Məhkəmə qərarları › İş №e-2(004)-16/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-16/2025

08.05.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-16/2025 08.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdehlər Cavabdeh11, X5, Cavabdeh5 Feruz oğlu, Cavabdeh20 və Cavabdeh17 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh10, Cavabdeh13, Cavabdeh6, Cavabdeh11, Cavabdeh2, Cavabdeh18, Cavabdeh22, Cavabdeh12, Cavabdeh21, Cavabdeh7, Cavabdeh8, Cavabdeh3, Cavabdeh14, Cavabdeh4, Cavabdeh9, Cavabdeh16, Cavabdeh24, Cavabdeh38, Cavabdeh41, Cavabdeh31, Cavabdeh32, Cavabdeh34, Cavabdeh33, Cavabdeh25, Cavabdeh26, Cavabdeh27, Cavabdeh30, Cavabdeh28, Cavabdeh35, Cavabdeh29, Cavabdeh5 Feruz oğlu, Cavabdeh36, Cavabdeh37, Cavabdeh40, Cavabdeh39, Cavabdeh20, Cavabdeh1, Cavabdeh15, Cavabdeh17, Cavabdeh19, Cavabdeh23ana qızına qarşı "qanunsuz tikililərin sökülməsi, mülkiyyətdə olan sahənin boşaldılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh10, Cavabdeh13, Cavabdeh6, Cavabdeh11, Cavabdeh2, Cavabdeh18, Cavabdeh22, Cavabdeh12, Cavabdeh21, Cavabdeh7, Cavabdeh8, Cavabdeh3, Cavabdeh14, Cavabdeh4, Cavabdeh9, Cavabdeh16, Cavabdeh24, Cavabdeh38, Cavabdeh41, Cavabdeh31, Cavabdeh32, Cavabdeh34, Cavabdeh33, Cavabdeh25, Cavabdeh26, Cavabdeh27, Cavabdeh30, Cavabdeh28, Cavabdeh35, Cavabdeh29, Cavabdeh5 Feruz oğlu, Cavabdeh36, Cavabdeh37, Cavabdeh40, Cavabdeh39, Cavabdeh20, Cavabdeh1, Cavabdeh15, Cavabdeh17, Cavabdeh19, Cavabdeh23ana qızına qarşı "qanunsuz tikililərin sökülməsi, mülkiyyətdə olan sahənin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli iddia tələbinin artırılması barədə ərizə məhkəməyə təqdim edilmiş, ərizə üzrə cavabdehlərin sayı və tələb artırılmışdır. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, müvafiq ayrıc aktına əsasən İddiaçın sahibliydə olan ərazidə cavabdehlər Cavabdeh10 məxsus olan avtoyuma obyekti, Cavabdeh13 məxsus kafe, Cavabdeh6 məxsus kafe, Cavabdeh11 məxsus pinəçi obyekti, Cavabdeh2 məxsus meyvə-tərəvəz satışı obyekti, Cavabdeh18 məxsus mağaza, Cavabdeh22 məxsus məişət avadanlıqlarının təmiri obyekti, Cavabdeh12 məxsus kafe və ət satışı obyektləri, Cavabdeh21 məxsus metal qəbulu obyekti, Cavabdeh7 məxsus kafe, Cavabdeh8 məxsus avtomobil ehtiyat hissələri obyekti, Cavabdeh3 məxsus avtomobil yağdəyişməsi obyekti, Cavabdeh14 məxsus bərbərxana, Cavabdeh4 məxsus dəmirçi sexi, X2 məxsus avtoyuma və təkər təmiri obyektləri, Cavabdeh16 məxsus metal qəbulu obyekti, Cavabdeh24 məxsus dərzi obyekti, Cavabdeh38 və Cavabdeh41 məxsus zirzəmidə yerləşən çayxana, Cavabdeh31 məxsus metal qəbulu obyekti, Cavabdeh32 məxsus quru meyvə satışı obyekti, Cavabdeh34 və Cavabdeh33 məxsus tikili, Cavabdeh25 məxsus ət mağazası, X3 məxsus meyvə-tərəvəz satışı obyekti, Cavabdeh27 Beyiq qızına məxsus tikili, Cavabdeh30 məxsus tikili, Cavabdeh28 məxsus tikili, Cavabdeh35 məxsus tikili və dəmir köşk, Cavabdeh29 məxsus iki ədəd tikili, Cavabdeh5 Feruz oğluna məxsus dəmir tikili, Cavabdeh36 məxsus meyvə-tərəvəz satışı obyekti, Cavabdeh37 və Cavabdeh40 məxsus dəmir tikili, yaşayış yeri, Cavabdeh39 məxsus təndir, Cavabdeh21 məxsus gül mağazası, Cavabdeh20 məxsus təkər təmiri sexi, Cavabdeh1 məxsus məişət avadanlıqlarının təmiri sexi, Cavabdeh15 metal qəbulu obyekti, Cavabdeh17 məxsus bərbərxana, Cavabdeh23ana qızına məxsus metal qəbulu, Cavabdeh19 məxsus maşın təmiri obyektlərini qanunsuz olaraq inşa etmişlər. Cavabdehlər məcburi köçkündürlər və 1993-cü ildən etibarən sözügedən ərazidə məskunlaşmışlar. Cavabdehlər məcburi köçkün olaraq dövlət tərəfindən Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən yaşayış kompleksində mənzillə təmin edilmişlər, lakin, mübahisə predmeti olan qanunsuz tikililəri sökməkdən imtina edirlər. Nəticədə, İddiaçı mülkiyyət hüquqları pozulur. İddiaçı nümayəndəsi X1 məhkəmə iclasında iştirak etməklə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh11, X5, Cavabdeh5 Feruz oğlu, Cavabdeh20 və Cavabdeh17 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Digər cavabdehlər məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarına Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin 09/92 nömrəli 08/i-309 nömrəli ayrıc aktına əsasən müəyyən edilir ki, Yasamal rayonu, A.M.Şərifzadə İ.Zülalov küçəsi, 3137-ci məhəllədə 2.902 ha torpaq sahəsi İddiaçınə ayrılmışdır. Ayrılmış torpaq sahəsinin cizgisi ayrıc aktına əlavə edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən müəyyən edilir ki, cavabdehlər Cavabdeh10 məxsus olan avtoyuma obyekti, Cavabdeh13 məxsus kafe, Cavabdeh6 məxsus kafe, Cavabdeh11 məxsus pinəçi obyekti, Cavabdeh2 məxsus meyvə-tərəvəz satışı obyekti, Cavabdeh18 məxsus mağaza, Cavabdeh22 məxsus məişət avadanlıqlarının təmiri obyekti, Cavabdeh12 məxsus kafe və ət satışı obyektləri, Cavabdeh21 məxsus metal qəbulu obyekti, Cavabdeh7 məxsus kafe, Cavabdeh8 məxsus avtomobil ehtiyat hissələri obyekti, Cavabdeh3 məxsus avtomobil yağdəyişməsi obyekti, Cavabdeh14 məxsus bərbərxana, Cavabdeh4 məxsus dəmirçi sexi, X2 məxsus avtoyuma və təkər təmiri obyektləri, Cavabdeh16 məxsus metal qəbulu obyekti, Cavabdeh24 məxsus dərzi obyekti, Cavabdeh38 və Cavabdeh41 məxsus zirzəmidə yerləşən çayxana, Cavabdeh31 məxsus metal qəbulu obyekti, Cavabdeh32 məxsus quru meyvə satışı obyekti, Cavabdeh34 və Cavabdeh33 məxsus tikili, Cavabdeh25 məxsus ət mağazası, X3 məxsus meyvə-tərəvəz satışı obyekti, Cavabdeh27 Beyiq qızına məxsus tikili, Cavabdeh30 məxsus tikili, Cavabdeh28 məxsus tikili, Cavabdeh35 məxsus tikili və dəmir köşk, Cavabdeh29 məxsus iki ədəd tikili, Cavabdeh5 Feruz oğluna məxsus dəmir tikili, Cavabdeh36 məxsus meyvətərəvəz satışı obyekti, Cavabdeh37 və Cavabdeh40 məxsus dəmir tikili, yaşayış yeri, Cavabdeh39 məxsus təndir İddiaçı şəhərciyinin ərazisində, Cavabdeh21 məxsus gül mağazası isə ayrıc aktından kənar yerləşir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyinə əsasən müəyyən edilir ki, Cavabdeh21 məxsus gül mağazası (təkrar ekspertiza üzrə), Cavabdeh20 məxsus təkər təmiri sexi, Cavabdeh1 məxsus məişət avadanlıqlarının təmiri sexi, Cavabdeh15 metal qəbulu obyekti, Cavabdeh17 məxsus bərbərxana, Cavabdeh23ana qızına məxsus metal qəbulu obyektləri faktiki olaraq söküldüyündən həmin obyektlərə dair rəy vermək mümkün olmamışdır. Cavabdeh19 məxsus maşın təmiri obyekti İddiaçı şəhərciyinin ərazisində ərazisində yerləşir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarına tikililərin fotoşəkilləri və cavabdehlərin məhkəmə və müxtəlif dövlət orqanlarına ünvanlanmış müraciətləri əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 və 157.4-cü maddələrinin dispozitiv şərtləri çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin 09/92 nömrəli 08/i-309 nömrəli ayrıc aktına əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə İ.Zülalov küçəsi, 3137-ci məhəllədə 2.902 ha torpaq sahəsi İddiaçınə ayrılmışdır. Cavabdehlər məcburi köçkündürlər. Mübahisə predmeti olan tikili və obyektlər faktiki olaraq cavabdehlərə məxsusdur. Həmin tikililər qanunsuz tikilidirlər və iddiaçıya ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. Cavabdehlərin müdafiə arqumentlərinin əsasını təşkil edən məsələ odur ki, sözügedən tikililərdən qazanc mənbəyi kimi istifadə etmişlər. Həmin tikililər İddiaçı istifadəsinə ayrılmış sahədə yerləşsə də, onlar müvafiq tikililərə uzun illərdir sahiblik edirlər və tikililərin təmir-bərpasına uzun illər ərzində vəsait xərcləmişlər. Onlar Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində mənzillə təmin edilsələr də, qazanc mənbəyi, iş yeri ilə təmin edilməmişlər. Odur ki, dövlət tərəfindən onlara iş yeri və ya qazanc mənbəyi üçün sahələr ayrılmalı və ya mübahisə predmeti olan tikililərdən qazanc mənbəyi kimi istifadə etməkdə davam etməlidirlər. Sözügedən arqumentlərə münasibətdə məhkəmə qeyd edir ki, mübahisə predmeti olan tikililər iddiaçının sahibliyində olan torpaq sahəsində inşa edilmişdir. Cavabdehlərin hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüquqları pozulur. Cavabdehlərin arqumentləri faktiki xüsusatlarla bağlı olsa da, hazırki iddia tələbi üzrə hüquqi əhəmiyyət kəsb etmir və iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Hüquqi düstur olaraq mülkiyyətçinin mülkiyyət hüquqları şərtsiz bərpa edilməlidir. Dövlət tərəfindən ayrılmalı olan yardım və ya digər tələblər isə ayrıca predmetdir və hazırki mübahisə ilə əlaqəli deyildir. Qarabağ ərazisinin işğaldan azad edilməsi, məcburi köçkünlərin öz yurd-yuvalarına geri dönməsi, bu məqsədlə dövlət tərəfindən həyata keçirilən kompleks tədbirlər, vətəndaşların yaşayış və iş yeri ilə təmin edilməsi istiqamətində görülən və görüləcək tədbirlər nəzərə alınır. Vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi dövlətin vəzifəsidir, lakin, vətəndaşlar da qanunla müəyyən edilmiş qaydada əmək və ya sahibkarlıq hüquqlarını realizə etməkdə maraqlı olmalı, buna səy göstərməli, qanunla müəyyən edilən üsullardan istifadə etməlidirlər. Məcburi əmək isə qadağandır. Cavabdeh21 məhkəmə icraatı zamanı bildirmişdir ki, ona məxsus mübahisə predmeti olan tikililər COP-19 beynəlxalq tədbiri zamanı icra hakimiyyəti orqanları tərəfindən faktiki olaraq sökülmüşdür. Mülkiyyətçinin mülkiyyət hüquqlarının qeyri-legitim əsaslarla məhdudlaşdırılması yolverilməzdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Mülkiyyətçinin mülkiyyət hüquqlarının müdafiəsi təmin edilməlidir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehlərin sosial statusu, mübahisənin xarakteri, faktiki xüsusatlar və mübahisə predmeti olan obyektlərin faktiki olaraq sökülməsi nəzərə alınmaqla iş üzrə aparılmış ekspertiza üzrə 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci İddiaçındən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh10 məxsus olan avtoyuma obyekti, Cavabdeh13 məxsus kafe, Cavabdeh6 məxsus kafe, Cavabdeh11 məxsus pinəçi obyekti, Cavabdeh2 məxsus meyvə-tərəvəz satışı obyekti, Cavabdeh18 məxsus mağaza, Cavabdeh22 məxsus məişət avadanlıqlarının təmiri obyekti, Cavabdeh12 məxsus kafe və ət satışı obyektləri, Cavabdeh21 məxsus metal qəbulu obyekti və gül mağazası, Cavabdeh7 məxsus kafe, Cavabdeh8 məxsus avtomobil ehtiyat hissələri obyekti, Cavabdeh3 məxsus avtomobil yağdəyişməsi obyekti, Cavabdeh14 məxsus bərbərxana, Cavabdeh4 məxsus dəmirçi sexi, X2 məxsus avtoyuma və təkər təmiri obyektləri, Cavabdeh16 məxsus metal qəbulu obyekti, Cavabdeh24 məxsus dərzi obyekti, Cavabdeh38 və Cavabdeh41 məxsus zirzəmidə yerləşən çayxana, Cavabdeh31 məxsus metal qəbulu obyekti, Cavabdeh32 məxsus quru meyvə satışı obyekti, X4 və Cavabdeh33 məxsus tikili, Cavabdeh25 məxsus ət mağazası, X3 məxsus meyvə-tərəvəz satışı obyekti, Cavabdeh27 Beyiq qızına məxsus tikili, Cavabdeh30 məxsus tikili, Cavabdeh28 məxsus tikili, Cavabdeh35 məxsus tikili və dəmir köşk, Cavabdeh29 məxsus iki ədəd tikili, Cavabdeh5 Feruz oğluna məxsus dəmir tikili, Cavabdeh36 məxsus meyvə-tərəvəz satışı obyekti, Cavabdeh37 və Cavabdeh40 məxsus dəmir tikili, yaşayış yeri, Cavabdeh39 məxsus təndir, Cavabdeh20 məxsus təkər təmiri sexi, Cavabdeh1 məxsus məişət avadanlıqlarının təmiri sexi, Cavabdeh15 metal qəbulu obyekti, Cavabdeh17 məxsus bərbərxana, Cavabdeh23ana qızına məxsus metal qəbulu, Cavabdeh19 məxsus maşın təmiri obyekti sökülməlidir. Cavabdehlər Cavabdeh24 İddiaçı 5 saylı yataqxanasının 101 saylı otağından, Cavabdeh41 və Cavabdeh38 isə İddiaçı 5 saylı yataqxanasının zirzəmisindən çıxarılmalıdırlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh10, Cavabdeh13, Cavabdeh6, Cavabdeh11, Cavabdeh2, Cavabdeh18, Cavabdeh22, Cavabdeh12, Cavabdeh21, Cavabdeh7, Cavabdeh8, Cavabdeh3, Cavabdeh14, Cavabdeh4, Cavabdeh9, Cavabdeh16, Cavabdeh24, Cavabdeh38, Cavabdeh41, Cavabdeh31, Cavabdeh32, Cavabdeh34, Cavabdeh33, Cavabdeh25, Cavabdeh26, Cavabdeh27, Cavabdeh30, Cavabdeh28, Cavabdeh35, Cavabdeh29, Cavabdeh5 Feruz oğlu, Cavabdeh36, Cavabdeh37, Cavabdeh40, Cavabdeh39, Cavabdeh20, Cavabdeh1, Cavabdeh15, Cavabdeh17, Cavabdeh19, Cavabdeh23ana qızına qarşı "qanunsuz tikililərin sökülməsi, mülkiyyətdə olan sahənin boşaldılması” tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh10 məxsus olan avtoyuma obyekti, Cavabdeh13 məxsus kafe, Cavabdeh6 məxsus kafe, Cavabdeh11 məxsus pinəçi obyekti, Cavabdeh2 məxsus meyvə-tərəvəz satışı obyekti, Cavabdeh18 məxsus mağaza, Cavabdeh22 məxsus məişət avadanlıqlarının təmiri obyekti, Cavabdeh12 məxsus kafe və ət satışı obyektləri, Cavabdeh21 məxsus metal qəbulu obyekti və gül mağazası, Cavabdeh7 məxsus kafe, Cavabdeh8 məxsus avtomobil ehtiyat hissələri obyekti, Cavabdeh3 məxsus avtomobil yağdəyişməsi obyekti, Cavabdeh14 məxsus bərbərxana, Cavabdeh4 məxsus dəmirçi sexi, X2 məxsus avtoyuma və təkər təmiri obyektləri, Cavabdeh16 məxsus metal qəbulu obyekti, Cavabdeh24 məxsus dərzi obyekti, Cavabdeh38 və Cavabdeh41 məxsus zirzəmidə yerləşən çayxana, Cavabdeh31 məxsus metal qəbulu obyekti, Cavabdeh32 məxsus quru meyvə satışı obyekti, Cavabdeh34 və Cavabdeh33 məxsus tikili, Cavabdeh25 məxsus ət mağazası, X3 məxsus meyvə-tərəvəz satışı obyekti, Cavabdeh27 Beyiq qızına məxsus tikili, Cavabdeh30 məxsus tikili, Cavabdeh28 məxsus tikili, Cavabdeh35 məxsus tikili və dəmir köşk, Cavabdeh29 məxsus iki ədəd tikili, Cavabdeh5 Feruz oğluna məxsus dəmir tikili, Cavabdeh36 məxsus meyvə-tərəvəz satışı obyekti, Cavabdeh37 və Cavabdeh40 məxsus dəmir tikili, yaşayış yeri, Cavabdeh39 məxsus təndir, Cavabdeh20 məxsus təkər təmiri sexi, Cavabdeh1 məxsus məişət avadanlıqlarının təmiri sexi, Cavabdeh15 metal qəbulu obyekti, Cavabdeh17 məxsus bərbərxana, Cavabdeh23ana qızına məxsus metal qəbulu, Cavabdeh19 məxsus maşın təmiri obyekti sökülsün. Cavabdehlər Cavabdeh24 İddiaçı 5 saylı yataqxanasının 101 saylı otağından, Cavabdeh41 və Cavabdeh38 isə İddiaçı 5 saylı yataqxanasının zirzəmisindən çıxarılsınlar. İş üzrə aparılmış ekspertiza üzrə 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci İddiaçındən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar