Məhkəmə qərarları › İş №e-2(004)-1609/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1609/2023

14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1609/2023 14.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə ilə İMEİ Kodu **********24939 olan Samsung Galaxy TAB A7LİTE markalı planşet almaqla 578 (beş yüz yetmiş səkkiz) manat öhdəliyi yaranmışdır. Cavabdeh tərəfindən müqavilənin şərtləri pozularaq alqı-satqı qiyməti 679.5 (altı yüz yetmiş doqquz manat əlli qəpik) manat İMEİ Kodu **********17569 olan İMEİ Kodu **********24939 olan Samsung Galaxy TAB A7LİTE markalı planşet üçün ümumilikdə 578 (beş yüz yetmiş səkkiz) manat olmaqla onun 525,5 (beş yüz iyirmi beş manat əlli qəpik) manat ödənilməmiş hissə, 52.5 (əlli iki manat əlli qəpik) manat isə cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 154 (yüz əlli dörd) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində Müştəri mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, xx.xx.2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti alqı-satqı qiyməti alqı-satqı qiyməti 679.5 (altı yüz yetmiş doqquz manat əlli qəpik) manat İMEİ Kodu **********17569 olan İMEİ Kodu **********24939 olan Samsung Galaxy TAB A7LİTE markalı planşet üçün 525,5 (beş yüz iyirmi beş manat əlli qəpik) manat ödənilməmiş hissə, 52.5 (əlli iki manat əlli qəpik) manat isə cərimə borcu olmaqla ümumilikdə 578 (beş yüz yetmiş səkkiz) manat məbləğində borc və 30 manat dövlət rüsumu cavabdeh X1 alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilədən görünür ki, İMEİ Kodu **********17569 olan İMEİ Kodu **********24939 olan Samsung Galaxy TAB A7LİTE markalı planşeti iddiaçı "xxxx" MMC Cavabdeh, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 1-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 154 (yüz əlli dörd) manat ilkin ödəniş etməklə 18 ay müddətinə, hər ay 37,75 (otuz yeddi manat yetmiş beş qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 07 fevral 2023-cü il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 525,5 (beş yüz iyirmi beş manat əlli qəpik) manat ödənilməmiş hissə, 52.5 (əlli iki manat əlli qəpik) manat isə cərimə borcu olmaqla ümumilikdə 578 (beş yüz yetmiş səkkiz) manat borcu vardır. Məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC-dən xx.xx.2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən İMEİ Kodu **********17569 olan İMEİ Kodu **********24939 olan Samsung Galaxy TAB A7LİTE markalı planşeti almış və nəticədə 525,5 (beş yüz iyirmi beş manat əlli qəpik) manat ödənilməmiş hissə, 52.5 (əlli iki manat əlli qəpik) manat isə cərimə borcu olmaqla ümumilikdə 578 (beş yüz yetmiş səkkiz) manat məbləğində borcu yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış Alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə Satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, Alıcı Satıcı ilə bağladığı yuxarıda qeyd olunan xx.xx.2021-ci il tarixli ******* nömrəli nisyə alqı-satqı müqavilələri üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, Satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin faktiki və hüquqi halları ilə MM-in 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* nömrəli nisyə-alqı satqı müqaviləsi ləğv edilməlidir. Belə ki, müqavilə əsasında yaranmış mübahisəyə məhkəmənin qətnaməsi ilə hüquqi qiymət verildiyindən və qətnamənin icrası öhdəlik münasibətlərinə xitam üçün yeganə hüquqi əsas olduğundan müqavilə münasibətlərinin davam etməsinin hüquqi cəhətdən hər hansı əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* nömrəli nisyə-alqı satqı müqaviləsi ləğv edilməklə iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 525,5 (beş yüz iyirmi beş manat əlli qəpik) manat ödənilməmiş hissə, 52.5 (əlli iki manat əlli qəpik) manat isə cərimə borcu olmaqla, ümumilikdə 578 (beş yüz yetmiş səkkiz) manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 525,5 (beş yüz iyirmi beş manat əlli qəpik) manat ödənilməmiş hissə, 52.5 (əlli iki manat əlli qəpik) manat isə cərimə borcu olmaqla, ümumilikdə 578 (beş yüz yetmiş səkkiz) manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə İş № 2(004)-1471/2023 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Yasamal Rayon Məhkəməsi 02 mart 2023-ci il Bakı şəhəri Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh X2 qarşı «pul» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhərində 02 mart 2023-ci il tarixdə, saat 10:00-da məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət kimi baxılır. Sədrlik edən iş materiallarını nəzərədən keçirir və qətnaməni qəbul edir. Məhkəmə iclası 10:10-da bağlı elan olunur. Protokol xx.xx.2023-ci il tarixdə tərtib olunmuşdur. Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar