Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1648/2024 18.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 209,40 (iki yüz doqquz manat qırx qəpik) manat əsas borc, 62,80 (altmış iki manat səksən qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 272,20 (iki yüz yetmiş iki manat iyirmi qəpik) manat borc, xx.xx.2023-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 2714,90 (iki min yeddi yüz on dörd manat doxsan qəpik) manat əsas borc, 814,40 (səkkiz yüz on dörd manat qırx qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 3529,30 (üç min beş yüz iyirmi doqquz manat otuz qəpik) manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 199,90 (bir yüz doxsan doqquz manat doxsan qəpik) manat əsas borc, 59,90 (əlli doqquz manat doxsan qəpik) manat cərimə borcu, olmaqla ümumilikdə 259,80 (iki yüz əlli doqquz manat səksən qəpik) manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 299,90 (iki yüz doxsan doqquz manat doxsan qəpik) manat əsas borc, 89,90 (səksən doqquz manat doxsan qəpik) manat cərimə borcu, olmaqla 389,80 (üç yüz səksən doqquz manat səksən qəpik) manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 129,80 (bir yüz iyirmi doqquz manat səksən qəpik) manat əsas borc, 38,90 (otuz səkkiz manat doxsan qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 168,70 (bir yüz altmış səkkiz manat yetmiş qəpik) manat borcu olmaqla ümumilikdə beş müqavilə üzrə 3553,90 (üç min beş yüz əlli üç manat doxsan qəpik) manat əsas borc, 1065,90 (bir min altmış beş manat doxsan qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 4619,80 (dörd min altı yüz on doqquz manat səksən qəpik) manat borcun və 66,20 (altmış iki manat iyirmi qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verldikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, məhkəmə bildirişi xx.xx.2024-cü il tarixində Cavabdeh elektron kabinetinə yerləşdirilmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 445, 468, 741-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, məhkəmə araşdırmasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilələrinə əsasən, müqavilə qiyməti 649,40 (altı yüz qırx doqquz manat qırx qəpik) olan “Honor“ markalı mobil telefonu ilkin ödəniş etmədən,12 ay müddətinə hər ay 55 (əlli beş) manat, xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilələrinə əsasən, müqavilə qiyməti 3709,90 (üç min yeddi yüz doqqquz manat doxsan qəpik) olan “Apple markalı notebook” üçün ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 207 (iki yüz yeddi) manat, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilələrinə əsasən, müqavilə qiyməti 615,90 (altı yüz on beş manat doxsan qəpik) olan ”Samsung” markalı mobil telefonu ilkin ödəniş etmədən 12 ay müddətinə hər ay 52 (əlli iki) manat, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilələrinə əsasən, müqavilə qiyməti 899,90 (səkkiz yüz doxsan doqquz manat doxsan qəpik) olan “Gree” markalı kondisioner üçün ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 50 (əlli) manat, xx.xx.2022-ci il tarixli № ********* saylı saylı müddətli (nisyə) alqı-satqı müqavilələrinə əsasən, müqavilə qiyməti 789,9 (yeddi yüz səksən doqquz manat doxsan qəpik) olan elektrik sobası üçün ilkin ödəniş etmədən 12 ay müddətinə hər ay 66 (altmış altı) manat pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrinin şərtlərini pozaraq, ümumilikdə beş müqavilə üzrə 3553,90 (üç min beş yüz əlli üç manat doxsan qəpik) manat əsas borc borcu qaytarmamışdır. Nəticədə Cavabdeh ümumilikdə beş müqavilə üzrə 3553,9 0(üç min beş yüz əlli üç manat doxsan qəpik) manat əsas borc, 1065,90 (bir min altmış beş manat doxsan qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 4619,80 (dörd min altı yüz on doqquz manat səksən qəpik) manat borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 209,40 (iki yüz doqquz manat qırx qəpik) manat əsas borc, 62,80 (altmış iki manat səksən qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 272,2 (iki yüz yetmiş iki manat iyirmi qəpik) manat borc, xx.xx.2023-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 2714,90 (iki min yeddi yüz on dörd manat doxsan qəpik) manat əsas borc, 814,40 (səkkiz yüz on dörd manat qırx qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 3529,3 (üç min beş yüz iyirmi doqquz manat otuz qəpik) manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 199,90 (bir yüz doxsan doqquz manat doxsan qəpik) manat əsas borc, 59,90 (əlli doqquz manat doxsan qəpik) manat cərimə borcu, olmaqla ümumilikdə 259,80 (iki yüz əlli doqquz manat səksən qəpik) manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 299,90 (iki yüz doxsan doqquz manat doxsan qəpik) manat əsas borc, 89,90 (səksən doqquz manat doxsan qəpik) manat cərimə borcu, olmaqla 389,80 (üç yüz səksən doqquz manat səksən qəpik) manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 129,80 (bir yüz iyirmi doqquz manat səksən qəpik) manat əsas borc, 38,90 (otuz səkkiz manat doxsan qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 168,70 (bir yüz altmış səkkiz manat yetmiş qəpik) manat borcu olmaqla ümumilikdə beş müqavilə üzrə 3553,90 (üç min beş yüz əlli üç manat doxsan qəpik) manat əsas borc, 1065,90 (bir min altmış beş manat doxsan qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 4619,80 (dörd min altı yüz on doqquz manat səksən qəpik) manat borcun və 66,20 (altmış iki manat iyirmi qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 209,40 (iki yüz doqquz manat qırx qəpik) manat əsas borc, 62,80 (altmış iki manat səksən qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 272,20 (iki yüz yetmiş iki manat iyirmi qəpik) manat borc, xx.xx.2023-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 2714,90 (iki min yeddi yüz on dörd manat doxsan qəpik) manat əsas borc, 814,40 (səkkiz yüz on dörd manat qırx qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 3529,30 (üç min beş yüz iyirmi doqquz manat otuz qəpik) manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 199,90 (bir yüz doxsan doqquz manat doxsan qəpik) manat əsas borc, 59,90 (əlli doqquz manat doxsan qəpik) manat cərimə borcu, olmaqla ümumilikdə 259,80 (iki yüz əlli doqquz manat səksən qəpik) manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 299,90 (iki yüz doxsan doqquz manat doxsan qəpik) manat əsas borc, 89,90 (səksən doqquz manat doxsan qəpik) manat cərimə borcu, olmaqla 389,80 (üç yüz səksən doqquz manat səksən qəpik) manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 129,80 (bir yüz iyirmi doqquz manat səksən qəpik) manat əsas borc, 38,90 (otuz səkkiz manat doxsan qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 168,70 (bir yüz altmış səkkiz manat yetmiş qəpik) manat borcu olmaqla ümumilikdə beş müqavilə üzrə 3553,90 (üç min beş yüz əlli üç manat doxsan qəpik) manat əsas borc, 1065,90 (bir min altmış beş manat doxsan qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 4619,80 (dörd min altı yüz on doqquz manat səksən qəpik) manat borcun və 66,20 (altmış iki manat iyirmi qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-1648/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1648/2024
18.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver