Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1625/2024 28.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21 dekabr 2021-ci il tarixli MAS-4724 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 01 dekabr 2023-cü il tarixə 197.19 manat gecikdirilmiş əsas, 180.57 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 316.51 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan, “Khazar SD” minik markalı, 99- PG-072 dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpası üçün tələb edilən 3651.91 manatın, ümumilikdə 4346.18 manat borc və ödənilmiş 63.47 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X4 arasında bağlanmış 21 dekabr 2021-ci il tarixli MAS-4724 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 17.5 % mükafat məbləği hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 395.96 manat, ümumilikdə isə 19006 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 19006 manatın 13000 manatı əsas məbləğ təşkil edir. 12 dekabr 2022-ci il tarixdə X4, X1 və İddiaçı MMC arasında MAS-4724 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 21 dekabr 2021-ci il tarixli MAS-4724 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri X1 öz üzərinə götürmüşdür. Eyni məzmulu müqavilə daha sonra müxtəlif şəxslər arasında imzalanmış, son olaraq 07 oktyabr 2023-cü il tarixdə X2, Cavabdeh və İddiaçı MMC arasında MAS-4724 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 21 dekabr 2021-ci il tarixli MAS-4724 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Khazar SD” minik markalı, 99- PG-072 dövlət qeydiyyat nişanlı avtomobil 01 dekabr 2023-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 3651.91 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh MAS-4724 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 01 dekabr 2023-cü il tarixə ümumilikdə 694.27 manat məbləğində gecikmə borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli MAS-4724 nömrəli Daxili Lizinq müqaviləsinə əsasən İddiaçı MMC ilə X4 arasında bağlanmış razılaşma ilə lizinq alanın sifarişi ilə 2021-ci il buraxılışlı, qara rəngli, “Khazar SD” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Müqaviləyə əsasən lizinq alan illik 17.5 % olmaqla 48 ay müddətinə hər ay sabit pul məbləğində 395.96 manat, ümumilikdə 19006 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumi məbləğ 19006 manat olmaqla həmin məbləğin 17000 manat hissəsi əsas məbləğ təşkil etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən ”Azərmaş” MMC-nin mülkiyyətində olan «Khazar SD” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 tərəfindən təhvil alınmışdır. İş materiallarına “Öhdəliklərin ötürürülməsi” müqavilələri və müvafiq olaraq təhvil təslim aktları əlavə edilmişdir. İş materiallarında olan X2, Cavabdeh və İddiaçı MMC arasında imzalanmış MAS- 4724 saylı, 07 oktyabr 2023-cü il tarixli “Öhdəliklərin ötürürülməsi” müqaviləsinə əsasən 21 dekabr 2021-ci il tarixli MAS-4724 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. İş materiallarında olan “Öhdəliklərin ötürürülməsi” müqaviləsinə əlavə olan eyni tarixli təhvil-təslim aktına əsasən müəyyən edilir ki, Cavabdeh «Khazar SD” markalı, **- PG-*** dövlət qeydiyyat nişanlı avtomobili saz vəziyyətdə təhvil almışdır. İş materiallarında olan İddiaçı MMC Servis tərəfindən tərtib edilmiş qüsur aktına əsasən ümumi xidmət haqqı 1850,00 (min səkkiz yüz əlli) manat, ehtiyat hissələrinin ümumi dəyəri 1527,04 (min beş yüz iyirmi yeddi manat dörd qəpik) manat və ƏDV 274,87 (iki yüz yetmiş dörd manat səksən yeddi qəpik) manat olmaqla yekun ödəniləcək təmir məbləği 3651,91 (üç min altı yüz əlli bir manat doxsan bir qəpik) manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli akta əsasən «Khazar SD” markalı, **- PG-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC tərəfindən təhvil alınmışdır. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən müəyyən olunur ki, «Khazar SD” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş arayışa əsasən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli MAS-4724 nömrəli Daxili Lizinq müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 01 dekabr 2023cü il tarixə 197.19 manat gecikdirilmiş əsas, 180.57 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 316.51 manat dəbbə pulu, ümilikdə 694,27 manat borc yaranmışdır. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3015 nömrəli rəyinə əsasən, nəzəri hesablama yolu ilə, təqdim edilmiş iş materialında olan “Azərmaş servis" tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsür aktına əsasən 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 3,651,91 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 3.511,00 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış lizinq müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (dəbbə puluna münasibətdə), 467 (dəbbə pulunun məbləğinin məhkəmə tərəfindən azaldılmasına münasibətdə), 747.1 (əsas öhdəliyə münasibətdə), 748-1.8 (təmir-bərpa xərcinə münasibətdə), 748-1.9 (gecikmə xərcinə münasibətdə), 748-7.1 (lizinq alanın məsuliyyətinə münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. MM-in 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. MM-in 748-1.9-cu maddəsinə əsasən, lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. MM-in 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Beləliklə, iş materiallarından görünür ki, lizinq müqaviləsi üzrə “Lizinq alan” Cavabdeh “Lizinq verən” İddiaçı MMC qarşısında müqavilə öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur və nəticədə Cavabdeh İddiaçı MMC qarşısında öhdəliyi yaranmışdır. Məhkəmə MM-in 467-ci maddəsinə əsasən, dəbbə pulunu 316.51 (üç yüz on altı manat əlli bir qəpik) manat məbləğində deyil, 15 (on beş) manat məbləğində tutmağı məqsədə müvafiq hesab edir. Məhkəmə mülki münasibətlərin sabitliyinin, inkişafının təmin edilməsi məqsədilə mülki hüquq subyektlərinin qanunvericiliyə, iradə sərbəstliyi əsasında bağladıqları müqavilə öhdəliklərinə hörmət ruhunda tərbiyələndirilməsini zəruri hesab edir. Dəbbə pulunun 15 (on beş) manatdan aşağı məbləğdə müəyyən edilməsi bazar iqtisadiyyatının təşviq edilməsi, mövcud iqtisadi şərtlər, biznes maraqları nəzərə alınmaqla iddiaçı nöqteyi-nəzərdən, 15 (on beş) manatdan yuxarı məbləğdə müəyyənləşdirilməsi isə ümumi öhdəliyin həcmi, əhəmiyyəti nəzərə alınmaqla cavabdeh nöqteyi-nəzərdən məqsədə müvafiq hesab edilmir. Nəticə etibarilə, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin şərtləri və MM-in 462, 467, 747.1, 748-1.8, 748-1.9 və 748-7.1-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Məhkəmə avtomobilin təmir-bərpa xərclərinin ödənilməsi ilə bağlı ekspertiza rəyini mötəbər hesab edir və müvafiq zərəri dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 3.511,00 manat kimi müəyyən edilməsini əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2021-ci il tarixli MAS-4724 nömrəli lizinq müqaviləsi üzrə Cavabdeh müqavilə öhdəliklərinə əməl etməmişdir. Həmçinin, cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulması nəticəsində avtomobilin 3511 (üç min beş yüz on bir) manat təmir xərci yaranmışdır. Nəticədə, Cavabdeh İddiaçı MMC-yə 197.19 (yüz doxsan yeddi manat on doqquz qəpik) manat əsas borc, 180.57 (yüz səksən manat əlli yeddi qəpik) manat gecikdirilmiş mükafat, 15 (on beş) manat dəbbə pulu, lizinq obyekti olan «Khazar SD” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 3511 (üç min beş yüz on bir) manat olmaqla, ümumilikdə 3903,76 (üç min doqquz yüz üç manat yetmiş altı qəpik) manat borcu yaranmışdır. Vurulmuş zərərin tələb edilməsi ilə bağlı 6 aylıq kəsici müddət ötürülməmişdir (Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq 3 ulduzlu qərarında qeyd edilən hüquqi mövqe nəzərə alınmaqla). Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, aktiv sübutetmə (təkzibetmə) fəaliyyəti təşkil edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 63.47 (altmış üç manat qırx yeddi qəpik) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 197.19 (yüz doxsan yeddi manat on doqquz qəpik) manat əsas borc, 180.57 (yüz səksən manat əlli yeddi qəpik) manat gecikdirilmiş mükafat, 15 (on beş) manat dəbbə pulu, lizinq obyekti olan «Khazar SD” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 3511 (üç min beş yüz on bir) manat olmaqla, ümumilikdə 3903,76 (üç min doqquz yüz üç manat yetmiş altı qəpik) manat pul və ödənilmiş 63.47 (altmış üç manat qırx yeddi qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 197.19 (yüz doxsan yeddi manat on doqquz qəpik) manat əsas borc, 180.57 (yüz səksən manat əlli yeddi qəpik) manat gecikdirilmiş mükafat, 15 (on beş) manat dəbbə pulu, lizinq obyekti olan «Khazar SD” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 3511 (üç min beş yüz on bir) manat olmaqla, ümumilikdə 3903,76 (üç min doqquz yüz üç manat yetmiş altı qəpik) manat pul və ödənilmiş 63.47 (altmış üç manat qırx yeddi qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-1625/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1625/2024
28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver