Məhkəmə qərarları › İş №e-2(004)-1704/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1704/2024

21.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1704/2024 21.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Bakı şəhəri 19 saylı Notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X23 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s.” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Bakı şəhəri 19 saylı Notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 94 saylı evin 47 saylı mənzili üzrə ünvan 4ntoru tərəfindən Cavabdeh4 verilmiş vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi 94 saylı evin 47 saylı mənzili üzrə ¼ hissədə məcburi pay olaraq hüququ tanınmaqla, həmin mənzil üzərində ¼ hissədə payının ayrılmasına dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin notariusun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 94 saylı evin 47 saylı mənzili üzrə ünvan 4ntoru tərəfindən Cavabdeh4 verilmiş 2V-310 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi 94 saylı evin 47 saylı mənzili üzrə ¼ hissədə məcburi pay olaraq hüququ tanınmaqla, həmin mənzil üzərində ¼ hissədə payının ayrılmasına dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin notariusun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, X17 onun nənəsi olmuşdur. Nənəsi X3 Mikayıl Paşa oğlu ilə nikahda olmuşdur. Birgə nikahda olduqları dövrdə hazırkı mübahisəli mənzili - Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi 94 saylı evin 47 saylı mənzilini almışlar. Mənzil ilkin qeydiyyatdan X18 adına keçmişdir. X5 1982-ci ildə vəfat etmişdir. X10 və X18 birgə nikahından 2 övladı Qasımova (nikahdan sonra Həsənova soyadını daşımışdır) Firəngiz Mikayıl qızı və X24 anadan olmuşlar. X12 xx.xx.2006-cı ildə, X17 xx.xx.2021-ci ildə, X24 isə xx.xx.2021-ci ildə vəfat etmişdir. X24 cavabdeh X29 ilə nikahda olmuşlar. Onların Cavabdeh4 adlı qızları vardır. X2 öz yaşadığı mənzili 26 may 2009-cu ildə X19 vəsiyyət etmişdir. Yəni vəsiyyət üzrə vərəsə vəsiyyətnaməni rəsmiləşdirmədən vəfat etmişdir. Cavabdeh artıq vəsiyyətnamə əsasında şəhadətnamə almış və həmin mənzil üzrə çıxarış almışdır. X16 3 övladı vardır, o və 2 bacısı. X2 və X24 vəfat edəndən dərhal sonra Cavabdeh2 və Cavabdeh4 Yasamal rayonu 19 saylı Dövlət Notariat Kontorunda vərəsəlik işi açdırmışlar. Vərəsəlik hüquqlarından istifadə edərək, onlar nümayəndə vasitəsi ilə 06 yanvar 2022-ci il tarixdə 19 saylı Dövlət Notariat Kontoruna getməklə şifahi, eyni zamanda yazılı şəkildə həm notariat kontoruna müraciət etmiş, notariat kontorunda ərizə və bütün lazımı sənədlər alınmışdır. Lakin sonradan alınmış ərizə ilə bağlı hər hansı bir tədbir görülməmiş, onlara verilmiş həmin ərizənin surəti geri alınmış, onlara payın düşmədiyi şifahi qaydada bildirilmişdir. Buna görə də onlar həm Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, həm də təkrar olaraq 19 saylı Dövlət notariat Kontoruna 17 yanvar 2022-ci il tarixdə yazılı şəkildə müraciət etmişlər. Hətta Ədliyyə Nazirliyinin 01 fevral 2022-ci il tarixli, 05/H-08-10-13 saylı məktubu ilə müraciətləri aidiyyatı üzrə baxılması üçün 19 saylı Notariat Kontoruna göndərilmişdir. Ədliyyə Nazirliyindən olan məktubu nümayəndəsi şəxsən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdən 1 gün əvvəl 19 saylı Notariat Kontoruna getmiş, orada yenə də notarisa təqdim etmişdir. Lakin təəssüflər olsun ki, bu sənədlərin heç biri notariat kontorundan tələb edilən işin materiallarına əlavə edilməmiş, sadəcə kənarda saxlanılır. Dəfələrlə Notariat Kontoruna gedib, vərəsəlik paylarını tələb etsələr də, onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Notariat Kontoru onları vərəsə qismində qeydə almaqdan imtina etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş və nəticədə Cavabdeh4 çıxarış almışdır. Bu hal ona və bacısına məlum olduqdan sonra o qanun üzrə vərəsəlik hüququnu tələb etmişdir. Lakin bu barədə məlumat aldıqdan sonra, məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiasnı qismən təmin etmişdir. Qanun üzrə verilmiş şəhadətnaməni ləğv etmiş, lakin payların müəyyən etməmişdir. Bundan sonra apellyasiya şikayəti ilə müraciət etmişdir. Lakin hüquqları məhdudlaşdırılmış, apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra notariat kontoruna müraciət edərək, vəsiyyətnamə üzrə payların müəyyən edilməsini xahiş etmişdir. Lakin notariat kontoru heç bir tədbir görməmişdir. Ona şifahi bildirilmişdir ki, onlara pay düşmür. Hesab edir ki, hazırkı işdə 19 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, çıxarış ləğv edilməli, onun və bacılarının mənzilə vəsiyyət üzrə vərəsəlik hüquqları tanınmalı, 1/4 hissədə onlara, ¾ hissədə Cavabdeh4 və Cavabdeh2 payı tanınmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, onlar notariusa 6 ay müddətində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciət etmişlər. Həmin ərizə qəbul olunsa da, yazılı imtina və ya müsbət cavab verilməmişdir. Onlar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və həmin hissədə iddiaları təmin edilmişdir. Sonradan məlum olmuşdur ki, Cavabdeh4 vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X1 iki övladı olmuşdur. Hesab edir ki, X6 miras əmlakın ¼ hissəsində payı vardır. Hesab edirlər ki, həmin pay onun sağ qalan övladlarına verilməlidir. Notarius vəsiyyətnaməni nəzərə almadan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Bu səbəbdən də onlar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Notariusa tərəflərindən mərhumun ölümündən 1 ay sonra müraciət edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında nümayəndə və vəkilinin dedikləri ilə razı olduğunu, əlavəsi olmadığını və iddianın təmin edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, əvvəlki məhkəmə mübahisəsi zamanı iddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mirasın məcburi payla qəbulu mövcud deyil, belə ki, o, qanun üzrə vərəsəliyin tərkib hissəsidir. Həmin iddia ilə bağlı iddiaçı məhkəməyə müraciət etmişdir və yekun məhkəmə aktı qəbul edilmişdir. Məhkəmə iddiaçının məcburi pay hüququnu tanımış olsaydı, həmin hissədə iddia təmin edilmiş olardı. Həmin qətnamə artıq qanuni qüvvəyə minmişdir. Buna görə hesab edir ki, eyni tərəflər arasında eyni predmet, eyni əsasla məhkəməyə müraciət edilmişdir. Buna görə iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X25 izahatında iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Bakı şəhəri 19 saylı Notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, digər cavabdehlər Bakı şəhəri 19 saylı Notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi nümayəndələrinin iştirakını təmin etməmiş və gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Onların məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindənX10 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2, mənzil 47 xx.xx.2021-ci il tarixdə X10 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli Arayışın surətindən görünür ki, X28 ilə X7 nikahı haqqında 29 sentyabr 1948-ci il tarixdə 888 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı 241058 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 233238 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 851321 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.1958-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X11, anası X13r. İş materiallarında olan AZ-İİİ seriyalı 586959 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X9, anası X21r. İş materiallarında olan AZ-İİ seriyalı 219340 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.1982-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan İddiaçı, X23, X26 tərəfindən ünvan 1 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ünvan 2 ünvanında yerləşən 47 saylı mənzil üzrə vəsiyyətnamə nəzərə alınmaqla, onların məcburi paylarının müəyyən edilməsinə dair şəhadətnamə verilməsinin təmin edilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X10 vərəsəsi Cavabdeh4 miras əmlak olan ünvan 2 ünvanında yerləşən 47 saylı mənzildən tam hissədə pay alması müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsini 2(004)-3531/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X8 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 94 saylı evin 47 saylı mənzilinə dair 19 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 2V-156 reyestrli, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və şəhadətnamə əsasında Cavabdeh4 adına Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 94 saylı evin 47 saylı mənzilinə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışın ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş xx.xx.2009-cu il tarixli Vəsiyyətnamədən görünür ki, X17 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 94 saylı evin 47 saylı mənzilini oğlu X19 vəsiyyət etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X10 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Cavabdeh4dır və onun miras əmlak olan ünvan 2 ünvanında yerləşən 47 saylı mənzildən tam hissədə pay alması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olubolmadığına baxmayaraq, ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1166.Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1170.1. Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, X28 ilə X17 29 sentyabr 1948-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından Firəngiz və Yaşar adlı 2 övladı olmuşdur. X28 ilə X17 birgə nikah zamanı hazırki mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən 47 saylı mənzili əldə etmişlər. X28 xx.xx.1982-ci il tarixdə vəfat etmişdir. Mənzil ilkin olaraq X18 adında qeydiyyatda olsa da, vəfat etdikdən sonra ünvan 2 ünvanında yerləşən 47 saylı mənzil arvadı X10 adına qeydiyyata alınmışdır. X17 xx.xx.2009-cu il tarixli Vəsiyyətnaməyə əsasən mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 47 saylı mənzili oğlu X19 vəsiyyət etmişdir. X17 xx.xx.2021-ci il tarixdə, oğlu X24 isə xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Qızı Qasımova (Həsənova) Firəngiz Mikayıl qızı isə xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. X10 qızı Qasımova (Həsənova) Firəngiz Mikayıl qızından olan nəvəsi hazırki iş üzrə İddiaçı ilə oğlu X14 olan nəvəsi Cavabdeh4 və onun anası Cavabdeh2 arasında miras əmlak olan - ünvan 2 ünvanında yerləşən 47 saylı mənzil ilə bağlı mübahisə yaranmış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsini 2(004)-3531/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X8 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 94 saylı evin 47 saylı mənzilinə dair 19 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 2V-156 reyestrli, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və şəhadətnamə əsasında Cavabdeh4 adına ünvan 2 ünvanında yerləşən 47 saylı mənzilə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışın ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X10 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsinin Cavabdeh4 olması və onun miras əmlak olan ünvan 2 ünvanında yerləşən 47 saylı mənzildən tam hissədə pay alması müəyyən edilmişdir. Hazırda isə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Bakı şəhəri 19 saylı Notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 47 saylı mənzili üzrə ünvan 4ntoru tərəfindən Cavabdeh4 verilmiş vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi 94 saylı evin 47 saylı mənzili üzrə ¼ hissədə məcburi pay olaraq hüququ tanınmaqla, həmin mənzil üzərində ¼ hissədə payının ayrılmasına dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin notariusun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Həm iddia ərizəsinin məzmunundan, həm iddiaçının məhkəmə iclasında verdiyi izahatından müəyyən edilən odur ki, İddiaçı nənəsinin vəsiyyətnamə ilə dayısına miras qoyduğu mənzildə ölən anasının məcburi pay hüququnun olduğunu və anası da vəfat etdiyi üçün anasına çatmalı olan məcburi pay hüququnun ona keçməli olduğunu əsas gətirərək hazırki iddia tələbini irəli sürmüşdür. Məhkəmə İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi dəlillərə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, İddiaçı xx.xx.2009-cu il tarixli vəsiyyətnamə ilə X19 vəsiyyət edilmiş ünvan 2 ünvanında yerləşən 47 saylı mənzil üzərində məcburi pay hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 aprel 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1193-cü maddəsində göstərilən vəsiyyət edənin sağ olan vərəsələrinin məcburi pay hüququ mirasın açıldığı andan etibarən yarandığından, həmin pay hüququ, bir vərəsəlik payı kimi, onların əmlakına miras qoyanın öldüyü gün və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gündən etibarən vərəsəlik qaydasında keçir. Göründüyü kimi, vərəsənin (vərəsələrin), o cümlədən məcburi pay üzrə vərəsənin (vərəsələrin) vərəsəlik hüquqları miras əmlakın bölüşdürüldüyü andan deyil, mirasın açıldıgı andan yaranır. Qeyd olunmalıdır ki, miras əmlakdan vərəsələrə çatası pay, o cümlədən məcburi pay miras açıldıqdan sonra müəyyən edildiyinə görə, həmin payı tələb etmək hüququ da miras açıldıqdan sonra həyata keçirilir. Məhz bu halda, mirasın açıldığı andan mirasda məcburi pay almaq hüququ olan şəxsin (şəxslərin) vəsiyyətnamə üzrə vərəsədən (vərəsələrdən) məcburi payın ödənilməsini tələb etmək hüququ yaranır və vəsiyyətnamə üzrə miras payı almış bütün vərəsələr həmin məcburi payı ödəməyə borcludurlar. Belə ki, Mülki Məcəllənin 1194-cü maddəsinə müvafiq olaraq məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Göstərilənlərdən belə nəticəyə gəlinir ki, Mülki Məcəllənin 1193-cü maddəsində müəyyən edilmiş mirasda məcburi pay almaq hüququ olan şəxslərdən miras açıldığı an sağ olmuş, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən ölmüş şəxsin bu hüququ qanun və ya vəsiyyət üzrə vərəsələrinə keçir. Miras açıldığı andan sonra məcburi pay hüququ olan şəxs öldükdə, onun vərəsəsi (vərəsələri) vəsiyyətnamə üzrə miras qoyanın məcburi vərəsəsi statusunda deyil, yalnız məcburi pay hüququna malik olmuş şəxsin vərəsəsi kimi tələb etmək hüququnu əldə edir. Belə ki, miras qoyan (vəsiyyət edən) öldüyü vaxt məcburi pay almaq hüququ olan şəxs sağ olduğuna görə, həmin hüquq onun əmlakının aktivində əmlak hüququ kimi yaranmış olur. Bununla yanaşı, Mülki Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi pay vərəsəlik qaydasında keçdiyindən, həmin Məcəllənin 1159.1-ci maddəsində müəyyən edilmiş birinci növbə vərəsələrdən digər ailə üzvləri, həmçinin vəsiyyət edənlə qohumluq əlaqəsi olmayan şəxslər də məcburi payı tələb etmək hüququna malik ola bilərlər. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Mülki Məcəllənin 1194-cü maddəsinin “Bu cür tələb hüququ vərəsəlik üzrə keçir” müddəası məcburi payı tələb etmək hüququ olan şəxsin miras açıldığı an sağ olduğu, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən öldüyü halda, onun bu hüququnun vərəsəlik qaydasında keçməsini nəzərdə tutur. Belə ki, İddiaçı anası Qasımova (Həsənova) Firəngiz Mikayıl qızı xx.xx.2006-cı il tarixdə, yəni miras əmlak açılmazdan əvvəl (xx.xx.2021-ci ildən öncə) vəfat etmişdir. Belə ki, Qasımova (Həsənova) Firəngiz Mikayıl qızı miras açıldığı an sağ olmuş olsa, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən öldüyü halda, onun bu hüququ vərəsəlik qaydasında İddiaçı keçə bilərdi. Lakin Qasımova (Həsənova) Firəngiz Mikayıl qızı miras qoyandan öncə vəfat etdiyindən onun məcburi pay hüququ yaranmamış, yaranmadığından da olmayan hüququn vəsiyyət üzrə vərəsəsinə keçməsindən də söhbət gedə bilməz. Bununla yanaşı, İddiaçı özünün birbaşa olaraq nənəsinin miras əmlakı üzərində məcburi pay hüququ yoxdur. Qanunverici birbaşa olaraq məcburi pay hüququ olan şəxslərin dairəsini müəyyən etmişdir. AR Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Göründüyü kimi, vəsiyyət edənin nəvəsi birbaşa olaraq məcburi pay hüququna malik deyildir, nəvə yalnız məcburi payı tələb etmək hüququ olan valideyni miras açıldığı an sağ olduğu, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən öldüyü halda, bu hüquq vərəsəliklə ona keçərsə, miras qoyan nənənin əmlakından məcburi pay istəyə bilər. Bu baxımdan iddia tələbi Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi 94 saylı evin 47 saylı mənzili üzrə ¼ hissədə məcburi pay olaraq hüququ tanınmaqla, həmin mənzil üzərində ¼ hissədə payının ayrılmasına dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin notariusun üzərinə qoyulması hissəsində təmin edilməməlidir Bundan başqa, məhkəmə həmçinin hesab edir ki, iddia tələbi Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 94 saylı evin 47 saylı mənzili üzrə ünvan 4ntoru tərəfindən Cavabdeh4 verilmiş 2V-310 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində də təmin edilməməlidir. Belə ki, hazırki miras əmlakla bağlı miras qoyanın ölmədən əvvəl notarial qaydada təsdiq olunmuş vəsiyyətnaməsi olduğundan ölmüş şəxsin əmlakı vərəsəyə vəsiyyət üzrə vərəsəlik əsasında keçəcəkdir. Göründüyü kimi, miras əmlak yalnız ünvan 2, mənzil 47dən ibarətdir və həmin əmlakı da miras qoyan oğluna vəsiyyət etmişdir. xx.xx.2009-cu il tarixli Vəsiyyətnamə tərtib edilərkən qanunvericiliklə vəsiyyətnamə üçün qoyulmuş bütün şərtlərə əməl edilmiş, yəni vəsiyyətnamənin etibarlılığını şübhə altına alan hər hansı bir hal məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. İddiaçı isə qeyd edilənin əksini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmin vəsiyyətnamə əsasında da əsaslı olaraq Bakı şəhəri 19 saylı Dövlət Notariat Kontoru tərəfindən Cavabdeh4 2V-310 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. ünvan 2 ünvanında yerləşən 47 saylı mənzil mənzilin mülkiyyətçisi Zivər Qasımova tərəfindən onun oğlu Yaşar Qasımova vəsiyyət edilmişdir. Yaşar Qasımov miras əmlakı özündən asılı olmayan səbəblərə görə (xəstəxanada olduğu üçün) qəbul edərək adına rəsmiləşdirə bilməmişdir. Lakin miras açılan zaman vəsiyyətnamə üzrə vərəsə olan Yaşar Qasımov sağ olmuş və iki gün sonra, xx.xx.2021-ci il tarixdə xəstəxanada vəfat etmişdir. Göründüyü kimi, 19 saylı notariat orqanı tərəfindən Cavabdeh4 qanunvericiliyin tələbinə əsasən Yaşar Qasımova münasibətdə ailə üzvü olduğu üçün onun birinci dərəcəli vərəsəsi kimi vərəsəliyə dair hüquqları irsi transmissiya ilə keçdiyindən tam qanuni olaraq 2V-310 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Odur ki, Bakı şəhəri 19 saylı Notariat ofisi tərəfindən Cavabdeh4 vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilmişdir, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 94 saylı evin 47 saylı mənzili üzrə ünvan 4ntoru tərəfindən Cavabdeh4 verilmiş 2V-310 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Məhkəmə həmçinin iddia tələbinin “vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi” hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi bu hissədə 2V-310 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsindən asılı olduğundan və məhkəmənin yuxarda qeyd edilən qənaəti ilə iddia 2V-310 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən, həmin hissədə də iddia təmin edilə bilməz. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Bakı şəhəri 19 saylı Notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X23 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s.” tələbi barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Bakı şəhəri 19 saylı Notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X23 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s.” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar