Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1697/2024 15.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli 03471889 nömrəli, xx.xx.2023-cü il tarixli 02073321 nömrəli müqavilə bağlamaqla Samsung Galaxy A03 markalı mobil telefon, Samsung Galaxy A33 markalı telefon, Samsung Charger, Samsung Galaxy S23 markalı mobil telefon almış, ümumilikdə 2504 (iki min beş yüz dörd) manat öhdəliyi yaranmışdır. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli ******* nömrəli müqavilənin şərtləri pozularaq alqı-satqı qiyməti 409,68 (dörd yüz doqquz manat altmış səkkiz qəpik) manat olan Samsung Galaxy A03 markalı mobil telefon üçün ümumilikdə 28 (iyirmi səkkiz) manat olmaqla ondan, 25,85 (iyirmi beş manat səksən beş qəpik) manat ödənilməmiş hissə, 2.15 (iki manat on beş qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli 03471889 nömrəli müqavilənin şərtləri pozularaq alqı-satqı qiyməti 1125,18 (min yüz iyirmi beş manat on səkkiz qəpik) manat olan Samsung Galaxy A33 markalı mobil telefon, Samsung Charger üçün ümumilikdə 218 (iki yüz on səkkiz) manat olmaqla ondan, 198,62 (yüz doxsan səkkiz manat altmış iki qəpik) manat ödənilməmiş hissə, 19,38 (on doqquz manat otuz səkkiz qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 02073321 nömrəli müqavilənin şərtləri pozularaq alqı-satqı qiyməti 3078,36 (üç min yetmiş səkkiz manat otuz altı qəpik) manat olan Samsung Galaxy S23 markalı mobil telefon üçün ümumilikdə, 2258 (iki min iki yüz əlli səkkiz) manat olmaqla ondan, 2052,18 (iki min əlli iki manat on səkkiz qəpik) manat ödənilməmiş hissə, 205,82 (iki yüz beş manat səksən iki qəpik) manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2336,57 (iki min üç yüz otuz altı manat əlli yeddi qəpik) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, xx.xx.2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 409,68 (dörd yüz doqquz manat altmış səkkiz qəpik) manat olan Samsung Galaxy A03 markalı mobil telefon üçün ümumilikdə 28 (iyirmi səkkiz) manat olmaqla ondan, 25,85 (iyirmi beş manat səksən beş qəpik) manat ödənilməmiş hissə, 2.15 (iki manat on beş qəpik) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli 03471889 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 1125,18 (min yüz iyirmi beş manat on səkkiz qəpik) manat olan Samsung Galaxy A33 markalı mobil telefon, Samsung Charger üçün ümumilikdə 218 (iki yüz on səkkiz) manat olmaqla ondan, 198,62 (yüz doxsan səkkiz manat altmış iki qəpik) manat ödənilməmiş hissə, 19,38 (on doqquz manat otuz səkkiz qəpik) manat cərimə borcu xx.xx.2023-cü il tarixli 02073321 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 3078,36 (üç min yetmiş səkkiz manat otuz altı qəpik) manat olan Samsung Galaxy S23 markalı mobil telefon üçün ümumilikdə, 2258 (iki min iki yüz əlli səkkiz) manat olmaqla ondan, 2052,18 (iki min əlli iki manat on səkkiz qəpik) manat ödənilməmiş hissə, 205,82 (iki yüz beş manat səksən iki qəpik) cərimə borcu yaranmışdır. Ümumilikdə 2504 (iki min beş yüz dörd) manat borc və ödənilmiş 45,04 (qırx beş manat dörd qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli 03471889 nömrəli, xx.xx.2023-cü il tarixli 02073321 nömrəli müqavilələrdən görünür ki, Samsung Galaxy A03 markalı mobil telefon, Samsung Galaxy A33 markalı telefon, Samsung Charger, Samsung Galaxy S23 markalı mobil telefonu iddiaçı "xxxx" MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə cədvəlindən görünür ki, cavabdeh Abdullayeva Cavabdeh İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 409,68 (dörd yüz doqquz manat altmış səkkiz qəpik) manat olan Samsung Galaxy A03 markalı mobil telefon üçün ümumilikdə 28 (iyirmi səkkiz) manat olmaqla ondan, 25,85 (iyirmi beş manat səksən beş qəpik) manat ödənilməmiş hissə, 2.15 (iki manat on beş qəpik) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli 03471889 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 1125,18 (min yüz iyirmi beş manat on səkkiz qəpik) manat olan Samsung Galaxy A33 markalı mobil telefon, Samsung Charger üçün ümumilikdə 218 (iki yüz on səkkiz) manat olmaqla ondan, 198,62 (yüz doxsan səkkiz manat altmış iki qəpik) manat ödənilməmiş hissə, 19,38 (on doqquz manat otuz səkkiz qəpik) manat cərimə borcu, xx.xx.2023-cü il tarixli 02073321 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 3078,36 (üç min yetmiş səkkiz manat otuz altı qəpik) manat olan Samsung Galaxy S23 markalı mobil telefon üçün ümumilikdə, 2258 (iki min iki yüz əlli səkkiz) manat olmaqla ondan, 2052,18 (iki min əlli iki manat on səkkiz qəpik) manat ödənilməmiş hissə, 205,82 (iki yüz beş manat səksən iki qəpik) manat cərimə borcu yaranmışdır, ümumilikdə 2504 (iki min beş yüz dörd) manat borcu yaranmışdır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilməklə cavabdehə pul məbləğinin ödənilməsi təklif edilmiş, lakin, müsbət nəticə əldə olunmamışdır. Məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2022-ci il tarixli ******* nömrəli müqavilənin şərtləri pozularaq alqı-satqı qiyməti 409,68 (dörd yüz doqquz manat altmış səkkiz qəpik) manat olan Samsung Galaxy A03 markalı mobil telefon üçün ümumilikdə 28 (iyirmi səkkiz) manat olmaqla ondan, 25,85 (iyirmi beş manat səksən beş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 2.15 (iki manat on beş qəpik) cərimə borcu yaranmışdır. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli 03471889 nömrəli müqavilənin şərtləri pozularaq alqı-satqı qiyməti 1125,18 (min yüz iyirmi beş manat on səkkiz qəpik) manat olan Samsung Galaxy A33 markalı mobil telefon, Samsung Charger üçün ümumilikdə 218 (iki yüz on səkkiz) manat olmaqla ondan, 198,62 (yüz doxsan səkkiz manat altmış iki qəpik) manat ödənilməmiş hissə, 19,38 (on doqquz manat otuz səkkiz qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 02073321 nömrəli müqavilənin şərtləri pozularaq alqı-satqı qiyməti 3078,36 (üç min yetmiş səkkiz manat otuz altı qəpik) manat olan Samsung Galaxy S23 markalı mobil telefon üçün ümumilikdə, 2258 (iki min iki yüz əlli səkkiz) manat olmaqla ondan, 2052,18 (iki min əlli iki manat on səkkiz qəpik) manat ödənilməmiş hissə, 205,82 (iki yüz beş manat səksən iki qəpik) cərimə miqdarında borcu yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, Alıcı Satıcı ilə bağladığı yuxarıda qeyd olunan xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli 03471889 nömrəli, xx.xx.2023cü il tarixli 02073321 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış nisyə alqısatqı müqavilələrinin şərtləri və MM-in 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 45,04 (qırx beş manat dörd qəpik) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə 25,85 (iyirmi beş manat səksən beş qəpik) manat ödənilməmiş hissə, 2,15 (iki manat on beş qəpik) manat isə cərimə borcu, xx.xx.2022-ci il tarixli 03471889 nömrəli müqavilə üzrə 198,62 (yüz doxsan səkkiz manat altmış iki qəpik) manat ödənilməmiş hissə, 19,32 (on doqquz manat otuz iki qəpik) manat cərimə borcu, xx.xx.2023-cü il tarixli 02073321 nömrəli müqavilə üzrə 2052,18 (iki min əlli iki manat on səkkiz qəpik) manat ödənilməmiş hissə, 205,82 (iki yüz beş manat səksən iki qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 2504 (iki min beş yüz dörd) manat pul və ödənilmiş 45,04 (qırx beş manat dörd qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə 25,85 (iyirmi beş manat səksən beş qəpik) manat ödənilməmiş hissə, 2,15 (iki manat on beş qəpik) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli 03471889 nömrəli müqavilə üzrə 198,62 (yüz doxsan səkkiz manat altmış iki qəpik) manat ödənilməmiş hissə, 19,32 (on doqquz manat otuz iki qəpik) manat cərimə borcu, xx.xx.2023-cü il tarixli 02073321 nömrəli müqavilə üzrə 2052,18 (iki min əlli iki manat on səkkiz qəpik) manat ödənilməmiş hissə, 205,82 (iki yüz beş manat səksən iki qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 2504 (iki min beş yüz dörd) manat pul və ödənilmiş 45,04 (qırx beş manat dörd qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-1697/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1697/2024
15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver