Məhkəmə qərarları › İş №e-2(004)-1669/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1669/2025

05.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1669/2025 05.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyət Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsi olmaqla sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinə dair iş üzrə (açar sözlər: sənədin şəxsə məxsus olması faktı) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyət Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsi olmaqla sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X6, anası X2r.

2. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Ərizəçi göndərilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikas Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi arxiv fonunda mühafizə edilən 1929-cu ilə dair Bakı şəhəri Oktyabr (Yasamal) rayonu üzrə doğum haqqında qeydiyyat kitabında xx.xx.1929-cu ildə doğulan X3 təvəllüdü qeyd olunur. Atası: X7 milliyyəti türk, anası: X8 milliyyəti türk.

3. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir.

4. Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş texniki pasportdan görünür ki, Yasamal rayonu, 2-ci Yasamal, 178 nömrəli ev 1962-ci il sentyabr tarixli evlər idarəsi üzrə texniki inventarizasiyanın ev sahibliyinin kartoçkasına əsasən X4 məxsus olmuşdur.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən Ərizəçi göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X4 məxsus ünvan 1 ünvanda yerləşən evin ½ hissəsinin yerləşdiyi torpaq sahəsinə dair X3 hüquqlarını təsdiq edən sənəd təqdim edildiyi təqdirdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilər.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsinin Ərizəçi göndərilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1 fərdi yaşayış evinə dair tərtib edilmiş 1962-ci il tarixli texniki pasportda adı qeyd olunan X15 ilə aralarında qohumluq əlaqələrini təsdiq edən sənəd təqdim edildikdən sonra müvafiq sənədin surəti təqdim edilə bilər.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş texniki pasportdan görünür ki, pasporta 2-ci Yasamal, ev 178 ünvanı üzrə hüquq sahibin adı X5 qeyd olunmuşdur.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Arxivinin məhkəmə sorğusuna verilmiş cavabına əsasən X10 aid vətəndaşlıq vəziyyəti aktı barədə məlumat aşkar edilməmişdir.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

9. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsi olmaqla, ərizə, sonradan tələbin dəqiqləşdirməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 fərdi yaşayış evinə dair tərtib edilmiş 1962-ci il tarixli texniki pasportun xx.xx.1929-cu il tarixdə Bakı şəhərində doğulmuş və xx.xx.1997-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Ərizənin əsaslarına görə, Ərizəçi xx.xx.1961-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Ərizəçinin atası X6 xx.xx.1929-cu ildə Bakı şəhərində doğulmuşdur. Doğum tarixinə dair məlumatlar Dövlət Arxivində saxlanılır. Ərizəçinin atası X6 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. 1962-ci ilin sentyabr ayında X4 həmin dövrün qanunvericiliyinə və sənədləşmə qaydalarına əsasən mülkiyyətində olan evə və torpaq sahəsinə texniki pasport verilmişdir. Onlara məlum olmayan səbəbdən Bakı şəhəri Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsində saxlanılan texniki pasportda ərizəçinin atasının adı X5 qeyd olunmuşdur. Ərizəçi atasından qalmış və özünün istifadəsində olan torpaq sahəsini öz adına özəlləşdirmək qərarına gəlmişdir və vərəsəlik qaydasında mirası qəbul etmək üçün 3 Saylı “ASAN Xidmət” Mərkəzindəki Notariat ofisinə müraciət etmişdir. Notariat ofisi miras əmlaka dair öncə mərhumun adına hüquqmüəyyənedici sənədlərin (çıxarışın, texniki pasportun) təqdim olunmasını bildirmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsi imtina məktubu verərək bildirmişdir ki, texniki pasportda ərizəçinin mərhum atasının adı sənədlərlər arasında uyğunsuzluq mövcuddur. Ərizəçi atasının adının texniki pasportda səhv yazıldığını anlayır, həmin səhvin məhkəmədən kənar aradan qaldırılması mümkün olmadığı üçün xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

b) iddiaya qarşı etiraz

11. Ərizə tələbinə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştiakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili və nümayəndəsi ərizə ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etmişdir.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarı: “- 6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir; - 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) X1 dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər; - 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.”

Məhkəmə baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

17. Məhkəmə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir.

18. Ərizəçi ona məxsus hüquqmüəyyənedici sənədlərin alınmasının mümkün olmadığını bildirərək 1962-ci il tarixli texniki pasportun atası X4 məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir.

19. Məhkəmə tərəfindən iş materiallarında olan sübutlarla müəyyən edilmişdir ki, texniki pasporta göstərilən fərdi yaşayış evi ərizəçinin atasına məxsus olmuş, həmin evə ünvan 1 fərdi yaşayış evinə dair tərtib edilmiş 1962-ci il tarixli texniki pasportda ərizəçinin atası X3 adı əvəzinə yanlışlıqla X9 adı qeyd olunmuşdur.

20. Bunu təsdiq edən sübutlar Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş və həmin fərdi yaşayış evinin X4 məxsus olduğunu təsdiq edən texniki pasport, eyni zamanda Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsinin arxivində saxlanılan həmin evə dair texniki pasportda adı göstərilmiş X16 adlı şəxsin ümumiyyətlə mövcud olmaması, bu ad, soyad və ata adında şəxsə dair akt qeydinin aşkarlanmaması barədə X1 Arxivinin məlumatıdır.

21. Qeyd olunan sübutlar təsdiq edir ki, 178 nömrəli fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasport həqiqətən X4 məxsus olmuş, texniki pasportda onun adı yanlışlıqla X5 qeyd olunmuşdur.

22. Eyni zamanda sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş zəruri olan şərtlər də mövcuddur.

23. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, şəxsin texniki pasporta göstərilən adı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı ilə üst-üstə düşməmişdir. Texniki pasport hüquqmüəyyənedici sənəd olmaqla əmlaka dair hüquqları təsdiq edir və texniki pasportu verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılmasın (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir.

24. Beləliklə, ərizə təmin edilməli, ünvan 1 fərdi yaşayış evinə dair tərtib edilmiş 1962-ci il tarixli texniki pasportun xx.xx.1929-cu il tarixdə Bakı şəhərində doğulmuş və xx.xx.1997-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X4 məxsus olması faktı müəyyən edilməlidir.

25. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. ünvan 1 fərdi yaşayış evinə dair tərtib edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsinin arxivində saxlanılan 1962-ci il tarixli texniki pasportun 17 iyul 1929-cu il tarixdə Bakı şəhərində doğulmuş və 16 aprel 1997-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar