Məhkəmə qərarları › İş №e-2(004)-1734/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1734/2024

23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1734/2024 23.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 1987-ci il təvəllüdlü Cavabdeh 31 may 2021-ci il tarixli, HAK6002121 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 881 manat əsas borc, müqavilə üzrə hesablanmış 200 manat faiz borcu, 13 iyul 2021-ci il tarixli, HAK6002400 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 372 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat faiz borcu, 04 avqust 2021-ci il tarixli, HAK6002528 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 420 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat faiz borcu, 04 avqust 2021-ci il tarixli, HAK6002529 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1470 manat əsas borc, müqavilə üzrə hesablanmış 300 manat faiz borcu, 11 noyabr 2021-ci il tarixli, HAK6122091 saylı nisyə alqısatqı müqaviləsinə əsasən 720 manat əsas borc, müqavilə üzrə hesablanmış 150 manat faiz borcu və 68 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4781 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti15 ay olmaqla 31 may 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1775 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 881 manat əsas borcu qalıb. Qeyd edilən kredit müqaviləsinə əsasən borcalan (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% faiz ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 4757 manat faiz borcu yaranmışdır (881 manat x 540 gün x 1%=4757 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 200 manat məbləğində tələb edir. Bundan başqa, iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti10 ay olmaqla 13 iyul 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 940 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 372 manat əsas borcu qalıb. Qeyd edilən kredit müqaviləsinə əsasən borcalan (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% faiz ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 2343 manat faiz borcu yaranmışdır (372 manat x 630 gün x 1%=2343 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 100 manat məbləğində tələb edir. Bundan başqa, iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 04 avqust 2021-ci il tarixli nisyə alqısatqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1019 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 420 manat əsas borcu qalıb. Qeyd edilən kredit müqaviləsinə əsasən borcalan (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% faiz ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 2268 manat faiz borcu yaranmışdır (420 manat x 540 gün x 1%=2268 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 100 manat məbləğində tələb edir. Bundan başqa, iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 04 avqust 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 3320 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1470 manat əsas borcu qalıb. Qeyd edilən kredit müqaviləsinə əsasən borcalan (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% faiz ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 7938 manat faiz borcu yaranmışdır (1470 manat x 540 gün x 1%=7938 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 300 manat məbləğində tələb edir. Bundan başqa, iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 11 noyabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1119 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 720 manat əsas borcu qalıb. Qeyd edilən kredit müqaviləsinə əsasən borcalan (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% faiz ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 3240 manat faiz borcu yaranmışdır (720 manat x 450 gün x 1%=3240 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 150 manat məbləğində tələb edir. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh 31 may 2021-ci il tarixli, HAK6002121 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 881 manat əsas borc, müqavilə üzrə hesablanmış 200 manat faiz borcu, 13 iyul 2021-ci il tarixli, HAK6002400saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 372 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat faiz borcu, 04 avqust 2021-ci il tarixli, HAK6002528saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 420 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat faiz borcu, 04 avqust 2021-ci il tarixli, HAK6002529saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1470 manat əsas borc, müqavilə üzrə hesablanmış 300 manat faiz borcu, 11 noyabr 2021-ci il tarixli, HAK6122091 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 720 manat əsas borc, müqavilə üzrə hesablanmış 150 manat faiz borcu və 68 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 4781 manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi Nümayəndə 05 aprel 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, 23 aprel 2024-cü il tarixə saat 10:00-a təyin edilmiş iclasda üzürlü səbəbdən iştirak edə bilmədiyini bildirərək, işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 31 may 2021-ci il tarixli, HAK6002121 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən, Cavabdeh imza edən İddiaçı MMC-dən hissə-hissə ödəniş şərti ilə 1775 manat məbləğində məişət avandanlığı əldə etmişdir, onun 275 manat hissəsini ilkin ödəmişdir və qalan 1500 manat məbləği 15 ay müddətinə aylıq 100 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin məzmunundan görünür ki, borcalan borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ üçün hər gün 1%-dək faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəyir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 iyul 2021-ci il tarixli, HAK6002400 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən, Cavabdeh imza edən İddiaçı MMC-dən hissəhissə ödəniş şərti ilə 940 manat məbləğində məişət avandanlığı əldə etmişdir, onun 0 manat hissəsini ilkin ödəmişdir və qalan 940 manat məbləği 10 ay müddətinə aylıq 94 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin məzmunundan görünür ki, borcalan borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ üçün hər gün 1%-dək faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəyir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04 avqust 2021-ci il tarixli, HAK6002528 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən, Cavabdeh imza edən İddiaçı MMC-dən hissə-hissə ödəniş şərti ilə 1019 manat məbləğində məişət avandanlığı əldə etmişdir, onun 299 manat hissəsini ilkin ödəmişdir və qalan 720 manat məbləği 12 ay müddətinə aylıq 60 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin məzmunundan görünür ki, borcalan borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ üçün hər gün 1%-dək faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəyir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04 avqust 2021-ci il tarixli, HAK6002529 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən, Cavabdeh imza edən İddiaçı MMC-dən hissə-hissə ödəniş şərti ilə 3320 manat məbləğində məişət avandanlığı əldə etmişdir, onun 800 manat hissəsini ilkin ödəmişdir və qalan 2520 manat məbləği 12 ay müddətinə aylıq 210 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin məzmunundan görünür ki, borcalan borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ üçün hər gün 1%-dək faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəyir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11 noyabr 2021-ci il tarixli, HAK6122091 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən, Cavabdeh imza edən İddiaçı MMC-dən hissə-hissə ödəniş şərti ilə 1119 manat məbləğində məişət avandanlığı əldə etmişdir, onun 255 manat hissəsini ilkin ödəmişdir və qalan 864 manat məbləği 12 ay müddətinə aylıq 72 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin məzmunundan görünür ki, borcalan borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ üçün hər gün 1%-dək faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəyir. xx.xx.2023-cü il tarixli, 3513 nömrəli maliyyə arayışına əsasən, Cavabdeh ilə xx.xx.2021-ci il tarixində bağlanmış HAK6002121 saylı müqavilə üzrə ödənilməmiş 881,00 manat, xx.xx.2021-ci il tarixində bağlanımış HAK6002400 saylı müqavilə üzrə ödənilməmiş 372,00 manat, xx.xx.2021-ci il tarixində bağlanmış HAK6002528 saylı müqavilə üzrə ödənilməmiş 420,00 manat, xx.xx.2021-ci il tarixində bağlanımış HAK6002529 saylı müqavilə üzrə ödənilməmiş 1470,00 manat və xx.xx.2021-ci il tarixində bağlanmış HAK6122091 saylı müqavilə üzrə ödənilməmiş 720,00 manat olmaqla ümumilikdə 3863,00 manat əsas (qalıq) borcu vardır. xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzindənə görünür ki, 68 manat məbləğində dövlət rüsumu İddiaçı MMC tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhəsinə götürür. 601.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında yazılı qaydada əşyaların nisyə alğı-satqısı müqavilələri bağlanmışdır. Müqavilələr üzrə iddiaçı (satıcı) əşyaları alıcıya vermiş, lakin cavabdeh (alıcı) nisyə alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir. İş materiallarında olan maliyyə arayışıana əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli, HAK6002121 saylı müqavilə üzrə ödənilməmiş 881,00 manat, xx.xx.2021-ci il tarixli, HAK6002400 saylı müqavilə üzrə ödənilməmiş 372,00 manat, xx.xx.2021-ci il tarixli, HAK6002528 saylı müqavilə üzrə ödənilməmiş 420,00 manat, xx.xx.2021-ci il tarixli, HAK6002529 saylı müqavilə üzrə ödənilməmiş 1470,00 manat və xx.xx.2021-ci il tarixli, HAK6122091 saylı müqavilə üzrə ödənilməmiş 720,00 manat olmaqla, ümumilikdə 3863,00 manat əsas (qalıq) borcu yaranmışdır. Həmçinin, əşyaların nisyə alğı-satqısı müqavilələrinin qeyd hissəsindən görünür ki, borcalan borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ üçün hər gün 1%-dək faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəyir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 442, 448 və 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, müqavilələr üzrə yaranmış əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə, tərəflər arasında bağlanmış müqavilələr üzrə hesablanmış cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, cərimənin məbləğinin azaldılaraq xx.xx.2021ci il tarixli, HAK6002121 nömrəli müqavilə üzrə 60 manat; xx.xx.2021-ci il tarixli, HAK6002400 nömrəli müqavilə üzrə 30 manat; xx.xx.2021-ci il tarixli, HAK6002528 nöməli müqavilə üzrə 25 manat; xx.xx.2021-ci il tarixli, HAK6002529 nömrəli müqavilə üzrə 100 manat; xx.xx.2021-ci il tarixli, HAK6122091 nömrəli müqavilə üzrə 45 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq sayır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, HAK6002121 nömrəli müqavilə üzrə 881 (səkkiz yüz səksən bir) manat əsas borc, 60 (altmış) manat cərimə borcu; xx.xx.2021-ci il tarixli, HAK6002400 nömrəli müqavilə üzrə 372 (üz yüz yetmiş iki) manat əsas borc, 30 (otuz) manat cərimə borcu; xx.xx.2021-ci il tarixli, HAK6002528 nöməli müqavilə üzrə 420 (dörd yüz iyirmi manat) əsas borc, 25 (iyirmi beş) manat cərimə borcu; xx.xx.2021-ci il tarixli, HAK6002529 nömrəli müqavilə üzrə 1470 (min dörd yüz yetmiş) manat əsas borc, 100 (bir yüz) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, HAK6122091 nömrəli müqavilə üzrə 720 (yeddi yüz iyirmi) manat əsas borc,45 (qırx beş) manat cərimə borcu olmaqla ümumilikdə beş müqavilə üzrə 4123 (dörd min yüz iyirmi üç) manat borc və ödənilmiş dövlət rüsümunun 61,23 (altmış bir manat iyirmi üç qəpik) manat hissəsi tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, HAK6002121 nömrəli müqavilə üzrə 881 (səkkiz yüz səksən bir) manat əsas borc, 60 (altmış) manat cərimə borcu; xx.xx.2021-ci il tarixli, HAK6002400 nömrəli müqavilə üzrə 372 (üz yüz yetmiş iki) manat əsas borc, 30 (otuz) manat cərimə borcu; xx.xx.2021-ci il tarixli, HAK6002528 nöməli müqavilə üzrə 420 (dörd yüz iyirmi manat) əsas borc, 25 (iyirmi beş) manat cərimə borcu; xx.xx.2021-ci il tarixli, HAK6002529 nömrəli müqavilə üzrə 1470 (min dörd yüz yetmiş) manat əsas borc, 100 (bir yüz) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, HAK6122091 nömrəli müqavilə üzrə 720 (yeddi yüz iyirmi) manat əsas borc,45 (qırx beş) manat cərimə borcu olmaqla ümumilikdə beş müqavilə üzrə 4123 (dörd min yüz iyirmi üç) manat borc və ödənilmiş dövlət rüsümunun 61,23 (altmış bir manat iyirmi üç qəpik) manat hissəsi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar