Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1666/2024 02.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən HP markalı notebooka görə 2448,59 (iki min dörd yüz qırx səkkiz manat əlli doqquz qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilənin şərtləri pozularaq xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 140 (yüz qırx) manat ödəniş etmiş və qalıq əsas 1623,30 (min altı yüz iyirmi üç manat otuz qəpik) manat əsas, 243,40 (iki yüz qırx üç manat qırx qəpik) manat miqdarında cərimə borcu yaranmışdır. Həmçinin, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ********* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən İphone markalı mobil telefona görə 2059,98 (iki min əlli doqquz manat doxsan səkkiz qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilənin şərtləri pozularaq xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 189,50 (yüz səksən doqquz manat əlli qəpik) manat ödəniş etmiş və qalıq əsas 192,30 (yüz doxsan iki manat otuz qəpik) manat əsas, 28,80 (iyirmi səkkiz manat səksən qəpik) manat miqdarında cərimə borcu yaranmışdır. Göstərilənlərə əsasən, xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə 1623,30 (min altı yüz iyirmi üç manat otuz qəpik) manat əsas, 243,40 (iki yüz qırx üç manat qırx qəpik) manat miqdarında cərimə məbləği, xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 192,30 (yüz doxsan iki manat otuz qəpik) manat əsas, 28,80 (iyirmi səkkiz manat səksən qəpik) manat miqdarında cərimə məbləği və ödənilmiş 40,80 (qırx manat səksən qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli ********* nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı HP markalı notebooku Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində 18 ay müddətinə, hər ay 137 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli ********* nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı İphone markalı mobil telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində 12 ay müddətinə, hər ay 172 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə 1623,30 (min altı yüz iyirmi üç manat otuz qəpik) manat əsas, 243,40 (iki yüz qırx üç manat qırx qəpik) manat miqdarında cərimə, xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 192,30 (yüz doxsan iki manat otuz qəpik) manat əsas, 28,80 (iyirmi səkkiz manat səksən qəpik) manat miqdarında cərimə borcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh ünvanladığı bildirişdən görünür ki, sonuncuya borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən HP markalı notebooka görə 2448,59 (iki min dörd yüz qırx səkkiz manat əlli doqquz qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilənin şərtləri pozularaq xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 140 (yüz qırx) manat ödəniş etmiş və qalıq əsas 1623,30 (min altı yüz iyirmi üç manat otuz qəpik) manat əsas, 243,40 (iki yüz qırx üç manat qırx qəpik) manat miqdarında cərimə borcu miqdarında cərimə borcu yaranmışdır. Həmçinin, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ********* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən İphone markalı mobil telefona görə 2059,98 (iki min əlli doqquz manat doxsan səkkiz qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilənin şərtləri pozularaq xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə sonuncu dəfə xx.xx.2023cü il tarixdə 189,50 (yüz səksən doqquz manat əlli qəpik) manat ödəniş etmiş və qalıq əsas 192,30 (yüz doxsan iki manat otuz qəpik) manat əsas, 28,80 (iyirmi səkkiz manat səksən qəpik) manat miqdarında cərimə borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cərimə öhdəliyinə münasibətdə), 467 (cərimə borcunun azaldılmasına münasibətdə) və 600.4-cü (əsas öhdəliyə münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, alıcı Cavabdeh satıcı ilə bağladığı yuxarıda qeyd olunan nisyə alqı-satqı müqavilələri üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə MM-in 467-ci maddəsinə əsasən, xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə cərimə pulunu 243,40 manat məbləğində deyil, 160 (yüz altmış) manat (əsas öhdəliyin 10%-ə qədər həddində) məbləğində tutmağı məqsədə müvafiq hesab edir. xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə cərimə pulunu 28,80 manat məbləğində deyil, 15 (on beş) manat (əsas öhdəliyin 10%-ə qədər həddində) məbləğində tutmağı məqsədə müvafiq hesab edir. Belə ki, iddia tələbində qeyd olunan məbləğlərdə cərimə pulunun tutulması əsaslı, qanuni və ədalətli hesab edilə bilməz. Cərimə pulunun aşağı məbləğdə müəyyən edilməsi bazar iqtisadiyyatının təşviq edilməsi, mövcud iqtisadi şərtlər, biznes maraqları nəzərə alınmaqla iddiaçı nöqteyinəzərdən, cərimə pulunun yuxarı məbləğdə müəyyən edilməsi cavabdeh nöqteyinəzərdən məqsədə müvafiq hesab edilmir. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış nisyə alqısatqı müqavilələrinin şərtləri və MM-in 462 (cəriməyə münasibətdə), 467 (cərimə borcunun azaldılmasına münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 40,80 (qırx manat səksən qəpik) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli ********* nömrəli müqaviləyə əsasən 1623,30 (min altı yüz iyirmi üç manat otuz qəpik) manat əsas, 160 (yüz altmış) manat miqdarında cərimə borcu, xx.xx.2023-cü il tarixli ********* nömrəli müqaviləyə əsasən 192,30 (yüz doxsan iki manat otuz qəpik) manat əsas, 15 (on beş) manat miqdarında cərimə borcu olmaqla ümumilikdə 1990,60 (min doqquz yüz doxsan manat altmış qəpik) manat miqdarında pul və 40,80 (qırx manat səksən qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli ********* nömrəli müqaviləyə əsasən 1623,30 (min altı yüz iyirmi üç manat otuz qəpik) manat əsas, 160 (yüz altmış) manat miqdarında cərimə borcu, xx.xx.2023-cü il tarixli ********* nömrəli müqaviləyə əsasən 192,30 (yüz doxsan iki manat otuz qəpik) manat əsas, 15 (on beş) manat miqdarında cərimə borcu olmaqla ümumilikdə 1990,60 (min doqquz yüz doxsan manat altmış qəpik) manat miqdarında pul və 40,80 (qırx manat səksən qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-1666/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1666/2024
02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver