Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1537/2024 07.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh RSK5761309, 21 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 2586 (iki min beş yüz səksən altı) manat əsas, 776 (yeddi yüz yetmiş altı) manat dəbbə pulu, 54 (əlli dörd) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3416 (üç min dörd yüz on altı) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 21 oktyabr 2019-cu il tarixdə Cavabdeh (bundan sonra “Alıcı” adlandırılacaq) ilə aralarında RSK5761309 nömrəli hissə-hissə ödənişlə alğı-satqı müqaviləsi bağlanmışdır. Alıcı tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun 2586 (iki min beş yüz səksən altı) manat əsas, 776 (yeddi yüz yetmiş altı) manat dəbbə pulu olmaqla, 3362 (üç min üç yüz altmış iki) manat borcu yaranmışdır. Alıcı tərəfindən RSK5761309, 21 oktyabr 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 100 (yüz) manat ödəniş edilmişdir. Tərəflərindən dəfələrlə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş iddiaçı və cavabdeh məhkəməyə gəlməmiş və və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 21 oktyabr 2019-cu il tarixli, RSK5761309 saylı “Hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinə” görə, Satıcı- İddiaçı, digər tərəfdən “Alıcı” Cavabdeh qismində çıxış edir. Satıcı ümumi dəyəri 3300 (üç min üç yüz) manat olan 1 ədəd “Samsung” markalı televizoru satmağı, “Alıcı” isə müqavilə ilə razılaşdırılmış məbləğdə pulu “hissə-hissə” “Satıcıya” ödəməsini öz öhdəsinə götürür. İddiaçı tərəfindən Cavabdeh “ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, 21 oktyabr 2019-cu il tarixli, RSK5761309 saylı Nisyə alğı-satqı müqaviləsinə əsasən 3300 manat dəyərində 1 ədəd “Samsung” markalı televizor alaraq, ilkin ödəniş 132 manat, 24 ay müddətinə, aylıq 132 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. Müqavilə üzrə xx.xx.2021-ci il tarixdə bitmiş və müqavilə üzrə 2586 manat əsas, 776 manat dəbbə pulu cərimə olmaqla, 3362 manat borcu yaranmışdır və 5 təqvim günü ərzində müqavilə üzrə öhdəliklər icra edilmədiyi təqdirdə tərəfindən məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. 03 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli RSK5761309 saylı, 21 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 2586 (iki min beş yüz səksən altı) manat əsas, 776 (yeddi yüz yetmiş altı) manat dəbbə pulu, 54 (əlli dörd) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3416 (üç min dörd yüz on altı) manat təşkil edir. xx.xx.2024-cü il tarixli ********** saylı ödəniş qəbzinə əsasən məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 54 (əlli dörd) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müyyən olunmuşdur ki, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə, tərəflər arasında bağlanmış 21 oktyabr 2019-cu il tarixli müqavilə üzrə hesablanmış 776 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 130 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2586 (iki min beş yüz səksən altı) manat əsas, 130 (yüz otuz) manat cərimə olmaqla, cəmi 2716 (iki min yeddi yüz on altı) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 47,15 (qırx yeddi manat on beş qəpik) manat hissəsi tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2586 (iki min beş yüz səksən altı) manat əsas, 130 (yüz otuz) manat cərimə olmaqla, cəmi 2716 (iki min yeddi yüz on altı) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 47,15 (qırx yeddi manat on beş qəpik) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-1537/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1537/2024
07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver