Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1724/2025 06.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, ASUS TUF F15 markalı komputer üçün 3889.20 (üç min səkkiz yüz səksən doqquz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 1166.76 (min yüz altmış altı manat yetmiş altı qəpik) manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ASUS ROG STRİX G15 markalı komputer üçün 3312 (üç min üç yüz on iki) manat ödənilməmiş hissə, 993.60 (doqquz yüz doxsan üç manat altmış qəpik) manat dəbbə pulu olmaqla ümumilikdə 9361.56 (doqquz min üç yüz altmış bir manat əlli altı qəpik) manat borc, ödənilmiş 113.62 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* nömrəli və və xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilələrə əsasən, ASUS TUF F15 markalı komputer və ASUS ROG STRİX G15 markalı komputer almış və nəticədə 9361.56 (doqquz min üç yüz altmış bir manat əlli altı qəpik) manat öhdəliyi yaranmışdır. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən müqavilələrin şərtləri pozulmuşdur. Cavabdehlə bağlanılmış həmin müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021ci il tarixli ******* nömrəli və və xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilələrə əsasən, ASUS TUF F15 markalı komputer və ASUS ROG STRİX G15 markalı komputer iddiaçı "xxxx" MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini müvafiq şərtlərlə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 08 yanvar 2025-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 3889.20 (üç min səkkiz yüz səksən doqquz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 1166.76 (min yüz altmış altı manat yetmiş altı qəpik) manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 3312 (üç min üç yüz on iki) manat ödənilməmiş hissə, 993.60 (doqquz yüz doxsan üç manat altmış qəpik) manat dəbbə pulu olmaqla ümumilikdə 9361.56 (doqquz min üç yüz altmış bir manat əlli altı qəpik) manat məbləğində borcu vardır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilməklə cavabdehə pul məbləğinin ödənilməsi təklif edilmiş, lakin, müsbət nəticə əldə olunmamışdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (dəbbə puluna münasibətdə), 467 (dəbbə pulunun məbləğinin məhkəmə tərəfindən azaldılmasına münasibətdə) 600.4 (əsas öhdəliyə münasibətdə) və 655.1-ci (əsas öhdəliyə münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinin şərtləri və MM-in 462, 467, 600.4-cü maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında yuxarıda qeyd edilən nisyə alqı-satqı müqavilələri bağlanmışdır. Cavabdeh İddiaçı qarşısında öhdəliklərini icra etməmişdir. Belə olan halda, İddiaçı Cavabdeh müvafiq pul məbləğinin ödənilməsini tələb etmək hüququ əsaslı və qanunidir. Məhkəmə MM-in 467-ci maddəsinə əsasən, müqavilələr üzrə cərimə pulunu əsas öhdəliyin 10%-nə qədər həddə, yəni, hər müqavilə üzrə ayrı-ayrılıqda 100 (yüz) manat həddində müəyyən etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə mülki münasibətlərin sabitliyinin, inkişafının təmin edilməsi məqsədilə mülki hüquq subyektlərinin qanunvericiliyə, iradə sərbəstliyi əsasında bağladıqları müqavilə öhdəliklərinə hörmət ruhunda tərbiyələndirilməsini zəruri hesab edir. Cərimə pullarının iddia ərizəsində göstərilən həddə müəyyən edilməsi ədalətli hesab edilər bilməz. Cərimə pullarının məhkəmənin qeyd etdiyi məbləğlərdən aşağı məbləğdə müəyyən edilməsi bazar iqtisadiyyatının təşviq edilməsi, mövcud iqtisadi şərtlər, biznes maraqları nəzərə alınmaqla iddiaçı nöqteyi-nəzərdən, yuxarı məbləğlərdə müəyyənləşdirilməsi isə ümumi öhdəliyin həcmi, əhəmiyyəti nəzərə alınmaqla cavabdeh nöqteyi-nəzərdən məqsədə müvafiq hesab edilmir. Məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* nömrəli və xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilələrə əsasən, cavabdeh ASUS TUF F15 markalı komputer və ASUS ROG STRİX G15 markalı komputer almış və nəticədə 9361.56 (doqquz min üç yüz altmış bir manat əlli altı qəpik) manat öhdəliyi yaranmışdır. Cavabdeh tərəfindən müqavilələrin şərtləri pozularaq öhdəliklərə əməl edilməmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 3889.20 (üç min səkkiz yüz səksən doqquz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 100 (yüz) manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 3312 (üç min üç yüz on iki) manat ödənilməmiş hissə, 100 (yüz) manat dəbbə pulu olmaqla ümumilikdə 7401.20 (yeddi min dörd yüz bir manat iyirmi qəpik) manat öhdəliyi yaranmışdır. Cavabdehlə bağlanılmış həmin müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehə göndərilən xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə qərar qəbul edərkən mövcud məhkəmə təcrübəsini nəzərə alır. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi ilə bağlı sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmiş, bu barədə aktiv sübutetmə (təkzibetmə) funksiyası həyata keçirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 113.62 manat manat dövlət rüsumunun 94 (doxsan dörd) manat hissəsi cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 3889.20 (üç min səkkiz yüz səksən doqquz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 100 (yüz) manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 3312 (üç min üç yüz on iki) manat ödənilməmiş hissə, 100 (yüz) manat dəbbə pulu olmaqla ümumilikdə 7401.20 (yeddi min dörd yüz bir manat iyirmi qəpik) manat məbləğində borc və ödənilmiş 113.62 manat manat dövlət rüsumunun 94 (doxsan dörd) manat hissəsi tutularaq İddiaçınə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 3889.20 (üç min səkkiz yüz səksən doqquz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 100 (yüz) manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 3312 (üç min üç yüz on iki) manat ödənilməmiş hissə, 100 (yüz) manat dəbbə pulu olmaqla ümumilikdə 7401.20 (yeddi min dörd yüz bir manat iyirmi qəpik) manat məbləğində borc və ödənilmiş 113.62 manat manat dövlət rüsumunun 94 (doxsan dörd) manat hissəsi tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-1724/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1724/2025
06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver