Məhkəmə qərarları › İş №e-2(004)-1679/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1679/2022

11.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1679/2022 11.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 28.11.2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********25001 olan Samsung Galaxy A41 markalı telefon üçün 660 (altı yüz altmış) manat ödənilməmiş hissə, 66 (altmış altı) manat cərimə; 21.11.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********75117 olan Samsung Galaxy A01 markalı telefon üçün 220,3 (iki yüz iyirmi manat otuz qəpik) manat ödənilməmiş hissə, 22,7 (iyirmi iki manat yetmiş qəpik) manat cərimə, 25.11.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********14641 olan BQ-3595 markalı telefon üçün 25 (iyirmi beş) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə, 05.06.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********81577 olan Samsung Galaxy A31 markalı telefon üçün 457 (dörd yüz əlli yeddi) manat ödənilməmiş hissə, 45 (qırx beş) manat cərimə, ümumilikdə 1498 manat borc, 34,98 manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 28.11.2020-ci il tarixli, 21.11.2020-ci il tarixli, 25.11.2020-ci il və 05.06.2020-ci il tarixli müqavilələrinə əsasən, İMEİ Kodu **********25001 olan Samsung Galaxy A41 markalı telefon, İMEİ Kodu **********75117 olan Samsung Galaxy A01 markalı telefon, İMEİ Kodu **********14641 olan BQ-3595 markalı telefon, İMEİ Kodu **********81577 olan Samsung Galaxy A31 markalı telefon almış və nəticədə 1498 (bir min dörd yüz doxsan səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 28.11.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 721 (yeddi yüz iyirmi bir) manat (12 ay x 57 manat + 37 manat ilkin ödəniş) İMEİ Kodu **********25001 olan Samsung Galaxy A41 markalı telefon üçün ümumilikdə, 726 (yeddi yüz iyirmi altı) manat olmaqla ondan, 660 (altı yüz altmış) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 66 (altmış altı) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 21.11.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 276 (iki yüz yetmiş altı) manat (9 ay x 30,7 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********75117 olan Samsung Galaxy A01 markalı telefon üçün ümumilikdə, 243 (iki yüz qırx üç) manat olmaqla ondan, 220,3 (iki yüz iyirmi manat otuz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 22,7 (iyirmi iki manat yetmiş qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 25.11.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 52 (əlli iki) manat (3 ay x 16 manat + 4 manat ilkin ödəniş) İMEİ Kodu **********14641 olan BQ-3595 markalı telefon üçün ümumilikdə, 27 (iyirmi yeddi) manat olmaqla ondan, 25 (iyirmi beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 2 (iki) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 05.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 775,8 (yeddi yüz yetmiş beş manat səksən qəpik) manat (18 ay x 43,1 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********81577 olan Samsung Galaxy A31 markalı telefon üçün ümumilikdə, 502 (beş yüz iki) manat olmaqla ondan, 457 (dörd yüz əlli yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 45 (qırx beş) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 462,8 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında 28.11.2020-ci il tarixdə ümumilikdə dəyəri 721 manat təşkil edən Samsung Galaxy A41 markalı telefonun, 21.11.2020-ci il tarixdə ümumilikdə dəyəri 276,3 manat təşkil edən Samsung Galaxy A01, 25.11.2020-ci il tarixdə ümumilikdə dəyəri 52 manat təşkil edən BQ-3595 markalı telefon, 05.06.2020-ci il tarixdə ümumilikdə dəyəri 775,8 manat təşkil edən Samsung Galaxy A31 markalı telefonun alqısatqısına dair müqavilələr bağlanılmışdır. Tərəflər arasında bağlanmış 28.11.2020-ci il tarixli, 22091091 nömrəli, 21.11.2020-ci il tarixli 22063603 nömrəli, 25.11.2020-ci il tarixli 22074093 nömrəli və 05.06.2020-ci il tarixli 20332486 nömrəli əlavə ödəniş cədvəllərinin 2 bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ 28.11.2020-ci il tarixli, 22091091 saylı müqavilə üzrə 66 manat, 21.11.2020-ci il tarixli, 22063603 saylı müqavilə üzrə 22,7 manat, 25.11.2020-ci il tarixli 22074093 saylı müqavilə üzrə 2 manat, 05.06.2020-ci il tarixli 20332486 saylı müqavilə üzrə 45 manat təşkil edir. 28.11.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 22091091 nömrəli alqı-satqı müqaviləsi üzrə Samsung Galaxy A41 markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. 21.11.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 22063603 nömrəli alqı-satqı müqaviləsi üzrə Samsung Galaxy A01 tam qüsursuz halda təhvil verilmişdir. 25.11.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 22074093 nömrəli alqı-satqı müqaviləsi üzrə BQ-3595 markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. 05.06.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 20332486 nömrəli alqı-satqı müqaviləsi üzrə Samsung Galaxy A31 tam qüsursuz halda təhvil verilmişdir. 24.01.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№8********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və 04.02.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu 28.11.2020-ci il tarixli, 22091091 nömrəli müqavilə üzrə cavabdehə 660 manat əsas borc, 66 manat cərimə borcu, cəmi 726 manat; 21.11.2020-ci il tarixli, 22063603 nömrəli müqavilə üzrə cavabdehə 220,3 manat əsas borc, 22,7 manat cərimə borcu, cəmi 243 manat; 25.11.2020-ci il tarixli, 22074093 nömrəli müqavilə üzrə cavabdehə 25 manat əsas borc, 2 manat cərimə borcu, cəmi 27 manat və 05.06.2020-ci il tarixli 20332486 nömrəli müqavilə üzrə cavabdehə 457 manat əsas borc, 45 manat cərimə borcu, cəmi 502 manat olmaqla, ümumilikdə 1498 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyaların ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, 28.11.2020-ci il tarixli, 22091091 nömrəli müqavilə üzrə 66 manat, 21.11.2020-ci il tarixli, 22063603 nömrəli müqavilə üzrə 22,7 manat, 25.11.2020-ci il tarixli, 22074093 nömrəli müqavilə üzrə 2 manat, 05.06.2020-ci il tarixli, 20332486 nömrəli müqavilə üzrə 45 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 28.11.2020-ci il tarixli, 22091091 nömrəli müqavilə əsasında əsas borc üzrə 660 manat, cərimə borcu üzrə 66 manat; 21.11.2020-ci il tarixli, 22074093 nömrəli müqavilə əsasında əsas borc üzrə 220,3 manat, cərimə borcu üzrə 22,7 manat; 25.11.2020-ci il l tarixli, 22074093 nömrəli müqavilə əsasında əsas borc üzrə 25 manat, cərimə borcu üzrə 2 manat və 05.06.2020-ci il tarixli 20332486 nömrəli müqavilə əsasında əsas borc üzrə 457 manat, cərimə borcu üzrə 45 manat olmaqla ümumilikdə hər dörd müqavilə üzrə 1498 manat borc və dövlət rüsumu kimi ödənilmiş 34,98 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 28.11.2020-ci il tarixli 22091091 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 660 (altı yüz altmış) manat, cərimə borcu üzrə 66 (altmış altı) manat; 21.11.2020-ci il tarixli 22063603 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 220,3 (iki yüz iyirmi manat otuz qəpik) manat, cərimə borcu üzrə 22,7 (iyirmi iki manat yetmiş qəpik) manat; 25.11.2020-ci il tarixli 22074093 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 25 (iyirmi beş) manat, cərimə borcu üzrə 2 (iki) manat və 05.06.2020-ci il tarixli 20332486 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 457 (dörd yüz əlli yeddi) manat, cərimə borcu üzrə 45 (qırx beş) manat olmaqla, cəmi 1498 manat (bir min dörd yüz doxsan səkkiz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 34,98 (otuz dörd manat doxsan səkkiz qəpik) manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar