Məhkəmə qərarları › İş №e-2(004)-1725/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1725/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1725/2024 02.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC və Cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli B-187-SA-22 saylı Müqavilə üzrə hesablanmış 11.088,00 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“Satıcı”) və Cavabdeh (“Alıcı”) arasında Avtomobil Alqı-satqısına dair xx.xx.2022-ci il tarixli B-187-SA-22 saylı Müqavilə imzalanmışdır. Müqaviləyə əsasən dəyəri ƏDV daxil 57.024 manat müəyyən edilən Skoda Kamiq 1.6 MPİ modelli, buraxılış ili 2022 olan (VİN: TMBGC6NW2P3033130, qara rəng) avtonəqliyyat vasitəsi Satıcı tərəfindən Alıcının istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh avtomobilin dəyərini ilkin ödəniş etmədən, xx.xx.2022-ci il tarixindən etibarən 36 ay müddətinə, ayda 1.584 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin, İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, Cavabdeh tərəfindən Müqavilə üzrə ödəniş öhdəlikləri vaxtında icra edilməmişdir və xx.xx.2022-ci il tarixindən Cavabdeh tərəfindən hər hansı bir ödəniş həyata keçirilməmişdir. Bununla əlaqədar, öhdəliklərinin yerinə yetirilməyəcəyi təqdirdə tərəflərindən xx.xx.2022-ci il tarixli B-187-SA-22 saylı müqavilənin 3.2-ci bəndinə əsasən müqaviləyə birtərəfli qaydada xitam veriləcəyi barədə cavabdehə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Qarşı tərəfin öhdəliyini icra etməməsi səbəbindən xx.xx.2023-cü il tarixli növbəti xəbərdarlıq məktubu ilə tərəflərindən xx.xx.2022-ci il tarixli B-187-SA-22 saylı müqaviləyə xx.xx.2023-cü il tarixindən birtərəfli qaydada xitam verilmişdir. Müqaviləyə xitam verilən tarixədək cavabdeh tərəfindən ödəniş öhdəliklərinin vaxtında həyata keçirilməməsini nəzərə alaraq bildirirlər ki, Cavabdeh İddiaçı MMC qarşısında B-187-SA-22 saylı Müqavilə üzrə 11.088,00 manat məbləğində maliyyə öhdəliyi yaranmışdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsini rəhbər tutaraq, 11.088,00 manat məbləğində borcun ödənilməsi tələbi ilə iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixində Pretenziya məktubu göndərilmiş və dəfələrlə şifahi müraciətlər edilmişdir. Lakin, edilən müraciətlərə cavabdeh tərəfindən heç bir məhəl qoyulmamış, borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Nəticə etibarı ilə, hazırkı mübahisəli məsələnin həll edilməsi məqsədi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli B-187-SA-22 saylı Müqavilənin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən Alıcı Müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilə üzrə ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə, Satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün X2 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir. İddiaçı nümayəndəsi X1 xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə baxışının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddianı müdafiə edir. İddiaçı MMC və Cavabdeh avtomobil alqı-satqısına dair xx.xx.2022-ci il tarixli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən dəyəri Skoda Kamiq 1.6 MPİ modelli avtonəqliyyat vasitəsi satıcı tərəfindən alıcının istifadəsinə verilmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə ödəniş öhdəlikləri vaxtında icra edilməmişdir və xx.xx.2022-ci il tarixindən cavabdeh tərəfindən hər hansı bir ödəniş həyata keçirilməmişdir. Bununla əlaqədar öhdəliklərinin yerinə yetirilməyəcəyi təqdirdə tərəflərindən müqavilənin 3.2-ci bəndinə əsasən müqaviləyə birtərəfli qaydada xitam veriləcəyi barədə cavabdehə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Qarşı tərəfin öhdəliyini icra etməməsi səbəbindən xx.xx.2023-cü il tarixli növbəti xəbərdarlıq məktubu ilə tərəflərindən həmin müqaviləyə xx.xx.2023-cü il tarixindən birtərəfli qaydada xitam verilmişdir. Avtomobil hal-hazırda onlardadır. Onlar cavabdehdən müqaviləyə xitam verilənə qədər yığılan borc məbləğini tələb edirlər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC (“Satıcı”) və Cavabdeh (“Alıcı”) arasında Avtomobil Alqı-satqısına dair bağlanmış xx.xx.2022-ci il tarixli B-187-SA-22 saylı Müqaviləyə əsasən dəyəri ƏDV daxil 57.024 manat müəyyən edilən Skoda Kamiq 1.6 MPİ modelli, buraxılış ili 2022 olan (VİN: TMBGC6NW2P3033130, qara rəng) avtonəqliyyat vasitəsi Satıcı tərəfindən Alıcının istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh avtomobilin dəyərini ilkin ödəniş etmədən, xx.xx.2022-ci il tarixindən etibarən 36 ay müddətinə, ayda 1.584 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İddiaçı MMC-nin təhvil-təslim Aktından görünür ki, Skoda Kamiq 1.6 MPİ modelli, buraxılış ili 2022 olan (VİN: TMBGC6NW2P3033130, qara rəng) avtonəqliyyat vasitəsi qüsursuz və texniki saz vəziyyətdə alıcı Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kassa mədaxil orderindən görünür ki, 1584 manat alıcı Cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kassa mədaxil orderindən görünür ki, 1584 manat alıcı Cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh tərəfindən öhdəliklərinin yerinə yetirilməyəcəyi təqdirdə tərəflərindən xx.xx.2022-ci il tarixli B-187-SA-22 saylı müqavilənin 3.2-ci bəndinə əsasən müqaviləyə birtərəfli qaydada xitam veriləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh tərəfindən öhdəlikləri yerinə yetirilmədiyindən tərəflərindən xx.xx.2022-ci il tarixli B-187-SA-22 saylı müqavilənin 3.2-ci bəndinə əsasən müqaviləyə birtərəfli qaydada xitam verildiyi bildirilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli Pretenziya məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC (“Satıcı”) və Cavabdeh (“Alıcı”) arasında Avtomobil Alqı-satqısına dair bağlanmış xx.xx.2022-ci il tarixli B-187-SA-22 saylı Müqavilə üzrə borcunun 5 gün ərzində ödənilməsi, əks təqdirdə borcun məhkəmə qaydasında tutulması ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. İş materiallarında olan İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş Arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli B-187-SA-22 saylı Müqavilə üzrə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərində aylıq 1584 manat olmaqla, cəmi 11088 manat pul ödəməli idi. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC (“Satıcı”) və Cavabdeh (“Alıcı”) arasında Avtomobil Alqı-satqısına dair bağlanmış xx.xx.2022-ci il tarixli B- 187-SA-22 saylı Müqaviləyə əsasən dəyəri ƏDV daxil 57.024 manat müəyyən edilən Skoda Kamiq 1.6 MPİ modelli, buraxılış ili 2022 olan (VİN: TMBGC6NW2P3033130, qara rəng) avtonəqliyyat vasitəsi Satıcı tərəfindən Alıcının istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh avtomobilin dəyərini ilkin ödəniş etmədən, xx.xx.2022-ci il tarixindən etibarən 36 ay müddətinə, ayda 1.584 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh iş materiallarında olan kassa mədaxil orderlərinə əsasən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə 1584 manat pulu İddiaçı MMC-yə ödəmiş qalan məbləği İddiaçı MMC-yə ödəməmişdir. Bundan sonra müqavilə şərtlərinə uyğun olaraq cavadeh tərəfindən öhdəlikləri yerinə yetirilmədiyindən iddiaçı tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında da qeyed edilmişdir ki, xx.xx.2023-cü il tarixli növbəti xəbərdarlıq məktubu ilə tərəflərindən həmin müqaviləyə xx.xx.2023-cü il tarixindən birtərəfli qaydada xitam verilmişdir. Avtomobil hal-hazırda onlardadır. Hazırda İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC və Cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli B-187-SA-22 saylı Müqavilə üzrə hesablanmış 11.088,00 manat (müqavilə üzrə 2022-ci ilin noyabr, dekabr, 2023-cü ilin yanvar, fevral, mart, aprel, may ayları üzrə ödənilməli olan məbləğin cəmi) məbləğində borcun və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilən halları nəzərə alaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasındakı Avtomobil Alqı-satqısına dair bağlanmış xx.xx.2022-ci il tarixli B-187-SA-22 saylı Müqaviləyə İddiaçı MMC tərəfindən birtərəfli qaydada xitam verilmiş, alqı-satqı müqaviləsi üzrə alıcıya verilmiş avtomobil ondan geri alınmışdır. Bundan sonra, iddiaçının artıq xitam verilmiş müqavilə üzrə müqaviləyə xitam verilən tarixədək alıcı tərəfindən ödənilməli olan məbləğləri tələb etməsi əsassızdır. Belə olduğu təqdirdə, iddiaçı yalnızca avtomobilin alıcının istifadəsində olduğu müddət ərzində avtomobilə hər hansı zərər dəymişsə onu tələb edə bilər. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan kassa mədaxil orderindən də göründüyü kimi, alıcı müqavilə bağlandıqdan sonra ilk iki ay üzrə nəzərdə tutulan hər ay 1584 manat olmaqla pulu ödəmişdir. Buna baxmayaraq, İddiaçı MMC iddia tələbində həmin aylar üzrə nəzərdə tutulan pulu da tələb etdiyi məbləğə hesablamışdır. Belə ki, 600.4-cü maddədən də göründüyü kimi, əşyanı təhvil almış alıcı əşyanın dəyərini alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yəni satıcı qeyd edilənlərdən yalnız birini həyata keçirə bilər. Satıcı tərəfindən müqavilə üzrə alıcıya verilənlərin geri alınması, eyni zamanda müqavilə üzrə pulun tələb edilməsi düzgün hesab edilə bilməz. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar