edilməlidir. Belə ki, xx.xx.2018-ci il tarixdə X11rdaşı X28 vəfat etmişdir. Onun ölümündən sonra dörd vərəsə qalmışdır – arvadı X24, oğlu Cavabdeh3 Vitalyeviç, qızı – Cavabdeh2 və anası X17. xx.xx.2018-ci il tarixdə onlar Bakı şəhəri 38 saylı notariat ofisində X18 ölümündən miras qalmış əmlaka vərəsəlik hüququna daxil olmuşlar və həmin gün X38 haqqında şəhadətnamələr almışlar. Belə ki, X24, Cavabdeh3 Vitalyeviç, Cavabdeh2 və X17 ünvan 8 ünvanda yerləşən yaşayış sahəsi 29,2 kv.m-dən ibarət olan miras qalmış mənzildən ¼ pay almışlar. Alınmış vərəsəlik haqqında şəhadətnaməyə əsasən X17 qeyd edilən ünvanda yerləşən mənzildə ona məxsus ¼ hissəsinə mülkiyyət hüququ haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 38 saylı notariat ofisində X17 Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 156 ünvanda yerləşən 36 saylı mənzildə ona məxsus ¼ hissəsini qızı X25 bağışlamışdır. Bununla əlaqədar Bakı şəhəri 38 saylı notariat ofisində reyestrdə 4Ə6 nömrəli ilə qeydə edilmiş xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsi bağlanılmışdır. Bağışlama müqaviləsinə əsasında xx.xx.2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz dövlət reyestrindən X32 öz adına çıxarış almışdır. Həmin vaxtdan Nelli Jukova qeyd edilən mənzilin ¼ hissənin mülkiyyətçisidir. İddiaçı Tatyana Jukova iddia ərizəsində qeyd edir ki, onun yoldaşı Vitaliy Jukov ünvan 10 ünvanda yerləşən 36 nömrəli (yeni qaydalara AZ 1122, Bakı şəhəri, Yasamal rayonu, X34 küçəsi, giriş 518, M3, M1) mənzil Bakı şəhəri 19 saylı notariat kontorunun 4Ə/321 reyestr nömrəsi xx.xx.2006-ci il tarixli alqısatqı müqaviləsinə əsasən xx.xx.2006-ci il tarixdə X18 adına qeydiyyata alınmışdır. Lakin iddia ərizəsində göstərilən bu dəlil faktiki hallarına uyğun gəlmir. Belə ki, ünvan 8 ünvanda yerləşən 36 nömrəli mənzil mülkiyyət hüququ üzrə Vitaliy və Nelli Jukovların atası Sergey Jukova məxsus idi. 2006-ci ildə Sergey Jukov vəfat etmişdir. Sergey Jukovun ölümündən sonra onun övladları Nelli və Vitaliy Jukovları miras qalmış qeyd edilən mənzilə vərəsəlik hüququna daxil olmuşlar və mənzilə ½ hissədə X38 haqqında şəhadətnamələr almışlar. Bir neçə ildən sonra Nelli Jukova mənzildə ona məxsus olan ½ hissəsi qardaşı Vitaliy Jukova satmışdır. xx.xx.2018-ci il tarixdə Vitaliy Jukov vəfat etmişdir. xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 38 saylı notariat ofisində miras qalmış ünvan 8 ünvanda yerləşən 36 nömrəli mənzilə onun vərəsələr - arvadı X24, oğlu Cavabdeh3 Vitalyeviç, qızı – Cavabdeh2 və anası X17 mənzilə ¼ hissədə vərəsəlik hüququna daxil olmuşlar. xx.xx.2019-cu il tarixdə X7 məxsus olan ünvan 10 ünvanda yerləşən 36 nömrəli mənzilin ¼ hissəsi ünvan 11 bağlayaraq qızı X25 bağışlamışdır. Bağışlama müqaviəsinə əsasən Nelli Jukova xx.xx.2019-cu il tarixdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarış almışdır. Həmin vaxtdan Nelli Jukova ünvan 10 ünvanda yerləşən 36 nömrəli mənzilin ¼ hissəsinin mülkiyyətçisidir. Hesab edir ki, tərəflərin xx.xx.2018-ci il tarixində Bakı şəhəri 38 saylı notariat ofisində aldıqları vərəsəlik şəhadətnamələrinə mübahisələndirmək üçün iddiaçı həm xüsusi iddia müddətini, həm də müvafiq hüquq normaları ilə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən - Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən - Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. İddiaçı X24 Bakı şəhəri 38 saylı notariat ofisində 2018-ci ilin dekabr ayında mübahisəli mənzilə ¼ hissəsinə vərəsəlik hüququna daxil olarkən mənzilin ½ hissəsi onunla məhrum əri X28 arasında birgə nikah dövründə əldə edilməsi barədə notariat ofisində məlumat verməmişdir. Ona görə də, 38 saylı notariat ofisinin xüsusi notarius vərəsələr haqqında mövcüd olan məlumatlara əsasən məhrum Vitaliy Jukovunun ölümündən sonra miras qalmış mənzil dörd hissəyə bölünərək vərəsələrə hər birinə ¼ hissədə vərəsəlik haqqında şəhadətnamə vermişdir. Vərəsələrdən biri X17 mənzildə ona düşən ¼ paya daşınmaz əmlakın dövlət reyestrindən öz adına Çıxarış almışdır. O, mənzilin ¼ payının mülkiyyətçisi olduğu üçün bu paya öz mülahizəsinə görə sərəncam verib və qızı Nelli Jukovaya hədiyyə vermişdir. Tamara Jukovanın mənzilin ¼ hissəsinə vərəsəlik hüququna daxil olması və bunun üçün vərəsəlik şəhadətnaməsi almasından altı ildən çox vaxt keçmişdir. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 26 saylı notariat ofisində bağışlamış reyestrində 4Ə-6 nömrəli ilə qeydə alınmış bağışlama müqaviləsi əsasında Nelli Jukova DƏDR-də öz adına çıxarış almışdır. Beləliklə, Nelli Jukova xx.xx.2019-cu ildən ünvan 10 ünvanda yerləşən 36 nömrəli mənzilin ¼ hissənin mülkiyyətçisidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən - Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Lakin iddiaçı Tatyana Jukova altı ildən artıq müddətdə mirasın qəbul edilmiş payına mübahisə etmək üçün iddia tələbi ilə məhkəməyə müraciət edir. Bununla da, iddiaçı mirasın qəbuluna mübahisə etmək üçün Mülki Məcəllənin 373.2 və 1272-ci maddələri ilə müəyyən edilmiş müddəti ötürmüşdür. Yuxarıda qeyd edildiyi kimi, 2019-ci ilin yanvarın 21-dən ünvan 10 ünvanda yerləşən 36 nömrəli mənzilin ¼ hissənin mülkiyyətçisi X33. Mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasında mülkiyyət hüququ toxunulmazdır. xx.xx.2019-cu il tarixdə Nelli Jukova qanuni əsasla, yəni bağışlama müqaviləsi əsasında ünvan 10 ünvanda yerləşən 36 nömrəli mənzilin ¼ hisssəsinə mülkiyyət hüququna daxil olmuşdur. X20 15 fevral 2023-cü ildə vəfat etmişdir. Tamara Jukova və qızı Nelli Jukova arasında hədiyyə müqaviləsi xx.xx.2019-cu il tarixində bağlanmışdır. Hazırda hədiyyə verən Tamara Jukovanın ölümü ilə əlaqədar bu müqaviləni etibarsız saymaq mümkün deyil. Nelli Jukova altı ildir ki, mübahisəli mənzilin ¼ payının mülkiyətçisidir. O, qanuni əsasla mülkiyyət hüququnu əldə etmişdir.Buna uyğun olaraq, bu bağışlama müqaviləsi əsasında verilmiş mülkiyyət haqqında çıxarış da ləğv edilə bilməz. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 elektron kabinet vasitəsilə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1. ünvan 1 ünvanında yerləşən mənzilə dair ünvan 2ş 24- 159, 2V-160, 2V-161 və 2V-162 reyestr nömrəli xx.xx.2018-ci il tarixli X38 haqqında şəhadətnamələr etibarsız hesab edilməsini və həmin şəhadətnamələr əsasında dövlət reyesterindən verilmiş çıxarışların ləğv edilməsini; 2. Nikah dövründə əldə olunmuş əmlak kimi ünvan 1 ünvanında yerləşən mənzil üzərində iddiaçı Zhukova Tatiananın ¼ hissədə pay hüququ müəyyən edilməsini; 3. ünvan 12 ünvanında yerləşən mənzilin qalan 3/4 hissəsi üzərində iddiaçı-Zhukova Tatiananın 3/16, Cavabdeh2nın 3/16, Cavabdeh3 3/16 və digər cavabdeh X8 3/16 hissədə miras payları müəyyən edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-1534/2025 nömrəli qərardadına əsasən iddiaçı Tatiana Zhukovanın cavabdehlər X17, Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontoruna qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində X32 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsi cəlb edilməklə “vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, miras paylarının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata cavabdeh X13 dair hissədə xitam verilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X19 nümayəndəsi və vəkili Nümayəndə2 elekton kabinet vasitəsilə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, 2(004)-1534/2025 nömrəli mülki iş üzrə iddia müddətin tətbiq edilməsiin xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin icraatında iddiaçı X12 cavabdehlər X17, Bakı şəhəri 38 saylı notariat kontoruna və digərlərinə qarşı “X38 haqqında şəhadətnamənin və əsasında vərilmiş çıxarışın ləğv edilməsi, payların müəyyən edilməsi barədə” iddia ərizəsi vardır. İddiaçı Tatyana Jukova iddia ərizəsini bununla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 38 saylı notariat kontiru tərəfindən 24-159, 2V-160, 2V-161 və 2V-162 reyestr nömrəli X38 haqqında şəhadətnamələrində payları düzgün müəyyən edilməmişdir. Bununla əlaqədar qeyd edilən şəhadətnamələri etibarsız hesab edərək əsasında verilmiş çıxarışların ləğv edilməsini xahiş edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X32 iddiaçı X12 iddia ərizəsi qəbul etmir, hesab edir ki, iddia ərizəsi tamamilə əsassızdır, qanunsuzdur, məhkəmə tərəfindən rədd edilməlidir. Hesab edir ki, tərəflərin xx.xx.2018-ci il tarixində Bakı şəhəri 38 saylı notariat ofisində aldıqları vərəsəlik şəhadətnamələrinə mübahisələndirmək üçün iddiaçı həm xüsusi iddia müddətini, həm də müvafiq hüquq normaları ilə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən - Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən - Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. İddiaçı X24 Bakı şəhəri 38 saylı notariat ofisində 2018-ci ilin dekabr ayında mübahisəli mənzilə ¼ hissəsinə vərəsəlik hüququna daxil olarkən mənzilin ½ hissəsi onunla məhrum əri X26 arasında birgə nikah dövründə əldə edilməsi barədə notariat ofisində məlumat verməmişdir. Ona görə də, 38 saylı notariat ofisinin xüsusi notarius vərəsələr haqqında mövcüd olan məlumatlara əsasən məhrum Vitaliy Jukovunun ölümündən sonra miras qalmış mənzil dörd hissəyə bölünərək vərəsələrə hər birinə ¼ hissədə vərəsəlik haqqında şəhadətnamə vermişdir. Vərəsələrdən biri X17 mənzildə ona düşən ¼ paya daşınmaz əmlakın dövlət reyestrindən öz adına çıxarış almışdır. O, mənzilin ¼ payının mülkiyyətçisi olduğu üçün bu paya öz mülahizəsinə görə sərəncam verib və qızı Nelli Jukovaya hədiyyə vermişdir. Tamara Jukovanın mənzilin ¼ hissəsinə vərəsəlik hüququna daxil olması və bunun üçün vərəsəlik şəhadətnaməsi almasından altı ildən çox vaxt keçmişdir. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 26 saylı notariat ofisində bağışlamış reyestrində 4Ə-6 nömrəli ilə qeydə alınmış bağışlama müqaviləsi əsasında Nelli Jukova DƏDR-də öz adına çıxarış almışdır. Beləliklə, Nelli Jukova xx.xx.2019-cu ildən ünvan 10 ünvanda yerləşən 36 nömrəli mənzilin ¼ hissənin mülkiyyətçisidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən - Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Lakin, iddiaçı Tatyana Jukova altı ildən artıq müddətdə mirasın qəbul edilmiş payına mübahisə etmək üçün iddia tələbi ilə məhkəməyə müraciət edir. Bununla da, iddiaçı mirasın qəbuluna mübahisə etmək üçün Mülki Məcəllənin 373.2 və 1272-ci maddələri ilə müəyyən edilmiş müddəti ötürmüşdür. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1. ünvan 13 ünvanında yerləşən mənzilə dair ünvan 2ş 2V159, 2V-160, 2V-161 və 2V-162 reyestr nömrəli xx.xx.2018-ci il tarixli X38 haqqında şəhadətnamələr etibarsız hesab edilməsini və həmin şəhadətnamələr əsasında dövlət reyesterindən verilmiş çıxarışlar ləğv edilməsini; 2. Nikah dövründə əldə olunmuş əmlak kimi ünvan 13 ünvanında yerləşən mənzil üzərində iddiaçı Zhukova Tatiananın ¼ hissədə pay hüququ müəyyən edilməsini; 3. ünvan 14 ünvanında yerləşən mənzilin qalan 3/4 hissəsi üzərində iddiaçı- Zhukova Tatiananın 3/16, Cavabdeh2nın 3 /16, Cavabdeh3 3/16 və digər cavabdeh X8 3/16 hissədə miras payları müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X32 məhkəmə iclasında iştirak etməmiş, onun nümayəndəsi və vəkili Nümayəndə2 elekton kabinet vasitəsilə ərizə verərək, işin baxış iclası bu gün xx.xx.2025-ci il tarixə saat 14:45-ə təyin edildiyini, üzrlü səbəblərdən bu gün məhkəmə iclasına gələ bilmədiyini, eyni zamanda, vəkil çıxışını yazılı şəklində məhkəməyə göndərdiyini, vəkilin yazılı şəklində təqdim edilmiş çıxışı nəzərə alınmasını xahiş etmişdir. Eyni zamanda, işə onun iştirakı olmadan baxılmasını və X14 iddiasının rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər və digər mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak X29 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin “Kredo” vəkil bürosuna ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-145/2025 2***- *******5 nömrəli məlumat və sənədlərin surətinin verilməsi barədə məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, ev 156, mənzil 36 (yeni qaydalarla: AZ 1122, Bakı şəhəri , Yasamal rayonu, X34 küçəsi, giriş 518, М3, m1) ünvanı Bakı şəhəri 19 saylı notariat kontorunun 4Ə/321 reyestr nömrəli xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2006- cı il tarixdə X18 adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 38 saylı notariat kontorunun 2V-162 reyestr nömrəli xx.xx.2018-ci il tarixli “X38 hüququ haqqında şəhadətnamə”yə əsasən 1/4 hissəsi özgəninkiləşdirilmişdir. Bakı şəhəri 38 saylı notariat kontorunun 2V-159 reyestr nömrəli xx.xx.2018-ci il tarixli “X38 hüququ haqqında şəhadətnamə"yə əsasən 1/4 hissəsi özgəninkiləşdirilmişdir. Bakı şəhəri 38 saylı notariat kontorunun 2V-161 reyestr nömrəli xx.xx.2018-ci il tarixli “X38 hüququ haqqında şəhadətnamə’yə əsasən 1/4 hissəsi özgəninkiləşdirilmişdir. Sözügedən mənzilin 1/4 hissəsi X18 adına açıq saxlanılmışdır. ünvan 18 ünvanı Bakı şəhəri 9 saylı notariat kontorunun 4Ə-1452 reyestr nömrəli xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixdə X18 adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 38 saylı notariat kontorunun 2V-152 reyestr nömrəli xx.xx.2018-ci il tarixli “X38 hüququ haqqında şəhadətnamə"yə əsasən 1/4 hissəsi özgəninkiləşdirilmişdir. Bakı şəhəri 38 saylı notariat kontorunun 2V-152 reyestr nömrəli xx.xx.2018-ci il tarixli “X38 hüququ haqqında şəhadətnamə"yə əsasən 1/4 hissəsi özgəninkiləşdirilmişdir. Bakı şəhəri 38 saylı notariat kontorunun 2V-134 reyestr nömrəli xx.xx.2018-ci il tarixli “X38 hüququ haqqında şəhadətnamə”yə əsasən 1/4 hissəsi özgəninkiləşdirilmişdir. Bakı şəhəri 38 saylı notariat kontorunun 2V-146 reyestr nömrəli xx.xx.2018-ci il tarixli “X38 hüququ şəhadətnamə”yə əsasən 1/4 hissəsi özgəninkiləşdirilmişdir. Bakı şəhəri 38 saylı notariat kontorunun 2V-140 reyestr nömrəli xx.xx.2018-ci il tarixli “X38 hüququ haqqında şəhadətnamə”yə əsasən 1/4 hissəsi özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, X35 küçəsi, ev 100, mənzil 33 ünvanı Bakı şəhəri 3 saylı notariat kontorunun k/6-2288 reyestr nömrəli xx.xx.1993-cü il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.1993-cü il tarixdə X18 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 1 saylı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-l 946767 nömrəli ölüm haqqında haqqında şəhadətnamənin surətinə əsasən X28 xx.xx.2018-ci il tarixində ölmüşdür və bu ölüm haqqında akt qeydləri kitabında 905 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak X29 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən ünvan 22 ünvanında yerləşən, ümumi sahəsi 29.2 kv.m olan mənzil xüsusi mülkiyyət kimi tam hissədə X30 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri 38 saylı notariat ofisinin xx.xx.2018-ci il tarixli, 2V- 159 nömrəli ilə reyestrdə qeyd edilmiş X38 X9 əsasən xx.xx.2018 tarixdə ölmüş X18 vərəsəsi Zhukova Tatiana-dır və o miras əmlakdan 1/4 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixində X27 verilmiş **********20-05101-093039 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrındən çıxarışa əsasən ünvan 22 ünvanında yerləşən ümumi sahəsi 29.2 kv.m olan mənzildən ibarətdir. İş materiallarında olan Bakı şəhəri 38 saylı notariat ofisinin xx.xx.2018-ci il tarixli, 2V- 160 nömrəli ilə reyestrdə qeyd edilmiş X38 X9 əsasən xx.xx.2018 tarixdə ölmüş X18 vərəsəsi Cavabdeh3-dir və o miras əmlakdan 1/4 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixində X28-na verilmiş **********20-05101-093039 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrından çıxarışa əsasən ünvan 22 ünvanında yerləşən ümumi sahəsi 29.2 kv.m olan mənzildən ibarətdir. İş materiallarında olan Bakı şəhəri 38 saylı notariat ofisinin xx.xx.2018-ci il tarixli, 2V- 161 nömrəli ilə reyestrdə qeyd edilmiş X38 X9 əsasən xx.xx.2018-ci il tarixdə ölmüş X18 vərəsəsi Cavabdeh2dır və o miras əmlakdan 1/4 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixində X27 verilmiş **********20-05101-093039 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrından çıxarışa əsasən ünvan 22 ünvanında yerləşən ümumi sahəsi 29.2 kv.m olan mənzildən ibarətdir. İş materiallarında olan Bakı şəhəri 38 saylı notariat ofisinin xx.xx.2018-ci il tarixli, 2V- 162 nömrəli ilə reyestrdə qeyd edilmiş X38 X9 əsasən xx.xx.2018 tarixdə ölmüş X18 vərəsəsi X10 və o miras əmlakdan 1/4 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixində X27 verilmiş **********20-05101-093039 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrından çıxarışa əsasən ünvan 22 ünvanında yerləşən ümumi sahəsi 29.2 kv.m olan mənzildən ibarətdir. İş materiallarında olan hədiyyə verən X17 ilə hədiyyə alan X32 arasında bağlanmış xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X17 ünvan 22 ünvanında yerləşən, ümumi sahəsi 29.2 kv.m olan mənzilin paylı mülkiyyət üzrə ona məxsus ¼ (7,3 kv.m) hissəsini X19 mülkiyyətinə vermişdir. İş materiallarında olan 93900006 “Kalininqrad şəhər” şəhər dairəsi administrasiyası xüsusi VVAQ şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş ll-PE 505552 nömrəli ölüm haqqında haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.1937-ci il tarixində Ermənistanda anadan olmuş Azərbaycan vətəndaşı X17 xx.xx.2023-cü il tarixində vəfat etmişdir və ********************9 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak X29 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən ünvan 22 ünvanında yerləşən, ümumi sahəsi 29.2 kv.m olan mənzil xüsusi mülkiyyət kimi tam hissədə X30 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak X29 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən ünvan 22 ünvanında yerləşən, ümumi sahəsi 29.2 kv.m olan mənzil xüsusi mülkiyyət kimi ¾ hissədə açıq saxlanılmaqla X30 adına, ¼ hissədə X8 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak X29 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən ünvan 22 ünvanında yerləşən, ümumi sahəsi 29.2 kv.m olan mənzil xüsusi mülkiyyət kimi ¾ hissədə açıq saxlanılmaqla X30 adına, ¼ hissədə X19 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak X29 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 22 (Yeni qaydalarla: AZ 1122, Bakı şəhəri, Yasamal rayonu, X34 küçəsi, giriş 518, M3, m1) ünvanında yerləşən, ümumi sahəsi 29.2 kv.m olan mənzil xüsusi mülkiyyət ¼ hissədə X32 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixində, ¼ hissədə Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixində, ¼ hissədə Zhukova Tatiana adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixində, ¼ hissədə Cavabdeh3 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2025-ci il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan X32 ilə X28 arasında bağlanmış xx.xx.2006-cı il tarixli, AN-l ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X32 ünvan 22 ünvanında yerləşən, yaşayış sahəsi 16.22 kv.m olan və ümumi sahəsi 29.22 kv.m olan mənzildən ona məxsus hissəsini X18 mülkiyyətinə vermişdir. Satıcı mənzili alıcıya 10.800 (on min səkkiz yüz) YAM satmış, alıcı isə həmin qiymətə almışdır. İş materiallarında xx.xx.2004-cü il tarixli, 2337 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik X9 əsasən X36 xx.xx.2004-cü il tarixində vəfat etmişdir. Bakı şəhəri 19 saylı dövlət notariat kontoru tərəfindən xx.xx.1995-ci il tarixində təsdiq edilən və reyestrda 2KB-152 nömrəsi ilə qeyd olunan vəsiyyətnamədə göstərilən əmlakın vərəsəsi X32 və X15. Şəhadətnamə verilən miras əmlak: ünvan 22 ünvanında yerləşən yaşayış sahəsi 16.22 kv.m olan və ümumi sahəsi 29.22 kv.m olan 1 otaqlı mənzildən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İntervallaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin ÖM 210113 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 22 ünvanında yaşayış sahəsi 16,2 kv.m olan 1 otaqlı mənzil paylar üzrə X32 və X28 adlarına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və 268 nömrəli reyestr kitabında 30/2557 nömrəsi ilə xx.xx.2004-cü il tarixində qeydə alınmışdır. İş materiallarında olan X32 xx.xx.2006-cı il tarixdə ərizə yazaraq, subay olduğunu, satılan mənzilə görə heç bir iddia qaldırmayacağını, buna görə bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon ZAQS tərəfindən xx.xx.1962-ci il tarixdə verilmiş AЗ 303730 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X32 xx.xx.1962-ci il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 2355 nömrə ilə qeyd edilmişdir. Atası X36, anası X3. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon ZAQS tərəfindən xx.xx.1966-cı il tarixdə verilmiş AЗ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X28 xx.xx.1966-cı il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 1180 nömrə ilə qeyd edilmişdir. Atası X36, anası X3. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-790/2025 nömrəli qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan e-2(004)-1534/2025 saylı iş üzrə çıxarılacaq yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, X19 cavabdehlər Tatiana Zhukovaya, Cavabdeh3 və X1rşı “paylı mülkiyyətdə olan mənzilin açıq hərracdan satılması və satış pulunun bölünməklə ödənilməsi” tələbinə dair e-2(004)-790/2025 saylı mülki işin icraatı dayandırılmışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını nəzərə alıb, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin Vİİ hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1.8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər əsas hesab olunur . 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən X38 (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən X38 zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) X38 zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. 1321-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, vərəsəlik hüquq normaları nəzərdən keçirilərkən vərəsəliyin sosialiqtisadi mahiyyətini, onun hüquqi məzmununu və hüquqi tənzimlənməsinin xarakterini müəyyən edən vərəsəlik hüququnun prinsiplərinin mühüm əhəmiyyət kəsb etdiyi aydın görünür. Bu prinsiplər vərəsəlik hüququnun əsasını təşkil etməklə, şəxsin ölümü nəticəsində onun əmlakının başqa şəxslərə (vərəsələrə) keçməsi ilə bağlı yaranan vərəsəlik münasibətlərini tənzimləyən hüquq normalarında ifadə olunmuş əsas ideyalar və rəhbər başlanğıclardır. Vərəsəliyin hüquqi nizamlanması məhz həmin prinsiplərin vasitəsilə həyata keçirilir. Vərəsəlik hüquq prinsiplərinə vəsiyyət azadlığı, vərəsəliyin mühafizəsi, növbəlik, ailə mənafeyinin qorunması, miras paylarının bərabər olması, miras əmlakın vərəsəlik hüququ üzrə dövlətə keçməsi kimi prinsiplər aiddir. Mülki hüquq nəzəriyyəsində və mülki qanunvericilikdə vərəsəliklə bağlı normalarda əks olunmuş bu prinsiplərdən məhz növbəlik, ailə mənafeyinin qorunması, miras əmlakın dövlətə keçməsi kimi qaydalar X38 institutunda özünü biruzə verir. Vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı Zhukova Tatiana mərhum əri X21 xx.xx.1989-cu il tarixdə nikaha daxil olmuş, X31 xx.xx.2018-ci il tarixdə vəfat etmiş, iddiaçı Zhukova Tatiana və cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X17 mərhum X2 üzrə birinci dərəcəli vərəsələri olaraq miras qalmış əmlakları qəbul etmək üçün Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontoruna müraciət etmişlər, 24-159, 2V-160, 2V-161 və 2V-162 reyestr nömrəli xx.xx.2018-ci il tarixli X38 hüququ haqqında şəhadətnamələrə əsasən miras əmlak olan ünvan 14 ünvanında yerləşən mənzil üzərində iddiaçı və cavabdehlərin hər birinin ¼ hissədə payları müəyyən olunmuşdur. Daha sonra xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X17 ünvan 22 ünvanında yerləşən, ümumi sahəsi 29.2 kv.m olan mənzilin paylı mülkiyyət üzrə ona məxsus ¼ (7,3 kv.m) hissəsini qızı X25 bağışlamışdır. xx.xx.2024-cü il tarixdə X32 cavabdehlər Tatiana Zhukovaya, Cavabdeh3 və X1rşı ünvan 14 ünvanında yerləşən mənzilin açıq hərracdan satılması və satış pulunun bölünməklə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, Zhukova Tatiana 2024-cü ilin dekabr ayında hüquqi yardım almaq üçün “Kredo” vəkil bürosuna müraciət etmiş, verilmiş vəkil sorğusuna Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən ünvan 13 ünvanında yerləşən mənzilin xx.xx.2006-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X37nin adına xx.xx.2016-cı il tarixdə qeydiyyata alınması müəyyən olunmuşdur. Həmçinin müəyyən edilmişdir ki, xx.xx.2004-cü il tarixli, 2337 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik X9 əsasən X22 atası X36 xx.xx.2004-cü il tarixində vəfat etmiş, Bakı şəhəri 19 saylı dövlət notariat kontoru tərəfindən xx.xx.1995-ci il tarixində təsdiq edilən və reyestrdə 2KB-152 nömrəsi ilə qeyd olunan vəsiyyətnamədə göstərilən ünvan 22 ünvanında yerləşən yaşayış sahəsi 16.22 kv.m olan və ümumi sahəsi 29.22 kv.m olan 1 otaqlı mənzili qızı X32 və oğlu X27 vəsiyyət etmiş, Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İntervallaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi nin ÖM 210113 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 22 ünvanında yaşayış sahəsi 16,2 kv.m olan 1 otaqlı mənzilə paylar üzrə X32 və X28 adlarına xüsusi mülkiyyət hüquqi xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmış, daha sonra xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X16 düşən payını X27 satmışdır. Göründüyü kimi ünvan 13 ünvanında yerləşən mənzilin ½ hissəsi vərəsəlik qaydasında, qalan ½ hissəsi isə alqısatqı müqaviləsi əsasında X28 tərəfindən əldə olunmuşdur. Hazırda iddiaçı Zhukova Tatiana cavabdehlər Cavabdeh2, Cavabdeh3, X5rşı ünvan 13 ünvanında yerləşən mənzilə dair verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin, onlar əsasında verilmiş çıxarışların ləğvi və həmin mənzil üzərində payların müəyyən olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh X17 xx.xx.2023-cü il tarixdə, yəni iddia ərizəsi məhkəməyə verilənədək öldüyündən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-1534/2025 nömrəli qərardadına əsasən mülki iş üzrə icraata cavabdeh X13 dair hissədə xitam verilmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, mübahisəli ünvan 22 ünvanında yerləşən ümumi sahəsi 29.2 kv.m olan mənzil X36 (iddiaçı Zhukova Tatiana mərhum əri X22 atası) xx.xx.2004-cü il tarixində vəfat etdikdən sonra vəsiyyətnamə əsasında hər birinə ½ hissədə olmaqla vərəsələri X32 və X18 mülkiyyətinə keçmiş, daha sonra xx.xx.2006-cı il tarixdə, yəni X28 ilə Zhukova Tatiananın nikah dövründə X32 ünvan 22 ünvanında yerləşən mənzilin ona aid ½ hissəsini qardaşı X27 satmışdır. Göründüyü kimi, ünvan 22 ünvanında yerləşən mənzilin ½ hissəsi vərəsəlik qaydasında, qalan ½ hissəsi isə alqı-satqı müqaviləsi əsasında iddiaçı Zhukova Tatiananın mərhum əri X31 tərəfindən Zhukova Tatiana ilə X22 nikah dövründə əldə olunmuşdur. Qanunvericiliyin tələbinə görə, ər-arvaddan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Yəni, X22 vərəsəlik qaydasında aldığı mənzilin ½ hissəsi ər-arvadın ümumi birgə mülkiyyəti kimi qiymətləndirilə bilməz. Həmin əmlakın birgə mülkiyyət hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar yoxdur. Mənzilin qalan ½ hissəsi isə X31 tərəfindən Zhukova Tatiana ilə X22 nikah dövründə alqı-satqı müqaviləsi əsasında əldə olunmuşdur. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınmaz əşyalar ər-arvaddan kimin adına əldə olunmasından asılı olmayaraq ərarvadın ümumi birgə mülkiyyəti hesab olunur. Miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak sağ qalan arvadın birgə mülkiyyətindəki ona çatası əmlak hissəsi (1/2) istisna olmaqla, qalan hissədə (1/2) miras qoyanın sağ olan qanun üzrə vərəsələrinə bərabər pay hüququ ilə keçir. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilmiş daşınmaz əmlak ər-arvaddan kimin adına əldə olunmasından asılı olmayaraq, həmin mənzilin alqı satqı müqaviləsi əsasında keçən ½ hissəsinin yarısı (½ hissə : 2 = ¼ hissə) iddiaçı Zhukova Tatiananın şəxsi mülkiyyəti kimi hesab edilməlidir. ünvan 22 ünvanında yerləşən ümumi sahəsi 29.2 kv.m olan mənzilin yerdə qalan hissəsi ( 1 – ¼ hissə = ¾ hissə) miras əmlaka daxil edilməli və birinci növbədən olan 4 (dörd) vərəsə -mərhumun arvadı, 2 övladı və anası arasında bərabər paylara (3/4 : 4 = 3/16 hissə) bölünməlidir. Bu əsasla, ünvan 22 ünvanında yerləşən ümumi sahəsi 29.2 kv.m olan mənzil Cavabdeh2 3/16 hissədə, Cavabdeh3 Vitalyeviçin 3/16 hissədə, X8 3/16 hissədə və Zhukova Tatiananın 7/16 hissədə (1/4 hissə + 3/16 hissə) miras payları müəyyən edilməlidir. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə hesab edir ki, xx.xx.2018-ci il tarixdə ünvan 22 ünvanında yerləşən ümumi sahəsi 29.2 kv.m olan mənzilə dair X38 hüququ haqqında şəhadətnamə verilərkən həmin məzilin ½ hissəsinin mərhum əri X31 tərəfindən nikah dövründə alqı-satqı müqaviləsi əsasında əldə edildiyi barədə iddiaçı Zhukova Tatiananın məlumatı olmamışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə X32 cavabdehlər Tatiana Zhukovaya, Cavabdeh3 və X1rşı ünvan 14 ünvanında yerləşən mənzilin açıq hərracdan satılması və satış pulunun bölünməklə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, Zhukova Tatiana 2024-cü ilin dekabr ayında hüquqi yardım almaq üçün “Kredo” vəkil bürosuna müraciət etmiş, verilmiş vəkil sorğusuna Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən ünvan 13 ünvanında yerləşən mənzilin Zhukova Tatiananın mərhum əri X31 tərəfindən xx.xx.2006-ci il tarixli alqı-satqı müqaviləsi əsasında əldə olunduğu müəyyən olunmuşdur. Bundan sonra iddiaçı Zhukova Tatiana xx.xx.2025-ci il tarixdə həmin mənzilə dair vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv olunması və payların yenidən müəyyən olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən mirasın qəbul edilməsi barəsində mübahisənin maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən açılması üçün nəzərdə tutulmuş iki aylıq müddət buraxılmamışdır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı Zhukova Tatiananın adına verilmiş Bakı şəhəri 38 saylı notariat ofisində təsdiq edilmiş reyestrdə 2V-159 nömrə ilə qeyd edilmiş xx.xx.2018-ci il tarixli, Cavabdeh3 adına verilmiş Bakı şəhəri 38 saylı notariat ofisində təsdiq edilmiş reyestrdə 2V-160 nömrə ilə qeyd edilmiş xx.xx.2018-ci il tarixli, Cavabdeh2 adına verilmiş Bakı şəhəri 38 saylı notariat ofisində təsdiq edilmiş reyestrdə 2V-161 nömrə ilə qeyd edilmiş xx.xx.2018-ci il tarixli, cavabdeh X8 adına verilmiş Bakı şəhəri 38 saylı notariat ofisində təsdiq edilmiş reyestrdə 2V-162 nömrə ilə qeyd edilmiş xx.xx.2018-ci il tarixli X38 hüququ haqqında şəhadətnamələr və onlar əsasında ünvan 1 ünvanında yerləşən mənzilə dair Zhukova Tatiana, Cavabdeh2, Cavabdeh3 və X8 adına verilmiş çıxarışlar ləğv edilməli və ünvan 1 ünvanında yerləşən mənzil üzərində X2 üzrə vərəsələri kimi Zhukova Tatiananın 7/16 hissədə, Cavabdeh3 Vitalyeviçin 3/16 hissədə, X4 3/16 hissədə, X8 3/16 hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Zhukova Tatiananın adına verilmiş Bakı şəhəri 38 saylı notariat ofisində təsdiq edilmiş reyestrdə 2V-159 nömrə ilə qeyd edilmiş xx.xx.2018-ci il tarixli, Cavabdeh3 adına verilmiş Bakı şəhəri 38 saylı notariat ofisində təsdiq edilmiş reyestrdə 2V-160 nömrə ilə qeyd edilmiş xx.xx.2018-ci il tarixli, Cavabdeh2 adına verilmiş Bakı şəhəri 38 saylı notariat ofisində təsdiq edilmiş reyestrdə 2V-161 nömrə ilə qeyd edilmiş xx.xx.2018-ci il tarixli, cavabdeh X8 adına verilmiş Bakı şəhəri 38 saylı notariat ofisində təsdiq edilmiş reyestrdə 2V-162 nömrə ilə qeyd edilmiş xx.xx.2018-ci il tarixli X38 hüququ haqqında şəhadətnamələr və onlar əsasında ünvan 1 ünvanında yerləşən mənzilə dair Zhukova Tatiana, Cavabdeh2, Cavabdeh3 və X8 adına verilmiş çıxarışlar ləğv edilsin. ünvan 1 ünvanında yerləşən mənzil üzərində X2 üzrə vərəsələri kimi Zhukova Tatiananın 7/16 hissədə, Cavabdeh3 Vitalyeviçin 3/16 hissədə, X4 3/16 hissədə, X8 3/16 hissədə payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-1534/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1534/2025
18.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver