Məhkəmə qərarları › İş №e-2(004)-1668/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1668/2023

09.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1668/2023 09.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X16 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddiası; Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X16 Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə onun arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa edilmiş 1 nömrəli binanın 20-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,3 kv.m olan 3 otaqlı mənzilin ona təhvil verilməsi və mənzildə onun təmir-tikinti işlərinin aparılmasına şərait yaradılması öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X28 Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə onun arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa edilmiş 1 nömrəli binanın 20-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,3 kv.m olan 3 otaqlı mənzilin ona təhvil verilməsi, mənzilin onun istifadəsinə və sahibliyinə verilməsi, mənzildə onun təmir-tikinti və əlavə tikili işlərinin aparılmasına şərait yaradılması, bağlanmış müqavilə üzrə öhdəliyin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən satıcı Cavabdeh MMC Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 3 otaqlı mənzili alıcı İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Alıcı İddiaçı mənzilin dəyərini tam ödəmişdir. Lakin Cavabdeh MMC öhdəliyini yerinə yetirmədiyinə görə, İddiaçı Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin və Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin təhvil verilməsini tələb etmişdir. Həmin vaxt cinayət işinin istintaqı aparıldığına görə İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə vermiş və Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin təhvil verilməsinə dair iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Digər mənzilin təhvil verilməsinə dair ərizəsinə baxılmış və Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin İddiaçı təhvil verilməsi barədə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi mövcuddur. Qətnamə icra edilmiş və Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 3 otaqlı 151 nömrəli mənzil İddiaçı təhvil verilmişdir. Hazırda cinayət işinin istintaqı başa çatmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə İddiaçı və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən satıcı Cavabdeh MMC-nin Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin alıcı İddiaçı qanuni əsaslarla satıldığı təsdiq edilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd edir ki, İddiaçı və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən satıcı Cavabdeh MMC Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzili alıcı İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Alıcı İddiaçı müqavilənin şərtinə əsasən mənzilin 1 kv.m üçün 450 manat olmaqla, cəmi 43.335 manat pulu xx.xx.2013-cü il tarixdə tam şəkildə Cavabdeh MMC-yə ödəmişdir. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, mənzilə görə ödəməli olduğu 43.335 manat pulu Cavabdeh MMC-yə tam ödəmişdir. Cavabdeh MMC-nin verdiyi xx.xx.2013-cü il tarixli 124 nömrəli maliyyə arayışı ilə təsdiq edilir ki, İddiaçı Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzili üçün Cavabdeh MMC-yə borcu yoxdur. Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, mənzili iddiaçının mülkiyyətinə təhvil verməmişdir. Bununla bağlı dəfələrlə müraciət olunsa da, indiyədək heç bir nəticəsi olmamışdır. İddiaçı xx.xx.2013-cü il tarixli müqavilənin şərtlərini yerinə yetirib, mənzilin pay dəyərini 43.335 manat pulu tam olaraq xx.xx.2013-cü il tarixdə Cavabdeh MMC-yə ödədiyi vaxtdan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzilinə sahiblik və istifadə hüquqlarını əldə etmişdir. Cavabdeh mənzili iddiaçıya təhvil verməməklə, iddiaçının həmin mənzil üzərindəki hüquqlarını pozur. Hesab edir ki, mənzil iddiaçının faktiki istifadəsinə və sahibliyinə verilməli, mənzildə iddiaçı tərəfindən təmir-tikinti işlərinin aparılmasına şərait yaradılması öhdəliyi cavabdehin öhdəsinə qoyulmalıdır. İddiaçı xx.xx.2013-cü il tarixli müqaviləyə və xx.xx.2013-cü il tarixli 124 nömrəli maliyyə arayışına əsasən, dəyərini tam ödəməklə əldə etdiyi Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzilinə dair Cavabdeh MMC ilə X13 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış müqavilə, həmçinin Cavabdeh MMC ilə X28 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə etibarsız əqdlərdir. Çünki, Cavabdeh MMC-nin İddiaçı xx.xx.2013-cü il tarixdən məxsus olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzili başqa şəxsə satmağa səlahiyyəti olmamışdır. Bu səbəbdən hesab edir ki, mənzil ilk sahibi olan İddiaçı təhvil verilməli, X16 iddiası rədd edilməlidir. 2015-ci ildə İddiaçı məlum olmuşdur ki, İddiaçı xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən, İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzili Cavabdeh MMC tərəfindən X15 adlı şəxsə qanunsuz olaraq satılmış və xx.xx.2014-cü il tarixdə X9 bacısı X5 adına müqavilə bağlanıb. İddiaçı şikayəti əsasında 2015-ci ildə Azərbaycan Respublikası Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cavabdeh MMC-nin vəzifəli şəxsəri barədə cinayət işi başlanmışdır. İstintaq və məhkəmə zamanı İddiaçı məxsus olan mənzilin qanunsuz olaraq başqa şəxslərə satılması təsdiq edildi. Sonradan həmin mənzili Rəşad Şirəliyev X2. Cavabdeh MMC ilə X16 arasında xx.xx.2016-cı il tarixli müqavilə bağlanmışdır. X28 mənzildə təmir aparmaq istəyən zaman İddiaçı qaynatası Nümayəndə mənzilin İddiaçı məxsus olduğunu Turala bildirmiş və təmiri dayandırmağı tələb etmişdir. Bundan sonra Tural təmiri dayandırmışdır. Hesab edir ki, İddiaçı pozulmuş hüquqları bərpa edilməlidir. Mənzilin qanuni əsaslarla ilk olaraq xx.xx.2013-cü il tarixdə İddiaçı satılması Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-59/2023 nömrəli hökmü ilə təsdiq edilir. Odur ki, İddiaçı iddia tələbinin təmin edilməsini, X16 iddiasının rədd edilməsini xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X28 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Cavabdeh MMC ilə X13 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzili X10 məxsus olmuşdur. O, həmin mənzili X5 qardaşı X6 45.000 manata almışdır, 1.000 manat gecikməyə görə dəbbə pulu ödəmişdir. O, mənzilin alınması üçün pulu X11 ödəmişdir. Bundan sonra həmin mənzilə dair Cavabdeh MMC ilə onun arasında xx.xx.2016-cı il tarixli müqavilə bağlanmışdır. Müqaviləni Cavabdeh MMC-nin adından Maksim Zeynalov imzalamışdır. xx.xx.2017-ci il tarixdə ona borcun olmamasına dair maliyyə arayışı verilmişdir. O, mənzili alarkən mənzilin başqa şəxsə məxsus olmasını bilməmişdir. 2018-ci ildə Cavabdeh MMC-nin keçmiş təsisçisi Maksim Zeynalov ona zəng edərək, ona satılmış mənzillə bağlı məhkəmə mübahisəsi olduğunu bildirmişdir. O, Bakı şəhəri Yasamal rayon Məhkəməsinə gəlmiş və hakim Təhminə Xəlilovanın sədrliyi ilə baxılan İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki işdə üçüncü şəxs kimi iştirak etmişdir. Həmin vaxt İddiaçı Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzili və Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin təhvil verilməsini tələb edirdi. Sonradan İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə vermiş və Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin təhvil verilməsinə dair iddia ərizəsi məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. Digər Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 3 otaqlı mənzil isə məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı təhvil verilmişdir. Cavabdeh MMC-nin təsisçiləri Maksim Zeynalov və Şahid ona bildirmişlər ki, onlar Nümayəndə 2 ədəd qaraj verməklə mübahisəni həll edəcəklər, o, mənzildə təmir edə bilər. O, bundan sonra mənzili təmir etmək üçün inşaat materialları almış və mənzilə yığmışdır. İddiaçı nümayəndəsi Nümayəndə ona mənzildə təmiri dayandırmağı və məhkəməyə müraciət edəcəyini bildirmişdir. O, Nümayəndə xahişini nəzərə alaraq mübahisə olduğuna görə təmir dayandırmışdır. Ona satılmış mənzil 2008-ci ildə Mehriban adlı şəxsin adına olmuş, daha sonra xx.xx.2014-cü ildə X5 adına keçirilmişdir. xx.xx.2016-cı ildə isə X5 qardaşı Rəşad Şirəliyev həmin mənzili 45.000 manat ona satmışdır. Cinayət işinə baxılan zaman Mehribanın adına olan müqaviləyə qiymət verilməmişdir. Cavabdeh MMC tərəfindən ona bildirilmişdir ki, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı 150 nömrəli mənzilinə dair İddiaçı adına maliyyə arayışı yoxdur. Bu səbəbdən o, polisə şikayət etmiş və araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı adına həmin mənzilə dair maliyyə arayışı vardır. Hesab edir ki, o, qanuni əsaslarla mənzili əldə etmişdir. Bu səbəbdən Cavabdeh MMC tərəfindən mənzil ona təhvil verilməlidir. Odur ki, onun iddia tələbinin təmin edilməsini, İddiaçı iddiasının rədd edilməsini xahiş etdi. Cavabdeh MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X10 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə və AZEMİS vasitəsi ilə SMS bildirişi göndərilməklə məlumat verilmişdir, lakin cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Şahid məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Cavabdeh MMC-ni 2007-ci ilin aprel ayında təsis etmişdir. 2007-ci ilin avqust ayında X29 və X17 hər birinə 20 payı satmışdır. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə Cavabdeh MMC-yə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda 2 ədəd 22 girişli 22 mərtəbəli bina tikməyə icazə verilmişdir. Onlar binanın inşasına başlamışlar və 1-ci binanın 9 mərtəbəsini inşa etmişlər. 72 mənzil tikilmişdi. xx.xx.2008-ci ildə X24 Cavabdeh MMC-yə direktor təyin etmişdir və həmin gün möhürü Elnur Məmmədova təhvil vermişdir. 2008-ci ilin sentyabr ayında digər təsisçi X34 ilə ayrılmışlar. Aralarındakı razılaşmaya əsasən o, ikinci binanı tikməyi öz öhdəsinə götürmüşdür. 1-ci binadakı mənzilləri şifahi razılıq əsasında o, Məzahir, Qədir, Aqil hər birinə 6 mənzil götürmüşlər. Sonra o, X18 ilə şərikli olan topaq sahəsini satmış və 2 nömrəli binanı tikməyə başlamışdır. Bu zaman Rövşən torpaq sahəsini ucuz satmasını bildirmiş və ona bir mənzil hədiyyə etməyi xahiş etmişdir. O, Rövşənlə razılaşmış və Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı 150 nömrəli mənzilə dair Rövşənin bacısı X4 adına xx.xx.2008-ci il tarixli müqavilə yazmış və Cavabdeh MMC-nin direktoru Elnur Məmmədovun əvəzindən imza etməklə möhür vurmuşdur. O, 2008-ci ilin sentyabr ayında 1 nömrəli binadakı payını götürüb faktiki ayrılsa da, möhürü yenidən Elnurdan geri almışdır. Həmin vaxt 62 mənzil satılmışdı. Aralarındakı razılaşmaya əsasən 1 nömrəli binada mənzil satılanda Elnur Məmmədov direktor kimi müqaviləni imzaladıqdan sonra ona verməli idi, o, müaviləni nömrəliməli və qeydiyyata alaraq möhür vurmalı idi. 2 nömrəli binadakı mənzillərlə qarışdırılmasın deyə, möhürü özündə saxlamışdır. 1 nömrəli binanın hər mərtəbəsində 2 ədəd 50 kv.m, 2 ədəd 91,4 kv.m, 2 ədəd 96,3 kv.m və 2 ədəd 102,4 kv.m-dən ibarət olmaqla, cəmi 8 mənzil olmuşdur. Rövşən Ukraynada yaşayırdı və ABŞ-a köçməsi ilə bağlı mənzilini satmağı ondan xahiş etmişdir. O, həmin mənzili X11 44.500 manata satmışdır və Rəşadın təklifi ilə mənzili bacısı X5 adına xx.xx.2014-cü il tarixli müqavilə yazmış və Cavabdeh MMC-nin direktoru Elnur Məmmədovun əvəzindən imza etməklə möhür vurmuşdur. 2019-cu ildə öyrənmişdir ki, həmin mənzil 2 nəfərə satılıb. Korrupsiyaya qarşı Mübarizə İdarəsində Əmirmətov Turalı görmüş və Ruhanənin həmin mənzili Turala satdığını öyrənmişdir. İstintaq zamanı o, Mehribanın adına olan müqaviləni tapa bilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsində Cavabdeh MMC-nin rəhbərlərinin və onun barəsində olan cinayət işinə baxılan zaman Rəsulova Mehribanın adına yazdığı müqavilənin surəti tapmış və aparıb məhkəməyə vermişdir. O, mənzili Rəşada satmışdır, Turalı tanımır. O, 2008-ci ildə Cavabdeh MMC-dən ayrılan zaman 1 nömrəli binadakı öz payını Maksim Zeynalova satmışdır. Maksim Zeynalovun xx.xx.2016-cı il tarixli müqaviləni imzalamağa səlahiyyəti yox idi. Elnur Məmmədov 2008-2019-cu illərdə Cavabdeh MMC-nin direktoru və qanuni təmsilçisi olub. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, İddiaçı iddiası təmin edilməli, X16 iddiası rədd edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin mübahisəsiz hallarından və rəsmi sənədlərdən göründüyü kimi, İddiaçı və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən satıcı Cavabdeh MMC Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzili alıcı İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Alıcı İddiaçı xx.xx.2013-cü il tarixli müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, mənzilin 1 kv.m üçün razılaşdırılmış 450 manat olmaqla, cəmi 43.335 manat pulu xx.xx.2013-cü il tarixdə tam şəkildə Cavabdeh MMC-yə ödəmişdir. Müqaviləni Cavabdeh MMC-nin direktoru Elnur Məmmədov və İddiaçı imlamışlar və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsini icra edən Asim Yusifov tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli könüllü təqdim edilmiş sənədlərin götürülməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsini icra edən Asim Yusifovun ********* nömrəli cinayət işi üzrə xx.xx.2018-ci il tarixli qərarına əsasən Nümayəndə könüllü təqdim etdiyi, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzilinin və həmin ünvanda yerləşənn 102,4 kv.m ölçülü mənzilin İddiaçı adına rəsmiləşdirilməsinə dair sonuncu ilə Cavabdeh MMC-nin direktoru X21 arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilələrin əsli, həmçinin 96,3 kv.metrlik mənzilə görə İddiaçı şirkətə borcunun olmaması barədə xx.xx.2013-cü il tarixli 124 nömrəli maliyyə arayışının əsli götürülərək protokola əlavə edilmişdir (cinayət işi cild 02, i.v. 107-112a). İddiaçı və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin və xx.xx.2013-cü il tarixli 124 nömrəli maliyyə arayışının əslləri Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-59/2023 nömrəli cinayət işinin materiallarına tikilmişdir (cild 01, i.v. 107-112). Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-59/2023 nömrəli hökmü ilə müəyyən edilmişdir ki, cinayət işinin materiallarında olan xx.xx.2013-cü il tarixli müqavilədən, eyni tarixli 124 nömrəli maliyyə arayışından görünür ki, Bakı şəhəri Yeni Yasamal yaşayış massivi ünvanda inşa edilən 1 saylı yaşayış binasının 20-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,3 kv.metrdən ibarət olan üç otaqlı mənzil dəyəri ödənilməklə İddiaçı adına rəsmiləşdirilmişdir (cinayət işi cild 01, i.v. 107-112). Cavabdeh MMC-nin təsisçiləri və vəzifəli şəxsləri olmuş X25 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1, 311.3.2, 313 və 320.1-ci, X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 311.2 və 313-cü, Şahid Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 29,178.2.3, 29,178.2.4, 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 308.2, 311.3.2 və 313-cü, X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,308.1, 32.5,313 və 320.1-ci maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)- 59/2023 nömrəli hökmü ilə müəyyən edilmişdir ki, qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli və külli miqdarda ziyan vurmaqla vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, İddiaçı və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə və xx.xx.2013-cü il tarixli 124 nömrəli maliyyə arayışı əsasında Nümayəndə satılaraq, sonuncunun gəlini İddiaçı adına onun imzası və Cəmiyyətin möhürü ilə təsdiq edilmiş müqavilə tərtib olunmaqla rəsmiləşdirdiyini bildiyi, mənzilin dəyəri Cəmiyyətə tam ödənildiyi halda, həmin mərtəbədə 96,3 m2 ölçülü bir ədəd 150 nömrəli mənzilin əvvəldən heç kəsə satılmamasını və digər hər hansı bir sahibinin olmamasını, mənzil almaq üçün 2014-cü iin yanvar ayının əvvəllərində Şahid müraciət edən X11 yalandan bildirib, həmin mənzili ona 44.500 manata sata biləcəyini Maksim Zeynalovla və Şahidlə birlikdə Bakı şəhəri Nərimanov rayonu M.Araz 130B ünvanda yerləşən «Avesta Konserni»ndəki ofisdə aldatmaqla deyib, inandırmaq üçün Maksim Zeynalovla və Şahidlə birlikdə məzmununa həmin ofisdə tamah niyyəti ilə bilə-bilə mənzilin xx.xx.2014-cü il tarixdə guya Rəşad Şirəliyevin bacısı X1 dair bilə-bilə yalan məlumat daxil etməklə özünün adından eyni tarixli 10/01/14 nömrəli müqaviləni və mənzilin dəyərinin ödənilməsinə dair eyni tarixli və nömrəli maliyyə arayışı hazırlayıb həmin sənədlərin mətnində olan «direktor: Məmmədov E.A» və «Meqa-Siti Holdinq MMC-nin direktoru: E.A.Məmmədov» qrafalarının qarşısında Şahid imzalamaqla Cəmiyyətin dairəvi möhürü ilə təsdiq etdikdən sonra Rəşad Şirəliyevə həmin saxta rəsmi sənədləri təqdim edib, mənzilin satılması adı ilə ondan Şahidlə və Maksim Zeynalovla birlikdə Nərimanov rayonu, M.Araz 130B ünvanda yerləşən «Avesta Konserni»ndəki ofisdə həmin gün saat 11 radələrində 44.500 manat pul vəsaitini alıb, Maksim Zeynalovla və Şahidlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Rəşad Şirəliyevə məxsus cəmi 44.500 manat pul vəsaitini ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq, Maksim Zeynalovla və Şahidlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə saxtakarlığı edib, daha sonra, cinayətdən xəbərsiz olan X15 tərəfindən mənzilin X20 45.000 manata satılmasına şərait yaradaraq, tamah niyyəti ilə mənzilin guya xx.xx.2016-cı ildə Tural Əmirmətova satılmasına dair Maksim Zeynalovla və Şahidlə birlikdə məzmununa ünvan 5 ünvanda inşa edilən bir girişli, iyirmi bir mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən ofisdə bilə-bilə yalan məlumat daxil etməklə eyni tarixli müqaviləni, mənzilin dəyərinin ödənilməsinə dair xx.xx.2017-ci il tarixli 09 nömrəli maliyyə arayışını və mənzildə təmir aparılmasına icazə verilməsi haqqında xx.xx.2018-ci il tarixli arayışı hazırlayıb həmin sənədlərin mətnində olan «Rəhbər: Zeynalov M.A.», «X41 MMC-nin Rəhbəri Zeynalov M» və «X41 MMC-nin Təsisçisi: Zeynalov M.A.» yazılarının qarşısında Maksim Zeynalov tərəfindən imza edilməklə Aqil Qədirovun və özünün istintaqla müəyyən edilməyən şəraitdə saxtalaşdırmaqla hazırladıqları qeyd edilən dairəvi möhürlə təsdiq edib, həmin saxta rəsmi sənədləri Maksim Zeynalovun vasitəsi ilə Tural Əmirmətova təqdim etməklə, sonuncuya məxsus 45.000 manat pul vəsaitinin xx.xx.2016-cı ildən xx.xx.2017-ci il tarixədək olan müddətdə Bakı şəhəri ərazisində üçüncü şəxs, yəni Rəşad Şirəliyevə ödənilməsinə nail olmaqla Maksim Zeynalovla və Şahidlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Tural Əmirmətova vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq, Maksim Zeynalovla və Şahidlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə saxtakarlığı edib, cinayət əməlini müəyyən müddət gizlətmək məqsədilə mənzili Tural Əmirmətova təhvil verib, Nümayəndə öz əmlakından sərbəst şəkildə birgə yaşayış qaydalarına uyğun istifadə ilə bağlı hüquqlarına və qanuni mənafelərinə Maksim Zeynalov və Şahidlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində ağır nəticələrə səbəb olan mühüm zərər vurub təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə cinayət törətmişlər. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqısatqı qaydaları tətbiq edilir. Mülki Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Cavabdeh MMC-nin verdiyi xx.xx.2013-cü il tarixli 124 nömrəli maliyyə arayışı ilə təsdiq edilir ki, İddiaçı Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzili üçün Cavabdeh MMC-yə borcu yoxdur. Arayışı Cavabdeh MMC-nin direktoru Elnur Məmmədov imlamışlar və Cavabdeh MMC-nin möhürü ilə təsdiq etmişdir. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçı xx.xx.2013-cü il tarixli müqavilə üzrə öhdəliyini tam yerinə yetirmiş Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin pay dəyərini Cavabdeh MMC-yə tam ödəmişdir, lakin Cavabdeh MMC müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, mənzili İddiaçı mülkiyyətinə təhvil verməmişdir. 2(004)-589/2018 nömrəli mülki iş üzrə qəbul edilmiş xx.xx.2018-ci il tarixli qətnamə və qərardaddan müəyyən edilir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanılmış xx.xx.2013-cü il tarixli müqavilələr üzrə cavabdeh tərəfindən Bakı şəhəri Yeni-Yasamal yaşayış massivi ünvanda inşa edilən 1 saylı yaşayış binasının 20-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96.3 kv.m ibarət olan 3 otaqlı mənzili və xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən iddiaçıya məxsus olan Bakı şəhəri Yeni Yasamal yaşayış massivi ünvanda inşa edilən 1 saylı yaşayış binasının 20-ci mərtəbəsində yerləşən ümumi sahəsi 102.4 kv.m ibarət olan 3 otaqlı mənzili onun istifadəsinə və sahibliyinə verilməsi, eyni zamanda həmin mənzillərdə tərəfindən təmir-tikinti və əlavə tikili işlərinin aparılmasına şəraitin yaradılması, həmin mənzilləri müqavilə üzrə ona təhvil verilməsi, bağlanmış müqavilə üzrə öhdəliyin icra edilməsinin mülki iş üzrə Cavabdeh MMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 2(004)-589/2018 nömrəli mülki işə baxılarkən iddiaçının nümayəndəsi Vəkil2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddianın qismən müdafiə edərək, iddianın 96,3 kv.m ibarət olan 3 otaqlı mənzilə dair hissəsində baxılmamış saxlanılmasını, 102.4 kv.m ibarət olan 3 otaqlı mənzil hissəsində isə təmin olunmasını xahiş etmişdir. Bu səbəbdən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)- 589/2018 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi Bakı şəhəri Yeni-Yasamal yaşayış massivi ünvanda inşa edilən 1 saylı yaşayış binasının 20-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,3 kv.m ibarət olan 3 otaqlı mənzilə dair hissəsində baxılmamış saxlanılmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-589/2018 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış 14 mart 2013-cü il tarixli müqaviləyə əsasən, Bakı şəhəri Yeni Yasamal yaşayış massivi ünvanda inşa edilən 1 saylı yaşayış binasının 20-ci mərtəbəsində yerləşən ümumi sahəsi 102.4 kv.m ibarət olan 3 otaqlı mənzilin İddiaçı qızna təhvil verilməsi vəzifəsi Cavabdeh MMC-yə həvalə edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icra edilmişdir. Bundan sonra İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə yenidən hazırkı iş üzrə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə onun arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa edilmiş 1 nömrəli binanın 20-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,3 kv.m olan 3 otaqlı mənzilin ona təhvil verilməsi və mənzildə onun təmir-tikinti işlərinin aparılmasına şərait yaradılması öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki Məcəllənin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi, həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Cavabdeh MMC ilə X13 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilədə göstərilir ki, Cavabdeh MMC Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzili alıcı X5 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqaviləni Cavabdeh MMC-nin direktoru Elnur Məmmədovun əvəzindən səlahiyyəti olmayan şəxs Şahid imzalamış və möhür vurmuşdur. Cavabdeh MMC ilə X28 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədə göstərilir ki, Cavabdeh MMC Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzili alıcı X16 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqaviləni Cavabdeh MMC-nin direktoru Elnur Məmmədovun əvəzindən səlahiyyəti olmayan şəxs Maksim Zeynalov imzalamış və möhür vurmuşdur. Məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.2013-cü il tarixli müqaviləyə və xx.xx.2013-cü il tarixli 124 nömrəli maliyyə arayışına əsasən, dəyərini tam ödəməklə əldə etdiyi Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzilinə dair Cavabdeh MMC ilə X13 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış müqavilə, həmçinin Cavabdeh MMC ilə X28 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə saxta olmaqla etibarsız əqdlərdir. Çünki, Cavabdeh MMC-nin xx.xx.2013-cü il tarixli müqaviləyə və xx.xx.2013-cü il tarixli 124 nömrəli maliyyə arayışına əsasən İddiaçı məxsus olan dəyə tam ödənilmiş Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzili başqa şəxsə satmağa səlahiyyəti olmamışdır. Cavabdeh MMC ilə X13 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış müqaviləni Cavabdeh MMC-nin direktoru Elnur Məmmədovun adından imzalamış Şahid müqavilə bağlamaq və imzalamaq səlahiyyəti olmamışdır. Cavabdeh MMC ilə X28 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləni Cavabdeh MMC-nin rəhbəri kimi imzalamış Maksim Zeynalovun Cavabdeh MMC-ni təmsil etmək, onun adından müqavilə bağlamaq və imzalamaq səlahiyyəti olmamışdır. xx.xx.2010-cu il tarixli çıxarışdan görünür ki, Cavabdeh MMC-nin (VÖEN **********) qanuni təmsilçisi X31 olmuşdur. Cavabdeh MMC ilə X13 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış müqavilə, həmçinin Cavabdeh MMC ilə X28 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə etibarsız əqdlər olmaqla, əhəmiyyətsiz əqlər hesab edilir. Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzilinin qanuni əsaslarla ilk olaraq xx.xx.2013-cü il tarixdə İddiaçı satılması, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa etdiyi 1 saylı yaşayış binasının 20-ci mərtəbəsindəki ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzilinə dair Cavabdeh MMC ilə X13 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin və Cavabdeh MMC ilə X28 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin saxta olması Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-59/2023 nömrəli hökmü ilə bir daha təsdiq edilmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “İnsan Hüquqlarının və X19 haqqında” Avropa Konvensiyasının 8.1-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və X19 haqqında” Avropa Konvesiyasının xx.xx.1952-ci il tarixli 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynalxalq hüququnun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir. Mülki Məcəllənin 5.3-cü maddəsində mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olmaları öz təsbitini tapmışdır. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün İddiaçı pay dəyərini tam ödədiyi mənzilin ona təhvil verilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Bu qənaətə gələrkən məhkəmə həm də nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək, ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X35rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı iddiası təmin edilməlidir, İddiaçı və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa edilmiş 1 nömrəli binanın 20-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,3 kv.m olan 3 otaqlı mənzilin İddiaçı təhvil verilməsi və mənzildə İddiaçı tərəfindən təmir-tikinti işlərinin aparılmasına şərait yaradılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X16 iddiası rədd edilməlidir. İş üzrə İddiaçı və X28 tərəfindən ödənilmiş dövlət rüsumları onların özlərinə aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə özdəliyin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilsin. İddiaçı və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa edilmiş 1 nömrəli binanın 20-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,3 kv.m olan 3 otaqlı mənzilin İddiaçı təhvil verilməsi və mənzildə İddiaçı tərəfindən təmir-tikinti işlərinin aparılmasına şərait yaradılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X16 Cavabdeh MMC-yə qarşı “X28 və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi ünvanda inşa edilmiş 1 nömrəli binanın 20-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,3 kv.m olan 3 otaqlı mənzilin X20 təhvil verilməsi, mənzilin X16 istifadəsinə və sahibliyinə verilməsi, mənzildə X28 tərəfindən təmir-tikinti və əlavə tikili işlərinin aparılmasına şərait yaradılması, bağlanmış müqavilə üzrə öhdəliyin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə İddiaçı və X28 tərəfindən ödənilmiş dövlət rüsumları onların özlərinə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar